Məhkəmə qərarları › İş №2(009)-824/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-824/2023

06.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-824/2023 06.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, iddiaçı X2, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən hesablanmış 4147,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Kərim bəy Mehmandarov küçəsi, ö/t, ev 296V ünvanda yerləşən, ölçüsü 60 kvadrat metr olan iki otaqlı evdə qeydiyyatdadır (abonent kodu: **********00003). İddiaçı evdə 1 ədəd İİR-nin istehsalı olan qaz peçi, 1 ədəd dördgöz qaz plitəsi və 1 ədəd suqızdırıcı istehlak edir. İddiaçıya poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə çatdırılmış xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan məlum olur ki, xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı yaşayış sahəsindən kənarda quraşdırılmış (hasarın çöl tərəfində) sayğaca baxış keçirərkən guya qaz sayğacına qoşulmuş kənar əlavə xətt müəyyən olunmuşdur. Qeyd etmək lazımdır ki, cavabdehin əməkdaşları qeyri-müəyyən səbəblərdən baxışı gecə vaxtı keçirdiyindən bu barədə iddiaçının xəbəri olmayıb, cavabdehin əməkdaşları isə iddiaçıya və həmin evdə yaşayan digər ailə üzvlərinə heç bir məlumat verməmişlər. Aktı tərtib edərkən cavabdehin əməkdaşları aktı iddiaçıya təqdim etmədən, ona aktın məzmunu ilə tanış olmaq barədə təklif etmədən "istehlakçının nümayəndəsi" qrafasında adının qarşısında imtina etməsi barədə qeydiyyat aparmışlar. Sonradan iddiaçıya heç bir sənəd təqdim etmədən və guya yaranmış borc barədə heç bir məlumat vermədən, müvafiq araşdırmalar aparılaraq izahatı alınmadan, artıq 2023-cü ilin yanvar ayından sərf etdiyi qaza görə ödədiyi məbləğin yanaşı heç bir əsas olmadan Cavabdeh İB-nin nəfinə tutulur. Təəssüf doğuran odur ki, iddiaçıya hansı qərar əsasında, nə qədər və hansı normalara əsaslanaraq borc hesablandığı barədə heç bir məlumat verilmədən, rəsmi sənəd təqdim olunmadan sərf etdiyi qaza görə ödədiyi məbləğdən borca görə tutma tətbiq olunur. Cavabdeh İB-nin iddiaçının ünvanı üzrə məsul əməkdaşı hər ay sayğaca baxış keçirərək iddiaçıya qaz sərfiyyatı barədə hesab təqdim edir. Bu halda necə ola bilər ki, həmin əməkdaş sayğaca əlavə kənar xəttin qoşulduğunu əvvəlki dövrlərdə müəyyən etməsin. Sayğac iddiaçının yaşadığı həyət evinin hasarının çöl tərəfində qurlaşdırılmışdır və sayğaca nəzarət etmək demək olar ki, iddiaçı və onun ailə üzvləri tərəfindən mümkün deyil. Bundan əlavə, yaşayış sahəsindən kənarda quraşdırılmış sayğaca nəzarət etmək iddiaçının yəni ev sahibinin vəzifəsi deyil. Tərtib olunmuş akt isə iddiaçıya üç aydan çox müddət keçdikdən sonra poçt vasitəsilə göndərilmişdir. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinə xx.xx.2023-cü il tarixdə iddiaçının ünvanladığı məktuba cavab olaraq bildirilir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib edilərək, iddiaçıya 4147,20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Lakin həmin ziyanın hesablanması qaydaları və meyarları barədə heç bir məlumat verilməmişdir. İddiaçı ilə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti arasında təbii qazın satışı barədə müqavilə bağlanılmamışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh məhkəməyə cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələbi ünvanlayaraq, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 4131,80 manat məbləğində zərərin və 61,32 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4193,12 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu, 1-ci yaşayış massivi, ev 296V-də qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdefrln təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022ci il tarixli ******* saylı akt əsasında 4147,20 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 15,40 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 4131,80 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə əsassız olduğundan rədd olunmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, akt tərtib olunarkən onun iştirakı təmin olunmamış, bir neçə ay keçdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən akt tərtib olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 qarşılıqlı iddia tələbini qəbul etməyərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş və həmçinin qarşılıqlı iddia tələbinə qarşı öz etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, Cavabdeh İB-nin qarşılıqlı iddia ərizəsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, bu mövqe 2(009)-824/2023 nömrəli iş üzrə İddiaçı iddia ərizəsi və əlavə olaraq təqdim olunmuş sübutlarla müvafiq olaraq işin halları üzrə əsaslandırılmışdır. Məlum edir ki, İddiaçı yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Kərim bəy Mehmandarov küçəsi, ö/t, ev 296V ünvanda qeydiyyatdadır (abonent kodu: **********00003). İddiaçıya poçt vasitəsilə xx.xx.2023-ci il tarixdə çatdırılmış xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan məlum olur ki, xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı yaşayış sahəsindən kənarda quraşdırılmış (yəni hasarın çöl tərəfində) sayğaca baxış keçirərkən guya qaz sayğacına qoşulmuş kənar əlavə xətt müəyyən olunmuşdur. Qeyd etmək lazımdır ki, cavabdehin əməkdaşları qeyri-müəyyən səbəblərdən baxışı gecə vaxtı keçirdiyindən bu barədə iddiaçının xəbəri olmamışdır, cavabdehin əməkdaşları isə iddiaçıya və həmin evdə yaşayan digər ailə üzvlərinə heç bir məlumat verməmişlər. Aktı tərtib edərkən cavabdehin əməkdaşları aktı iddiaçıya təqdim etmədən, ona aktın məzmunu ilə tanış olmaq barədə təklif etmədən “istehlakçının nümayəndəsi” qrafasında adının qarşısında imtina etməsi barədə qeydiyyat aparmışlar. Sonradan iddiaçıya heç bir sənəd təqdim etmədən və guya yaranmış borc barədə heç bir məlumat vermədən, artıq 2023-cü ilin yanvar ayından sərf etdiyi qaza görə ödədiyi məbləğin yarısı heç bir əsas olmadan ”Azəriqaz” İB-nin nəfinə tutulur. Təəssüf doğuran odur ki, iddiaçıya hansı qərar əsasında və nə qədər borc hesablandığı barədə heç bir məlumat verilmədən, rəsmi sənəd təqdim olunmadan sərf etdiyi qaza görə ödədiyi məbləğdən borca görə tutma tətbiq olunur. Eyni zamanda bildirmək istəyir ki, Cavabdeh İB-nin iddiaçının ünvanı üzrə məsul əməkdaşı hər ay sayğaca baxış keçirərək iddiaçıya qaz sərfiyyatı barədə hesab təqdim edir. Bu halda necə ola bilər ki, həmin əməkdaş sayğaca əlavə kənar xəttin qoşulduğunu əvvəlki dövrlərdə müəyyən etməsin. Bildirmək istəyir ki, sayğac iddiaçının yaşadığı həyət evinin hasarının çöl tərəfində qurlaşdırılmışdır və sayğaca nəzarət etmək demək olar ki, iddiaçı və onun ailə üzvləri tərəfindən mümkün deyil. Bundan əlavə yaşayış sahəsindən kənarda quraşdırılmış sayğaca nəzarət etmək iddiaçının yəni ev sahibinin vəzifəsi deyil. Tərtib olunmuş akt isə iddiaçıya üç aydan çox müddət keçdikdən sonra poçt vasitəsilə göndərilmişdir. Cavabdeh İBnin Bakı Regional Qazın Satışı Departamentinə xx.xx.2023-cü il tarixdə ünvanladıqları məktuba cavab olaraq bildirilir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib edilərək iddiaçıya 4147,20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Lakin həmin ziyanın hesablanması qaydaları və meyarları barədə heç bir məlumat verilməmişdir. Qeyd etmək istəyir ki, iddiaçı ilə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti arasında təbii qazın satışı barədə müqavilə bağlanılmamışdır. İddiaçının Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinə iddiaçı ilə departament arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsinin təqdim olunması barədə ünvanladığı ərizəyə cavab olaraq departamentdən arxivdə belə müqavilənin olmaması ilə əlaqədar cavab məktubu daxil olmuşdur. Həmin məktub məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddianın isə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalı, qarşılıqlı iddia isə təmin edilməməlidır. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli aktından görünür ki, G-4 markalı, **********3 №-li sayğacın kənar xətt 57 mm boru xəttində əlavə qoşulmuşdur. Kənar xətt ləğv edilməli, dəymiş ziyan hesablanmalıdır. İş üzrə təyin edilmiş məhkəmə trosoloji ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2 3/990 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində mülaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Məhkəmə verilmiş iddia və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. "Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qaydaların 6.5-3-cü maddəsinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “Qazdan istifadə Qaydaları”nın 6.5-4-cü maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5- 2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunmuş mübahisələndirilən xx.xx.2023-cü il tarixli ******* saylı akt iddiaçının iştirakı olmadan tərtib olunmuş, aktın surəti iddiaçıya təqdim olunmamışdır. Eləcə də, məhkəmə baxışında Cavabdeh İB-nin nümayəndəsi tərəfindən təqdim olunan videoçəkilişə baxış zamanı da müəyyən olundu ki, həmin vieoçəkiliş gecə vaxtı iddiaçının iştirakı olmadan aparılmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə trosoloji ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2 3/990 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində mülaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Məhkəmə iclasında dindirilmiş ekspert X3 izahatında bildirmişdir ki, o, məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-trosoloji ekspertizası üzrə vermiş olduğu rəyi müdafiə edir. Tədqiqata təqdim edilmiş sayğac və boru adi gözlə təbii işıq altında və xüsusi böyüdücü lupanın köməyi ilə müxtəlif ölçülərdə böyüdülərək tədqiq edilmiş, qaz sayğacının və borunun üzərində trasoloji zədə aşkar edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapmadığı üçün iddia tələbi təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Kərim bəy Mehmandarov küçəsi, ö/t ev 296V ünvana Cavabdeh tərəfindən hesablanmış 4147,20 manat borc silinməli, qarşılıqlı iddia təmin edilməməlidir. AR MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Kərim bəy Mehmandarov küçəsi, ö/t ev 296 ünvana Cavabdeh tərəfindən hesablanmış 4147,20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat borc silinsin. Qarşılıqlı iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Cavabdehndən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar