Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-821/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Seyidli İlkin Ramin oğlunun katibliyi cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar Qasımova Səı̇ də İsmayil qızı və İddiaçı2 Qı̇ yas oğlunun cavabdehlər Cavabdeh1, "xxxx" MMC və Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Qasımova Səı̇ də İsmayil qızı və İddiaçı2 Qı̇ yas oğlu cavabdehlər Cavabdeh1, "xxxx" MMC və Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı2, X2, X5 və X3 qarşı "yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun Cavabdeh3 tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün Cavabdeh3 MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsinin 49 il müddətinə Cavabdeh3 MMC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh3 MMC arasında 1635 №-li 19 yanvar 2021-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 may 2021-ci il tarixli, 11 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8 (səkkiz), 2 ədəd 10 (on), 2 ədəd 14 (on dörd) mərtəbəli yaşayış binaları və 5 ədəd 1 (bir) mərtəbəli qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Qeyd edilən səbəbdən, İddiaçı2, X2, X5 və X6 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 32 ünvanında yerləşən qəzalı vəziyyətdə elan və istismar müddəti keçmiş faktiki olaraq 83.9 m2 sahədən ibarət olan mənzilin boşaldılaraq Cavabdeh3 MMC-yə təhvil verilməsinə, Cavabdeh3 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 32 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki olaraq 83.9 m2 sahədən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada layihə üzrə 1-ci blok, 6-cı mərtəbədə, 101.4 m2 ölçüdə, 3 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə İddiaçı2 təhvil verilməsinə; boşaldılması nəzərdə tutulan mənzilin Cavabdeh3 MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək Cavabdeh3 MMC tərəfindən İddiaçı2 hər ay 700 (yeddi yüz) manat məbləğində kirayə haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-90/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, cavabdehlər İddiaçı2, X2, X5 və X6 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 32 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 83.9 m2 sahədən ibarət olan mənzil boşaldılaraq Cavabdeh3 MMCyə təhvil verilməsi, Cavabdeh3 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 32 ünvanında yerləşən faktiki olaraq 83.9 m2 sahədən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada layihə üzrə Nəsimi rayonu, X1 küçəsi istiqamətinə tərəf olan 1-ci blok, 6cı mərtəbədə, 101.4 m2 ölçüdə, 3 otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə İddiaçı2 təhvil verilməsi, boşaldılaraq təhvil verilməsi nəzərdə tutulan mənzilin Cavabdeh3 MMCyə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək Cavabdeh3 MMC tərəfindən İddiaçı2 hər ay 700 (yeddi yüz) manat məbləğində kirayə haqqı ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermiş, iş hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərovun icraatındadır. Eyni zamanda, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı1 İsmayil qızı və qeyrilərinə qarşı eyni məzmunlu iddiası Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatındadır. Məhkəmənin nəzərinə çatdırırıq ki, sözügedən işlərin icraatında hazırki məhkəmə mübahisəsinin predmeti olan icarə müqaviləsinin etibarlılığına qiymət verilərək yekun məhkəmə aktı qəbul edilir. Yəni əgər torpaq icarə müqaviləsinin etibarlılığına hər hansı şübhə varsa, həmin məsələ icraatda olan məhkəmə mübahisələrində qaldırılmalı və həmin işə baxan məhkəmə həmin məsələyə qiymət verilməlidir. Eyni zamanda, əqdin etibarsızlığından irəli gələn məsələ öz təsdiqini tapacağı təqdirdə, ondan irəli gələn maddi zərər məsələsinə daha sonra baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadında əks olunan mövqeyə görə məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Göründüyü kimi, Nəsimi rayon məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin icraatında əqdə əsaslanan iddialar, hazırki vəziyyətdə ayrıca icraatda mübahisələndirilməsi yolverilməzdir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçılar İddiaçı1 İsmayil qızı və İddiaçı2 cavabdehlər Cavabdeh1, "xxxx" MMC və Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və maddi ziyan tələbinə dair mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddiaçı Qasımova Səı̇ də İsmayil qızı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçılar və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh "xxxx" MMC-nin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıdakı hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında izah etmişdir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(009)-90/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı2, X2, X5 və X3 qarşı “yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər İddiaçı2, X2, X5 və X6 tərəfindən ünvan 2 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 83.9 kv.m. sahədən ibarət olan mənzilin boşaldılaraq "xxxx" MMCyə təhvil verilməsi, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən faktiki oilaraq 83.9 kv.m. sahədən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada layihə üzrə Nəsimi rayonu, Ak.Mirəsədulla Mirqasımov küçəsi istiqamətinə tərəf olan 1-ci blok, 6-cı mərtəbədə, 101.4 kv.m. ölçüdə, 3 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə İddiaçı2 təhvil verilməsi, boşaldılaraq təhvil verilməsi nəzərdə tutulan mənzilin "xxxx" MMCyə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək "xxxx" MMC"xxxx" MMC tərəfindən İddiaçı2 hər ay 700 manat məbləğində kirayə haqqının ödənilməsi, İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2794/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı2, X2, X5 və X3 qarşı “yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası, İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(009)-90/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı2 apellyasiya şikayətinin apellyasiya qaydasında baxılmasının mümkün hesab olunması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş digər məhkəmənin icraatında olduğu üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar Qasımova Səı̇ də İsmayil qızı və İddiaçı2 Qı̇ yas oğlunun cavabdehlər Cavabdeh1, "xxxx" MMC və Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-821/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-821/2025
30.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver