Məhkəmə qərarları › İş №2(009)-775/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-775/2022

02.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-775/2022 02.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçılar İddiaçı1 (eyni zamanda 3-cü şəxs E.S.Nəcəfovun nümayəndəsi), İddiaçı3, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3, onun nümayədəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1, X15 və İddiaçı3 qızının cavabdehlər Cavabdeh3 qızına, Bakı şəhəri 28 saylı Notariat Ofisinə və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı əqdlərin etibarsız hesab edilməsi, vərəsəlik hüquqlarının tanınması, payların müəyyən edilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X25 və İddiaçı3 qızı cavabdehlər X39, Cavabdeh3 qızına, Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, Bakı şəhəri Zəhmətkeş Sovetinin İcraiyyə Komitəsi tərəfindən xx.xx.1979-cu il tarixli 5337 saylı daşınmaz əmlaka dair çıxarışdan görünür ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi mərhum X6 adına rəsmiləşdirilmişdir. Həmin çıxarışda onların və ailə üzvlərinin adları qeyd edilmişdir. İddiaçılar və cavabdeh Asif Nəcəfli anadan olduğu gündən hazırki vaxtadək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Onların hər üçü və cavabdeh Asif Nəcəfli ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində anadan olmuşlar. Onların əmisi (atasının doğma qardaşı) X23 1943-cü ildə Vorkuta şəhərində ölmüşdür, o evlənməmişdir və onun uşaqları olmamışdır. Musa Nəcəfovun qardaşı iddiaçıların atası X16 xx.xx.1974-cü ildə Bakı şəhərində ölmüşdür. Onların atasının bibisi (atasının doğma bacısı) X61 1946-cı ildə Bakı şəhərində ölmüşdür. X61 cavan yaşında ölmüşdür, evlənməmişdir və onun uşaqları olmamışdır. Onların nənəsi (atanın anası) X26 xx.xx.1955-ci ildə Bakı şəhərində ölmüşdür. Onun iki oğlu və bir qızı var idi – onların atası X16, əmisi X23 və bibisi Əliyeva (Nəcəfova) X59 olmuşdur. Bibisi (atanın doğma bacısı) Əliyeva (Nəcəfova) X59 xx.xx.1956-cı ildə Bakı şəhərində ölmüşdür. Əliyeva (Nəcəfova) X40 uşaqları olmamışdır. Onun doğma qardaşı X27 xx.xx.2016-cı il tarixdə ölmüşdür. O, evlənməmişdir və onun uşaqları olmamışdır. Bakı şəhəri 8 saylı notariat ofisin notariusu Vəsilə Nəcəfovanın xx.xx.2020-ci il tarixli Bakı şəhəri, 8-ci K.Qala döngəsi, ev 21-də yaşayan X39 verilmiş məktubunda bildirilmişdir ki, X23, X19, X27, X26, X51 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 28/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə tərəflərindən baxış keçirilərkən qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan müddətin ötürüldüyü məlum olmuş və məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Bundan sonra cavabdeh mübahisə predmetini təşkil edən evə dair vərəsəlik hüquqlarının qeydə alınmasını həyata keçirmək üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmiş və vərəsəlik hüquqlarının tanınmasını xahiş etmişdir. İş məhkəmənin icraatında olan zaman cavabdeh Asif Nəcəfli onların da qeyd edilən əmlak üzərində vərəsəlik hüquqlarının olduğunu bilmişdir. Cavabdeh X32 miras əmlakı uzun illərdən sonra rəsmiləşdirməsinin əsas məqsədi, həmin əmlaka alıcının olması və əmlakın satmaq niyyətinin olması olmuşdur. Bu səbəbdən də rəsmiləşdirmə işlərini apararkən onlara müraciət edib, vərəsəlik hüquqlarından imtina etmələrini xahiş etmiş və bildirmişdir ki, əmlakın bir neçə şəxsin mülkiyyətinə verilməsi sonradan alqı-satqının rəsmiləşdirilməsində əlavə problem və xərc yaradır. Həmçinin cavabdeh Asif Nəcəfli onları inandırmışdır ki, onlar formal olaraq vərəsəlik hüquqlarından imtina etsələr də faktiki heç bir hüquqlarından imtina etmirlər və əmlak satılandan sonra öz paylarına uyğun vəsaiti alacaqlar. Bundan sonra onlar hazırki iş üzrə cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinə yollanaraq mübahisə predmetini təşkil edən notarial ərizə vermişlər. Cavabdeh X52 xx.xx.2021-ci il tarixdə “Covid-19” səbəbindən dünyasını dəyişmiş və onun yeganə varisi hazırki iş üzrə Cavabdeh3 qızı qalmışdır. Sonuncu şəxs isə bilərəkdən Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala küçəsi, ev 21-ə dair heç bir rəsmiləşdirmə aparmamaqla onların hazırki iddiasına maneə olmağa çalışır. Cavabdeh3 mərhum əri Asif Nəcəflinin miras əmlakını faktiki idarə etdiyindən sonuncunun öhdəlikləri üçün də iddiaçılar qarşısında məsuliyyət daşıyır. İndi isə Cavabdeh3 bilərəkdən mərhum əri Asif Nəcəfli tərəfindən verilən vədlərdən yayınaraq, onların miras hüquqlarını pozmaq niyyətindədir. Bu səbəbdən də belə hesab edirlər ki, cavabdeh Asif Nəcəfli tərəfindən verilən vədlər yerinə yetirilmədiyi üçün onların razılıq ərizələri məhkəmə qaydasında etibarsız hesab edilməli və iddiaçıların vərəsəlik hüquqları tanınmalıdır. Lakin hal-hazırda həmin müqavilələr əsasında cavabdeh Asif Nəcəfli Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala küçəsində yerləşən 21 saylı evi öz mülkiyyətinə keçirmiş və xx.xx.2021-ci il tarixli **********76-10301 reyestr nömrəli Çıxarış əldə edə bilmişdir. Düşünürlər ki, yuxarıda qeyd edilən razılıq ərizələri etibarsız hesab edildikdən sonra həmin əqddən yaranan hüquqi nəticə kimi göstərilən Çxarış da ləğv edilməli və qeyd edilən daşınmaz əmlak üzərində iddiaçıların vərəsəlik hüquqları məhkəmə qaydasında tanınmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçılar Bakı şəhəri 28 saylı Notariat Ofisində verilən rəsmiləşdirilən xx.xx.2020-ci il tarixli 8İ-1738 reyestr nömrəli ərizənin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası İN yanında ƏMDX DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli **********76-10301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi və iddiaçıların Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala küçəsində yerləşən 21 saylı ev üzərində vərəsəlik hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, X25 və İddiaçı3 qızı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, əvvəlki iddia tələblərindən də göründüyü kimi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olan 2(009)- 1018/2020 saylı mülki iş üzrə cavabdeh X52 öz vərəsəlik hüquqlarını tanıtdırmış və Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala küçəsində yerləşən 21 saylı evə çıxarış aldığından iddia tələblərində həmin çıxarışın ləğvini xahiş etmişlər. Lakin Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli eyni nömrəli qərardadı ilə məhkəmə qətnaməsində dönüş ərizəsi təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1018/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dönüş edilərək, X32 adına verilmiş vərəsəlik hüququna dair şəhadətnamə, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********76-10301 reyestr nömrəli çıxarış ləğv edilmişdir. Məhz bu hal artıq həmin hissədə iddia tələblərini əhəmiyyətsiz etmiş və həmin hissədə iddianın həcminin azaldılması zərurəti yaranmışdır. İddia ərizəsində onlar X41 cavabdeh kimi qeyd etsələr də, həmin şəxs öldüyündən və digər Cavabdeh3 qızı həmin şəxsin varisi olduğundan, onlar iddianın həcmini də azaldaraq X41 cavabdehlər sırasından çıxarmaq qərarına gəlmişlər. Hazırki iddia tələblərinin dəqiqləşməsinə dair ərizədən də göründüyü kimi, ünvan 2 ünvanında yerləşən ev miras əmlak olaraq vərəsələr X39, X33, İddiaçı1, X21 və İddiaçı3 qızına qalmışdır. Həmin vərəsələrdən X52 öldüyündən Cavabdeh3 qızı onun varisi hesab edilir. Bundan əlavə vərəsə X45 da xx.xx.2020-ci il tarixdə öldüyündən X28 qanun üzrə yeganə vərəsəsidir. Bu səbəbdən də belə hesab edirlər ki, miras əmlak adları yuxarıda qeyd edilən vərəsələr və ya onların payı nisbətində varislərinə verilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçılar Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala küçəsində yerləşən 21 saylı evə vərəsəlik hüquqlarına dair İddiaçı1 tərəfindən Bakı şəhəri 28 saylı Notariat Ofisində rəsmiləşdirilən 8İ-1760,8İ-1762,8İ-1763,8İ-1764,8İ-1765, 8İ-1766 reyestr nömrəli ərizələrin, İddiaçı3 qızı tərəfindən Bakı şəhəri 28 saylı Notariat Ofisində rəsmiləşdirilən 8İ-1735,8İ- 1736,8İ-1737,8İ-1738,8İ-1739, 8İ-1740 reyestr nömrəli ərizələrin, iddiaçı X25 tərəfindən 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisində rəsmiləşdirilən 8İ-14428, 8İ-14429, 8İ-1737, 8İ- 14430, 8İ-14431, 8İ-14432, 8İ-14433 reyestr nömrəli ərizələrin etibarsız hesab edilməsi, iddiaçılar İddiaçı1, X15, İddiaçı3 qızının ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə vərəsəlik hüquqlarının tanınması, həmçinin miras əmlak üzərində hər vərəsənin 1/5 nisbətdə paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış İddiaçı1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, qardaşı sağlığında miras əmlaklardan imtina barədə ərizənin yazılmasını ona görə onlardan xahiş etmişdir ki, bir nəfərin adına əmlak keçsin, satıldıqdan sonra onların payı verilsin. Asif çıxarış aldıqdan sonra evin alıcısı olmuş, lakin sonra Asif bildirmişdir ki, onun hələ imkanı yoxdur, evi ala bilmir. Asifin vəfatından sonra Lalə satışdan imtina etdi.Miras əmlakda hər bir vərəsənin qanuni payının müəyyən edilməsini istəyir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı3 qızı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, qardaşı Asif ərizəni ona imzalatdırarkən bildirmişdir ki, ev satılsın, ona ev alacaq. Onun buna ehtiyacı var. Məhkəmə iclasında izahatı alınmış iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçılar qardaşları Asif Nəcəflinin xeyrinə miras əmlakdakı paylarından imtina etmələrinin səbəbi ev Asifin adına keçdikdən sonra Asif evi satmalı, onların paylarına düşən pulu verməli ya da onlara ev almalı idi. Asifin ölümündən sonra həyat yoldaşı Lalə bildirmişdir ki, evin sahibi odur, evi satmayacaqdır. İddiaçılar aldadıldıqlarını bilərək hazırki tələblə məhkəməyə müraciət etmişlər. Cavabdehlə məhkəmədənkənar barışıq sazişi bağlamaq istəsələr də, qarşı tərəf bunu etməmişdir. Məhkəmə araşdırması zamanı miras əmlakın 5 vərəsə arasında bölünməsinə dair Asifin razılığı olsa da, Cavabdeh3 hazırda bunu inkar edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh3 qızı iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki,onun razılıq ərizələrinin yazılmasından və danışıqlardan xəbəri olmayıb. Asif vəfat etməmişdən qabaq bildirmişdir ki, evi satıb 2 payı özü götürüb, yerdə qalan pulu Gülnarəyə versin. O, evin satılmasına etiraz etmir. Lakin evin satış qiymətinə uyğun özü vərəsələrə pay verəcəkdir. Yəni əgər ev 300.000 manata satılarsa 130.000 manat özü götürəcək, 170.000 manatı onlara verəcəkdir. O, barışıq sazişi bağlamaqdan imtina etməmişdir. Bərabər bölgüyə razı deyil. Məhkəmədən iddianın rəldd edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh3 qızının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki,iddia ərizəsində iddiaçılar qeyd edir ki, mübahisəli fərdi ev 06 may 1979cu il tarixli 5337 saylı çıxarışla X6 adına rəsmiləşdirilmişdir. Lakin həmin çıxarışa baxarkən görünür ki, həmin daşınmaz əmlak paylı mülkiyyətdir və 8 şəxsin adına rəsmiləşdirilmişdir, iddiaçılar həmin çıxarışda göstərilən şəxslərlə qohumluq əlaqəsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. X52 anası X8 aid olan payı məhkəmə qətnaməsinin icrası qaydasında almamışdır, həmin pay üzrə notarius tərəfindən X39 verilmiş şəhadətnamə qüvvədədir. İddiaçılar mübahisəli miras əmlakı faktiki qəbul etməmişlər, həmin əmlakı tələb etmək üçün müəyyən edilmiş müddəti ötürüblər. xx.xx.2020-ci il tarixli qətnamə qərardad əsasında ləğv edilmişdir və iddia icraatında yenidən baxılacaqdır, ona görə hesab edir ki, həmin qətnamədə göstərilən faktlar və sübutlar bu məhkəmə üçün əsasdır. xx.xx.2020-ci il tarixli qətnamədə qeyd edilir ki, X45 notarial qaydada təsdiq edilmiş 08 iyun 2020-ci il tarixli ərizəsi ilə bildirir ki, onun miras qalan əmlakda icbari payı yoxdur, iştirak etməkdən imtina edir, miras üzrə iddiası yoxdur, gələcəkdə buraxılmış müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməyəcək. X22 olarkən ona çatası miras payında imtina etmişdir, ona görə onun oğlunun miras payı əldə etmək üçün hüququ yoxdur. Qeyd etmək istəyir ki, iddiaçılar 2020-ci ildə keçirilən məhkəmə iclaslarla iştirak ediblər. Həmin işlə bağlı məhkəmə qətnaməsi xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir, Nəcəfli Asif həmin tarixdən 14 ay sonra xx.xx.2021-ci ildə vəfat etmişdir və həmin müddət ərzində iddiaçılarla Nəcəfli Asif arasında miras əmlakla bağlı hər hansı mübahisə olmamışdır. Nəcəfli Asifin öldüyü gündən 5 aydan çox vaxt keçəndən sonra 2022-ci ilin mart ayında iddiaçılar Səbail Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdirlər. Nəcəfli Asifin uşaqları olmayıb, ona görə iddiaçılar hesab ediblər ki, həmin fərdi ev onların yaxın qohumu olmayan Nəcəfli Asifin həyat yoldaşı Cavabdeh3 verilə bilməz, həmin iddia tələbi məhkəməyə vermək üçün hər hansı hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1268-ci maddəsinə əsasən, əgər vərəsə fəaliyyət qabiliyyətli olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Həmin Məcəllənin 1273-cü maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Beləliklə iddiaçıların mirasın qəbul etməkdən imtina etdiyi ərizə iddiaçıların istəyi ilə götürülə bilməz, iddiaçıların nümayəndəsi məhkəmə hazırlıq iclasında və iddiaçılar iddia ərizəsində qeyd etmişdirlər ki, Nəcəfli Asif onları aldatmışdır, lakin həmin məlumatı onlar nə vaxt əldə etmişdirlər ərizədə göstərilmir, ona görə hesab edir ki, onlar ərizələrin etibarsız hesab edilməsi haqqında iddia ərizəsini məhkəməyə qanunla müəyyən edilmiş müddət ərzində təqdim etməmişlər. Bildirmək istəyir ki, Nəcəfli Asif iddiaçıları aldatmamışdır, iddiaçılar aldatma faktı sübut etmək üçün məhkəməyə hər hansı sübut təqdim etməmişlər. İddiaçılar bildirirlər ki, Nəcəfli Asif həmin evin satışından sonra iddiaçılara pul verməyə söz vermişdir, hal hazırda həmin faktı yoxlamaq mümkün deyil. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi İddiaçı1, X10 və X25 tərəfindən verilmiş iddia tələbi əsassız olduğu üçün rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, lakin məhkəməyə ünvanlanmış məktublarda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Bakı şəhər X14 İcraiyyə Komitəsinin Bakı şəhər X4 Bürosu tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, 8-ci Kiçik Qala küçəsində yerləşən 21 nömrəli evi paylı mülkiyyət hüququ üzrə X6, X34, X29 və X17 - bərabər paylarda 1/5 hissəsi, X18 1/5 hissəsi, X9 1/5 hissəsi, X40 1/5 hissəsi, X51 1/5 hissəsi mülkiyyətindədir. İş üzrə Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən X39 ünvanlanmış xx.xx.2020-ci il tarixli 294 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X17 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 25/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə baxış keçirilərkən qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdüyü məlum olmuşdur. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qohumluq əlaqəsini təsdiq edən sənədləri və qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa etmək üçün müvafiq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət edilməsini xahiş etmişlər. İş üzrə Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən X39 ünvanlanmış xx.xx.2020-ci il tarixli 297 nömrəli məktubun surətindən görünür ki, 1943-cü il tarixdə ölmüş X11 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 27/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə baxış keçirilərkən qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdüyü məlum olmuşdur. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qohumluq əlaqəsini təsdiq edən sənədləri və qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa etmək üçün müvafiq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət edilməsini xahiş etmişlər. İş üzrə “Elektron notariat” X1 çıxarışın surətinə əsasən İddiaçı3 qızı tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və Bakı şəhəri 28 saylı notariat ofisində 1735 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.1999-cu il tarixdə vəfat etmiş anası X5 miras qalmışdır. O, İddiaçı3 qızı həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş üzrə “Elektron notariat” X1 çıxarışın surətinə əsasən İddiaçı3 qızı tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və Bakı şəhəri 28 saylı notariat ofisində 1736 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş qardaşı X12 miras qalmışdır. O, İddiaçı3 qızı həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş üzrə “Elektron notariat” X1 çıxarışın surətinə əsasən İddiaçı3 qızı tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və Bakı şəhəri 28 saylı notariat ofisində 1737 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, 1946-cı il tarixdə vəfat etmiş X47 miras qalmışdır. O, İddiaçı3 qızı həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş üzrə “Elektron notariat” X1 çıxarışın surətinə əsasən İddiaçı3 qızı tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və Bakı şəhəri 28 saylı notariat ofisində 1738 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki,1943-cü il tarixdə vəfat etmiş əmisi X7 miras qalmışdır. O, İddiaçı3 qızı həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş üzrə “Elektron notariat” X1 çıxarışın surətinə əsasən İddiaçı3 qızı tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və Bakı şəhəri 28 saylı notariat ofisində 1739 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki,xx.xx.1955-ci il tarixdə vəfat etmiş nənəsi X13 miras qalmışdır. O, İddiaçı3 qızı həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş üzrə “Elektron notariat” X1 çıxarışın surətinə əsasən İddiaçı3 qızı tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və Bakı şəhəri 28 saylı notariat ofisində 1740 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.1956-cı il tarixdə vəfat etmiş bibisi X2 miras qalmışdır. O, İddiaçı3 qızı həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş üzrə “Elektron notariat” X1 çıxarışın surətinə əsasən İddiaçı1 tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və Bakı şəhəri 28 saylı notariat ofisində 1760 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki,xx.xx.1999-cu il tarixdə vəfat etmiş anası X5 miras qalmışdır. O, İddiaçı1 həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş üzrə “Elektron notariat” X1 çıxarışın surətinə əsasən İddiaçı1 tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və Bakı şəhəri 28 saylı notariat ofisində 1762 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş qardaşı X12 miras qalmışdır. O, İddiaçı1 həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş üzrə “Elektron notariat” X1 çıxarışın surətinə əsasən İddiaçı1 tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və Bakı şəhəri 28 saylı notariat ofisində 1763 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, 1946-cı il tarixdə vəfat etmiş X47 miras qalmışdır. O, İddiaçı1 həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş üzrə “Elektron notariat” X1 çıxarışın surətinə əsasən İddiaçı1 tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və Bakı şəhəri 28 saylı notariat ofisində 1764 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, 1943-cü il tarixdə vəfat etmiş əmisi X7 miras qalmışdır. O, İddiaçı1 həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş üzrə “Elektron notariat” X1 çıxarışın surətinə əsasən İddiaçı1 tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və Bakı şəhəri 28 saylı notariat ofisində 1765 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.1955-ci il tarixdə vəfat etmiş nənəsi X13 miras qalmışdır. O, İddiaçı1 həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş üzrə “Elektron notariat” X1 çıxarışın surətinə əsasən İddiaçı1 tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və Bakı şəhəri 28 saylı notariat ofisində 1766 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.1956-cı il tarixdə vəfat etmiş bibisi X2 miras qalmışdır. O, İddiaçı1 həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş üzrə “Elektron notariat” X1 çıxarışın surətinə əsasən X25 (onun əvəzinə Nümayəndə imza etmiş) tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və Bakı şəhəri 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində 14428 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, 1943cü il tarixdə vəfat etmiş X7 miras qalmışdır. Həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş üzrə “Elektron notariat” X1 çıxarışın surətinə əsasən X25 (onun əvəzinə Nümayəndə imza etmiş) tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və Bakı şəhəri 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində 14429 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.1999-cu il tarixdə vəfat etmiş X5 miras qalmışdır. Həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş üzrə “Elektron notariat” X1 çıxarışın surətinə əsasən X25 (onun əvəzinə Nümayəndə imza etmiş) tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və Bakı şəhəri 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində 14430 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X12 miras qalmışdır. Həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş üzrə “Elektron notariat” X1 çıxarışın surətinə əsasən X25 (onun əvəzinə Nümayəndə imza etmiş) tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və Bakı şəhəri 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində 14431 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.1956-cı il tarixdə vəfat etmiş X2 miras qalmışdır. Həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş üzrə “Elektron notariat” X1 çıxarışın surətinə əsasən X25 (onun əvəzinə Nümayəndə imza etmiş) tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və Bakı şəhəri 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində 14432 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, 1946cı il tarixdə vəfat etmiş X47 miras qalmışdır. Həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş üzrə “Elektron notariat” X1 çıxarışın surətinə əsasən X25 (onun əvəzinə Nümayəndə imza etmiş) tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və Bakı şəhəri 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində 14433 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.1955-ci il tarixdə vəfat etmiş X13 miras qalmışdır. Həmin miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş üzrə Belarus Respublikası Minsk şəhəri Minşəhicrkom Baş ədliyyə idarəsinin VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X45 xx.xx.2020-ci ildə 63 yaşında vəfat etmişdir. Bu barədə xx.xx.2020-ci il tarixdə 11653 saylı ölüm haqqında akt qeyd tərtib edilmişdir. İş üzrə Belarus Notariat Palatası Minsk şəhər notariat dairəsi Minsk şəhəri Frunze rayonu 1 Noli notariat kontoru tərəfindən X49 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Minsk şəhər notariat dairəsinin notariusu fəaliyyətini Minsk şəhəri Frunze rayon 1 No-li notariat kontorunda həyata keçirən X31, xx.xx.2020-ci ildə vəfat etmiş ölüm gününə Minsk şəhəri, D.Serdiç küçəsi, ev 40, mənzil 21 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan X29 ölüm faktı üzrə 2020-ci il tarixinə 68/2020/718 No-li vərəsəlik işi açıldığını bildirir. Qanun üzrə vərəsə, mirası qəbul edən oğlu, Belarus Respublikası, Minsk şəhəri, D.Serdiç küçəsi, ev 40, mənzil 21 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan X38. Miras əmlak Minsk şəhəri, Danil Serdiç küçəsi, ev 40 ünvanında yerləşən 21 No-li mənzilə mülkiyyət hüququnda ½ paydan ibarətdir. Mirası qəbul etmiş digər vərəsələr yoxdur. Vərəsəlik işində miras verənin oğlu X43 xeyrinə mirasdan imtina etmiş X20 (X29 arvadı) ərizəsi var. xx.xx.2021-ci ildə X29 və X20 nikahda olduqları zaman əldə etdikləri və ər-arvadın birgə mülkiyyəti olan Minsk şəhəri, Serdiç küçəsi, ev 40, mənzil 21 ünvanında yerləşən mənzildə bərabər paylara mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Başqa miras əmlak bildirilməmişdir. Mirası qəbul edən digər vərəsələr yoxdur. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsində yerləşən 115 kv.m. ümumi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X29 1/20 hissəsi (xx.xx.1979-cu il tarixdən), X32 19/20 hissəsi (xx.xx.2021-ci il tarixdən) mülkiyyətindədir. İş üzrə Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, X54 ilə X24 arasında xx.xx.2002-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 20 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Nəcəfli, arvada Nəcəfli soyadı verilmişdir. İş üzrə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada surətindən görünür ki, X52 xx.xx.2021ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 813 No ilə qeyd edilmişdir. Ölümün səbəbi: kəskin ürək-ağciyər çatışmazlığıdır. İş üzrə Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən İddiaçı1, İddiaçı3 qızına, X21 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1999-cu il tarixdə ölmüş X5, xx.xx.2016-cı il tarixdə ölmüş X12, 1946-cı il tarixdə ölmüş X47, 1943-cü il tarixdə ölmüş X7, xx.xx.1955-ci ildə ölmüş X13, xx.xx.1956-cı il tarixdə ölmüş X3 miras qalmış əmlakdan xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisində, xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 28 saylı notariat ofisində mirasdan imtina barədə ərizə rəsmiləşdirmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268-ci maddəsinə əsasən mirasdan imtina barədə ərizə yalnız məhkəmə qaydasında ləğv edilə bilər. Bununla bağlı müvafiq məhkəməyə müraciət etməsini xahiş edirlər. Həmçinin bildirirlər ki, tərəfindən verilən vərəsəlik hüququ haqqında şəhadətnamə məhkəmə qətnaməsi əsasında verilmişdir. İş üzrə Bakı şəhəri 28 saylı Notariat Ofisi tərəfindən İddiaçı1 və İddiaçı3 qızının nümayəndəsi Aysel Məmmədovaya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, A.Məmmədova ərizə ilə müraciət edərək İddiaçı1 və İddiaçı3 qızının mirasdan imtina ərizələrinin ləğv etməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizələri geri götürə bilməz. Bu səbəbdən mirasdan imtina ərizələri ləğv edilə bilməz. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2102/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1018/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi X32 ərizə baxılmamış saxlanılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçılar Bakı şəhəri, 8-ci Kiçik Qala döngəsi, 21 saylı fərdi yaşayış evinin qohumları olan mülkiyyətçilərinin vəfatı ilə əlaqədar həmin əmlakdan onlara düşən vərəsəlik payının qəbul edilməsindən imtina etmiş və imtina ərizəsi notariat kontoruna təqdim edilmiş və rəsmiləşdirilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçıların qardaşı X52 yuxarıda qeyd edilən miras əmlakın onun tərəfindən qəbul edilməsi və qohumluq faktlarının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş üzrə keçirilən məhkəmə iclasında hazırki iddiaçılar maraqlı şəxs qismində iştirak edərək məhkəməyə hazırda mübahisə predmeti olan miras əmlakdan imtinaya dair ərizələrini təqdim etmişlər. Məhkəmə qətnaməsi ilə ərizəçi A.Nəcəflinin ərizəsi təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. İddiaçılar tərəfindən verilmiş iddia tələbindən görünür ki, onlar onlara çatası miras paylarından imtinanın əsası kimi hazırda vəfat etmiş qardaşları Asif Nəcəfli tərəfindən miras əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirdikdən sonra, həmin əmlakı satıb onların payına uyğun pul kompensasiyası verəcəyinə dair öhdəlik götürməsi olmuşdur. Qardaşları vəfat etdiyindən qardaşının vərəsəsi onun həyat yoldaşı Cavabdeh3 qardaşının onlara verdiyi vədin əksinə olaraq miras əmlakla bağlı hər hansı rəsmiləşdirmənin aparılması maneçilik törədir. Bu səbəbdən iddiaçılar miras əmlakdan imtinaya dair verdikləri ərizələrin etibarsız hesab edilməsi, miras əmlakda vərəsəlik hüquqlarının və paylarının müəyyən edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanunvericiliyin tələblərinə əsasən mülki qanunvericilik mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Özündə bu münasibətləri ehtiva edən mülki hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitamının başlıca əsaslarından biri əqddir. Əqdin anlayışından görünür ki, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə – insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyir gercəkləşdirilməsi üçün ifadə edilməlidir. «İradə ifadəsi» deyimi altında iradənin insanın daxili aləmindən başqa şəxslərə çatacaq dərəcədə xaricə bəyan edilməsi anlaşılır. Şəxs öz istəyinə nail olmaq üçün başqaları ilə hüquq münasibətlərinə daxil olmalıdır. Buna görə də şəxs öz iradəsini başqalarına bildirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən verilmiş ərizələr birtərəfli əqddir və həmin ərizələr hüquqi nəticəyə səbəb olduğundan, yəni miras əmlakdan imtina edilməsi xeyrinə imtina edilmiş vərəsənin miras əmlakdakı payının artmasına səbəb olduğundan, iddiaçılar verilmiş ərizələrin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı hesab edilməlidirlər. Lakin məhkəmə iclasında bu ərizələrin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. (324.2). Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir(maddə 324.3). Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göstərilən Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd edilən Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 qızı miras əmlak üzərində vərəsəlik hüquqlarını tanıtdıqdan sonra həmin əmlakı satmaq niyyətində olması və satışdan əldə olunan pul vəsaitinin bir hissəsini (daha çox) vərəsələr arasında bölücəyinə dair izahat vermişdir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçılar qohumlarından qalan miras əmlakın qəbulundan digər vərəsə olan qardaşlarının xeyrinə imtina etməsi ilə bağlı notariat qaydada ərizə tərtib etməsi və imzalanmasında onların həqiqi iradə ifadəsi olmuşdur. Həmin ərizələr hər hansı təzyiq və ya aldatma yolu ilə yazılmamışdır. İddiaçılar miras əmlakdan imtina etmələrinin əsası kimi qardaşı tərəfindən həmin əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirdikdən sonra onun satılması və satıldıqdan sonra əldə olunan pulu vərəsələr arasında bölünməsinə dair qardaşının onlara verdiyi vəd ilə əlaqələndirmiş, lakin qardaşının ölümündən sonra həyat yoldaşı Cavabdeh3 buna maneçilik törətməsi səbəbindən hazırki tələblə məhkəməyə müraciət etmələrini bildirmişlər. Məhkəmə iddiaçıların bu dəlillərini əsassız hesab edir, belə ki, yuxarıda qeyd edildiyi kimi Cavabdeh3 də miras əmlakın satılmasına iradə ifadəsinin olması və vərəsələrə satıldıqdan sonra satışdan əldə olunan pul vəsaitinin çox hissəsini (təxminən 3/5 hissə) verəcəyini qeyd etmişdir. Bu hal miras əmlakdan imtinaya dair ərizələrin tərtibi zamanı onların aldadılması və bu səbəbdən etibarsız hesab edilməsini təkzib edən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz (maddə 1268.1). Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir (maddə 1268.2). Məhkəmə hesab edir ki, iddiaçıların miras əmlakdan digər vərəsənin xeyrinə yazdığı imtina ərizəsinin etibarsız hesab edilməsi ilə əlaqədar gətirdiyi dəlillər, eyni zamanda həmin ərizələrin aldatma yolu ilə və iradələrinə zidd tərtib edilməsi məhkəmə iclasında öz təsdiqi tapmadığından, miras əmlakdan imtinaya dair ərizələrin etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçılar tərəfindən imtina ərizələrin etibarsız hesab edilməsi ilə əlaqədar məhkəmədə tələb irəli sürmək üçün məhkəməyə müraciət etmə müddəti (bir il) ötürülmüş, eyni zamanda mirasın qəbulundan imtina edilməsi barədə iki ay müddət keçdikdən sonra mübahisə açmışdır. AR Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. AR Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 1273-cü maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Məhkəmə iddiaçıların birtərəfli əqd olan miras əmlakdan imtinaya dair ərizələrinin 2020-ci ilin iyun ayında tərtib edilməsi, hazırki tələblə məhkəməyə müraciətin bir il müddət keçdikdən sonra verildiyini nəzərə alaraq hesab edir ki, həmin tələb məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə də təmin edilməməlidir. Məhkəmə iddiaçıların miras əmlakdan imtinaya dair ərizələrinin etibarsız hesab edilməsi hissəsində iddianın əsassız olması səbəbindən təmin edilməməsini,bütün mirasqoyanlara münasibətdə qohumluq faktını təsdiq edən sübutların mövcud olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi iddiaçıların mübahisəli evə vərəsəlik hüquqlarının tanınması, həmçinin miras əmlak üzərində hər vərəsənin 1/5 nisbətdə paylarının müəyyən edilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, X15 və İddiaçı3 qızının cavabdehlər Cavabdeh3 qızına, Bakı şəhəri 28 saylı Notariat Ofisinə və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala küçəsində yerləşən 21 saylı evə vərəsəlik hüquqlarına dair İddiaçı1 tərəfindən Bakı şəhəri 28 saylı Notariat Ofisində rəsmiləşdirilən 8İ-1760,8İ-1762,8İ-1763,8İ- 1764,8İ-1765, 8İ-1766 reyestr nömrəli ərizələrin, İddiaçı3 qızı tərəfindən Bakı şəhəri 28 saylı Notariat Ofisində rəsmiləşdirilən 8İ-1735,8İ-1736,8İ-1737,8İ-1738,8İ-1739, 8İ-1740 reyestr nömrəli ərizələrin, iddiaçı X25 tərəfindən 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisində rəsmiləşdirilən 8İ-14428, 8İ-14429, 8İ-1737, 8İ-14430, 8İ-14431, 8İ-14432, 8İ-14433 reyestr nömrəli ərizələrin etibarsız hesab edilməsi, iddiaçılar İddiaçı1, X15, İddiaçı3 qızının ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə vərəsəlik hüquqlarının tanınması, həmçinin miras əmlak üzərində hər vərəsənin 1/5 nisbətdə paylarının müəyyən edilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar