Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-750/2022 28.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın ləğv edilməsi və borcun ödənilməsinin tələb olunmasının əsassız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “Azəriqaz” İstehsalat Birliyinin Bakı X2 Departamenti tərəfindən ünvanına daxil olmuş 08.10.2019-cu il tarixli məktubla ona bildirmişdir ki, “Araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında quraşdırılmış smart itron tipli, G-4 markalı 1302AQ**********5 saylı qaz sayğacı 10.09.2019-cu il tarixində sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktı tərtib olunaraq yeni qaz sayğacı ilə əvəzlənmişdir. Sayğac çıxarılarkən klapanın bağlanmaması səbəbindən dəyəri ödənilməyən qaz sərfi yaranmışdır və tərəfinizdən ödənilməlidir. 07.10.2019-cu il tarixində hesabınızda 3177,60 manat borcunuz var”. O, ünvanına göndərilmiş məktubun məzmunu və borcu olduğu iddia olunan məbləğlə razılaşmayaraq, məsələnin araşdırılmasını və onun hansı qeyri-hüquqi hərəkəti nəticəsində borcun meydana çıxdığı və ödənilməmiş olduğu iddia olunan məbləğin haradan meydana gəldiyinə aydınlıq gətirilməsini xahiş etmişdir. “Azəriqaz” İstehsalat Birliyinin Bakı X2 Departamenti tərəfindən 21.10.2019-cu il tarixdə ünvanına daxil olmuş cavabla yenidən bildirilib ki, “bundan əvvəl daxil olmuş eyni məzmunlu müraciətinizə Bakı X2 Departamentinin SOCAR**********30560046X02104 nömrəli, 08.10.2019-cu il tarixli məktubu ilə cavab verilmişdir. Bir daha bildiririk ki, əvvəlki illər ərzində istifadə etdiyiniz qaz sərfinin dəyəri ödənilmədiyi üçün hesabınızda 3177,60 manat borc yaranmışdır və tərəfinizdən ödənilməlidir. Hal-hazırda hesabınızda 3176,60 manat borc mövcuddur. O, yenə də ünvanına göndərilmiş məktubun məzmunu və ödəməli olduğu kimi göstərilmiş məbləğlə razılaşmayaraq, məsələnin ətraflı araşdırılması üçün aidiyyatı üzrə təkrarən cavabdehə müraciət etmişdir. 01.02.2022-ci il tarixli SOCAR**********30560046X00273 saylı məktubda ona bildirilmişdir ki, “Araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanınıza quraşdırılmış öncədən ödənişli G-4 markalı 1302AQ**********5 saylı qaz sayğacı 10.09.2019-cu il tarixində sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunaraq yeni qaz sayğacı ilə əvəzlənmişdir. Əvəzlənən öncədən ödənişli qaz sayğacının klapanının bağlanmaması səbəbindən, dəyəri ödənilməmiş 17388 kub.m. təbii qazdan istifadə etdiyiniz məlum olmuşdur. Bu səbəbdən hesabınızda 3177,60 AZN borc yaranmışdır. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında “Azəriqaz” İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının 11.03.2020-ci il tarixli MSK 29/1710-02858 saylı aktına əsasən, sayğacın göstəriciləri arasında fərq mövcuddur rəyi verilmişdir. Bildiririk ki, hesabınızda yaranmış borc tərəfinizdən ödənilməlidir”. Aşağıda göstərilən hallara görə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin Bakı X2 Departamenti tərəfindən ondan 3177,60 manat məbləğində borcun mövcud olduğu və bu məbləğin ödənilməsinin ondan tələb olunmasının, əsassız olmasına dair qətnamə çıxarılmasını xahiş edir. O, sərf etdiyi qaz məbləğini daim vaxtlıvaxtında ödəyən vətəndaşdır. Göstərilən dövrdə onun qaz ödənişi kartında istifadə olunmamış 100 manat məbləğ də mövcud olmuşdur. Onun 3117 manat borcu var idisə və ödənişlər həyata keçirilmirdisə, belə olan halda niyə bu məbləğ kartdan silinməyib və ya onun evinə qaz verilməsi niyə kəsilməyib? Üstəlik bu gün ona məlum olmuşdur ki, hal hazırda hər dəfə tərəflərindən qaz sərfiyyatı ilə bağlı karta ödədikləri məbləğin yarısı, onların mövcud borcları hesab olunan məbləğin ödənilməsinin təmin edilməsi hesab olunaraq, kartdan silinir. Halbuki onun borcu hesab olunaraq ödənilməsi tələb olunan məbləğlə o, qətiyyən razılaşmır. Belə ki, sayğacın “klapanının bağlanmaması” kimi göstərilən hadisənin ona heç bir aidiyyəti yoxdur. Bu hadisə və faktın onun təqsirindən baş verdiyi də, nə iddia, nə də sübut olunmur. Belə olan halda 3177 manatın onun tərəfindən ödənilməsinin tələb edilməsi qanuna ziddir. 2015-ci ildə o, Bakı şəhəri, Nərimanov rayonunda yeni mənzil alaraq, Səbail rayonu ərazisində yerləşən mənzildən çıxmışdır. Göstərilən mənzildə daimi yaşayış olmamış, evdə müxtəlif fasilələrlə kirayəçilər yaşamışlar. Ola bilsin ki, göstərilən dövrdə evdə hətta kirayəçilər yaşamamış, ev boş olmuşdur. Onun və kirayəşinlərin tərəfindən heç vaxt qaz sayğacına hər hansı müdaxilə istisna edilir. Cavabdeh həmçinin tərəflərdən belə bir müdaxilənin mövcudluğunu iddia etmir. Sayğacda mövcud olduğu iddia olunan texniki nasazlığın aradan qaldırılması vəzifəsi “Azəriqaz” İstehsalat Birliyinin Bakı X2 Departamentinin səlahiyyətlərinə daxildir. Bu qədər müddət ərzində həmin Departamentin əməkdaşları küçədə quraşdırılmış sayğacı yoxlamaq imkanına malik olmuşlar və nasazlığa görə məhz onlar məsuliyyət daşıyırlar. Onun mövcud borcu kimi qeyd olunan 3177 manatın hansı qaydada hesablanması və haradan yaranması da göstərilmir. Cavabdeh ondan bu məbləğin ödənilməsini tələb etməklə yanaşı,ona bu məbləğin haradan yaranmasına dair hesab da təqdim etməli idi. Nəzərə alınmyıb ki, göstərilən dövrdə qazın satış qiyməti 10 qəpik olduğu halda, mübahisəli məbləğ nədənsə 20 qəpikdən hesablanıb. Ödəniş cədvəlindən göründüyü kimi əvvəlki illərdə, onların il ərzində qaz istifadə məbləğləri maksimum 215 manat olmuşdur. 3 il ərzində bu məbləğ maksimum 700 manat ola bilərdi. Onların üzərlərinə isə hardan və nə qaydada hesablandığı məlum olmayan, guya 3 il ərzində 3177 manat ödənilməmiş məbləğ yüklənmişdir. Ona görə də cavabdeh tərəfindən ona qarşı irəli sürülmüş ödəniş məbləği ilə razılaşmır və hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin Bakı X2 Departamenti tərəfindən tərtib edilmiş 10.09.2019-cu il tarixli ******* saylı aktın ləğv olunması və bu akta müvafiq olaraq 3177,60 manat məbləğin ödənilməsinin iddiaçıdan tələb olunmasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MP-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdeh tərəfindən ünvanına göndərilmiş məktubun məzmunu və göstərilmiş məbləğlə razılaşmayaraq məsələnin araşdırılmasını və onun hansı qeyri hüquqi hərəkətinin mövcud olduğu və ödənilməmiş bu məbləğin haradan meydana gəldiyinə aydınlıq gətirilməsini xahiş etmişdir. “Azəriqaz” X1 X2 Departamenti tərəfindən 21 oktyabr 2019-cu ildə ünvanına yenidən cavab gələrək bildirilmişdir ki, “Bununla əlaqədar bildiririk ki, bundan avval daxil olmuş eyniməzmunlu müraciətinizə Bakı X2 Departamentinin SOCAR**********30560046X02104 nömrəli, 08.10.2019-cu il tarixli məktubu ilə cavab verilmişdir. Bir daha bildirirk ki, əvvəlki illər ərzində istifadə etdiyiniz qaz sərfinin dayari ödənilmadiyi üçün hesabınızda 3177.60 manat borc yaranmışdır və tərəfinizdən ödənilməlidir. Halhazırda hesabınızda 3176.60 manat borc mövcuddur”. O,yenə də ünvanına göndərilmiş məktubun mazmunu və göstərilmiş mabləğlə razılaşmayaraq məsələnin ətraflı araşdırılması üçün aidiyyatı üzrə təkrar müraciət etmiş, 01 fevral 2022-ci il tarixli məktubda ona bildirilmişlər ki, ünvan 3ənzil ünvanınıza quraşdırılmış öncədən ödənişli G-4 markalı 1302AQ**********5 sayli qaz sayğacı 10.09.2019-cu il tarixində sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktı tərtib olunaraq yeni qaz sayğacı ilə əvəzlənmişdir. Əvəzlənən öncədən ödənişli qaz sayğacının klapanının bağlanmaması səbəbindan, dəyəri ödənilməmiş 17388 kub.m.təbii qazdan istifadə etdiyim onlara məlum olmuşdur. Bu səbəbdən hesabımda 3177,60 (üç min yüz yetmiş yeddi manat altmış qəpik) AZN borc yaranmışdır. Ona sonradan məlum olub ki, hal-hazırda hər dəfə tərəfindən qaz sərfiyyatı ilə bağlı karta ödədiyi məbləğin yarısı, mövcud borc hesab olunan məbləğin ödənilməsinin təmin edilməsi hesab olunaraq kartdan silinir. Halbuki,o, borcun hesab olunaraq ödənilməsi tələb olunan məbləğlə qətiyyən razil deyil. Belə ki, “sayğacın klapanının bağlanmaması" kimi göstərilən hadisənin ona heç bir aidiyyəti yoxdur. Bu hadisə və faktın onun təqsirindən baş verdiyi sübut olunmur. Belə olan halda 3177 manatın onun tərəfindən ödənilməsinin tələb edilməsi qanuna ziddir. Yuxarıda göstərdiklərini nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149-151 və 53-cü maddələrinin tələblərini rəhbər tutmaqla, istehlakçı hesabımda (**********00010) onun sərfiyyatı olmadan yaranmış 3177 (üç min yüz yetmiş yeddi) manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi təkrar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 10.09.2019cu il tarixli ******* nömrəli aktından görünür ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı məxsus ünvan 1 ünvanına quraşdırılmış G-4 markalı 1302AQ**********5 saylı qaz sayğacı yeni qaz sayğacı ilə əvəzlənmişdir. Sayğacın elektron göstəricisi 03024,8 kub.m., mexaniki göstəricisi 21408 kub.m. təşkil etmişdir. Sayğacın çıxarılma səbəbi “Elektron göstərici ilə mexaniki göstəricisi fərqlidir” göstərilmişdir. İş üzrə “Azəriqaz” İB tərəfindən İddiaçı ünvanlanmış 08.10.2019-cu il tarixli məktubun surətindən görünür ki, qeyd olunan ünvanına quraşdırılmış smart itron tipli G-4 markalı 1302AQ**********5 saylı qaz sayğacı 10.09.2019-cu il tarixdə Sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunaraq yeni qaz sayğacı ilə əvəzlənmişdir. Sayğac çıxarılan vaxt klapanın bağlanmaması səbəbindən dəyəri ödənilməyən qaz sərfi yaranmışdır və İddiaçı tərəfindən ödənilməlidir. 07.10.2019-cu il tarixində İddiaçı hesabında 3177,60 manat borcu var. İş üzrə “Azəriqaz” İB tərəfindən İddiaçı ünvanlanmış 21.10.2019-cu il tarixli məktubun surətindən görünür ki, bundan əvvəl daxil olmuş eyniməzmunlu müraciətinə Bakı X2 Departamentinin SOCAR**********30560046X02104, 08.10.2019-cu il tarixli məktubu ilə cavab verilmişdir. Bir daha bildirirlər ki, əvvəlki illər ərzində istifadə etdiyi qaz sərfinin dəyəri ödənilmədiyi üçün İddiaçı hesabında 3177,60 manat borc yaranmışdır və ödənilməlidir. Hal-hazırda İddiaçı hesabında 3176,60 manat borc mövcuddur. İş üzrə “Azəriqaz” İB tərəfindən İddiaçı ünvanlanmış 01.02.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanına quraşdırılmış öncədən ödənişli G-4 markalı 1302AQ**********5 saylı qaz sayğacı 10.09.2019-cu il tarixində sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktı tərtib olunaraq yeni qaz sayğacı ilə əvəzlənmişdir. Əvəzlənən öncədən ödənişli qaz sayğacının klapanının bağlanmaması səbəbindən, dəyəri ödənilməmiş 17388 kub.m. təbii qazdan istifadə etdiyi məlum olmuşdur. Bu səbəbdən hesabında 3177,60 manat borc yaranmışdır. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında “Azəriqaz” İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının 11.03.2020-ci il tarixli MSK 29/1710-02858 saylı aktına əsasən sayğacın göstəriciləri arasında fərq mövcuddur rəyi verilmişdir. Bildirirlər ki, hesabında yaranmış borc ödənilməlidir. İş üzrə abonent İddiaçı (kod **********00010) abonent saldosundan görünür ki, ona 2019-cu ilin oktyabr ayında 3177,6 manat borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 10.09.2019-cu il tarixdə iddiaçıya məxsus mənzilə aid olan sayğaca baxış keçirilmiş və baxış zamanı elektron göstərici ilə mexaniki göstəricisi fərqli olduğunu müəyyən edilmişdir. Bu səbəbdən sayğac dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. Köhnə sayğac yoxlanılması üçün sayğacların yoxlanması laboratoriyasına göndərilmiş və orada sayğac yoxlandıqdan sonra tərtib edilmiş 11.03.2020-ci il tarixli MSK-29/1710-02858 saylı aktına əsasən “sayğacın göstəriciləri arasında fərq mövcuddur” rəyi verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, sayaçın dəyişdirilməsi barədə tərtib edilmiş akt əsasında iddiaçının abunə hesabına 3177,60 manat borc yazılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, sərf etdiyi qaz məbləğini vaxtlı-vaxtında ödəyirdi. 2015-ci ildən həmin ünvanda yaşamır, orada daimi yaşayış olmamış, evdə müxtəlif fasilələrlə kirayəçilər yaşamışlar. Onun və kirayəşinlərin tərəfindən qaz sayğaca hər hansı müdaxilə olunmamışdır. Hazırda isə cavabdeh təşkilat onu qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq mövcud olmayan borcun ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı 3177,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, 10.09.2019-cu il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan görünür ki, həmin aktda iddiaçıya aid olan sayğacda elektron göstərici ilə mexaniki göstəricisi fərqli olması müəyyən olunmuş və dəyişdirilmişdir. AR Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Normativ hüquqi aktın yuxarıda göstərilən tələblərinə əsasən istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bu səbəbdən məhkəmə qeyd edir ki, sayğacda olan nasazlığın və qüsurların baş verməsinə görə iddiaçı hər hansı cavabdehlik daşımır. Məhkəmə digər tərəfdən qeyd edir ki, «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, yalnız 10.09.2019-cu il tarixdə qaz paylayıcısının əməkdaşları mübahisəli ünvanda sayğaca baxış keçirərkən onda olan qüsuru aşkara çıxarmış, bu səbəbdən sayğac dəyişdirlimiş, dəyəri ödənilməmiş 17388 kub.m. təbii qazdan istifadə edilməsi halı aşkara çıxarılmışdır. Halbuki yoxlama müddəti ərəfəsində, yəni bir ay müddət ərzində istehlakçının bu həddə qaz sərf etməsi məntiqli hesab edilə bilməz. Beləliklə məhkəmə iclasında cavabdeh təşkilat tərəfindən iddiaçının evinə quraşdırılmış qaz sayğacında olan qüsurun istehlakçının təqsirli hərəkətləri nəticəsində yaranması sübuta yetirilmədiyindən, onun abunə hesabına həmin qüsur nəticəsində yaranmış borca görə 3177 manat məbləğində pulun daxil edilməsi əsassız olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilməli, iddiaçının abunə hesabına yazılmış 3177 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 51 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. ünvan 4 ünvana dair İddiaçı abunə hesabına (**********00010) yazılmış 3177 (üç min yüz yetmiş yeddi) manat məbləğində borc silinsin. «Azəriqaz» İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 51 (əlli bir) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-750/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-750/2022
28.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver