Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-80/2020 18.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İlkin iddia üzrə Cavabdeh2 və nümayəndəsi-vəkili X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (3-cü şəxs qismində Cavabdeh3 göstərilməklə) qarşı «qanunsuz tikilinin sökülməs» tələbinə dair ilkin, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh3nə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı«qanunsuz tikilinin sökülməs» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (3-cü şəxs qismində Cavabdeh3 göstərilməklə) qarşı «qanunsuz tikilinin sökülməs» tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ev 35 a, mənzil 4 ünvanında yerləşən evin üzərində aparılmış qanunsuz tikilinin sökülərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ev 35 a, mənzil 3 ünvanında paylı mənzil almışdır. Bu haqda xx.xx.2018-ci il tarixdə Çıxarış əldə etmişdir. Cavabdehlər qanunsuz olaraq iddiaçıya məxsus evin üzərində qanunsuz olaraq tikinti aparır. Ağarılan tikintinin bir hissəsi də iddiaçıya məxsus evin divarının üzərinə düşmüşdür. Bu da iddiaçı və ailəsi üçün təhlükə yaradır. Odur ki, iddianın təmin olunması xahiş olunur. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh3nə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı«qanunsuz tikilinin sökülməs» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ev 35 a, mənzil 4 ünvanında qeyriqanuni yolla inşa edilmiş binanın sökülməsini, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ev 35 a, mənzil 3 ünvanında yerləşən binanın qeydiyyatı və Cavabdeh3ndən Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ev 35 a, mənzil 3 ünvanında tikintinin aparılması ilə bağlı verilən icazəyə dair materialların alınmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ev 35 a, mənzil 4 ünvanında yaşayır. Ondan başqa həmin mənzildə iddiaçının qızı Viktoriya və nəvəsi Orxan da yaşayırlar. Onun mənzili stalin layihəli çoxmənzilli evin həyətində yerləşir və stalin layihəli çoxmənzilli ev ilə üzbəüz birmərtəbəli ev kimi inşa olunmuşdur. Lakin mənzildə yaşayış üçün zəruri olan sanitar şərait yoxdur. Evin yerləşdiyi torpaq da iddiaçınındır. Birinci mərtəbəsi və zirzəmiləri su və kanalizasiya kəmərləri ilə təchiz olunmuş stalin layihəli çoxmənzilli ev iddiaçının evinin yanında yerləşir və bununla əlaqədar olaraq onun evinin divarları daima nəm olur. Bunun nəticəsində mebel, divan və masanın ayaqları sıradan çıxmış və nəm döşəmə ilə təmasda olan bütün əşyalar çürüyür. İddiaçının ailəsi daima soyuq şəraitdə yaşayırlar ki, bu da onlarda xəstəliklərin yaranmasına səbəb olur. Eyni zamanda cavabdeh İddiaçı qanuni sənədə malik olmadan qeyri-qanuni olaraq iddiaçının evinin yanında bina inşa etdirmişdir. İcra hakimiyyəti iddiaçının həmin tikinti ilə bağlı həyəcan siqnalına cavab vermir. xx.xx.2018-ci il tarixdə əldə edilmiş reyestrdən Çıxarış böyük şübhə doğurur. Qeyd olunanlara əsasən qarşılıqlı iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 qarşılıqlı iddianı müdafiə edib, qarşılıqlı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, qarşılıqlı iddianın təmin olunması, ilkin iddianın isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdehin nümayəndə-vəkili ilkin idda tələbini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, qarşılıqlı iddianın təmin olunması, ilkin iddianın isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə digər ilkin iddia üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia üzrə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia tələbi təmin edilməməlidir. İşdə olan: Az. Resp. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 35a saylı evin 3 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Səbail rayon İH Başçısının xx xxxxxx 2013-cü il tarixli sərəncamında qeyd edilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 35a saylı evin 4 saylı mənzilinin bir otaqlı, yaşayış sahəsinin 17,30 kv.m, yardımçı sahəsinin 22,7 kv.m və ümumi sahəsinin 40,00 kv.m olduğu təsdiq edilsin. Az. Resp. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 35a saylı evin 4 saylı mənzili Cavabdeh2 xüsusi mülkiyyətdədir. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh2 və İddiaçı məxsus yaşayış evlərinin arxa hissəsində çöl divarlarına bitişik ümumi istifadədə olan boş sahə vaxtilə daş hasarla bağlanmışdır. Müayinə zamanı uzunluğu 3,5 metr olan köhnə hasarın üstündə Məlahət Əmrahova tərəfindən öz məqsədləri üçün dörd mişar daşı hündürlüyündə hörgü işlərinin aparıldığı aşkar edilmiş, həmin hörgü mənzil kommunal istismar sahəsinin işçiləri tərəfindən sökülmüş və ərazi əvvəlki vəziyyətinə qaytarılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 29633 saylı rəyindən görünür ki: 1-ci sual üzrə: Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 35a saylı evin 4 saylı mənzilinə dair tərtib olunmuş texniki pasportun məlumatları ilə mənzilin faktiki ölçüləri uyğun olduğunu nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi ev 35a, mənzil 4 ünvanında yerləşən tikiliyə aid ümumi istifadədə olan sahədə hər hansı qanunsuz tikilinin inşa edilmədiyi müəyyən edilir; 4-cü sual üzrə: İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi ev 35a, mənzil 3 ünvanında yerləşən tikili üzrə hər hansı texniki sənəd mülki iş materialında olmadığından Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi ev 35a, mənzil 3 ünvanında yerləşən tikililərə qeyri-qanuni yolla əlavə tikililərin inşa olunub-olunmamasını dəqiqliklə müəyyən etmək mümkün olmadı; 5-ci sual üzrə: Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 35a saylı evin 4 saylı mənzilinə və İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi ev 35a, mənzil 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, ayrı-ayrılıqda giriş-çıxış yollarının olduğunu nəzərə alaraq, həmin ünvanlarda yerləşən tikililərin istifadəsinə maneçilik törətmədiyi müəyyən edilir. Məhkəmə ilkin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi ev 35a, mənzil 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət əsasında İddiaçı adına, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 35a saylı evin 4 saylı mənzili isə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Cavabdehə məxsus mübahisəli evə aid texniki pasportun məlumatları ilə yaşayış evinin faktiki vəziyyəti müqayisə olunduğu zaman texniki pasportdan kənar müəyyən konstruktiv dəyişikliklərin, o cümlədən söküntü və yenidənqurma işlərinin, habelə hər hansı qeyri-qanuni tikintinin aparılmaması müəyyən edilmişdir. Belə ki, ilkin iddia üzrə cavabdeh qanuni əsaslarla özünə məxsus olan mənzildə hər hansı qeyri-qanuni tikinti aparmamış və tikinti normalarını pozmamışdır. Bu səbəbdən ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi ev 35a, mənzil 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdehə məxsus mübahisəli evə aid hər hansı qeyri-qanuni tikilinin mövcudluğu iş materiallarında olan dəlillərlə sübut olunmur. Bundan başqa eyni zamanda İddiaçı məxsus mənzildə Cavabdeh2 iddia etdiyi kimi hazırki iş üzrə hər iki tərəfə məxsus olan yaşayış evlərinin arxa hissəsinin daş hasarla bağlanması hazırki mülkiyyətçi İddiaçı daha öncə baş vermiş və sonradan həmin tikili qanunvericiliyə uyğun olaraq sökülmüşdür. Bu səbəbdən məhkəmə belə nəticəyə, qarşılıqlı iddia üzrə cavabdeh də qanuni əsaslarla özünə məxsus olan mənzildə hər hansı qeyri-qanuni tikinti aparmamış və tikinti normalarını pozmamışdır. Bu səbəbdən qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş, təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə edilməlidir. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Az. Resp. torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, sökülməsi iddia edilən tikililərin mövcudluğu iş üzrə öz təsdiqini tapmadığından hər iki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeydolunanlarlayanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Az. Resp. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə MPM-nın 115-ci və 119-cu maddələrinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki mülki işdə hər iki iddia təmin olunmadığından məhkəmə xərclərinə aid edilən iddianın verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi ilkin iddia üzrə iddiaçıya, qalan 50 manat hissəsi isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) və qarşılıqlı iddia üzrə iddiaçıya (ilkin iddia üzrə cavabdeh) aid edilsin. İş üzrə Az. Res. ƏN. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2020-ci il tarixli 29633 №-li məhkəmə ekspertizası tədqiqatının dəyəri kimi 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi İddiaçı, qalan 50 manat hissəsi isə Cavabdeh2 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: VÖEN **********;Dövlət Xəzinadarlığı Agentliyi, kod:210005;müxbirhesab:AZ41NABZ********************; S.F.İ.F.T. BikCTREAZ22) köçürülsün. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-80/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-80/2020
18.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver