Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-792/2023 23.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh ASC-yə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanında yerləşən mənzildə təbii sudan istifadəyə görə verilmiş **********300 saylı abunə koduna hesablanmış 247.72 manat borc məbləğinin silinməsi və əvvəlki smart tipli sayğacda balansda olan 54 manat vəsaitin ona məxsus abonent koduna köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X3 dəqiqləşmə ərizəsi verərək Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanında yerləşən mənzildə təbii sudan istifadəyə görə verilmiş **********300 saylı abunə koduna hesablanmış 247.72 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Səbail rayonu, Puşkin küçəsi, ev 5, mənzil 30 ünvanda yerləşən mənzil İddiaçı (iddiaçı) mülkiyyətindədir, iddiaçının adına Cavabdeh ASC-nin abonent bazası proqramında abonent kodu: **********300 müəyyən olunmuşdur. Bu mənzildə iddiaçının adına olan sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Nəticədə iddiaçının iştirakı və məlumatı olmadan, müvafiq protokola, akta imza atmadan cavabdeh tərəfindən birtərəfli qaydada əvvəlki smart tipli sayğac mexaniki sayğacla əvəz edilmişdir. Əvəzləmə zamanı cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023 tarixli aktdan görünür ki, sayğacda iddiaçının adına hesablanmış istifadə olunan 263 m3 su sərfiyyatının mövcud olduğu qeyd olunmuş və bir gün sonra onlara təqdim edilmiş hesab fakturada borcun məbləği 247,72 AZN qeyd olunmuşdur. Əvvəlki sayğaca 54 manat ödəniş tərəfindən həyata keçirilmiş və istifadə edilməmişdir. Cavabdeh göstərilən borcun yaranma mənbəyi kimi özünün birtərəfli qaydada tərtib etdiyi akta əsaslanır. Akt cavabdehin əməkdaşlarının sayğacı yenisi ilə əvəzləməsinə görə tərtib edilmiş və onun tərəfindən birtərəfli qaydada formalaşdırılaraq təsdiq edilmişdir. Aktda sayğacın yenisi ilə əvəz edilməsi üçün əsas kimi onun düzgün işləmədiyi göstərilmişdir. Bu mənada cavabdehin birtərəfli qaydada tərtib etdiyi sözügedən sənədin iddiaçı üçün hər hansı öhdəlik yaratması mümkün deyildir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, borc kimi göstərilən 247,72 manat məbləğ tamamilə əsassız və qanunsuz hesablanmışdır. Abunəçinin xəbəri, iştirakı olmadan sayğaca bir tərəfli qaydada müdaxilə edilmişdir. Məhkəməyə təqdim edilmiş bildirişdə iddiaçının 20 manat ödədiyi görünür. Cavabdeh tərəf hər hansı bir əsaslı sübut gətirə bilmədilər ki, vətəndaşın həqiqətən də bu aylar ərzində 247,72 manat borcu yaranmışdır. Odur ki, hesablanmış 247,72 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X4 izahat verərək bildirir ki, 2016-cı ildə quraşdırılmış sayğac bu dəqiqə də yerindədir. Sayğaca heç bir müdaxilə olmadan hal-hazırda da fəaliyyətini davam etdirir. Sayğacın qoyulduğu gün, yəni 2016-cı il yanvar ayından bu günə kimi istifadə olunan su sayğacda göstərilir. Vətəndaşın ödədiyi məbləğlər də bazada əks olunur. iddia tələbini qəbul etmədiyini, vətəndaşa yazılan 248 manat borcun əsaslı hesab edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh ASC-nin Səbail rayon Sukanal İdarəsi arasında xx.xx.1997-ci il tarixdə su təchizatı sistemindən lazımi miqdarda, tərkib və keyfiyyətinə görə dövlət standartlarının tələblərinə uyğun, məişət – içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması xidmətlərinin göstərilməsi ilə əlaqədar müqavilə bağlanılmışdır. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli hesab fakturasından görünür ki, ünvan 1 sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 20 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə quraşdırılmış 37 smart-kart tipli su sayğacının elektron hissəsi işləmədiyi üçün mexanikiyə çevrilmişdi. Abonentin kodu **********300 olan Fuad Fətəlizadəyə məxsus Puşkin küçəsi ev 5 mənzil 30 ünvanında yerləşən mənzilin su xəttinə xx.xx.2016-cı ildə 61976 nömrəli Smart CSS markalı su sayğacı quraşdırılmışdır, 2022-ci ildə sayğacın batareyasında zəifləmə olduğundan mexaniki hissə ilə elektron hissə arasında əlaqə itmiş və bunun əsasında mexaniki hissənin qeydə aldığı su sərfiyyatını elektron hissə qeydə almadığından, sayğac su sərfiyyatını minusa yazmışdır. Fakturalama qrupunun nəzarətçisi Yusifov Vilayət xx.xx.2022-ci il tarixində bu halı sistemə daxil etmişdir. Metrologiya qrupunun əməkdaşı 01,02.2023-cü ildə sayğacı 02630 göstərici ilə mexaniki kimi qeydə almışdır. Abonent xx.xx.2022-ci il tarixində 20 (iyirmi) manat ödənişlə 02406 göstəriciyə qədər ödənişi təmin etmişdir. xx.xx.2023-cü il tarixində növbəti oxuma zamanı sayğacın göstəricisi 02654 olmuş və 248 manat borc yaranmışdır. Müqayisə üçün qeyd etdim ki, abonent 2020-ci ildə 438m3, 2021-ci ildə 325m3 su sərfiyyatı işlətmişsə, 2022-ci ildə sərfiyyat 160m3 olmuşdur. Bu da sayğacın elektron hissəsinin işləməməsini göstərir. onun təqsirli hərəkət(lər)i nəticəsində meydana gəldiyi sübuta yetirilmir. Məhkəmə müəyyən edir ki, Cavabdeh ASC ilə mülkiyyətçi arasında ünvan 1 ünvanında yerləşən mənzilə su təchizatı ilə əlaqədar müqavilə bağlanmış və həmin mənzilə su ölçən cihaz quraşdırılmışdır. Eyni zamanda, müəyyən olunur ki, sözügedən mənzilə sudan istifadəyə görə borc hesablanmışdır. Məhkəmə hesab edir ki, nə qədər ki, 247.72 manat məbləğində borc formal müəyyən edilib və İddiaçı təqsirli hərəkət(lər)i nəticəsində meydana gəldiyi sübuta yetirilmir həmin borcun hesablanması Cavabdeh ASC-nin əsassız varlanmasına səbəb olur. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən əsassız hesablanmış borca görə istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi suya görə haqq tələb edilə bilməz. Ona görə də, Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən **********300 saylı abunə koduna hesablanmış 247.72 (iki yüz qırx yeddi manat, yetmiş iki qəpik) manat məbləğində borc silinməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli Qərarının 6.4.-cü maddəsinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Həmin Qərarın 6.10-cu maddəsinə əsasən, zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. Zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir. Həmin Qərarın 6.15-ci maddəsinə əsasən, suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən müəyyənləşdirir və hesablaşma aparır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanı üzrə İddiaçı Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 247.72 (iki yüz qırx yeddi manat, yetmiş iki qəpik) manat borc iddiaçının abunə hesabından (abunə kodu **********300) silinsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-792/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-792/2023
23.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver