Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-82/2022 30.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Socarın İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Socarın İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Socarın İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Socar-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinə birləşən Bibiyehbət Dş-300 mm-lik yeraltı neft kəmərinin 0,600-cü km-də, kəmərdən təqribən 19 metr aralı məsafədə yerləşən, ünvan 1 ünvanında cavabdeh X6 tərəfindən qanunsuz inşa edilmiş tikililərin (yaşayış evi və digər yeni tikililərin) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinə birləşən Bibiyehbət Dş-300 mmlik yeraltı neft kəmərinin 0.600-cü km-də, kəmərdən təqribən 19 metr aralı məsafədə, 1-ci sırada, ünvan 1 ünvanında yerləşən, hüquq müəyyənedici sənədi olmadan, Cavabdeh tərəfindən qanunsuz tikinti (yaşayış evi və digər yeni tikililər) aparılması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyianatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri, bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması, boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması, torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-cı il tarixli 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Socarın İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı X5 NBKXS-nin rəisi R.Məhərrəmov, NBKXS-nin böyük mühəndisi Z.Quliyev tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, SOCAR-in Təhlükəsizlik İdarəsinin 4 saylı komandanın rəisi B.İsmayılbəylinin təqdim etdiyi akt əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, X5 istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş-300 mm-lik yeraltı neft kəmərinin 0.600-cü km-də, kəmərdən təqribən 19 metr aralı məsafədə yerləşən, 1-ci sırada, sənədi olmayan, hazırda yaşayış olan, köhnədən inşa edilmiş yaşayış evinə bitişik (təqribi ölçüləri) uzunluğu 5 metr, eni 4 metr, hündürlüyü 2.4 metr olan hörgü əməkdaşlarımız tərəfindən aşkar edilmişdir. Tikintinin ətrafı taxta lövhələrlə əhatə olunduğundan içəridə görülən iş görünməmişdir. Ev sahibi vətəndaş Cavabdeh mühafizə zonası daxilində gördüyü işin qanunazidd olduğu izah edilmiş və yazılı xəbərdarlıq verilmişdir. İş materiallarına əlavə edilmiş “SOCAR” Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X8, atıcı X9 və 1 saylı TND-nin sürücüsü X3 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə 1 saylı qarovulun 1-ci iş növbəsində saat 16:00-da ünvan 2 ünvanında Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş-300 mm-lik yeraltı neft kəmərinin 0.600-cü km-də kəmərdən təqribən 19 metr aralı məsafədə yerləşən, 1-ci sırada, sənədi olmayan, hazırda yaşayış olan köhnədən inşa edilmiş yaşayış evinə bitişik (təqribi ölçüləri) uzunluğu 5 metr, eni 4 metr, hündürlüyü 2.4 metr olan hörgü 4-5 saylı postların (NKİ Şirvan- Böyükşor neft kəməri 92-115,2 km və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində əməkdaşlarımız tərəfindən aşkar edilmişdir. Tikintinin ətrafı taxta lövhələrlə əhatə olunduğundan içəridə görülən iş görünməmişdir. Ev sahibi vətəndaş X4 mühafizə zonası daxilində gördüyü işin qanunazidd olduğu izah edilmiş və yazılı xəbərdarlıq verilmişdir. Adı çəkilən ev sahibi tikdiyi yeni hissəni sökməyəcəyini bildirmişdir. Faktla bağlı Tİ-nin növbə rəisinə, komanda rəhbərliyinə və NKİ QİB-nə məlumat verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 13 may 2022-ci il tarixli 10/954 saylı ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, mübahisə predmeti olan tikilinin SOCAR nümayəndəsi Zaur Quliyevin naturada təqdim etdiyi Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik yeraltı neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistal neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik neft kəməri ilə ünvan 1 ünvanında yerləşən Cavabdeh yaşadığı fərdi yaşayış evi arasında məsafənin 18,04 metr olması müəyyən edilmişdir. Göstərilən hallar Məhkəmə Ekspertiza Mərkəzinin 13 may 2022-ci il tarixli 10/954 saylı ekspertiza rəyi ilə də təsdiq olunmuşdur. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə və Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edildiyindən cavabdehdən 10 (on) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsinin də əks olunmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə məsrəfi cavabdehə aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistal neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik neft kəmərindən 18,04 metr aralı məsafədə - ünvan 1 ünvanında yerləşən Cavabdeh (və ailə üzvlərinin) yaşadığı fərdi yaşayış evi və ona bitişik inşa edilmiş yeni tikili cavabdehin hesabına sökülməli və ərazidən çıxarılmalı, Cavabdeh 10 (on) manat dövlət rüsumu tutularaq iddiaçı Socar-ın İddiaçınə ödənilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistal neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik neft kəmərindən 18,04 metr aralı məsafədə ünvan 1 ünvanında yerləşən Cavabdeh (və ailə üzvlərinin) yaşadığı fərdi yaşayış evi və ona bitişik inşa edilmiş yeni tikili cavabdehin hesabına sökülsün və ərazidən çıxarılsın. Cavabdeh 10 (on) manat dövlət rüsumu tutularaq iddiaçı Socar-ın İddiaçınə ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə mühəndis-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-82/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-82/2022
30.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver