Məhkəmə qərarları › İş №2(009)-777/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-777/2025

18.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-777/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək öz idida tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 təxminən iki il yarım bundan əvvəl ona məxsus ünvan 1 ünvanındakı mənzilini digər iddiaçı X1 istəmişdir. Bu məqsədlə X4 razılaşdıqları məbləğdən 55000 (əlli beş min) manat məbləğində pulu beh kimi ona verdi və bu mənzilin həmin dövrdə onun adına olan xx.xx.2022-ci il tarixli “Əvəzli konsalting xidmətlərinin göstərilməsi haqqında" Müqaviləni onun adına dəyişdirmişdir. Lakin qalan pulu heç cür əldə edib ona ödəyə bilmədiyinə görə razılaşmışlar ki, onun beh kimi verdiyi 55000 (əlli beş min) manat məbləğində pulu ona geri qaytarsın. Həmin vaxt o Kamrandan beh kimi aldığı həm 55000 (əlli beş min) manat pulu ona qaytarmağı, həm də öz ehtiyacları üçün ona lazım olan 60000 (altmış min) manat məbləğində pulu əldə etməyi üçün Cavanşir (şahid) adlı tanışı vasitəsi ilə Araz (şahid) və Lətafət (şahid) adlı şəxslərlə görüşmüşdür. Onlar ona bildirdilər ki, sələmə borc pul verən Rüfət və Anar adlı şəxs var (bu faktı təsdiq edən səs yazıları da var). O, Araz və Lətafət adlı şəxslərin vasitəsilə Rüfət və Anarla görüşüb bir il müddətinə 115000 (yüz on beş min) manat məbləğində borc pul vermələrini xahiş etmişdir. Onlar da öz şərtlərini bəyan edərək bildirdilər ki, borc pulu faizlə və bir də borcun təminatı olaraq 115000 (yüz on beş min) manatdan iki-üç dəfə yuxarı dəyərində olan daşınmaz əmlak qarşılığında verə bilərlər. Və borca istənilən pulu almaq üçün formal olaraq həmin daşınmaz əmlakı Cavabdeh adına keçirilməsinin lazım olduğunu bildirmişlər. xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən mənzili Cavabdeh adına formal olaraq “alqı-satqı" edərkən Rüfət və Anar onlara bildirdilər ki, alqı-satqı müqaviləsində Nicata verəcəkləri 115000 (yüz on beş min) manat məbləğində pulu mənzilin qiyməti kimi qeyd etdirsələr notarius qiymətin çox ucuz qoyulduğundan şübhələnəcək. Təklif etdilər ki, Notariusun şübhəsini çəkməmək üçün mənzilin qiyməti formal olaraq 160000 (yüz altmış min) manat yazılsın. Və notariusu aldatmaq üçün özləri ilə 115000 (yüz on beş min) manat puldan əlavə olaraq 45000 (qırx beş min) manat pul da gətirdiklərinin şahidi olduq. Notariusda "alqı-satqı" əməliyyatı üçün formal olaraq yazdırdıqları 160000 (yüz altmış min) manat pulu bankdan məxaric edəndən sonra notariusun qarşısında Rüfətlə Anar adlı şəxs təxminən 96000 (doxsan altı min) manat məbləğində pulu Nicata verdilər. Nicat həmin puldan 2000 (iki min) manatını borc pul tapmağa kömək etdiyinə görə Araz adlı şəxsə, 55000 (əlli beş min) manat pulu isə o Kamrana verdi. 2 həhtə sonra Anarla Rüfət adlı şəxslər Nicata daha 5000 (beş min) manat verdilər. Rüfət bildirdi ki, bu müqavilənin notariusda bağlanması üçün xərclədikləri əlavə 14000 (on dörd min) manat pul da Nicatın borcuna aiddir. Beləliklə ümümi məbləğ 115000 (yüz on beş min) manat oldu. 2024-cü ilin mart ayında ona- X3 məlum oldu ki, Bakı şəhər Nəsimi rayon məhkəməsində iddiaçı Cavabdeh ona qarşı “mənzilden çıxarılma və sair tələbinə dair” mülki iş var. O, isə öz növbəmdə məhkəmə iclasında iştirak edib sədrlik edən hakimə bildirmişdir ki, mübahisə predmeti olan mənzil ona aid deyil. O, X2 həmin mənzildən çıxarılmağım barədə olan icra sənədi ilə Bakı şəhər Nəsimi rayon məhkəmə icra məmuru bu iş üzrə digər iddiaçı olan İddiaçı1 ailə üzvləri ilə birlikdə xx.xx.2025-ci il tarixdə həmin mənzildən çıxartdı. Bütün bunlar əsassız və qanunsuz olduğuna görə xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın "alqı-satqı" müqaviləsi əsl həqiqəti əks etdirmədiyi üçün etibarsız sayılması labüddür. Göstərilənləri nəzərə alaraq iddiaçılar X4 ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırki iddia ərizəsinə mahiyyəti üzrə baxılmadan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, hazırki etibarsız hesab olunulması istənilən müqavilə ürzə öhdəliyin icra edilməsinə dair tərəflər arasında mübahisə olmuş, iş üzrə Nəsimi Rayon Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsi həmin mübahisəyə baxmış və iddianı təmin etmişdir. Eləcədə Bakı Apelyasiya Məhkəməsi öz qətnaməsində əqdin etibarlılıq məsələsinə də qiymət vermişdir. Belə ki, Bakı Apelyasiya Məhkəməsi öz qərarının 31-ci bəndində qeyd edir: Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən əqdin etibarlılıq şərtləri pozulmamışdur. Məhkəmə kollegiyası bu baxımdan hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin başqa bir əqdi pərdələmək məqsədilə bağlanması və yalan əqd olması ilə bağlı dəlillər öz təsdiqini tapmadığından əsassız sayılmalıdır. Ərizəçi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadına istinad edərək hazırki iddia ərizəsinə mahiyyəti üzrə baxılmadan iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 vəsatəti tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 vəsatəti qəbul etməyərək göstərmişdir ki, Nəsimi rayon Məhkəməsində işə baxarkən sübutlar təqdim edilmədiyi üçün əqd etibarlı hesab edilmişdir. Lakin hazırda həmin əqdin etibarsız hesab edilməsinə dair sübutları mövcuddur, bu səbəbdən hesab edir ki, hazırki tələbə mahiyyəti üzrə baxılmalıdır və vəsatət təmin edilməməlidir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iş üzrə icraata xitam veriməlidir. İş üzrə X4 (satıcı qismində) ilə Cavabdeh (alıcı qismində) arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı K.Balakişiyev tam mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsində yerləşən 1060-cı məhəllə, ev 7, 3 saylı mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsində yerləşən 37, M2, m3) alıcı Cavabdeh mülkiyyətinə verir. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1228/2024 saylı qətnaməsi ilə Cavabdeh iddiası təmin olunaraq, cavabdeh X2 Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsində yerləşən 1060-cı məhəllə, ev 7, 3 saylı mənzildən (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsində yerləşən 37, M2, m3) çıxarılması və həmin mənzilin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4747/2024 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1228/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar tərəfindən irəli sürülmüş iddia tələbindən və iddianın əsası kimi gətirilən dəlilərdən görünür ki, mübahisələndirilən alqı-satqı müqaviləsi pərdələnmiş əqddir, yəni tərəflər arasından faktiki borc münasibətləri olmuş, alqı-satqı da borcun təminatı kimi cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin iş üzrə icraata xitam verilməsi ilə bağlı verdiyi vəsatətdən görünür ki, tərəflər arasında məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə alqı-satqı müqaviləsinin etibarlığına hüquqi qiymət verilmişdir. Məhkəmə iclasında qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməsinə dair mübahisə olmuş, hazırkı iş üzrə mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən əqdin etibarlılıq şərtləri pozulmaması, tərəflər arasında bağlanmış müqavilənin başqa bir əqdi pərdələmək məqsədilə bağlanması və yalan əqd olması ilə bağlı dəlillər öz təsdiqini tapmadığından əsassız sayılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub- olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Göründüyü kimi, məhkəməyə hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Ona görə də, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadında göstərmiş olduğu mövqe ondan ibarətdir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, hazırki etibarsız hesab olunulması istənilən müqavilə ürzə öhdəliyin icra edilməsinə dair mübahisə olmuş, iş üzrə Nəsimi Rayon Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsi həmin mübahisəyə baxmış və iddianı təmin etmişdir. Eləcədə Bakı Apelyasiya Məhkəməsi öz qətnaməsində əqdin etibarlılıq məsələsinə də qiymət vermişdir. Belə ki, Bakı Apelyasiya Məhkəməsi öz qərarının 31-ci bəndində qeyd edir: Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən alqı satqı müqaviləsi bağlanarkən əqdin etibarlılıq şərtləri pozulmamışdur. Məhkəmə kollegiyası bu baxımdan hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin başqa bir əqdi pərdələmək məqsədilə bağlanması və yalan əqd olması ilə bağlı dəlillər öz təsdiqini tapmadığından əsassız sayılmalıdır. Beləliklə məhkəmə qeyd edilənləri, yəni tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin etibarlılığına qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilməsini, bununla da həmin əqdin ayrıca məhkəmə icraatı qaydasında müstəqil tələb şəklində irəli sürülməsinin prosessual qənaət prinsipinə zidd olmasını nəzərə alaraq hesab edir ki, hazırki mülki işin icraatına xitam verilməlidir. AR MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. AR MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və AR MPM-nin 261.0.2, 170.1 və 262-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin olması ilə əlaqədar xitam verilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar