Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-777/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı ASC-nin – Cavabdeh qarşı «zərər» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC - Cavabdeh qarşı «zərər» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Runna” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 2065 manat pul və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,Səbail rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, “Daxili lizinq müqaviləsinin ləğvi və cəmi 5862, 09 manat pulun Cavabdeh tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdehin istifadəsinə verilmiş “Runna” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə şirkətin müvəqqəti dayanacağına yerləşdirilmişvə servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2065 manat ziyan dəymişdir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbər verilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Səbail rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(009)- 1501/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə xx xxxxxx 2014-cü il tarixli “Daxili lizinq müqaviləsinin ləğvi və cəmi 5862,09 manat pulun Cavabdeh tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı ASC “Runna” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobili lizinqə, yəni həmin avtomobili Cavabdeh müvəqqəti istifadəsinə və sahibliyinə vermiş, həmin avtomobil Cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüş, lakin öhdəliyi tam yerinə yetirməmiş, nəticədə müqavilə üzrə manat borcu yaranmışdır. Məhkəmə qətnaməsi ilə sözügedən borc cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Avtomobil iddiaçı şirkətin dayanacağına yerləşdirilərkən məlum olmuşdur ki, cavabdeh tərəfindən avtomobilə ziyan dəymişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixdə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilməsi istiqamətində heç bir hərəkət edilməmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 9/1478 saylı ekspert rəyindən görünür ki, “Runna” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1849 manat təşkil edir. Beləliklə məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya “Runna” markalı, ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobilin isitifadəsi nəticəsində 1849 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsi ilə öhdəlik anlayışı müəyyən edilmiş və göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin öhdəliklərin əmələ gəlməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Sadalanan qanunvericilik aktlarının tələblərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən “Runna” markalı ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində iddiaçıya 1849 manat ziyan dəymişdir. Buna görə də, İddiaçı ASCnin lizinq obyekti olmuş “Runna” markalı ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı tələb etməsi tam əsaslıdır. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddianın dövlət rüsumu əvəzinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki iddia tələbi qismən təmin olunduğundan məhkəmə xərcləri hər iki tərəf arasında bölünməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lizinq obyekti olan “Runna” markalı ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün 1849 manat pul Cavabdeh tutulub (alınıb) İddiaçı ASC-yə ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi İddiaçı ASC-dən, 50 manat hissəsi isə Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər . HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-777/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-777/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver