Məhkəmə qərarları › İş №2(009)-806/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-806/2022

14.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-806/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı2, onun nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehna qarşı “vərəsəlik hüquqlarının tanınması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehna qarşı “vərəsəlik hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehna qarşı “vərəsəlik hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar