Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-749/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə “xxxxxxxxxx” MMMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili N.N.Əliyevanın iştirakları ilə İddiaçı “xxxxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərcinin tutulması tələbinə dair iddia ərizəsi üzrə, həmçinin iddiaçı Cavabdeh “xxxxxxxxxx” MMMC-yə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Cavabdeh qarşı çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərcinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 7 saylı evin 53 nömrəli mənzilinin mülkiyyətçisidir. Qeyd olunan mənzilin yerləşdiyi ünvan üzrə mənzil mülkiyyətçilərinin təşəbbüsü ilə xx.xx.2017-ci il tarixdə “xxxxxxxxxx” MMMC dövlət qeydiyyatına alınmış və fəaliyyətə başlamışdır. Qanunvericiliyinin tələbi üzrə yaradılmış MMMC-nin Nizamnaməsinin 2.1-ci maddəsinə əsasən, Cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlak istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Nizamnamənin 3.1.3-cü maddəsinə əsasən “Cəmiyyət qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək hüququna malikdir. MMMC-nin İdarə Heyətinin xx.xx.2018-ci il tarixli qərarına əsasən yaşayış kompleksinin saxlanılması üçün hər bir mülkiyyətçinin mülkiyyətində olan 1 kv.m. sahə üçün 0,65 manat aylıq ödəniş edilməsi qərara alınmışdır. Ödənişi nəzərdə tutulan məbləğə mülkiyyətçiyə məxsus olan sahənin, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərcləri daxil edilmişdir. Cavabdehə kommunal xidmətlərə dair müqavilənin bağlanması ilə bağlı xx.xx.2018-ci il tarixdə təklif verilmiş, cavabdeh həmin müqavilənin imzalamaqdan imtina etmişdir. Lakin, bu imtina kommunal xidmətlərin ödənilməsi ilə bağlı öhdəliyin olmasını istisna etmir. Cavabdeh mənzilin mülkiyyətçisi olduğu gündən, yaşayış binasının saxlanılması üçün zəruri olan xərcləri ödəmək vəzifəsi var. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq Cavabdeh mülkiyyətində olan sahəyə uyğun olaraq yaşayış kompleksinin saxlanılması üçün təyin edilən ödənişlərin edilməsi və bundan əlavə kommunal xidmətlərin göstərilməsi barədə müqavilənin bağlanmasını gecikdirir və nəticədə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərclərində iştirakdan 17 aydır ki, qanunsuz olaraq yayınır. Beləliklə, Cavabdeh mülkiyyətində olan mənzilin sahəsi 193 kv.m. təşkil edir və buna görə də həmin mülkiyyət üzrə cəmiyyətə aylıq ödənilməli olan məbləğ 143 manat təşkil edir (193 kv.m. x 0,65 manat=143 manat). Cavabdehin MMMC-nə 2018-ci ilin sentyabr-oktyabr ayları, 2019-cu ilin yanvar-dekabr ayları və 2020-ci ilin yanvar ayını əhatə edən dövr ərzində 2431 manat borc məbləği yaranmışdır. Cavabdeh qanunsuz olaraq ödənişdən yayındığı üçün İXM-də təsbit edilmiş cərimənin təsiri dairəsi düşür və bununla da ödənilməyən 2431 manat məbləğinin 150% tətbiq etməklə cəriməsi 3646,5 manat təşkil edir və həmin məbləğdə əsas məbləğlə birgə cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 7, 53 nömrəli mənzilinin saxlanılmasına görə 2018-ci ilin sentyabr ayından hazırki iş üzrə qətnamənin qanuni qüvvəyə minən günə qədər hər ay üçün 143 manat pulun iddiaçı “xxxxxxxxxx” MMMC-nin xeyrinə tutulması, Cavabdeh 250 manat məbləğində vəkil xərclərinin və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxxxxxxxx” MMMC-nin xeyrinə tutulması, Cavabdeh “xxxxxxxxxx” MMMC qarşısında çoxmənzilli binanın saxlanılmasına görə ödəməli olduğu məbləğin ödənilməməsinə görə ödəməli olduğu məbləğin 150% tətbiq etməklə cərimə edilməsi və həmin məbləğin “xxxxxxxxxx” MMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, bəşir Səfəroğlu küçəsi, ev 7, 53 nömrəli mənzilinin saxlanılmasına görə 2018-ci ilin sentyabr ayından hazırki iş üzrə qətnamənin qanuni qüvvəyə minən günə qədər hər ay üçün 126,60 manat pulun iddiaçı “xxxxxxxxxx” MMMC-nin xeyrinə tutulması, Cavabdeh 250 manat məbləğində vəkil xərclərinin və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxxxxxxxx” MMMC-nin xeyrinə tutulması, Cavabdeh “xxxxxxxxxx” MMMC qarşısında çoxmənzilli binanın saxlanılmasına görə ödəməli olduğu məbləğin ödənilməməsinə görə ödəməli olduğu məbləğin 150% tətbiq etməklə cərimə edilməsi və həmin məbləğin “xxxxxxxxxx” MMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxxx” MMMC-nin nümayəndəsi və vəkili Nümayəndə AR MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qanunvericiliyin tələbi üzrə yaradılmış MMMC-nin Nizamnaməsinin 2.1-ci maddəsinə əsasən “Cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlak istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Nizamnamənin 3.1.3-cü maddəsinə əsasən “Cəmiyyət qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək hüququna malikdir. İddia ərizəsinin əsaslandırma hissəsində MMMCnin İdarə Heyətinin xx.xx.2018-ci il tarixli qərarına istinad olunmuşdur. Lakin, məhkəmənin nəzərinə çatdırırlar ki, MMMC-nin İdarə Heyətinin xx.xx.2018-ci il tarixli qərarı məhz həmin tarixdə (xx.xx.2018-ci il tarixində) keçirilmiş mənzil mülkiyyətçilərinin ümumi yığıncağın qərarına əsasən qəbul edilmişdir.“xxxxxxxxxx” MMMC-nin Ümumi Yığıncağının qərarına əsasən yaşayış kompleksinin saxlanılması üçün hər bir mülkiyyətçinin mülkiyyətində olan 1 kv.m. sahə üçün 0,65 manat aylıq ödəniş edilməsi və digər məsələlərə dair qərar qəbul edilmişdir. Beləliklə, iddiasının əsasını mənzil mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və ondan sonra keçirilmiş İdarə Heyətinin qərarı təşkil edir. MMMC-nin İdarə Heyətinin xx.xx.2018-ci il tarixli qərarı ilə iş materiallarına əlavə edilmişdir. “xxxxxxxxxx” MMMC-nin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarının iş materiallarına əlavə olunmasını xahiş etmişdir. İddiaçı Cavabdeh “xxxxxxxxxx” MMMC-yə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 7, 53 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzilin yerləşdiyi binanın saxlanılması xərcləri üçün ona cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli təklif göndərilmiş, müqaviləyə əsasən mülkiyyətində olan mənzilin hər kv.m. üçün 0,65 manat məbləğində xidmət haqqı ödənilməsinin zəruri olduğu bildirilmişdir. Lakin cavabdeh tərəfindən yaşayış binası kifayət qədər təmiz saxlanılmadığından, ona kommunal xidmətlər göndərilmədiyindən o, müqaviləni imzalamaqdan imtina etmişdir. Bir müddət əvvəl ona Səbail rayon Məhkəməsindən bildiriş göndərilmiş və ona məlum olmuşdur ki, “xxxxxxxxxx” MMMC ona qarşı iddia qaldıraraq hər ay üçün 143 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə onun nümayəndəsi və vəkili iş materialları ilə tanış olarkən “xxxxxxxxxx” MMMC-nin idarə heyətinin xx.xx.2018-ci il tarixli qərarının qəbul edildiyini öyrənmişdir. Həmin qərarda qeyd olunur ki, cəmiyyətin idarə heyəti tərəfindən binaların illik saxlanılması üzrə xərclərinin hesablanmasının təhlili zamanı təklif olundu ki, cəmiyyətin idarəçiliyində olan binalarda yerləşən hər bir mənzilin 1 kv.m.-nə görə mülkiyyətçilər tərəfindən 0,65 qəpik ödənilsin. Bu cür ödənişin əmələ gəlməsi, binaların illik xərcinin ümumi bina sahəsinə bölünməsi zamanı alınan məbləğə və bu məbləğə binaların saxlanılması üçün cari ehtiyat büdcənin formalaşmasına daxil olan olacaq məbləğlər nəzərdə tutulur. Qeyd olunan ümumi yığıncağın keçirilməsindən onun məlumatı olmamış, həmin yığıncağın keçirilməsi barədə ona bildiriş göndərilməmişdir.Halbuki keçirilən yığıncaq nəticəsində onun üçün qanunsuz öhdəlik yaradan qərar qəbul edilmişdir. Belə bir qərar qəbul edilərkən onun da razılığı tələb olunurdu. Lakin belə bir razılıq olunmamış, iclasın keçirilməsindən ümumiyyətlə məlumatı olmamışdır. Belə olan halda həmin öhdəlik onun üçün vəzifə yarada bilməz. Ümumiyyətlə isə cavabdehin mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədiyi halda ondan heç bir əsası olmayan borc tələb etməsi, kommunal xidmət məbləğinin hər kv.m. üçün 0,65 qəpik müəyyən edilməsi qanunsuz və əsassızdır. Belə ki, cavabdeh binanın sanitariya şəraitinin yaxşılaşdırılmasını təmin etmir, üzərinə düşən vəzifələri icra etmir. Ona məxsus mənzil binanın axırıncı mərtəbəsində yerləşir və binaya məxsus ümumi su çəni həmin mənzilin yuxarı hissəsində quraşdırılıb. Həmin su çəni tez-tez nasaz vəziyyətə düşür və su çənindən axan su sızmaları mənzilin təmirini yararsız vəziyyətə salıb. İddiaçı mənzilə görə sərf olunan elektrik enerjisindən, sudan və təbii qazdan istifadəyə görə nəzərdə tutulan kommunal xidmət haqqlarını özü ödəyir. Cavabdeh tərəfindən binada quraşdırılmış mərkəzi istilik sistemindən də cavabdeh ümumiyyətlə istifadə etmir. İddiaçıya cavabdeh tərəfindən heç bir xidmət göstərilmədiyi halda, üstəlik cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulduğu halda iddiaçıdan xidmət haqqını tələb etmək əsassız və qanunsuzdur. Göründüyü kimi, “xxxxxxxxxx” MMMC-nin İdarə Heyətinin xx.xx.2018-ci il tarixli qərarı qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edildiyi üçün qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, həmin qərar etibarsız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı “xxxxxxxxxx” MMMC-nin İdarə Heyətinin xx.xx.2018-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-2516/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh “xxxxxxxxxx” MMMC-yə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası əsasında 2(004)-2516/2020 saylı mülki işlə Səbail rayon Məhkəməsinin icraatında olan iddiaçı “xxxxxxxxxx” MMMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası əsasında 2(009)- 749/2020 saylı mülki işin birləşdirilməsi və Səbail rayon Məhkəməsinin icraatında olan 2(009)- 749/2020 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılması üçün Yasamal rayon Məhkəməsinin icraatında olan 2(004)-2516/2020 saylı mülki iş Səbail rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Cavabdeh nümayəndəsi və vəkili X2 AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə “xxxxxxxxxx” MMMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək bildirmişdir ki, iddialarının əsasını mənzil mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və ondan sonra keçirilmiş İdarə Heyətinin qərarı təşkil edir. Hesab edirlər ki, hər iki qərar Cavabdeh hüquq və maraqlarına toxunduğu üçün etibarsız hesab olunmalıdır. Birincisi, “xxxxxxxxxx” MMMC-nin, həmçinin İdarə Heyətinin belə bir yığıncaq təşkil etmək səlahiyyəti yoxdur. Belə ki, Mənzil Məcəlləsinin 44.6-cı maddəsinin tələbinə əsasən “xxxxxxxxxx” MMMC-nin binanın ümumi əmlakının saxlanma xərcinin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirməsi üçün binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul etməlidir. Belə bir qərar iş materiallarında yoxdur. Cəmiyyətin Nizamnaməsinin 8.2-ci bəndinə və Mənzil Məcəlləsinin 127.2-ci maddəsinin tələbinə əsasən Cəmiyyətin İdarə Heyəti mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının və çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid olan məsələləri həll edə bilməz, bu onun səlahiyyətləri xaricindədir. Məhkəməyə təqdim olunan mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarında 98 nəfər sahə mülkiyyətçisinin iştirak etdiyi qeyd olunsa da, qərarı yalnız idarə heyətinin sədri və katibi imzalamış, həmin şəxslərin ümumiyyətlə həmin iclasda iştirak edib-etmədiyi qeyri-müəyyəndir. İkincisi, yığıncağın keçirilməsi qaydaları pozulmuşdur. Belə ki, cavabdehin nümayəndəsi və vəkili məhkəməyə yalnız iclasın keçirilməsi barədə bildiriş təqdim etmişdir. Həmin bildirişin Cavabdeh çatdırılıb-çatdırılmaması qeyri-müəyyəndir. Belə ki, Mənzil Məcəlləsinin 44.4-cü bəndinə əsasən bildiriş binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. Cavabdeh həmin bildirişin əlbəəl və ya sifarişli poçtla təqdim edilməsi, bildirişin əlçatan yerdə yerləşdirilməsi iş materialları ilə öz təsdiqini tapmır. Cavabdehin vəkili bildirişin əlçatan yerdə yerləşdirilməsini qeyd etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir, halbuki bu hala dair sübutetmə yükü AR MPM-nin 77-ci maddəsinin tələblərinə əsasən onun üzərinə düşür. Üçüncüsü, qeyd olunan yığıncaqlarının səlahiyyətli olması halında belə həmin qərarlar etibarsız hesab edilməlidir. Belə ki, binanın ümumi saxlanma xərclərinin hansı meyar əsasında 0,65 qəpik müəyyən edilməsi əsaslandırılmamış və məbləğ mülkiyyətçilərə, o cümlədən Cavabdeh razılaşdırılmamışdır. MMMC-nin binanın sanitariya şəraitinin yaxşılaşdırılmasını təmin etmir, üzərinə düşən vəzifələri icra etmir. Cavabdeh məxsus mənzil binanın axırıncı mərtəbəsində yerləşir və binaya məxsus ümumi su çəni həmin mənzilin yuxarı hissəsində quraşdırılıb. Həmin su çəni tez-tez nasaz vəziyyətə düşür və su çənindən axan su sızmaları mənzilin təmirini yararsız vəziyyətə salıb. MMMC tərəfindən binada quraşdırılmış mərkəzi istilik sistemindən də Cavabdeh ümumiyyətlə istisfadə etmir. Məhz bu hallara görə də Cavabdeh Mənzil Məcəlləsinin 136.3-cü maddəsinin tələbinə əsasən MMMC ilə əmlakın saxlanması xərclərinin müəyyən edilməsi və ödənilməsi barədə müqavilə bağlamamışdır. Bütün yuxarıda qeyd olunan maddi hüquq normaları və işin faktiki hallarına əsasən iddia tələbinin dəqiqləşdirilməsi zəruriyyəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh nümayəndəsi və vəkili “xxxxxxxxxx” MMMC-nin İdarə Heyətinin xx.xx.2018-ci il tarixli qərarının və “xxxxxxxxxx” MMMC-nin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı “xxxxxxxxxx” MMMC-nin etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iddiaçı “xxxxxxxxxx” MMMC-nin iddia tələblərini tam müdafiə edərək onun təmin edilməsini, iddiaçı Cavabdeh iddiasını qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X2 Cavabdeh tərəfindən qaldırılan müdafiə edərək onun təmin edilməsini, “xxxxxxxxxx” MMMC-nin iddiasını qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, həm iddiaçı “xxxxxxxxxx” MMMC-nin, həm də iddiaçı Cavabdeh iddia tələbləri qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Ədliyyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 1114-MM4-0055 saylı Qeyri-Kommersiya Qurumlarının Dövlət Reyestrindən Çıxarışının kserosurətinə əsasən, “xxxxxxxxxx” MMMC xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir. MMMC-nin fəaliyyət predmeti daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunveriilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək kimi müəyyən edilmiş, qeydiyyata alınmanın əsası kimi sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il, Cəmiyyətinin Ümumi Yığıncağın xx.xx.2017-ci il tarixli qərarları və digər sənədlər təşkil etmişdir. İş üzrə “xxxxxxxxxx” MMMC-nin İdarə Heyətinin iclasının xx.xx.2018-ci il tarixli protokolundan çıxarışına əsasən idarə heyətinin 8 üzvü iştirak edən iclasda aylıq kommunal ödənişlərin 0,20- 0,24 qəpikdən 0,65 qəpiyə qədər qaldırılması barədə yekdilliklə qərar qəbul edilmişdir. İş üzrə kommunal xidmətlərə dair xx.xx.2018-ci il tarixli, 0753/18 saylı müqavilədən görünür ki, həmin müqavilə MMMC-nin adından İdarə Heyətinin sədri X3 ilə Cavabdeh arasında bağlanması üçün tərtib edilmiş, müqavilə “xxxxxxxxxx” MMMC tərəfindən imzalansa da, Cavabdeh tərəfindən imzalanmamışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Ədalət” vəkil bürosuna ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 7, 53 saylı mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş üzrə “xxxxxxxxxx” MMMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AR-Y-03/20 saylı arayışına əsasən “xxxxxxxxxx” MMMC-nin idarəçiliyinə olan Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 7 N-li binanın 53 N-li mənzili üzrə (mülkiyyətçi Cavabdeh) çox mənzilli binanın sahə mülkiyyətçisi tərəfindən ona məxsus olan 193 kv.m.sahənin saxlanması, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərcləri üzrə ödənişin məbləği hər ay üçün 143 manat olmaqla, arayış tərtib olunan tarixə 17 ay üçün (2018-ci ilin sentyabr-dekabr ayları, 2019-cu ilin yanvar-dekabr ayları və 2020-ci ilin yanvar ayı üzrə) cəmi 2431 manat təşkil edir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 7 saylı evin 53 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. Həmin mənzilil ümumi sahəsi 194,8 kv.m təşkil edir. İş üzrə “xxxxxxxxxx” MMMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AR-Y-21/20 saylı arayışına əsasən “xxxxxxxxxx” MMMC-nin idarəçiliyində olan Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 7 No-li binanın, 53 No-li mənzili üzrə (mülkiyyətçi Cavabdeh) çoxmənzilli binanın sahə mülkiyyətçisi tərəfindən ona məxsus olan 194,8 kv.m. sahənin saxlanması, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərcləri üzrə ödənişin məbləği hər ay üçün 126,6 manat olmaqla arayış tərtib olunan 21 ay üçün (2018-ci ilin sentyabr-dekabr ayları, 2019-cu iloin yanvar-dekabr ayları və 2020-ci ilin yanvar-may ayları üzrə ) cəmi 2659,02 manat təşkil edir. “xxxxxxxxxx” MMMC-nin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarı ilə:
1. Bakı şəhəri, Yasamal rayonu, Bəşir SƏfəroğlu küçəsi, 476-cı məhəllədə yerləşən 5.7.13-cü No-li binalardakı “xxxxxxxxxx” MMM binaların ümumi əmlakının saxlanılma xərci hər kv.m-ə görə 0,65 qəpik müəyyən edilmiş;
2. “xxxxxxxxxx” MMMC-nin idarəçiliyində olan binaların ümumi əmlakının saxlanılma xərclərinin ödəmə qaydası müqavilə bağlandığı andan etibarən aşağıdakı kimi müəyyən edilsin: - mülkiyyətçi mülkiyyətinldə olan mənzili və ya qeyri yaşayış sahəsi istifadə üçün hələ yararlı olmadığına görə (təmirsiz vəziyyətdə olduqda) istismar etmədikdə aylıq xərcin 50%-ni miqdarında ödəniş aparsın; - mülkiyyətçi mülkiyyətində olan mənzili və ya qeyri-yaşayış sahəsini təmir etdiyi, lakin oranı hələ istismar etmədiyi halda aylıq kommunal haqqının 70%-ni miqdarında ödəniş aparsın; - mülkiyyətçi mülkiyyətində olan mənzili və ya qeyri-yaşayış sahəsini istismar etdiyi halda bu müqavilə əsasında kommunal haqqı tam şəkildə, yəni 100%-ni miqdarında ödəniş aparsın. Məhkəmə ilk növbədə Cavabdeh iddia tələblərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. İddiaçı Cavabdeh irəli sürdüyü tələbdən görünür ki, o idarə heyətinin və cəmiyyətin iştirakçılarının ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi barədə tələb qaldırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının irəli sürüdyü tələblərdən yalnız biri, yəni idarə heyətinin üzvlərinin xx.xx.2018-ci il tarixli qərarının etibarsız hesab edilməsi hissəsi əsaslıdır və təmin edilməlidir. Cəmiyyətin üzvlərinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarının etibarsız hesab edilməsi hissəsində isə tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı “xxxxxxxxxx” MMMC mənzil mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmışdır və cəmiyyətin yaradılmasında əsas məqsəd daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlak istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. “xxxxxxxxxx” MMMC-nin İdarə Heyətinin xx.xx.2018-ci il tarixli qərarına əsasən yaşayış kompleksinin saxlanılması üçün hər bir mülkiyyətçinin mülkiyyətində olan 1 kv.m. sahə üçün 0,65 manat aylıq ödəniş edilməsi qərara alınmışdır. Həmin ödənişə mülkiyyətçiyə məxsus olan sahənin, habelə mənzilin yerləşdiyi binanın ümumi saxlanlanılması xərcləri daxil edilmişdir. Həmin qiymət müəyyən edildikdən sonra mübahisəli binanın mənzil mülkiyyətçisi olan Cavabdeh kommunal xidmətlərə dair yeni müqavilənin bağlanılması ilə bağlı xx.xx.2018-ci il tarixdə təklif edilmiş, lakin cavabdeh həmin müqaviləni imzalamaqdan imtina etmişdir. İddiaçı Cavabdeh tərəfindən irəli sürülmüş tələbdən görünür ki, “xxxxxxxxxx” MMMC-nin İdarə Heyətinin xx.xx.2018-ci il tarixli qərarı qəbul edilərkən ümumi yığıncağın keçirilməsindən məlumatı olmamışdır və ona bildiriş göndərilməmişdir. Digər tərəfdən keçirilən yığıncaq nəticəsində onun üçün qanunsuz öhdəlik yaradan qərar qəbul edilmişdir. Belə bir qərar qəbul edilərkən onun da razılığı tələb olunurdu və bu səbəbdən iddiaçı həmin qərar qanunsuz olduğu üçün onun ləğv edilməsini xahiş etmişdir. “xxxxxxxxxx” MMMC-nin X1 6.1-ci bəndinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır. Nizamnamənin 6.3.4-cü bəndinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək cəmiyyətin iştirakçılarının ümumi yığıncaının səlahiyyətlərinə aid məsələdir. AR Mənzil Məcəllənin 124-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır. Həmin Məcəllənin 125.2-ci və 125.2.4-cü maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aid olan məsələdir. Qeyd edilən Məcəllənin 127.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. Göstərilən Məcəllənin 127.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən və MMMC-nin Nizamnaməsindən göründüyü kimi “xxxxxxxxxx” MMMC-nin İdarə Heyəti cəmiyyətin idarəetmə orqanıdır və həmin orqan cəmiyyətin üzvlərinin (mənzil mülkiyyətçilərinin) mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək səlahiyyətinə malik deyil. Həmin səlahiyyət mənzil mülkiyytəçilərinin müstəsna səlahiyyətidir və bu səbəbdən mütləq ödənişlərin və haqların miqdarı yalnız onların (mənzil mülkiyyətçilərinin) ümumi yığıncağının qərarı ilə qəbul edilə və dəyişdirilə bilər. Beləliklə “xxxxxxxxxx” MMMC-nin İdarə Heyətinin mütləq ödənişlərin və haqların müəyyən edilməsi ilə bağlı qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərar Mənzil Məcəlləsinin və cəmiyyətin Nizamnaməsinin tələblərinin pozulması ilə qəbul edildiyindən iddiaçı Cavabdeh irəli sürdüyü tələb idarə heyətinin üzvləri xx.xx.2018-ci il tarixli qərarının etibarsız hesab edilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə Cavabdeh cəmiyyətin üzvlərinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, həmin hissədə tələb əsassızdır. Yuxarıda qeyd olunduğu kimi Mənzil Məcəlləsinin tələblərinə əsasən çoxmənzilli yaşayış binasında yaradılmış mənzil mülkyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək məhz onların səlahiyyətlərinə aid olan məsələdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “xxxxxxxxxx” MMMC-nin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 476-cı məhəllədə yerləşən 5.7.13-cü No-li binalardakı “xxxxxxxxxx” MMMC binaların ümumi əmlakının saxlanılma xərci hər kv.m-ə görə 0,65 qəpik müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək səlahiyyətinə malik olduqları üçün, onların qəbul etdiyi qərar qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə Cavabdeh cəmiyyətin üzvlərinin ümumi yığıncağın keçirilməsi ilə bağlı iclas barədə ona rəsmi olaraq hər hansı bildirişin verilməməsini, həmin bildirişin binanın əlçatan yerdə yerləşdirilməməsini, binanın mərkəzi istilik sistemindən istifadə etməməsini, eyni zamanda ümumi əmlakın saxlanılması ilə bağlı onunla hər hansı müqavilənin bağlanılmamasını iddia edərək həmin qərarın etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə qeyd edir ki, mübahisəli qərar o halda etibarsız hesab edilə bilər ki, o qanunun tələblərinə uyğun olmayaraq bağlanılsın (qəbul edilsin). Lakin məhkəmə qeyd edir ki, cəmiyyətin üzvlərinin ümumi yığıncağının qanunun tələblərinə zidd olaraq qəbul edilməsi ilə bağlı iddiaçı Cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Əksinə məhkəmə iclasında ümumi yığıncağın keçirilməsi barədə sakinlərin məlumatlandırılmaq üçün bildirişin mövcud olması və keçirilən iclasın tam səlahiyyətli olması müəyyən edilmişdir. Qərar yekdilliklə qəbul edilmişdir. AR Mənzil Məcəlləsinin 125.2.4-cü maddəsinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərindən biridir. Həmin Məcəllənin 126.4-cü maddəsinə əsasən bu Məcəllənin 125.2.2-ci, 125.2.6-cı, 125.2.7-ci və 125.2.12-ci maddələri ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə ümumi yığıncağın qərarları cəmiyyətin iştirakçılarının ümumi sayının üçdəiki səs çoxluğu ilə qəbul edilir. Digər məsələlər üzrə qərarlar ümumi yığıncaqda iştirak edən cəmiyyətin iştirakçılarının və ya onların nümayəndələrinin ümumi sayının səs çoxluğu ilə qəbul edilir. Digər tərəfdən iddiaçı Cavabdeh binanın mərkəzi istilik sistemindən istifadə etməməsi və cəmiyyətlə binanın saxlanılması ilə bağlı hər hansı müqavilənin bağlanılmaması, qərarın etibarsız hesab edilməsi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Beləliklə “xxxxxxxxxx” MMMC-nin üzvlərinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarının etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin qərarın etibarsız hesab edilməsi ilə bağlı tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçı “xxxxxxxxxx” MMMC-nin irəli sürdüyü iddia tələbinə hüququ qiymət verərək hesab edir ki, həmin tələb əsaslı hesab edilməlidir. İddiaçı “xxxxxxxxxx” MMMC tərəfndən irəli sürülmüş tələbdən görünür ki, o Cavabdeh mülkiyyətində olan mənzilin sahəsinin 193 kv.m təşkil etməsini və həmin əmlakın saxlanılması üçün cavabdehin aylıq ödənilməli olduğu məbləğin 126,60 manat təşkil etməsini əsas tutaraq 2018-ci ilin sentyabr ayından qətnamə qanuni qüvvəsini alanadək yaranmış borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik öhdəliyin yaranma əsaslarını müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “xxxxxxxxxx” MMMC-nin sədri X3 tərəfindən xx.xx.2018-ci il tarixli, 0753/18 saylı kommunal xidmətlərə dair müqavilənin imzalanması üçün Cavabdeh təklif göndərilmiş, lakin Cavabdeh tərəfindən həmin təlkif qəbul olunmamış və müqavilə imzalanmamışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh kommunal xidmətlərə dair müqavilənin bağlanmasından imtina etsə də, bu hal onu ümumi binanın saxlanılması üçün çəkilən xərclərin ödənilməsindən azad etmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0.4-cü maddəsinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə, mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biridir. Məhkəmə qeyd edir ki, Cavabdeh mənzilin mülkiyyətçisi olduğundan, yaşayış binasının saxlanılması üçün zəruri olan xərcləri ödəmək vəzifəsi var. Mənzil qanunvericiliyinin tələbinə əsasən çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakını istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Göründüyü kimi, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. AR Mənzil Məcəlləsinin 121.1-ci maddəsinə əsasən bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. Qanunun göstərilən tələbindən göründüyü kimi binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə məhkəmə qeyd edir ki, çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yaşayış kompeksinin saxlanılması üçün kommunal xidmətlərin ödənilməsinə dair müqavilə bağlanılmasa da, yəni cavabdeh bu müqavilənin bağlanılmasından imtina etsə də, bu hal cavabdehi ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin ödənilməsindən azad etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının binanın saxlanılması üçün tələb olunan xərclərin cavabdehdən tutulmasını tələb etməyə subyektiv hüququ var. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.1.3-cü maddəsinə əsasən cəmiyyətin qəbul edilmiş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, cavabdeh çoxmənzilli binanın sahə mülkiyyətçisi olduğu üçün o, saxlanması və təmiri üzrə xərclərin ödənilməsi ilə bağlı vəzifə daşıyır və bu vəzifənin yerinə yetirilməməsi mülki məsuliyyətə səbəb olur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o cavabdehdən 2018-ci ilin sentyabr ayından hazırki iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəyə minən günə gədər kommunal xidmətlərə görə hər ay üçün 126,6 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin məbləği, yəni 126,6 manatı iddiaçı cavabdehin mülkiyyətində olan mənzilin ümumi sahəsinin 193 kv.m (193 x 0,65 = 126,6) təşkil etməsi ilə əlaqədar tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehin mülkiyyətində olan mənzilin ümumi sahəsi 194,8 kv.m təşkil etdiyi üçün, cavabdehin ödənilməli olan aylıq kommunal xidmət haqqı 126,6 manat təşkil edir. Bu səbəbdən iddia tələbi kommunal xidmətlərlə hər aya görə 126,6 manat pulun tutulması hissəsində əsaslıdır. Məhkəmə digər tərəfdən qeyd edir ki, cavabdehdən aylıq kommunal xidmət haqqı 2018-ci ilin sentyabr ayından, yəni kommunal xidmətlərlə bağlı qəbul edilmiş qərarın tarixindən - xx.xx.2018ci il tarixdən başlayaraq tutumağa başlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 7 saylı evin 53 saylı mənzili xx.xx.2018-ci tarixdə cavabdehin mülkiyyətinə keçmişdir. AR Mənzil Məcələlsinin 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Məhkəmə hesab edir ki, sözügedən mənzil üzrə cavabdehin mülkiyyət hüquqları kommunal xidmətlərlə bağlı qəbul edilmiş qərardan sonra rəsmiləşdirildiyindən(xx.xx.2018), kommunal xidmətlərlə bağlı aylıq 126,6 manat haqq 2018-ci ilin noyabr ayından başlayaraq qətnamə qanuni qüvvəyə mindiyi vaxtadək hesablanıb tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi kommunal xidmətlərə görə yaranmış borcun tutulması hissəsində qismən təmin edilməli və Cavabdeh “xxxxxxxxxx” MMMC-nin xeyrinə 2018-ci ilin noyabr ayından başlayaraq qətnamə qanuni qüvvəyə minənədək hər ay 126,6 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin cavabdehin ödənilməli olan məbləğin ödənilməməsinə görə həmin məbləğin 150% həcmində cərimənin ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən bəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə qanunun yuxarıda göstərilən tələbini əsas tutaraq qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında kommunal xidmətlərlə bağlı müqavilə bağlanılmadığından, iddiaçı cavabdehin kommunal xidmətlərin ödənilməsi ilə bağlı öhdəliklərin icra edilməməsinə istinad edib cərimənin ödənilməsini tələb etməkdə haqlı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən hüquqi yardım xərcinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, hazırki iddianın məhkəməyə verilməsi ilə bağlı hüquqi yardıma görə iddiaçı tərəfindən “Ədalət” vəkil bürosuna 250 manat məbləğində ödəniş edilmişdir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, cavabdehdən hüquqi yardıma görə ödənilmiş 250 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ:
İddiaçı “xxxxxxxxxx” MMMC-nin iddiası qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 476-cı məhəllədə yerləşən 7 nömrəli binanın 53 nömrəli mənzilinin sakini (mülkiyyətçisi) olan Cavabdeh həmin binanın ümumi əmlakının saxlanılması xərclərinin əvəzi olaraq 2018-ci ilin noyabr ayından qətnamə qanuni qüvvəyə minənədək hər ay üçün 126,6 (yüz iyirmi altı manat altmış qəpik) manat, hazırki iddianın verilməsi üçün tələb olunan hüquqi yardımın xərcinin əvəzi olaraq 250 (iki yüz əlli) manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, məbləğində pul tutularaq iddiaçı “xxxxxxxxxx” MMMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh iddia tələbləri qismən təmin edilsin. “xxxxxxxxxx” MMMC-nin İdarə Heyətinin Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 476-cı məhəllədə yerləşən 5.7.13No-li binaların saxlanılması xərclərinin müəyyən edilməsinə dair xx xxxxxx 2018-ci il tarixli qərarı etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim: Şahin Abdullayev