Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-748/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddiaya məhkəmədə baxılması yolverilməz hesab edildiydən iş üzrə icraata xitam verilməlidir. İş üzrə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8373/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı Cavabdeh ASC ilə X2 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 13001-1118/104965 saylı kredit müqaviləsi ləğv edilməsi, cavabdehlər X2, X1 və İddiaçı xx.xx.2013-cü il tarixli 13001-1118/104965 saylı kredit müqaviləsi üzrə yaranmış 10216,94 ABŞ dolları məbləğində əsas borc, 774,53 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcu, 100 ABŞ dolları məbləğində penya , ümumilikdə 11091,47 ABŞ dollarının qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnəsi və 19 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı Cavabdeh ASC-nə ödənilməsi, iddia 1114,17 ABŞ dollarıməbləğində penyanın və 11 manat dövlət rüsumunun tələbi hissəsində rədd edilməsi qət edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı cavbdehlə bağlanılmış zaminlik müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir və iddianın əsası kimi AR MM-nin 337.1-337.4cü maddələrinə istinad edərək kredit müqaviləsi üzrə zamin kimi, onunla müqavilə bağlanılmadığını, zaminlik müqaviləsindəki imzanın ona məxsus olmamasını göstərmişdir. Hakim qeyd edir ki, iddiaçının hazırda ayrıca icraatda mübahisələndirdiyi zaminlik müqaviləsi ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Başqa sözlə bu müqavilənin qanuniliyi yuxarıda qeyd edilən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8373/2015 saylı mülki iş üzrə yoxlanılmış və xx.xx.2015-ci il tarixdə qətnamə qəbul edilmişdir. Bu baxımdan əgər hər hansı məhkəmənin icraatında tərəflər arasında bağlanılmış müqavilədən irəli gələn öhdəliklərin icrasına dair mülki iş olmuşsa və həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilmişsə, iddia tələbinin həcmindən asılı olmayaraq tərəflər arasında etibarlı müqavilənin bağlanılıb-bağlanılmadığı və müqavilə üzrə öhdəliklərə xitam verilib-verilmədiyi barədə məsələlər həmin icraatın predmetinə daxil olduğundan baxılmış iş üzrə cavabdeh qismində keçən şəxsin iddiaya etirazını ayrıca məhkəmə icraatı qaydasında müstəqil tələb şəklində irəli sürməsi prosessual qənaət prinsipinə ziddir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337,339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq əqdlərlə bağlı mübahisələrə baxılarkən, tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı aşkar edilərsə məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsini Mülki və Kommersiya Kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadına əsasən əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərardadı olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraata həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalıdır. Hakim Konstitusiya Məhkəməsinin qərarında formalaşan hüquqi mövqeyi və Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq qeyd edir ki, hazırki iddianın predmeti olan zaminlik müqaviləsi Sumqayıt şəhər Məhkəməsinin icraatında olmuş mülki iş üzrə məhkəmə təhqiqatının predmeti olmuş, yəni zaminlik müqaviləsinin qanuniliyi baxılan mülki iş üzrə yoxlanılmış və qətnamə qəbul edilmişdir. Məhkəmə həmin müqavilələrin qanuniliyini yoxlayaraq etibarlı əqd olduğu qənaətinə gəlmiş, yaranmış borcun müştərək qaydada hazırki iddiaçıdan və iş üzrə digər şəxslərdən tutulması qət edilmişdir. İddiaçının məhkəmə prosesində iştirak etməməsi, müqavilənin zamin kimi onun tərəfindən imzalanmamasına dair halların yoxlanılması, həqiqiliyin müəyyən edilməsi, yenidən ayrıca iddianın, yaxud icraatın predmeti ola bilməz. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı bir-birini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. Hakim eyni zamanda qeyd edir ki, iddiaçı iştirak etmədiyi qeyd edilən mülki iş üzrə qəbul edilən yekun məhkəmə aktını əldə edib hazırda istinad etdiyi hallara əsaslaraq onu mübahisələndirə bilər. AR MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərlənlərə əsasən, məhkəmə hesab edir ki, hazırki mülki işin məhkəmə icraatı mümkün deyil. Şərh olunanlara əsasən və AR MPM-nin 153.2.2, 263, 264 -cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim:Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-748/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-748/2024
28.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver