Məhkəmə qərarları › İş №2(009)-827/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-827/2024

27.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-827/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı “X10 Center” MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X10 Center” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “X10 Center” MMC ilə Cavabdeh arasında “Ford E450 Xüsusi Təyinatlı Y” markalı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin, onun əsasında cavabdehin adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətinə və sahibliyinə geri qaytarılması, ekspert rəyi üçün ödənilmiş 500 manat pulun, dövlət rüsumu olan 345 manat pulun və vəkilə xidmət haqqı üçün ödənilmiş 300 manat pulun, nəqliyyat vasitəsi olmadıqda iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 85000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X10 Center" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2013-cu il tarixində xüsusi sifarişlə X4 165000 ABŞ dollarına aldığı “Ford E450 Xüsusi Təyinatlı Y” markalı, buraxılış ili 2012, ağ rəngli, Ban nömrəsi 1FDXE4FS7CDB33864 olan nəqliyyat vasitəsini 481583ANGİ H/A541961ELVİN2007 nömrəli Gömrük Vəsiqəsi əsasında əldə etmişdir. Nəqliyyat vasitəsinə AC101994 nömrəli şəhadətnaməyə əsasən ** JD *** dövlət qeydiyyat nişanı verilmişdir. İddiaçı təsisçisi Rozhanzamir Hadieh olmuşdur. Cavabdeh “X10 Center" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək sürücü vəzifəsində işləmişdir. Şirkətin təsisçisi olmuş Hadieh Rozhanzamir Cavabdeh tərəfindən aldadılmışdır. Belə ki, Cavabdeh İddiaçı təsisçisi Hadieh Rozhanzamirin etibarından sui istifadə edərək mübahisə predmeti olan avtomobili onun adına BDYPİ-də rəsmiləşdirəcəyini vəd edərək, ondan 1800 manat pul almış, sonuncuya nəqliyyat vasitəsinin onun adına rəsmiləşdirildiyini yalandan bildirərək, avtomobili xx.xx.2021-ci il tarixli saxta alqı-satqı müqaviləsi ilə AE137714 nömrəli şəhadətnamə əsasında öz adına rəsmiləşdirmiş, daha sonra həmin avtomobilə dair xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinə dair sərəncam hüququ ilə X8 etibarnamə verərək avtomobili mənimsəmiş, bununla da etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçınə ümumilikdə 85000 (səksən beş min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli 3-xxxx/2182324/2023 nömrəli məktubu ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin Alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan “Ford E450 Xüsusi Təyinatlı Y” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “X10 Center" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni ** VY *** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh adına rəsmiləşdirilmişdir. Yuxarıda qeyd edilən hallardan da görünür ki, nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi və onun əsasında cavabdehin adına aparılmış qeydiyyat etibarsız hesab edilməli və nəqliyyat vasitəsi iddiaçının mülkiyyətinə və sahibliyinə geri qaytarılmalı, iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 85000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İddiaçı bildirir ki, nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsi bağlanarkən, o aldadılıb, ona nəqliyyat vasitəsinin satılması barədə məlumat verilməyib. İddiaçı nəqliyyat vasitəsini satmaq niyyətində olmayıb, azad iradə ifadəsi olmayıb. Buna görə də, nəqliyyat vasitəsinə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçı ilə Cavabdeh arasında “Ford E450 Xüsusi Təyinatlı Y” markalı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin, onun əsasında cavabdehin adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətinə və sahibliyinə geri qaytarılması, ekspert rəyi üçün ödənilmiş 500 manat pulun, dövlət rüsumu olan 345 manat pulun və vəkilə xidmət haqqı üçün ödənilmiş 300 manat pulun, nəqliyyat vasitəsi olmadıqda iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 85000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək onun məzmununua uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 14 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2010-cu ildən “X10 Center” MMC-də əvvəl sürücü kimi, daha sonra təchizatçı kimi işləmiş və 2022-ci ilin dekabr ayında işdən azad olunmuşdur. İşlədiyi dövrdə maşınları yol vərəqəsi ilə idarə etmişdir. “Ford E450 Xüsusi Təyinatlı Y” markalı nəqliyyat vasitəsinin istifadə olunması üçün ona yalnız yol vərəqəsi verilmişdir. Açarı da şirkətdə seyfdə saxlanırdı. Avtomobil şirkətin yaxınlığında yolun kənarında saxlanıldığından, təhlükəsizliyi üçün saxlanılması ona həvalə olunmuşdu. Nəqliyyat vasitəsinin “X10 Center” MMC-nin təsisçisi Hadieh xanımın adına keçirilməsi ilə bağlı təsisçi Hadieh xanım ona müraciət etməmişdir. Bununla bağlı aralarında heç bir məsləhətləşmə olmamışdır. Avtomobilin satılmasına köməklik göstərməyi üçün ona müraciət olunmamışdır. Avtomobili satmaq üçün maşın bazarına aparmaq və ya hər hansısa internet saytına yerləşdirmək kimi bir hal olmamışdır. Şirkətin təsisçisi Hadieh xanım ilə aralarında maşını onun almağı ilə bağlı söhbət olmuşdur. Birinci olaraq Hadieh xanıma onun təklifi oldu ki, o, maşını almaq istəyir. Hadieh xanım ilə o, maşını 40.000 AZN-ə razılaşdılar, 5.000 manatı isə, işlər qaydasında gedərsə, sonra ödəyəcəkdi. Bu söhbətlər 2021-ci ildə baş verdi. Avtomobili almaqla bağlı müraciət etdiyində, avtomobil onda deyildi və avtomobilin açarı da şirkətdə seyfdə idi. 2021-ci ilin iyun ayında X13 İdarəsində alqı-satqı müqaviləsi bağlanarkən, o, alıcı kimi iştirak etmişdir. Satıcı kimi isə, “X10 Center” MMC-nin nümayəndəsi olmuşdur, azərbaycanlı idi, nümayəndə şirkətin özündə deyil, hansısa başqa qurumunda işlədiyinə görə, o, həmin şəxsi tanımırdı. Avtomobili özü təhvil almışdır. Avtomobili 2021-ci ildə alsa da, 2023-cü ildən ödənişlər etməyə başlamışdır. Hadieh xanım ilə aralarında avtomobilin pulunun hissə-hissə ödənilməsi barədə razılığa gəlinmişdir. O, 2023-cü ilin yanvar ayından ödənişlər etməyə başlamışdır. Avtomobilə görə 3 dəfə 5.000 AZN, əlavə olaraq 3.000 AZN və 2.500 AZN (FHN cəriməsi ilə əlaqədar) məbləğində ödənişlər etmişdir. Qalan ödənişi də hissə-hissə ödəməli idi. Qalan ödənişi ödəməməyi ilə bağlı onu bildirir ki, onun öz anbarı var və “X10 Center” MMC-yə aid texnikalar, tibbi avadanlıqlar və müxtəlif əşyalar müəyyən ödəniş qarşılığında onun anbarında saxlanılıb. O bildirdi ki, anbara görə ona ödənişlər etmək lazım idi. Ödəniş olunmadığını gördü və o da onun qarşılığında maşına görə onlara ödəməli olduğu borcu ödəmədi. Ona dedilər ki, maşın başqa məsələdir, anbar başqa, bunları bir-birinə qarışdırmaq lazım deyil. O, avtomobilə əlavə xərclər çəkmişdir. Maşına görə ödənişləri gecikdirəndə, ona maşını qaytarmağı bildirdilər. O da, maşının borcunun yarısından çoxunu ödədiyinə görə qaytarmadı. Ödəniş etməsəydi qaytarardı. O, qalan borcunu ödəməyə hazırdır, lakin qarşılığında anbarda “X10 Center” MMC-yə məxsus malların saxlanılmasına görə ona ödənişlər edilməlidir. Hal-hazırda maşın onda deyil, belə ki, sonradan maşının problemləri üzə çıxdığı üçün o, etibarnamə əsasında maşını başqa şəxsə satdı. Satışdan əldə etdiyi pulu borcunun əvəzində ona görə şirkətə vermədi ki, ortalıqda onun tələbi, yəni anbar məsələsi var idi. 14 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndə və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməmiş və əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı “X10 Center” MMC-nin iddiası aşağıda qeyd edilənlərə görə əsassızdır. Əqdlərin etibarsızlığına səbəb olan aldatmanın mövcudluğu üçün lazım olan 3 nüansın heç biri göstərilməmişdir və göstərilmədiyi üçün sübut da edilməmişdir. Belə ki, aldatma nəticəsində əqdin etibarsızlığı üçün aldatma hərəkəti (hərəkətsizliyi), aldatma qəsdi və hərəkət/qəsdlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bununla yanaşı, iddiaçının özünün də istinad etdiyi Mülki Məcəllənin 339-cu maddəsinə əsasən həmin aldatma olmasaydı iddiaçının müqaviləni bağlamayacağı işin hallarından aşkar bəlli olmalı, ya da iddiaçı tərəfindən sübut edilməli idi. Halbuki iddiaçı özü də iddia ərizəsində qanuni nümayəndə Hadieh xanımın müqavilə bağlamaq niyyətinin olduğunu etiraf edir. Ən vacib məqam isə aldatma əsası ilə etibarsızlıq “mübahisə edilən” etibarsız əqdin növü olduğu üçün iradə zədələnməsi halları ilə bağlıdır. Yəni aldatmanın mövcudluğundan bəhs etmək üçün cavabdehin hərəkətlərindəki həmin 3 nüans nəticəsində iddiaçı və cavabdeh arasında razılıq əldə edilən məqamadək iddiaçının (qanuni nümayəndəsi Hadieh Rozhanzamirin) iradəsi aldatma nəticəsində zədələnmiş olmalı idi. Halbuki iddiaçı ərizəsində razılıq əldə edildiyini, lakin daha sonra cavabdehin həmin razılığa uyğun hərəkət etmədiyini (öhdəliyini icra etmədiyini) bildirmişdir. İddia ərizəsində yazılanlardan görünür ki, iddiaçı qanuni nümayəndə ilə cavabdeh arasında şifahi tapşırıq müqaviləsi bağlandığını və iddiaçının cavabdehə sözügedən nəqliyyat vasitəsini qanuni nümayəndənin mülkiyyətinə ötürməklə bağlı işləri görmək tapşırığı verdiyini bildirir. İşin faktiki hallarının bu cür olduğunu qəbul etsək onda yenə də iddiaçının əqdin etibarsızlığına baş vurması hüquqi cəhətdən əsaslı deyildir, o, öhdəliyin icra edilməməsi ilə bağlı normalara istinad etməli idi. Aldatma əsası ilə mübahisələndirmə o halda hüquqi cəhətdən əsaslı olardı ki, Hadieh xanım iddia ərizəsində qeyd edilən həmin tapşırıq müqaviləsinin bağlanmasını yalnız cavabdehin aldatması nəticəsində arzu edərdi. Halbuki yazılanlardan məlum olur ki, Hadieh xanım elə tapşırıq müqaviləsinin bağlanmasını qabaqcadan arzu etmiş, Oruc bəyin onun iradəsinin formalaşmasında rolu olmamış və iddiaçının iddiasına əsasən cavabdeh öhdəliyini icra etməmişdir. İddiaçının hüquqi əsaslandırmasında yol verdiyi yanlışlıqlarla yanaşı, işin faktiki halları da ərizədə qeyd edildiyi kimi deyildir. Belə ki, tərəflər arasında ərizədə göstərildiyi kimi, şifahi tapşırıq müqaviləsi bağlanmamışdır. İş materialında olan CD diskə əsasən iddiaçının qanuni nümayəndəsi Hadieh Rozhanzamir və həmin cəmiyyətdə müasib vəzifəsində çalışan “Müjgan” adlı xanım tərəfindən “whatsapp” proqram tətbiqi vasitəsilə cavabdehə göndərilmiş səs-yazılarından açıq şəkildə aydın olur ki, Hadieh xanım (qanuni nümayəndə) həmin nəqliyyat vasitəsini satmaq niyyətində olmuş və razılıq əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin cavabdehə satılması barədə onlar razılığa gəlmişdirlər. Həmin səs yazılarına əsasən hətta Hadieh xanım nəqliyyat vasitəsinin digər şəxslərə deyil, məhz Oruc bəyə satıldığından xüsusi məmnunluq duyduğunu da bildirir. Belə olan halda iddiaçının sonradan aldatma əsası müqavilənin etibarsızlığına baş vurması hüquqdan sui-istifadə halı da meydana gətirir. İddia ərizəsində qeyd edilən tapşırıq müqaviləsinin icrası məqsədilə 1800 manatın cavabdehə ödənilməsi ilə bağlı bildirmək istəyir ki, hər bir tərəf öz öhdəliyinin icrasını sübut etmək vəzifəsi daşıyır və cavabdeh bu məqsədlə iddiaçıdan ödəniş almamışdır. Əksinə səs yazılarından aydın olur ki, Hadieh xanım və “Müjgan” xanım nəqliyyat vasitəsinin cavabdehin mülkiyyətinə ötürülməsi müqabilində razılaşdırılmış hissə-hissə ödənişin əməkdaşların əmək haqqılarını vaxtında ödəyə bilmək üçün vaxtından daha tez ödənilməsi barədə cavabdehə xahişlərini bildirirlər. Nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair YA- 06.03.2/2024 saylı rəyə münasibətdə bildirmək istəyir ki, həmin rəy əsasında müəyyən olunmuş bazar qiyməti tərəflər arasında əldə edilmiş razılıq nəticəsində bağlanmış alqısatqı müqaviləsi baxımından heç bir əhəmiyyət kəsb etmir. Belə ki, bazar qiyməti əsasında predmetin qiymətinin müəyyən edilməsi ilə bağlı normalar dispozitiv olmaqla ehtiyat norma kimi nəzərdə tutulduğundan, yalnız razılaşdırılmış məbləğ olmadığı və ya onu müəyyən etmək mümkün olmadığı hallarda tətbiq edilə bilər. Yuxanda qeyd edilən səs yazılarına əsasən iddiaçının qanuni nümayəndəsi hissə-hissə ödənilməsi nəzərdə tutulan məbləğlərin daha tez ödənilməsini xahiş edir. Belə olan halda məbləğin müəyyən olmadığını və ya müəyyənləşdirilə bilmədiyini demək mümkün olmayacaqdır. Məhz Mülki Məcəllənin satılan əşyanın qiymətini tənzimləyən 597-ci və 398-ci maddələri də bazar dəyərinin (oxşar mallar üçün adətən alınan qiymət) yalnız müqavilədəki qiyməti müəyyənləşdirmək imkanı olmadıqda tətbiq ediləcəyini göstərir. İddiaçının aldatma əsası ilə müqavilənin etibarsızlığına istinad edərək tələb irəli sürməsi hüquqi cəhətdən düzgün əsaslandırılmamışdır, o, əqdlərin etibarsızlığına səbəb olan “aldatma” əsasına dair maddi hüquq normasına istinad edərək, faktiki cəhətdən şifahi tapşırıq müqaviləsi üzrə öhdəliyin icra edilmədiyini iddia etmişdir. Onun “aldatma” kimi qəbul etdiyi işin faktiki halları MM-nin 339-cu maddəsində nəzərdə tutulan anlayışa uyğun gəlmir. İş materialında olan CD diskdən görünür ki, Hadieh xanım nəqliyyat vasitəsinin mülkiyyətinin hissə-hissə ödəniş qarşılığında cavabdeh Oruc bəyə ötürülməsinə dair iradə bəyan etməklə tərəflər arasındakı münasibət alqı-satqı müqaviləsi üzrə yaranmışdır. Aldatma üzrə mübahisə edilən etibarsız əqdlərə dair nəzərdə tutulan 1 illik kəsici müddət ötürülmüşdür. 14 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilən şahid X6 ifadəsində göstərmişdir ki, o, cavabdeh şirkətdə əczaçı kimi işləmişdir. Lakin Hadieh xanım Oruca etibarnamə verdiyi ərəfədə ona da direktor kimi etibarnamə verdi ki, o burada olmayanda onun işlərini görsün. Cavabdeh şirkətdə sürücü vəzifəsində işləyirdi. Cavabdeh onlarla birlikdə işləyərkən ən etibar etdikləri insan idi. Təqribən 10 il birlikdə işləmişlər. Şirkətdə fərdi sürücülər var idi və şirkətə məxsus avtomobilləri şirkət tərəfindən verilmiş yol vərəqəsi ilə idarə edirdilər. Hadieh xanımın xaricdən sifarişlə aldığı “Ford E450 Xüsusi Təyinatlı Y” maşın çox böyük idi. Onu yolun kənarında saxlayırdılar. Oruc dedi ki, onun qohumlarının boş ərazisi var və burada yola problem yaratmamağı üçün maşını aparıb orada saxlaya bilər. Onlar da bu təkliflə razılaşdılar. Hadieh xanım xarici vətəndaş olduğundan uzun müddət Bakıda olmur. Onların klinikasına maddi cəhətdən problemlər var idi. 2021-ci ildə Hadieh xanım qərara gəldi ki, maşını şirkətin adından öz adına keçirsin. Bu barədə onlar Oruca müraciət etdilər. Çünki belə işləri həmişə o həll edirdi. Möhürlər, etibarnamələr onda olurdu. Oruc bu işi həll etmək üçün getdi, gələrək bildirdi ki, 1800 manat rüsüm ödəmək lazımdır. Hadieh xanım həmin məbləği Oruca verdi. Oruc daha sonra gəldi bildirdi ki, sənədlər hazırdır. O, Orucdan soruşdu ki, sənədlər hardadır? Oruc bildirdi ki, onlar polisdə qalıb. Bir sözlə o həmin sənədləri görməmişdir. Maşın Hadieh xanımın adına keçəndən sonra, yəni bunu onlar belə düşünürdülər, Hadieh xanım Oruca etibarnamə verdi ki, gələcəkdə klinikada maddi cəhətdən problem yaranarsa, Oruc maşını satsın və həmin məbləğ klinikanın xərclərinə istifadə olunsun. Hadieh xanım Oruca etibarnaməni maşını satması üçün vermişdi. Lakin Oruc maşını sata bilmədi. Oruc hətta 2 dəfə avtomobili maşın bazarına da aparmışdı. Səhv etmirsə, onlar maşını 75.000-80.000 manata satılmasını bildirmişdilər. Oruc bu maşının xüsusi təyinatlı olduğundan alıcısının olmadığını və sata bilmədiyini bildirdi. 2022-ci ildə Oruc öz xahişi ilə işdən azad olundu. Onlar Oruca o qədər etibar edirdilər ki, Oruc işdən çıxanda heç ona demədilər maşını gətirib qaytarsın. Səhv etmirsə, Oruc sonra yenə maşının satılması üçün şəkillərini internet saytına yerləşdirmişdi. Maşını alan olmadığında, onlar hər dəfə maşının qiymətini aşağı salırdılar. Daha sonra 2023-cü ilin fevral ayında onlar maşını özləri reklam eləmək qərarına gəldilər. Onlara bildirdilər ki, reklam üçün maşının texniki pasportu lazımdır. O, Oruca dedi ki, texniki pasportun şəklini çəkib atsın. Oruc ona pasportun maşının xüsusatları yazılan hissəsinin şəklini çəkib atdı. O həmin vaxt pasportun iki üzünün olduğunu bilmirdi. Ona görə də, maşının sahibinin adını görmədi. Reklamdan sonra onlara maşını almaq üçün 2-3 nəfər ciddi şəkildə müraciət etdi. O da Oruca zəng vurdu ki, maşını almaq istəyən var. Oruc ona dedi ki, həmin adamları ona yönləndirsin. O da maşını almaq istəyən həmin adamları Oruca yönləndirdi. Daha sonra zənglər dayandı. 2023-cü ilin fevralın axırı, martın əvvəli Oruc ona müraciət etdi ki, maşını özü almaq istəyir. Evini satdığa qoyduğunu, hal-hazırda əlində pulu olmadığını və məbləği hissə-hissə ödəyəcəyini dedi. O da, Hadieh xanıma bu barədə məlumat verdi. Hadieh xanım bu hala çox sevindi, hətta xeyir-dua da verərək razılaşdı. O əmindir ki, Oruc tam məbləği onlara ödəmədi. O, Oruca ödəniş etməklə bağlı zəng edəndə, Oruc qazancının olmadığını və maşının pulunu verə bilmək imkanında olmadığını bildirdi. Hətta o, Oruca bildirdi ki, onlar xarici vətəndaş olduğları üçün bankdan kredit götürə bilmirlər. Həmin vaxtda klinikada xərclər həddindən artıq çoxalmışdı, onlara pul lazım idi. Oruca bildirdi ki, heç olmasa, o, bankdan kredit götürüb onların pulunu ödəsin. Oruc bu təkliflə razılaşmadı. O bu haqda Hadieh xanıma məlumat verdi. O, mühasib olmadığına görə Ford markalı xüsusi təyinatlı avtomobilin şirkətin balansından çıxdığını görə bilmirdi. Bu iş mühasibin vəzifəsi idi və o da, onun işinə müdaxilə etməmişdir. Belə ki, onun bu məlumatları görə bilmək kimi bir fəaliyyəti olmamışdır. Şirkətin balansında bir neçə maşın olmuşdur və o onların vəziyyəti haqqında məlumatları bilmirdi. Oruc maşına görə pulu 2023-cü ilin fevralından ödəyib. Tam olaraq nə qədər ödədiyini dəqiq bilmir. FHN şirkəti 2500 manat cərimələmişdi və onların təklifi ilə Oruc o cəriməni ödəmiş və həmin məbləğ maşının ümumi satış qiymətindən çıxılmışdır. Orucda kağız var idi, oraya ödədiyi məbləği qeyd edirdi və o da, həmin kağızı imzalayıb pulu qəbul edirdi. O təxmini 2 dəfə həmin kağıza imza etmişdir, amma məbləği tam dəqiq bilmir. Oruca maşını ümumi olaraq 45.000 manata satmağa razılaşmışdılar. Şirkətin möhürü avtomobilin Hadieh xanımın adına keçirilməsi üçün Oruca verilmişdir. Hadieh xanım Oruca etibarnamə də verdi. Lakin daxili etibarnamə kimi və ya notarial qaydada olduğunu bilmir. Avtomobilin Hadieh xanımın adına keçirilməsi əməliyyatı zamanı Orucun yanında başqa heç kim olmamış və onlar bu məsələ ilə bağlı Orucdan başqa bir adama etibarnamə verməmişlər. Onlar Oruca güvənib etibar etdiklərindən, maşının kimin adına olduğu ilə heç maraqlanmadılar. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, cavabdeh və onun nümayəndə və vəkili məhkəmə iclasına gəlməmişlər, cavabdehin nümayəndə və vəkili məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin və onun nümayəndə və vəkilinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-xx-xx/2182324/2023 nömrəli Baş X13 İdarəsinin vəkil sorğusuna xx.xx.2023-cü il tarixli, 3-xx-xx/2182324/2023 nömrəli cavab məktubundan görünür ki, DİN Baş X13 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Ford E450 Xüsusi Təyinatlı Y” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə “X10 Center” MMC-nin adına qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni **-VY-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Baş X13 İdarəsinin kompüter çıxarışından görünür ki, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan “Ford E450 Xüsusi Təyinatlı Y” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sərəncam hüququnu etibarnamə əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X8 vermişdir. İş materiallarında olan “X10 Center” MMC-nin Əmək müqaviləsinə xitam verilməsi barədə 51/21 nömrəli, xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, “X10 Center” MMC bölməsində “Təchizat” vəzifəsində işləyən Cavabdeh Abdulla oğlu ilə bağlanmış 4 WMVM4F000100 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a”tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi Bildirişindən görünür ki, “X10 Center” MMC-də xx.xx.2010-cu ildən müddətsiz olaraq sürücü vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin YA-06.03.2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Ford markalı, ağ rəngli, E450 xüsusi təyinatlı, istehsal tarixi 2012-ci il olan, 1FDXE4FS7CDB33864 ban nömrəli,furqon tipli xüsusi təyinatlı avtomobilin, 06 mart 2024-cü il tarixinə real bazar dəyəri: 90 100.00 (doxsan min bir yüz) manat, 53 000,00 (əlli üç min) ABŞ dolları təşkil edir. İmzaları İş materiallarında olan 02 iyun 2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsindən görünür ki, “X10 Center” MMC Ford markalı, E450 xüsusi təyinatlı, ** JD *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012, ban №-si 1FDXE4FS7CDB33864 olan avtomobili Cavabdeh 15000 manata satmışdır. İş üzrə təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli, 4/1545 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan imzaları Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzaların hərfi tərkibi olmayıb yalnız sadə cizgilərdən ibarət olması, qrafik materialın azlığı, imzalarda həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin olması, müqayisəedici tədqiqat zamanı imkan vermir ki, qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun. Ekspertizaya təqdim edilmiş, mülki işin 164-cü vərəqində olan 02 iyun 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı “müqaviləsi”nin sol hissəsində (“Satıcı”nın s.a.a.imzası) qrafasında imza; mülki işin 165-ci vərəqində olan nəqliyyat vasitələrinin təhvil-təslim Aktı”nın arxı tərəfində “Avtomobili (ləri) təhvil verdim” və “Təhvil aldım” qrpafalarında olan imzaların - Cavabdeh tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X10 Center" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2013-cu il tarixində xüsusi sifarişlə X4 165000 ABŞ dollarına aldığı “Ford E450 Xüsusi Təyinatlı Y” markalı, buraxılış ili 2012, ağ rəngli, Ban nömrəsi 1FDXE4FS7CDB33864 olan nəqliyyat vasitəsini 481583ANGİ H/A541961ELVİN2007 nömrəli Gömrük Vəsiqəsi əsasında əldə etmişdir. Nəqliyyat vasitəsinə AC101994 nömrəli şəhadətnaməyə əsasən ** JD *** dövlət qeydiyyat nişanı verilmişdir. İddiaçı təsisçisi Rozhanzamir Hadieh olmuşdur. Cavabdeh “X10 Center" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək sürücü vəzifəsində işləmişdir. Şirkətin təsisçisi olmuş Hadieh Rozhanzamir Cavabdeh tərəfindən aldadılmışdır. Belə ki, Cavabdeh İddiaçı təsisçisi Hadieh Rozhanzamirin etibarından sui istifadə edərək mübahisə predmeti olan avtomobili onun adına BDYPİ-də rəsmiləşdirəcəyini vəd edərək, ondan 1800 manat pul almış, sonuncuya nəqliyyat vasitəsinin onun adına rəsmiləşdirildiyini yalandan bildirərək, avtomobili xx.xx.2021-ci il tarixli saxta alqı-satqı müqaviləsi ilə AE137714 nömrəli şəhadətnamə əsasında öz adına rəsmiləşdirmiş, daha sonra həmin avtomobilə dair xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinə dair sərəncam hüququ ilə X8 etibarnamə verərək avtomobili mənimsəmiş, bununla da etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçınə ümumilikdə 85000 (səksən beş min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli 3-xxxx/2182324/2023 nömrəli məktubu ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin Alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan “Ford E450 Xüsusi Təyinatlı Y” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “X10 Center" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni ** VY *** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh adına rəsmiləşdirilmişdir. Yuxarıda qeyd edilən hallardan da görünür ki, nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi və onun əsasında cavabdehin adına aparılmış qeydiyyat etibarsız hesab edilməli və nəqliyyat vasitəsi iddiaçının mülkiyyətinə və sahibliyinə geri qaytarılmalı, iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 85000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:- əqdin subyekt tərkibinə dair şərtlər;əqdin məzmununa dair şərtlər;- əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər;- əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli Qərarı). Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, 2021-ci ildə cəmiyyətdə maddi cəhətdən problemlər yarandığından, cəmiyyətin təsisçisi və qanuni təmsilçisi Rozhanzamir Hadieh xaricdən sifarişlə aldığı “Ford E450 Xüsusi Təyinatlı Y” maşını şirkətin adından öz adına keçirmək qərarına gəlmiş və bununla bağlı şirkətdə 10 il bir müddətdə sürücü işləyən və onların ən etibar etdikləri şəxs olan Cavabdeh müraciət etmişlər. Şirkətin möhürü avtomobilin Hadieh xanımın adına keçirilməsi üçün Cavabdeh verilmişdir, eləcə də sonuncuya etibarnamə də verilmişdir. Avtomobilin Hadieh xanımın adına keçirilməsi əməliyyatı ilə bağlı Cavabdeh başqasına etibarnamə verilməmişdir. Cavabdeh MMC-nin təsisçisi Hadieh Rozhanzamirin etibarından sui istifadə edərək mübahisə predmeti olan avtomobili onun adına BDYPİ-də rəsmiləşdirəcəyini vəd edərək, ondan 1800 manat pul almış, sonuncuya nəqliyyat vasitəsinin onun adına rəsmiləşdirildiyini yalandan bildirərək, avtomobili xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə AE137714 nömrəli şəhadətnamə əsasında öz adına rəsmiləşdirmiş və nəqliyyat vasitəsinə yeni ** VY *** dövlət qeydiyyat nişanı təhkim olunmuşdur. Halbuki Konstitusiya Məhkəməsinin qərarlarından da göründüyü kimi, iradə ifadəsi əqdi bağlamağın mühüm şərtlərindən sayılır. Bununla yanaşı, həmin vaxt avtomobilə görə iddiaçıya hər hansı məbləğdə ödəniş edilməmişdir. Həmin halı məhkəmə iclasında verdiyi izahatında cavabdeh təsdiq etmişdir. 2023-cü ilin fevralın axırı, martın əvvəli O.X7 müraciət etdi ki, maşını özü almaq istədiyini, evini satdığa qoyduğunu, hal-hazırda əlində pulu olmadığını və məbləği hissə-hissə ödəyəcəyini bildirmiş və sonuncu da buna razılığını bildirmişdir. Cavabdeh məhkəmə iclasında eləcə də bildirmişdir ki, maşında problemlər yarandığına görə o, xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsini etibarnamə əsasında X1. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə 24 oktyabr 2024-cü il tarixli, 4/1545 nömrəli ekspert rəyindən görünür ki, nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli müqavilədə və onunla bağlı digər sənədlərdə alıcı və satıcı qrafalarındakı imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında izah etmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iclasında eləcə də, sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə hər hansı pul məbləği verilməmişdir. Məhkəmə iclasında cavabdeh alqısatqı müqaviləsi bağlanarkən avtomobilə görə iddiaçıya hər hansı məbləğdə ödəniş etmədiyini təsdiq etmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “X10 Center” MMC ilə Cavabdeh arasında “Ford E450 Xüsusi Təyinatlı Y” markalı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci ildə bağlanmış alqı-satqı müqaviləsi, onun əsasında cavabdehin adına aparılmış qeydiyyat etibarsız hesab edilməli, nəqliyyat vasitəsi iddiaçının mülkiyyətinə və sahibliyinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, mübahisələndirilən alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqddir və həmin əqd üzrə hər hansı məbləğin ödənilməsi müəyyən olunmamışdır. Belə olduğu təqdirdə, həmin əqdin etibarsızlığının nəticələri Mülki Məcəllənin 337.5-ci maddəsinin (tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir) tələblərinin təsiri altına düşmür. Məhkəmə iddianın ekspert rəyi üçün ödənilmiş 500 manat pulun, dövlət rüsumu olan 345 manat pulun və vəkilə xidmət haqqı üçün ödənilmiş 300 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 345 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə vəkil xərci olaraq 300 manat tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ : İddia qismən təmin edilsin. İddiaçı “X10 Center” MMC ilə Cavabdeh arasında “Ford E450 Xüsusi Təyinatlı Y” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair 02 iyun 2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh adına aparılmış qeydiyyat etibarsız hesab edilsin və nəqliyyat vasitəsi iddiaçı “X10 Center” MMC-nin mülkiyyətinə və sahibliyinə geri qaytarılsın. Cavabdeh iddiaçı “X10 Center” MMC-nin xeyrinə ekspert rəyi üçün ödənilmiş 500 (beş yüz) manat, ödənilmiş 345 (üç yüz qırx beş) manat dövlət rüsumu və vəkilə xidmət haqqı üçün ödənilmiş 300 (üç yüz) manat tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 124 (bir yüz iyirmi dörd) manat Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X5, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova i

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar