Məhkəmə qərarları › İş №2(009)-774/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-774/2023

26.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-774/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin – Cavabdeh qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı MMC-nin – Cavabdeh qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2021-ci ilin iyun ayınadək istifadə etdiyi kommunal xidmətlərə görə ümumilikdə 2045 manat pulun və ödənilmiş dövlət rüsumunun tutularaq “X6“ MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı Mənzil-Tikinti Kooperativi xx.xx.2003-cü ildən Ədliyyə Nazirliyində 0103-P36-39077 nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra 2006-cı ildə isə MTK ünvan 1 ünvanında çoxmərtəbəli (17 mərtəbəli) çoxmənzilli bina inşa etmişdir. Lakin inşa olunmuş binanın payçıları tərəfindən 2021-ci ilin iyul ayınadək MMMC-nin yaradılmaması ilə əlaqədar olaraq həmin binanın kommunal xidmətləri və binaya xidməti və onun saxlanılmasını, binanın təmirinin, zibillərinin daşınmasını, liftin və binanın saxlanılmasını sakinlərin razılığı əsasında “X6” MTK öz üzərinə götürmüşdür. Belə ki, xx.xx.2015-ci il tarixində “X6” MTK ləğv olunur və onun qanuni VARİSİ “X6” MMC yaranır və qeydiyyatdan keçir. Lakin təəssüf hissi ilə bildirirlər ki, onlar “X6” MTK-nın varisi olaraq xərclədiyi kommunal pullarını bəzi sakinlərdən ala bilmirlər. Belə ki, “X6” MMC faktiki olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 113-cü maddəsinə əsasən “X6” MTK-nın hüquqi varisidir. İddiaçı İdeal-İnşaat Company MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2004-cü il tarixli Mənzil tikintisi haqqında müqaviləyə əsasən imzalamışdır. Həmin müqaviləyə əsasən 2 otaqlı mənzillər üçün aylıq kommunal xidmətlərə görə qış mövsümü üçün xərc 60 manat, yay mövsumu üçün xərc isə 35 manat olaraq müəyyən edilmişdir. Cavabdehə kommunal xidmətinə görə borclarının ödənilməsi barəsində hər il dəfələrlə bildiriş göndərilib və binanın kommendantı və işçiləri tərəfindən dəfələrlə xəbərdar olunub. Hazırda Cavabdeh İdeal-İnşaat Company MMC-yə 2013-cü il 31 azn., 2014-cü il 224 azn., 2015-ci il 95 azn., 2016-cı il 220 azn., 2019-cu il 360 azn 2020-ci il 480 azn 2021-ci il may ayı daxil olmaqla 160 azn cəmi 1570 azn komunala., 315 azn antenaya.,160 sayğaca (qaz,su,işıq) ümumilikdə 2045 azn Cavabdeh dəfələrlə borcun ödənilməsi üçün müraciət olunsa da o borcun müəyyən hissəsini ödəsə də, hələ də borcunu tam olaraq ödəməmişdir. Kommunal xidmətlərin göstərilməsi barədə müqavilənin 1-ci maddəsinə əsasən iddiaçı öz üzərinə aşağıda qeyd edilən xidmətlərin göstərilməsi öhdəliyini götürmüşdür. • Yük və Sərnişin liftlərinin fasiləsiz işləməsini təmin etmək; • Binanın həyətində abadlıq-yaşıllaşdırma və həyətin işıqlandırılmasını təmin etmək; • Həyətdən zibilin vaxtında daşınmasını təmin etmək; • Blokların və həyətin təmiz saxlanılmasını təmin etmək; • Bütün sutka ərzində həyət qapılarında gözətçilər qoyulmasını təmin etmək; • Mənzilləri mərkəzləşdirmiş televiziya antenası ilə təmin etmək; (əlavə haqq ödənilməsi şərti ilə) Müqavilənin 2-ci maddəsinə əsasən, mənzil mülkiyyətçisi kommunal xidmətlərə görə MMC rəhbərliyindən hər ay aldığı ödəniş cədvəli üzrə müəyyən edilmiş məbləği nağd və tam həcmdə növbəti ayın 5-dən gec olmayaraq cəmiyyətə ödəməlidir. Belə ki, İddiaçı MTK ilə Mənzil Tikintisi haqqında müqavilə bağlanmışdır və payçı olaraq tam mənzilin pulunu ödəyib və mənzilini təhvil almışdır. Lakin müqavilənin şərtlərini pozmuşdur. İddiaçı MMCnin rəhbərliyi kommunal xidməti haqlarının ödənilməsi üçün dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlasada və eləcə də yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirməklə kommunal xidməti borcunu ödəməmişdilər. Bildirir ki, İdeal İnşaat MMC binaların tikilməsi və təmiri ilə məşğul olunmuşdur. Bu binalardan biri Binəqədi rayonu, Mircəlal küçəsində yerləşən çoxmərtəbəli binadır. Bu yaşayış binasının bütün kommunal xidmətləri və binaya xidməti və onun saxlanılmasını, binanın təmirinin, zibillərinin daşınmasını, liftin və binanın saxlanılmasını sakinlərin razılığı əsasında “X6” MTK öz üzərinə götürmüşdür. Bütün sadalananların təmin edilməsi üçün bir cox şirkətlərlə müqavilələr bağlamışdır. Həmin müqavilələrə əsalanaraq göstərilən xidmətlərin ödənilməsi üçün mənzildə yaşayan şəxslərdən müəyyən ödənişlər tələb olunmuşdur. Lakin uzun müddətdir ki, müəyyənləşdirilən xərclər ödənilmir və bunun nəticəsində bu şəxsin, Cavabdeh İdeal-İnşaat Company MMC-yə 2013 il 31azn., 2014-cü il 224 azn., 2015-ci il 95 azn., 2016-cı il 220 azn., 2019-cu il 360 azn 2020-ci il 480 azn 2021-ci il may ayı daxil olmaqla 160 azn cəmi 1570 azn komunala 315 azn antenaya., 160 sayğaca (qaz,su,işıq) ümumilikdə 2045 azn. Tərəflərindən şəxsə dəfələrlə bildirişlər xəbərdarlıqlar göndərilsə də həmin şəxs tərəfindən müəssəsəyə olan borcun ödənilməsi təmin edilməmişdir. Hesab edir ki, sözü gedən şəxs müəyyən edilən borc vəsaitlərini ödəməlidir əks təqdirdə bu yaşayış binasında məskunlaşan digər sakinlər tərəfindən də bu ödənişlərin ödənilməməsinə səbəb ola bilər bu isə binada müəyyən qarışıqlıqların və mübahisələrin yaranmasına zəmin yarada bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, cavabdeh xəbərdarlıq (pretenziya) məktubu ilə müqaviləyə əsasən borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. İş materiallarında olan müqavilə üzrə ödənişin tələb edilməsinə dair 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə 2013-cu il üçün 31 Azn, 2014-cu il üçün 224 Azn, 2015-ci il üçün 95 Azn, 2016-ci il 220 Azn, 2019-cu il üçün 360 Azn, 2020ci il üçün 480, 2021 ci il may ayı daxil olmaqla 160 azn, komunala 930 Azn, 160 AZN sayğaca (krosnu aparat), 315 manat antenaya, ümumilikdə isə 2045 AZN borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, Bakı şəhəri, M.Cəlal küçəsində inşa edilən 16 mərtəbəli, bir bloklu, 1 nömrəli evinin 45 nömrəli, ümumi sahəsi 95.6 kv.m olan mənzili "xxxx" MMC Cavabdeh təhvil verilməsini öz üzərinə götürür. Müqavilənin 2-ci maddəsinə əsasən, mənzil mülkiyyətçisi kommunal xidmətlərə görə MMC rəhbərliyindən hər ay aldığı ödəniş cədvəli üzrə müəyyən edilmiş məbləği nağd və tam həcmdə növbəti ayın 5-dən gec olmayaraq cəmiyyətə ödəməlidir. İş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, ünvan 2 ünvanındakı 2-ci giriş binasının 1-ci girişində ona məxsus 45 nömrəli mənzilin aldığı müddətdən yığılıb qalan kommunal borcundan 2019-cu il iyun ayıda daxil olmaqla 120 manat, cəmi 1939 manat kommunal, 315 manat antena, 160 manat sayğaca ümumilikdə 2334 manat borcu yaranmışdır. Bu borcundan 1000 manat ödədiyini, qalan borcunu hissə-hissə ödəməyini bildirmişdir. İş materiallarında olan İddiaçı MMC-nin 28 iyun 2019-cu il tarixli məktubundan görünür ki, ideal İnşaat MMC-yə məxsus ünvan 3 ünvanındakı 2 girişli binanın 1 ci girişi 45 Neli mənzildə yaşayan Qafarova Qəmər komunal borcu üçün 2334 manat borcdan 1000 azn ödəmişdir. İş materiallarında olan kommunal xidmətlərin göstərilməsi və ödənişi haqqında 45 nömrəli, 01 yanvar 2018-ci il tarixli müqavilədən görünür ki, MMC-nin rəhbərliyi aşağıdakı kommunal xidmətlərin göstərilməsini öz üzərinə götürür: a) Mənzillərin soyuq su ilə təmin edilməsi (qrafıkə uyğun); b) həyətin, blokların süpurülməsinin, təmiz saxlanmasının, mühafizəsinin, işıqlandırılmasının və yaşıllığa qulluğun təmin edilməsi; v) Lift xidməti və zibilin daşınması üzrə bağlanmış müqavilələrin şərtlərinə əməl olunmasının aidiyyəti i təşkilatlardan tələb edilməsi.

2. Mənzil mülkiyyətçisi göstərilmiş kommunal xidmətlərə görə MMC rəhbərliyindən hər ayın sonunda aldığı ödəniş cədvəli üzrə müəyyən edilmiş məbləği nağd və tam həcmdə növbəti ayın 5-dən gec olmayaraq Cəmiyyətə ödəməlidir. Əks halda bloklar üzrə göstərilən kommunal xidmətlər dayandırıla bilər. Kommunal xidmətlərə görə ödəniş mənzildə faktiki yaşayışın olub-olmamasından asılı olmayaraq həyata keçirilməlidir. İş materiallarında olan İddiaçı MMC-nin borc bildirişindən görünür ki, 2 (iki) otaqlı mənzilin kommunal ödəmə haqqı 2012-ci il qış fəsli 60 azn, yay fəsli üçün 35 azn (dekabr ayından kvadrata görə qış fəsli ayları 1G0 azn, yay fəsli ayları üçün 50 azn) hesablanıb. 2013-cu il üçün qış ayları 96 azn, yay fəsli ayları 48 azn hesablanıb. 2014-cu il üçün qış fəsli üçün 96 azn, yay fəsli üçün 48 azn (noyabr,dekabr ayları istilik sistemi olmadığı üçün yay ayı kimi hesablanır). 2015-ci il qış fəsli üçün 55 azn, yay fəsli üçün 50 azn, xx.xx.2015ci il tarixdən hər ay üçün 35 manatdan hesablanır. 2016-cı il hər ay 35 azn, 2017-ci ildən etibarən hər ay üçün 40 manat təşkil edir. Onun MMC-yə 2013-ci il üçün 31 AZN, 2014 cu il üçün 224 AZN, 2015-cü il üçün 95 AZN, 2016-ci il üçün 220 AZN, 2019-cı il üçün 360 AZN, 2020-cı il üçün 480 AZN, 2021-ci il may ayı daxil olmaqla 160 AZN, cəmi 1570 manat kommunala, 315 manat antenaya, 160 manat sayğaca görə, ümumilikdə isə 2045 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC-nin 01 yanvar 2017-ci il tarixli, 07 nömrəli qərarından görünür ki, mövcud vəziyyətlə əlaqədar olaraq, MMC-nin işçilərinin əmək haqqlarının əhəmiyyətli dərəcədə qaldırılması, aylıq lift xidməti xərci, sanitar, zibil xərci, kanalzasiya xərci, havalandırma xərci, avadanlıqların təmiri xərci, binanın təmiri xərci, elektrik enerjisi xərci və sair xərclər kimi binanın amortizasiya və cari xərcləri nəzərə alaraq, 1 (bir) otaqlı mənzilin kommunal ödəmə haqqı 2017-ci il üçün 30 AZN, 2 (iki) otaqlı mənzilin kommunal ödəmə haqqı 2017-ci il üçün 40 AZN, 3 (üç) otaqlı mənzilin kommunal ödəmə haqqı 2017-ci il üçün 50 AZN hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC-nin 01 yanvar 2016-cı il tarixli, 06 nömrəli qərarından görünür ki, 1 (bir) otaqlı mənzilin kommunal ödəmə haqqı 2016-cı il üçün 25 AZN, 2 (iki) otaqlı mənzilin kommunal ödəmə haqqı 2016-cı il üçün 35 AZN, 3 (üç) otaqlı mənzilin kommunal ödəmə haqqı 2016-cı il üçün 45 AZN hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC-nin 01 iyun 2015-ci il tarixli, 05 nömrəli qərarından görünür ki, 1 (bir) otaqlı mənzilin kommunal ödəmə haqqı 2015-ci il üçün 25 AZN, 2 (iki) otaqlı mənzilin kommunal ödəmə haqqı 2015-ci il üçün 35 AZN, 3 (üç) otaqlı mənzilin kommunal ödəmə haqqı 2015-ci il üçün 45 AZN hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC-nin 01 yanvar 2014-cü il tarixli, 04 nömrəli qərarından görünür ki, 1 (bir) otaqlı mənzilin kommunal ödəmə haqqı 2014-cü il üçün qış fəsli ayları (yanvar, fevral, mart, aprel, dekabr) üçün 54 AZN,'yay fəsli ayları (may, iyun, iyul, avqust, sentyabr, oktyabr) üçün 27 AZN, 2 (iki) otaqlı mənzilin kommunal ödəmə haqqı 2014-cü il kv.m-dən asılı olaraq qış fəsli ayları (yanvar, fevral, mart, aprel, dekabr) üçün 100 AZN, yay fəsli ayları (may, iyun, iyul, avqust, sentyabr, oktyabr) üçün 50 AZN, 3 (üç) otaqlı mənzilin kommunal ödəmə haqqı 2014-cü il kv.m-dən asılı olaraq qış fəsli ayları (yanvar, fevral, mart, aprel, dekabr) üçün 120 AZN, yay fəsli ayları (may, iyun, iyul, avqust, sentyabr, oktyabr) üçün 60 AZN hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC-nin 01 yanvar 2013-cü il tarixli, 03 nömrəli qərarından görünür ki, 1 (bir) otaqlı mənzilin kommunal ödəmə haqqı 2013-cü il üçün qış fəsli ayları (yanvar, fevral, mart, aprel, dekabr) üçün 54 AZN, yay fəsli ayları (may, iyun, iyul, avqust, sentyabr, oktyabr) üçün 27 AZN, 2 (iki) otaqlı mənzilin kommunal ödəmə haqqı 2013-cü il kv.m-dən asılı olaraq qış fəsli ayları (yanvar, fevral, mart, aprel, dekabr) üçün 96 AZN, yay fəsli ayları (may, iyun, iyul, avqust, sentyabr, oktyabr) üçün 48 AZN, 3 (üç) otaqlı mənzilin kommunal ödəmə haqqı 2013-cü il kv.m-dən asılı olaraq qış fəsli ayları (yanvar, fevral, mart, aprel, dekabr) üçün 120 AZN, yay fəsli ayları (may, iyun, iyul, avqust, sentyabr, oktyabr) üçün 60 AZN hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC-nin 01 yanvar 2012-ci il tarixli, 02 nömrəli qərarından görünür ki, 1 (bir) otaqlı mənzilin kommunal ödəmə haqqı 2012-ci il üçün qış fəsli 50azn, yay fəsli üçün 25azn (dekabr ayından kvadrata görə qış fəsli ayları 54 azn, yay fəsli ayları üçün 27 azn) hesablanıb, 2 (iki) otaqlı mənzilin kommunal ödəmə haqqı 2012-cü il kv.m-dən asılı olaraq qış fəsli 60azn, yay fəsli üçün 35azn (dekabr ayından kvadrata görə qış fəsli ayları 96azn, yay fəsli ayları üçün 48 azn) hesablanıb, 3 (üç) otaqlı mənzilin kommunal ödəmə haqqı 2012-cü il kv.m-dən asılı olaraq qış fəsli 70 azn, yay fəsli üçün 45azn, (dekabr ayından etibarən kv.m-dən asılı olaraq qış fəsli üçün 120 azn, yay fəsli üçün 60 azn hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC-nin 01 yanvar 2011-ci il tarixli, 01 nömrəli qərarından görünür ki, 1 (bir) otaqlı mənzilin kommunal ödəmə haqqı 2011-ci il üçün qış fəsli aylar üçün 50 azn, yay fəsli ayları üçün 25 azn, 2 (iki) otaqlı mənzilin kommunal ödəmə haqqı 2011-ci il kv.m-dən asılı olaraq qış fəsli ayları üçün 60azn, yay fəsli ayları üçün 35azn hesablanıb, 3 (üç) otaqlı mənzilin kommunal ödəmə haqqı 2011-ci il kv.m-dən asılı olaraq qış fəsli üçün 70 azn, yay fəsli üçün 45 azn hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC-nin 01 yanvar 2010-cu il tarixli, 01 nömrəli qərarından görünür ki, 1 (bir) otaqlı mənzilin kommunal ödəmə haqqı 2010-cu il üçün qış fəsli aylar üçün 50azn, yay fəsli ayları üçün 22azn, 2 (iki) otaqlı mənzilin kommunal ödəmə haqqı 2010-cu il kv.m-dən asılı olaraq qış fəsli ayları üçün 60azn, yay fəsli ayları üçün 33azn hesablanıb, 3 (üç) otaqlı mənzilin kommunal ödəmə haqqı 2010-cu il kv.m-dən asılı olaraq qış fəsli üçün 70 azn, yay fəsli üçün 44 azn hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC-nin 01 iyul 2009-cu il tarixli, 01 nömrəli qərarından görünür ki, 1 (bir) otaqlı mənzilin kommunal ödəmə haqqı 2009-cu il üçün 18 azn, 2 (iki) otaqlı mənzilin kommunal ödəmə haqqı 2009-cu il üçün 25 azn, 3 (üç) otaqlı mənzilin kommunal ödəmə haqqı 2009-cu il üçün 30 azn hesablanmışdır. İş materiallarında olan 01 sentyabr 2011-ci il tarixli 10 nömrəli müqavilədən görünür ki, Binəqədi MKTB ilə "xxxx" MTK arasında müqavilə bağlanmışdır. İş materiallarında olan 20 may 2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ilə “X6” MMC arasında müqavilə bağlanmışdır. İş materiallarında olan liftlərə texniki xidmət müqaviləsi xx.xx.2021-ci il tarixli, GT- 13/21 saylı müqavilədən görünür ki, “X6” MMC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, FGSG/RDM-1/4 saylı müqavilədən görünür ki, “X6” MMC ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi 87 olan müddətsiz lisenziyası əsasında fəaliyyət göstərən “X3 Group” MMC arasında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 01/9-305 saylı müqavilədən görünür ki, “X6” MMC ilə "xxxx" ASC arasında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, “X6” MMC ilə "xxxx" ASC arasında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, “X6” MMC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır.

Əsaslandırıcı hissə:

Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Mənzil-Tikinti Kooperativi xx.xx.2003-cü ildən Ədliyyə Nazirliyində 0103-P36-39077 nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra 2006-cı ildə isə MTK ünvan 1 ünvanında çoxmərtəbəli (17 mərtəbəli) çoxmənzilli bina inşa etmişdir. Lakin inşa olunmuş binanın payçıları tərəfindən 2021-ci ilin iyul ayınadək MMMC-nin yaradılmaması ilə əlaqədar olaraq həmin binanın kommunal xidmətləri və binaya xidməti və onun saxlanılmasını, binanın təmirinin, zibillərinin daşınmasını, liftin və binanın saxlanılmasını sakinlərin razılığı əsasında “X6” MTK öz üzərinə götürmüşdür. xx.xx.2015-ci il tarixində “X6” MTK ləğv olunmuş, onun hüquqi varisi “X6” MMC yaranır və qeydiyyatdan keçir. Beləliklə, iddiaçı İdeal-İnşaat Company MMC Cavabdeh ilə MTK arasında bağlanılmış xx.xx.2004-cü il tarixli Mənzil tikintisi haqqında müqaviləyə əsasən 2 otaqlı mənzillər üçün aylıq kommunal xidmətlərə görə qış mövsümü üçün xərc 60 manat, yay mövsumu üçün xərc isə 35 manat olaraq müəyyən edilmişdir. Cavabdehə kommunal xidmətinə görə borclarının ödənilməsi barəsində dəfələrlə bildiriş göndərilmiş, lakin borc ödənilməmişdir. Hazırda Cavabdeh İddiaçı MMC-yə 2013-cü il 31 azn., 2014-cü il 224 azn., 2015-ci il 95 azn., 2016-cı il 220 azn., 2019-cu il 360 azn 2020-ci il 480 azn 2021-ci il may ayı daxil olmaqla 160 azn cəmi 1570 azn komunala., 315 azn antenaya.,160 sayğaca (qaz,su,işıq), ümumilikdə 2045 azn borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. - 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. - 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. - 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Mülki Məcəllənin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə yazılmış xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, ərizə yazaraq bildirmişdir ki, ünvan 2 ünvanındakı 2-ci giriş binasının 1-ci girişində ona məxsus 45 nömrəli mənzilin aldığı müddətdən yığılıb qalan kommunal borcundan 2019-cu il iyun ayı da daxil olmaqla 120 manat, cəmi 1939 manat kommunal, 315 manat antena, 160 manat sayğaca görə, ümumilikdə 2334 manat borcu yaranmışdır. Bu borcundan 1000 manat ödəyir, qalanını hissə-hissə ödəyər. Ərizədən də göründüyü kimi cavabdeh kommunal xərclərlə yanaşı antenaya görə 315 manat, quraşdırılmış sayğaclara görə 160 manat borcunun olmasını qəbul etmiş və hissə-hissə ödəyəcəyini bildirmişdir. Sadalanan qanunvericilik aktlarının tələblərinə, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən, eləcə də Cavabdeh borcunun olmasına dair etiraf ərizəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-yə 2013-cü il üzrə 31 manat., 2014-cü il üzrə 224 manat., 2015-ci il üzrə 95 manat, 2016-cı il üzrə 220 manat, 2019-cu il üzrə 360 manat, 2020-ci il üzrə 480 manat, 2021-ci il may ayı daxil olmaqla 160 manat, cəmi 1570 manat kommunal xərclərə görə borcu, 315 manat antenaya görə, 160 manat sayğaca (qaz, su, işıq) görə, ümumilikdə 2045 azn borcu yaranmışdır. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən yaranmış borcun ödənilməsini tələb etməsi əsaslıdır. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2021-ci ilin iyun ayınadək istifadə etdiyi kommunal xidmətlərə görə ümumilikdə 2045 (iki min qırx beş) manat və ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı “X6“ MMC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə:

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 2045 (iki min qırx beş) manat və ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “X6“ MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar