Məhkəmə qərarları › İş №2(009)-800/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-800/2021

29.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-800/2021 29.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxx 2018-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, **********00006 nömrəli abonent koduna hesablanmış 187,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır, həmin yaşayış sahəsində quraşdırılmış qaz saygacı «Cavabdeh» İstehsalat Birliyinin nümayəndələri tərəfindən sökülmüş və əvəzində digər qaz sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuş, sayğacın plombu zədəsiz olmuşdur. «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacını aparıldıqdan bir müddət sonra məlumat verdilər ki, onun sayğacında problem olub, buna görə akt tərtib olunub. Belə ki, onun barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plombunun sınıq olması qeyd edilmiş, itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanaraq ümumilikdə 187,20 manat borc yazılımışdır. Hesab edir ki, Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunan yuxarıda qeyd etdiyi akt tamamilə qanunsuz və əsassızdır. Ona görə də, pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan «Cavabdeh» İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulmasına dair xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, G-4 markalı, GPG 12381052 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plombu sınıqdır. Bu səbəbdən istehlakçıya itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanması göstərilmişdir. İş materiallarında olan qaz sayğaclarının çıxarımlası, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən abonent X1 aid olan qaz sayğacı zavod nəzarət plonbunun üst hissədə (sol) birinin plasmas hissəsi zədələnmiş, üst hissəsi sınmışdır. İş materiallarında olan “Cavabdeh” İstehsalat Birliyi Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qərara əsasən Seydalı Qarayevə ******* saylı xx.xx.2018-ci il tarixli akt əsasında 1872 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. Təqdim olunmuş AZ-İ 979452 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli akt abonentin iştirakı olmadan tərtib edilmişdir. Belə ki, tərtib edilmiş aktdan görünür ki, ******* №-li, xx.xx.2018-ci il tarixli akt “Cavabdeh” X3 Sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsi tərəfindən təsdiq edilmişdir. Həmin akt əsasında “Cavabdeh” İstehsalat Birliyi Bakı Regional qazın Satışı Dapertamentinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya 1872 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. «Qazdan istifadə Qaydadarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarırın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsiən əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaların»ın 1.3-cü bəndinin ikinci və ücüncü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Digər tərəfdən istehlakçı barəsində cərimə sanksiyasının tətbiq edilməsi qanunla nəzərdə tutulmamışdır. Cərimənin tətbiq edilməsi yuxarıda göstərilən qanuna əsasən tətbiq edilə bilər və bu səlahiyyət yalnız müvafiq icra hakimiyyəti orqanına aid olan məsələdir. “Qaz təchizatı haqqında” AR Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. «Qaz istifadə Qaydaların»ın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat alqı-satqı müqaviləsinə əsasən qazın alqısatqı ilə məşğul olan təşkilat kimi müqavilənin digər tərəfi haqqında hər hansı məsuliyyət saknsiyasını (məcburetmə tədbirlərini) tətbiq etməkdə səlahiyyətli olmamışdır. Digər tərəfdən, məhkəmə qeyd edir ki, istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması halında onun barəsində cərimə sanksiyasının tətbiq edilməsi və ya itirilmiş qazın bərpası üçün əlavə hesabatın hesablanmasına dair cavabdeh orqanın qərar qəbul etmək səlahiyyəti qanunla müəyyən edilməmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməlidir. Məhkəmə xx.xx.2018-ci il tarixli ******* saylı akta hüquqi qiymət verərək qeyd edir ki, həmin akt da qanuni hesab edilə bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, həmin akt istehlakçının iştirakı olmadan tərtib edilmiş və aktda abonentin aktı imzalamaqdan imtina edilməsi barədə qeyd olsa da, bu imtina hər hansı hal şahidinin iştirakı ilə təsdiq olunmur. Həmin akt isə göründüyü kimi sayğacın laboratoriya müayinəsinin nəticəsi kimi tərtib edilmişdir. Məkəmə qeyd edir ki, iddiaçıya aid olan köhnə qaz sayğacı yenisi ilə əvəz edildikdən sonra, köhnə sayğacın müvafiq tələblərə uyğun olaraq laboratoriyaya göndərilməsi təmin edilməmişdir. Yəni həmin sayğacın xüsusi şəkildə qablaşdırılması, laboratoriyaya təhvil verilərkən sayğaca baxışın keçirilməsində istehlakçının iştirakının təmin edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda sayğacda aşkar edilmiş nöqsanların mötəbərliyi şübhəli olduğu üçün, həmin nöqsanlara görə istehlakçı barəsində tərtib edilmiş akt da mötəbər ola bilməz. AR MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə məhkəmə göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı barəsində cavabdeh təşkilat tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli və itirilmiş qazın bərpası üçün hesablanmış **********0006 nömrəli abonent koduna hesablanmış 187,20 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. «Cavabdeh» İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin və itirilmiş qazın bərpası üçün hesablanmış **********0006 nömrəli abonent koduna hesablanmış 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat borc silinsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar