Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-83/2022 03.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi A.M.Şahtaxtinskiynin, Cavabdehin nümayəndəsi M.F.Alıyevin iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş-300mm-lik yerüstü neft kəmərinin 2.4-cü km-də, kəmərdən təqribən 35 metr aralı məsafədə, kəmərə paralel, 2-ci sırada, Səbail rayonu Badamdar qəsəbəsi 1ci yaşayış massivi, 2-ci küçə ünvanında yerləşən, hüquq müəyyənedici sənədi olmadan, Cavabdeh tərəfindən qanunsuz tikinti (yaşayış evi və digər yeni tikililər) aparılması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15.04.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli 167 saylı qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor Dş 500 mm-lik yerüstu magistral neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik yerüstü neft kəmərinin 2.4-cü km-də, kəmərdən təqribən 35 metr aralı məsafədə, kəmərə paralel, 2-ci sırada, Səbail rayonu, Badamdar qəsəbəsi,1-ci yaşayış massivi 2-ci küçə ünvanında yerləşən, hüquq müəyyənedici sənədi olmadan, Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililərin (yaşayış evi və digər yeni tikililər) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, 1994-cü ildə X2 Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci küçə ünvanında 6 sot torpaq fərdi ev tikmək üçün ayrılmış, 2 il müddətində həmin torpaq sahəsində ev tikilmişdir. 1997-ci ildə sərəncamla fərdi ev Cavabdeh adına keçirilmişdir. Mübahisələndirilən ev 1994-1996-cı ildə tikilmiş, evə bitişik həyətyanı torpaq sahəsinin hasarı və darvazası qoyulmuş, 30 il keçdikdən sonra darvaza deformasiya olunduğu üçün dəyişmək qərarına gəlmişdir, həmin ərəfədə SOCAR-ın İddiaçı iddia ilə məhkəməyə müraciət etmşdir. Hesab edir ki, iddia tam əsassızdır, tikililərin inşa edilməsi ilə bağlı 1994 və 1997-ci il tarixli sərəncamlar mövcuddur, 30 il ərzində iddia tərəfindən belə bir iddia qaldırılmamışdır. İddiaçı tərəfindən neft kəmərlərinin hansı tarixdə çəkildiyinə dair məlumat yoxdur, sənəd təqdim edilməmişdir. Ev tikilərkən hər hansı dövlət orqanı buna etiraz etməmişdir, həmin ərazidə çoxlu saylı evlər mövcuddur, 2 ev isə ümumiyyətlə qeyd edilən kəmərə daha yaxın inşa edilib, onlara qarşı hər hansı tələb irəli sürülməyib. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş üzrə Səbail rayon İcra Hakimiyyətinin Başçısının fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə 1673 saylı 25.05.1994-cü il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş kserosurətindən görünür ki, Badamdar qəsəbəsində, 1-ci massivdə fərdi evin tikintisi üçün X2 600 kv.m. torpaq sahəsi ayrılmışdır. İş üzrə Səbail rayon İcra Hakimiyyətinin Başçısının RİHB-nın 25.05.1997-ci il tarixli 1673 No-li sərəncamında dəyişiklik edilməsi haqqında 1334 saylı 29.08.1997-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş kserosurətindən görünür ki, X1 ölümü ilə əlaqədar həyat yoldaşı Cavabdeh xahişini nəzərə alaraq RİHB-nın 1673 No-li, 25.05.1994-cü il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsi Cavabdeh adına sənədləşdirilmişdir. İş üzrə SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X5 və atıcılar X7, X4 tərəfindən tərtib edilmiş 30.06.2021-ci il tarixli aktın surətindən görünür ki, 30.06.2021-ci il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 14.30-da, 4-5 saylı postların (NKİ Şirvan-Böyükşor neft kəməri 92-115,2 kv.m. və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci küçə ünvanında, Şirvan-Böyükşor Dş 300 mm-lik yerüstü neft kəmərinin 2.4-cü km-də kəmərdən təxminən 35 metr aralıda, kəmərə paralel, 2-ci sırada, içərisində yaşayış olan evin həyətində, yeni tikinti işlərinin aparılması əməkdaşları tərəfindən aşkar edilmişdir. Belə ki, sözügedən həyətin hasarında köhnədən mövcud olan darvaza yenisi ilə dəyişdirilmiş və darvazanın kənarları betonlanmışdır. Araşdırma nəticəsində sözügedən evin vətəndaş Cavabdeh məxsus olduğu fəhlələr tərəfindən bildirilmişdir. Tikintiyə rəhbərlik edən və özünü ev sahibəsinin qardaşı kimi təqdim edən Mübariz adlı şəxslə telefon əlaqəsi yaradılmış, ona mühafizə zonasında tikinti işlərinin aparılması qanunazidd olduğu izah edilmiş və yeni işlərin görülməməsi üçün şifahi xəbərdarlıq olunmuşdur. Vətəndaş Mübariz fərdi yaşayış evinin və həyətirnin hüquqi sənədləri olduğunu bildirsə də, təqdim etməkdən imtina etmişdir. Bu barədə NKİ QİB-nə və Tİ-nin növbə rəisinə məlumat verilmişdir. Faktla bağlı fotoşəkillər çəkilmişdir. İş üzrə İddiaçı Qaradağ İstehsalat Bölümünün NBKXS-nin rəisi R.Məhərrəmov, NBKXS-nin böyük mühəndisi Z.Quliyev tərəfindən tərtib olunmuş 30.06.2021-ci il tarixli aktından görünür ki, SOCAR-ın Təhlükəsizlik İdarəsinin 4 saylı komandanın rəisi B.İsmayılbəylinin təqdim etdiyi akt əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Bibiheybət Dş 300 mm-lik yerüstü neft kəmərinin 2.4-cü km-də kəmərdən təxminən 35 metr aralıda, kəmərə paralel, 2-ci sırada, içərisində yaşayışı olan evin həyətində, yeni tikinti işlərinin aparılması əməkdaşları tərəfindən aşkar edilmişdir. Belə ki, sözügedən həyətin hasarında köhnədən mövcud olan darvaza yenisi ilə dəyişdirilmiş və darvazanın kənarları betonlanmışdır. Araşdırma nəticəsində sözügedən evin vətəndaş Cavabdeh məxsus olduğu fəhlələr tərəfindən bildirilmişdir. Tikintiyə rəhbərlik edən və özünü ev sahibəsinin qardaşı kimi təqdim edən Mübariz adlı şəxslə telefon əlaqəsi yaradılmış, ona mühafizə zonasında tikinti işlərinin aparılması qanunazidd olduğu izah edilmiş və yeni işlərin görülməməsi üçün şifahi xəbərdarlıq olunmuşdur. Vətəndaş Mübariz fərdi yaşayış evinin və həyətinin hüquqi sənədləri olduğunu bildirsə də, təqdim etməkdən imtina etmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 28.01.2022-ci il tarixli 10/5073 saylı rəyinə əsasən Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci küçədə yerləşən Cavabdeh Firuddin qızının yaşadığı yaşayış evi dörd tərəfdən hasara alınmış torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evindən ibarətdir. Torpaq sahəsinin yaxınlığında çəkilmiş SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mmlik magistral neft kəmərlərinə birləşən Bibiheybət DŞ-300 mm-lik neft kəmərindən yaşayış evinin torpaq sahəsinin sərhəd hasarına qədər olan məsafə 41,0 metr, yaşayış evinin ön fasad divarına qədər 49,0 metr, arxa divara qədər isə 60,0 metr təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstu magistral neft kəmərinə birləşən Bibiheybət-Dş 300 mm-lik yerüstü neft kəmərinin 2.4-cü km-də kəmərdən təxminən 40-45 metr aralı məsafədə, kəmərə parallel, 2-ci sırada, kəmərin mühafizə zonasında, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 2-ci küçə ünvanında Cavabdeh tərəfindən içərisində yaşayışı olan evin həyətin hasarında köhnədən mövcud olan darvaza yenisi ilə dəyişdirilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 1673 saylı, 25.05.1994-cü il tarixli sərəncamına əsasən X6 oğluna fərdi evin tikintisi üçün Badamdar qəsəbəsi, 1-ci massivdə 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Səbail rayon İcra Hakimiyyəti Başçısının 1334 saylı, 29.08.1997-ci il tarixli sərəncamına əsasən X1 ölümü ilə əlaqədar həyat yoldaşı Cavabdeh xahişini nəzərə alaraq RİHB-nın 1673 No-li, 25.05.1994-cü il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsi Cavabdeh adına sənədləşdirilmişdir. İddiaçının irəli sürdüyü tələbdən görünür ki, cavabdeh tərəfindən özbaşına olaraq iddiaçıya ayrılmış torpaq sahəsində tikinti aparılmışdır və həmin tikintinin aparılması üçün qanunda nəzərdə tutulmuş hər hansı icazə alınmamışdır. Digər tərəfdən həmin tikili İddiaçı istismarında olan Şirvan- Böyükşor Dş-500 mm-lik magistral neft kəmərlərinə birləşən Bibiheybət Dş-300 mm-lik yerüstü neft kəmərinin mühafizə ərazisində yerləşir. Bu səbəbdən iddiaçı həmin tikintinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci küçədə yerləşən Cavabdeh Firuddin qızının yaşadığı yaşayış evi dörd tərəfdən hasara alınmış torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evindən ibarətdir. Torpaq sahəsinin yaxınlığında çəkilmiş SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərlərinə birləşən Bibiheybət Dş-300 mm-lik neft kəmərindən yaşayış evinin torpaq sahəsinin sərhəd hasarına qədər olan məsafə 41,0 metr, yaşayış evinin ön fasad divarına qədər 49,0 metr, arxa divara qədər isə 60.0 metr təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən aparılan tikintinin bir hissəsi (həyətin hasarında köhnədən mövcud olan darvaza yenisi ilə dəyişdirilmiş) neft kəmərinin mühafizə (təhlükəsizlik) zonasının daxilində yerləşsə də, həmin tikintinin qanunsuz əsaslarla aparılması faktı öz təsdiqini tapmamışdır. Cavabdehin təqdim etdiyi sübutlardan məlum olmuşdur ki,Səbail rayon İcra Hakimiyyəti Başçısının 25.05.1994-cü il tarixli sərəncamına əsasən fərdi evin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsi Sabir İsmayılova məxsus olmuşdur. Səbail rayon İcra Hakimiyyəti Başçısının 29.08.1997-ci il tarixli sərəncamına əsasən Sabir İsmayılovun ölümü ilə əlaqədar 25.05.1994-cü il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsi Cavabdeh adına sənədləşdirilmişdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin torpaq sahəsinin üzərindəki ev uzun müddət ərzində yaşayış sahəsi kimi istifadə olunur. Məhkəmə qeyd edir ki, Səbail rayon İcra Hakimiyyətinin başçısının sərəncamı ilə mübahisəli evin yerləşdiyi torpaq sahəsi cavabdehə ayrıldığından, cavabdeh həmin torpaq sahəsinin potensial mülkiyyətçisi hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununa və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən «Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı (şikayət № 19853/03) iş üzrə 27.09.2007-ci il tarixli qərarının 40 və 41-ci §-nın müddəalarda qeyd edilmişdir ki, ərizəçi (Akimova) dövlət mənzil fondunun balansında olan mənzilə dair ona verilmiş order əsasında «sosial kirayə müqaviləsi» (mənzilə dair kirayə müqaviləsi) bağlamalı, həmin müqavilənin şərtlərinə görə mənzilə sahiblik etməli, mənzildən istifadə etmək hüququna malik olmalı və «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanuna uyğun olaraq müəyyən şərtlərlə mənzil onun mülkiyyətinə pulsuz keçməli idi. İHAM bu əsaslarla qeyd etmişdir ki, onun (Akimovanın) mənzilə dair olan iddiaları «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş «mülkiyyət»in təşkil olunması üçün kifayət qədər əsaslıdır. Məhkəmə qeyd edir ki, cavabdehin qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmasa da, o həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmiş şəxs, yəni potensial mülkiyyətçi hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli tikilinin yanında və ətrafında çoxsaylı yaşayış evlərinin uzun illərdən bəri mövcud olması və yaşayış sahələri kimi istifadə olunması da məhkəmə iclasında araşdırma zamanı öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən cavabdehin özünə, eləcə də ailə üzvlərinə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər qanuni əsaslarla ayrılmış torpaq sahəsi üzərində özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına maneçilik törədilməmişdir. İnşa etdiyi tikili qeydə alınmasa da cavabdehin də həmin ərazidə yaşayan digər sakinlər kimi həmin evdə ailə üzvləri ilə eyni əsaslarla yaşamaq hüququ vardır. Ola bilsin ki, cavabdeh tərəfindən yaşadığı bu tikili üzərində təmir yaxud bərpa işləri aparılmasına cəhd edilsin, lakin bu hal da iddiaçıya əsas vermir ki, o, bütövlükdə inşa edilmiş evin kompensasiya ödəmədən tam sökülməsini tələb etsin. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən aparılan tikintinin qanunsuz tikili olmasını və aparılan tikintinin qanunsuz əsaslarla aparılmasını iddia etməkdə haqlı hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tikinti o vaxtı qanunsuz hesab edilə bilər ki, həmin tikinti, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində aparılsın. Məhkəmə tərəfindən isə cavabdeh tərəfindən tikintinin qanuni əsaslarla ona ayrılmış torpaq sahəsi üzərində aparıldığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən ona qanuni əsaslarla ayrılmış torpaq sahəsində inşa etdiyi tikilinin cüzi bir hissəsinin (1 metr) neft kəmərinin mühafizə zolağına düşməsi yuxarıda qeyd edilənlərə əsasən həmin tikilinin sökülməsi barədə tələbin təmin edilməsinə səbəb ola bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılan iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, iş üzrə keçirilmiş ekspertiza xərci və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstu magistral neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik yerüstü neft kəmərinin 2.4-cü km-də, kəmərdən təqribən 35 metr aralı məsafədə, kəmərə paralel, 2-ci sırada, Səbail rayonu, Badamdar qəsəbəsi,1ci yaşayış massivi 2-ci küçə ünvanında yerləşən, hüquq müəyyənedici sənədi olmadan, Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililərin (yaşayış evi və digər yeni tikililər) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçındən dövlət nəfinə iş üzrə keçirilmiş ekspertiza xərci – 100 (yüz) manat məbləğində pul tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-83/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-83/2022
03.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver