Məhkəmə qərarları › İş №2(009)-834/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-834/2024

08.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-834/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdehlə qonşudur. O, ünvan 1 ünvanında yerləşən evi almışdır, cavabdeh isə ondan bir mərtəbə yuxarıda yaşayır. Mübahisə predmeti cavabdehin mənzilində inşa etdiyi tikilidir, yəni otaqların üstünə balkon çıxarıb. 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktla da cavabdehin qanunsuz hərəkətini təsdiq edir. O, qanunsuz tikili barədə Səbail rayon Polis İdarəsinin 8-ci PB-nin sahə rəisi Arif Əsgərova da şikayətlə müraciət etmişdir. Sahə rəisi şikayəti araşdırmaq məqsədilə mübahisəli ünvana gəlmişdir. Araşdırma zamanı cavabdeh sahə rəisinin yanında qanunsuz tikilinin sökülməsinə razılıq vermiş, lakin sahə rəisi çıxıb getdikdən sonra qanunsuz tikilinin sökülməsinə etiraz etdiyini bildirmişdir. Cavabdeh həmin tikintinin tikinti normalarına əməl etmədən inşa etdiyindən, onun yaşayış otaqlarının üstündə yerləşməsi səbəbindən evinin tavan hissəsindən su töküldüyünü, cavabdehə yaşadığı mənzilə su sızdığını bildirdikdə, cavabdeh ondan 600 manat pul tələb etdiyini və dəymiş ziyanın onun tərəfindən bərpa etdiyini bildirmişdir. 4 aydan çoxdur ki, ona dəyən ziyan davam edir, daimi yaşamaq üçün o, evinə köçə bilmir, çox əziyyət çəkir. Həmçinin cavabdehin qanunsuz tikilisi ilə bağlı ona 400 manat məbləğində ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 1 ünvanın üstündə inşa edilmiş qanunsuz tikilinin Cavabdeh hesabına sökülməsi və ona dəyən 400 manat məbləğində ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, su axınını evinə daxil olmamasının qarşısını almaq üçün cavabdehdən mübahisəli sahədəki betonun üzərində maili vəziyyətdə beton qatı tökülməsini xahiş etmiş, cavabdeh müxtəlif bəhanələrlə buna imkan verməmişdir. Hesab edir ki, həmin tikili qanunsuzdur, onun mövcudluğu dam örtüyünün dəyişdirilməsinə mane olur və oradan evinə su damır. Beton keyfiyyətsizdir, onun üzərindən təkrar beton tökülməsi təhlükəlidir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, ev anası X1 mülkiyyətindədir. İddiaçının mübahisələndirdiyi eyvan 30 il bundan qabaq tikilmiş, texniki pasportda mövcuddur, özbaşına tikili deyil. İddiaçının yaşadığı mənzil isə 15 il bundan qabaq tikilmiş və müxtəlif şəxslərə satılmışdır. İddiaçının qeyd etdiyi kimi beton keyfiyyətsiz deyil. İddiaçı ev makleridir, evi alıb ki, digər şəxsə satsın, orada yaşamır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. İş üzrə Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Səbail RPİ-nin 8-ci PB-nə ünvanlanmış ərizə araşdırılmış, şikayəti ilə bağlı hüquqların pozulması və maddi ziyan vurulması ilə əlaqədar xüsusi ittiham qaydasında məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüafiqdir. İş üzrə Bakı şəhəri Səbail rayon MKTB-nin 149 saylı MKİS-nin rəisi Tural Məmmədov, mühəndisi Ruhulla Əzimov, 8-ci polis bölməsinin sahə rəisi polis mayoru Arif Əsgərov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktından görünür ki, Səbail rayonu, V.Muradov küçəsi, ö/t 94A ünvanının sahibi İddiaçı müraciətinə əsasən sözügedən ünvana yerində baxış keçirildi və evin divarlarında su izləri aşkar edilmişdir. İş üzrə Səbail rayon MKTB-nin 149 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Vüqar Məmmədov küçəsində, 0,00964 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,1 kv.m. olan 94 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/2672 saylı rəyinə əsasən: -1-ci sual üzrə: ünvan 1 ünvanında yerləşən iddiaçının istifadəsində olan evin üzərində cavabdeh İddiaçının mülkiyyətində olan evin qarşısında eyvan tipli sahə texniki pasportun məlumatlarında öz əksini tapdığı müəyyən edilmişdir. Qeyd olunur ki, həmin sahə (eyvan) dəmir beton konstruksiyadada yığılmış vəziyyətdə olmaqla orta səviyyəsində iddiaçıya məxsus yaşayış evinin dam örtüyünə lyukun açıldığı müəyyən edilmişdir. - 2-ci sual üzrə: İddiaçının mülkiyyətində olan evin qarşısında inşa edilmiş eyvan tipli sahə iddiaçının istifadəsində olan evin dam örtüyünə bitişik şəkildə inşa olunduğundan cavabdehə məxsus (eyvan) tikilisinin sökülmədən iddiaçının evinin dam örtüyünün dəyişdirilməsi mümkün olmadığı müəyyən edilir. - 3-cü sual üzrə: ünvan 1 ünvanında yerləşən iddiaçının istifadəsində olan evin bir otağının divarı üzərində vurulmuş şpatlyovka qatının üzərində su sızma ləkələrinin olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, tədqiq olunan otağın təmir tam başa çatmamış (şpatlyovalanmış) vəziyyətdə olduğundan dəymiş ziyanın miqdarının müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Bakı şəhəri, Səbail rayonu, V.Muradov küçəsində yerləşən ö/t 94A saylı ev öz hüquqi statusuna görə özbaşına tikilidir və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Tovuz Məmmədovanın mülkiyyətində olan evin qarşısında dəmir beton konstruksiyadan yığılmış eyvan tipli sahə inşa edilmişdir və həmin eyvan tipli sahə evin texniki pasportunda mövcuddur və iddiaçının istifadəsində olan evin dam örtüyünə bitişik şəkildə inşa olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı cavabdehlə qonşudur. O, ünvan 1 ünvanında yerləşən evi almışdır, cavabdeh isə ondan bir mərtəbə yuxarıda yaşayır. Mübahisə predmeti cavabdeh tərəfindən inşa etdiyi tikilidir, yəni otaqların üstünə balkon çıxarıb. 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktla da cavabdehin qanunsuz hərəkətini təsdiq edir. O, qanunsuz tikili barədə Səbail rayon Polis İdarəsinin 8-ci PB-nin sahə rəisi Arif Əsgərova da şikayətlə müraciət etmişdir. Sahə rəisi şikayəti araşdırmaq məqsədilə mübahisəli ünvana gəlmişdir. Araşdırma zamanı cavabdeh sahə rəisinin yanında qanunsuz tikilinin sökülməsinə razılıq vermiş, lakin sahə rəisi çıxıb getdikdən sonra qanunsuz tikilinin sökülməsinə etiraz etdiyini bildirmişdir. Cavabdeh həmin tikintinin tikinti normalarına əməl etmədən inşa etdiyindən, onun yaşayış otaqlarının üstündə yerləşməsi səbəbindən evinin tavan hissəsindən su töküldüyünü, cavabdehə yaşadığı mənzilə su sızdığını bildirdikdə, cavabdeh ondan 600 manat pul tələb etdiyini və dəymiş ziyanın onun tərəfindən bərpa etdiyini bildirmişdir. 4 aydan çoxdur ki, ona dəyən ziyan davam edir, daimi yaşamaq üçün o, evinə köçə bilmir, çox əziyyət çəkir. Həmçinin cavabdehin qanunsuz tikilisi ilə bağlı ona 400 manat məbləğində ziyan dəymişdir. Bu səbəbdən iddiaçı ünvan 1 ünvanın üstündə inşa edilmiş qanunsuz tikilinin Cavabdeh hesabına sökülməsi və ona dəyən 400 manat məbləğində ziyanın cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən verilmiş tələbin əsaslı olub-olmamasına hüquqi qiymət verməmişdən əvvəl iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olubolmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136.2-ci maddəsinə əsasən mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən: “...mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün”. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən stukturca ayrıca sahəsi mənzil hesab edilir (Mənzil Məcəlləsinin 13.3-cü maddəsi).” AR MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının istifadəsində olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən inşa edilən özbaşına tikilinin – dəmir beton konstruksiyadan yığılmış eyvan tipli sahə, onun hüquqlarına xələl gətirdiyi üçün hesab etdiyi pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı hesab edilməlidir. Yəni məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etməyə subyektiv hüququ mövcuddur. Lakin məhkəmə hesab edir ki, iddia ona cavab verməli olan şəxsə qarşı qaldırılmamışdır. Yəni Cavabdeh tələbə qarşı subyektiv cavabdehlik daşıyan şəxs kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Vüqar Muradov küçəsində yerləşən 94 saylı evin mülkiyyətçisi X2r. Мəhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Beləliklə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində Cavabdeh mübahisəli tikilinin mülkiyyətçisi olmadığından hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyekt kimi qəbul edilə bilmədiyi üçün ona qarşı qaldırılan tələb təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunmadığından, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Səbail rayonu, V.Muradov küçəsində yerləşən ö/t 94A saylı evin üstündə inşa edilmiş eyvan tipli tikilinin Cavabdeh vəsaiti hesabına sökülməsi və vurulmuş maddi ziyana görə 400 manat məbləğində pulun tutulması barədə iddia tələbləri təmin edilməsin. İddiaçı keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza xərci – 100 (yüz) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar