Məhkəmə qərarları › İş №2(009)-825/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-825/2020

18.11.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-825/2020 18.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, X3 , Ərizəçi iştirakı ilə, Ərizəçi Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının maraqlı şəxs kimi göstərildiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, oğlu-xx.xx.1969-cu il təvəllüdlü X4 ağıl zəifliyi və ruhi xəstəlikdən əziyyət çəkdiyini nəzərə alıb fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, oğluX6 uzun illərdir ki, psixi pozuntudan əziyyət çəkir. Belə ki, 80-ci illərin sonunda ölkədə baş vermiş hadisələrlə bağlı hərbi xidmətdə olarkən düşmənlə üz-üzə gəlmişdir. Azərbaycan-Gürcüstan sərhədində baş vermiş qarşıdurma zamanı ermənilər Elçinə fiziki iztirablar vermişlər. Əlbəttə ki, onların bunlardan sonralar məlumatları olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra İlçinin fiziki vəziyyətində olduğu kimi, psixi durumunda da dəyişikliklər aşkar etdilər. Onun psixi vəziyyətində yaranmış bu mənfi hallara görə həkimlərə müraciət etməli oldular. Nəticədə müəyyən edildi ki, İlçin şizofreniyadan əziyyət çəkir. Hal-hazırda o, psixiatrik qeydiyyatdadır. Bunu A.H.Kazımov adına 1 nömrəli şəhər poliklinikasının psixiatriya kabineti tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş arayış sübut edir. Poliklinikanın həkim psixiatrı T.N.Aslanova tərəfindən tərtib edilmiş, baş həkim K.T.Cabbarov tərəfindən təsdiq edilən arayışa əsasən xx.xx.1969-cu il təvəllüdlü X6 1986-cı ildən psixiatrik qeydiyyatdadır (A/KN210/86), dioqnozu isə şizofreniya paranoid formadır. İlçinə uzun illərdir ki, o qulluq edir. O ümumiyyətlə sərbəst formada hərəkət edə bilmir, tək özünün qayğısına qala bilmir. Onun bütün sosial-məişət ehtiyaclarını o, qarşılayır. Hal-hazırda oğlu heç kəsin qəyyumluğunda deyildir, lakin,onun hüquq və mənafelərinin daimi müdafiə edilməsinə ehtiyac vardır. Bunun üçün də o, oğlunun qəyyumu kimi təsdiq olunmaq niyyətindədir. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan A.H.Kazımov adına 1 №-li şəhər poliklinikasının psixiatriya kabinetinin xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, X6, xx.xx.1969cu il təvəllüdlü, ünvan 1 mənzil 2 ünvanında qeydiyyatda olan 1986-cı ildən psixiatrik qeydiyyatındadır (A/K № 210/86) diaqnozu Şezofreniya Paranoid forması göstərilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 29/9 saylı rəyindən görünür ki, X5 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Bunu anamnestik məlumatlarlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəzəyyəti (anamnestik məlumatlara görə 1986-cı ildən başlayaraq yoxlanılan şəxsin psixi vəziyyətində dəyişikliklər meydana gəlməsi, ilk dövrdə yuxu pozuntusu, qorxu hissləri, şübhələr, həmçinin qavrama aldanmaları biruzə verməsi, müayinələrdə olmuş, psixiatrik qeydiyyata düşməsi və vəziyyəti ilə əlaqədar AR SN-nin 1 saylı Respublika Psixiatrik Xəstəxanalarda, o cümlədən dəfələrlə Bakı şəhəri 2 saylı X2 stasionar müalicələrdə olması, A.H.Kazımov adına 1 saylı şəhər poliklinikasının psixiatriya kabinetində «Şizofreniya paranoid forma» diaqnozu ilə qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloqik olması, autikliyi, passiv olaraq münasibət sayıqlama ideyalarının biruzə verməsi, öz hiss və həyacanlarına qapılması, emosional-iradi sferasının enməsi, şəxsiyyətin qüsur əlamətləri biruzə verməsi öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması və s.sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinir ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, Ərizəçi övladı X1 şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacını, eləcə də İİ qrup əlil olmasını nəzərə alaraq, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə X4 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx xxxxxxx 2020-ci il tarixli, 29/9 saylı rəyində X4 öz psixi vəziyyətinə görə hərəkətinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu göstərilmişdir. Qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, məhkəmə ekspert rəyi ilə razılaşaraq hesab edir ki, X6 ağıl zəifliyi və xəstəlik nəticəsində öz hərəkətinin mənasını başa düşməyən və öz hərəkətinə rəhbərlik edə bilməyən şəxs olduğundan fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx xxxxxx 1969-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu ildə Əfqanistan İR, Kabul şəhərində anadan olmuş, ünvan 2 mənzil 2 ünvanında qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar