Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-772/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı - Cavabdehnə qarşı “aktın ləğv olunması və yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv olunması və yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirdiyinə görə iddianın yolverilməzliyinə geri qaytarılmalıdır. Belə ki, iddiaçının bir tələbi təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın ləğv olunması ilə bağlıdır, digər tələbi isə abonent hesabına yazılmış borcun silinməsi ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirildiyindən, eyni zamanda irəli sürümlüş tələblərdən biri mülki mühakimə icraatı qaydasında baxılması yol verilmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın ləğv olunması tələbi ilə müvafiq inzibati məhkəməyə, abonent hesabına yazılmış borcun silinməsi tələbi ilə Cavabdeh hüquqi ünvanının olduğu yer üzrə və ya iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə rayon-şəhər məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv olunması və yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın ləğv olunması tələbi ilə müvafiq inzibati məhkəməyə, abonent hesabına yazılmış borcun silinməsi tələbi ilə rayon-şəhər məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-772/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-772/2023
10.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver