Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-840/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, iddiaçı X1, Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinin təchizatına görə 2017-ci il aprel ayınadək ödəniş etdiyini nəzərə alıb, 264,43 manat borcun silinməsi, qalan 2018-ci illər üçün ödəniş etdiyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanındakı mənzilinin istilik təchizatına görə ödənişləri 2017-ci ili aprel ayınadək, Cavabdeh ASC-nin onların ərazi üzrə nümayəndəsi Təranə adlı xanıma ödənilməsinə baxmayaraq, göstərilən təşkilatın təqdim etdiyi bildiriş-xəbərdarlığa əsasən 2012-ci ildən heç bir ödəniş olunmamış və ümumi borc yığılaraq 264,43 manat olmuşdur. Mənzilin yerləşdiyi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 63 nömrəli Mənzil İstismar Sahəsinin (JEK-63) bütün işçiləri də Cavabdeh ASC-nin Təranə adlı işçinin 2018-ci ilədək həmin ünvandan və ərazidən istilik pullarını mənzillərdən yığdığını bildirdilər. Mənzilinin təchizatına görə 2017-ci il aprel ayınadək ödəniş etdiyini nəzərə alıb, 264,43 manat borcun silinməsi, qalan 2018-ci illər üçün ödəniş etdiyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizəni təqdim edərək, mənzilin istilik təchizatına görə 2017-ci ilin aprel ayınadək ödəniş etdiyini nəzərə alıb, 200 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirmə barədə ərizə təqdim edərək, onun ünvanının ünvan 2mi oxunulmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 3, mənzil 68 ünvandakı mənzili 2010-cu ilin iyul ayında alqı-satqı müqaviləsi əsasında Məmmədov Vüsaldan almış və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrindən ona mülkiyyət hüququ haqqında ********** saylı, xx.xx.2010-cu il tarixli çıxarış verilmişdir. Bununla yanaşı, cavabdehlə müqaviləni öz adına dəyişdirmədiyindən, ona gələn bildirişlərdə hələ də əvvəlki mülkiyyətçinin adı göstərilir. Mənzili aldığı vaxtdan onun ailəsi və bacısı qızı orada yaşamağa başlamışlar. O çox vaxt işi ilə əlaqədar başqa rayonlarda olmuşdur. Cavabdeh tərəfindən onun mənzilinə göndərilən bildirişdən ona məlum olmuşdur ki, onun istilik borcu 264,43 manat təşkil edir. Halbuki 2012-ci ildən 2017-ci ilə kimi istiliklə bağlı ödənişləri ondan əlbəəl 63 nömrəli Mənzil İstismar Sahəsinin Təranə adlı işçisi yığmışdır, lakin ona bu barədə qəbz verməmişdir. Həmin şəxs onları arxayın edirdi ki, ödənişlər ünvanına çatdırılır. Ödənişləri Təranə adlı qadının sakinlərdən əlbəəl yığmasını o, 63 nömrəli Mənzil İstismar Sahəsinə borcla əlaqədar müraciət edərkən orada olan MİS-in işçiləri də təqsdiqləmişlər. Onun istilik borcu ilə əlaqədar mənzilinə cavabdeh tərəfindən əvvəllər hər hansı bildiriş göndərilməsi barədə məlumatı yoxdur. Cavabdehin göstərdiyi borcla razı deyildir, hesab edir ki, 2012-ci ildən 2017-ci ilin aprel ayınadək əlbəəl ödənişlər etdiyi üçün onun hər hansı borcu yoxdur, ona əsassız yazılan borc isə silinməlidir. Ona görə də, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 3, mənzil 68 ünvanın 2012-ci ildən halhazıradək 293,68 manat istilik borcu vardır. Cavabdeh tərəfindən istilik borcu ilə bağlı bildirişlər hər il vətəndaşlara, o cümlədən iddiaçıya da göndərilmişdir. Buna baxmayaraq, iddiaçı 2012-ci ildən hal-hazıradək borclarla bağlı cavabdehə müraciət etməmişdir. İddiaçının yaşadığı binada başqa mənzilə dair cavabdehin məhkəməyə təqdim etdiyi saldoda 2012-ci ildən hal-hazıradək istiliklə bağlı edilən ödənişlər, həm də borclar göstərilmişdir. Bu da, vətəndaşlarla hər hansısa qəsd-qərəzliklərinin olmadığının bir sübutudur. Əgər istiliklə bağlı iddiaçı tərəfindən hər hansı ödənişlər olsaydı, təbii ki, cavabdeh tərəfindən onun mənzilinə dair məhkəməyə təqdim olunmuş saldoda həmin ödənişlər öz əksini tapardı. Cavabdehin iddiaçının mənzilinə dair verdiyi saldoda göstərilənlərlə bağlı iddiaçının hər hansısa narazılığı varsa, onun hüquq-mühafizə orqanlarına şikayət vermək hüququ vardır. Göstərilənlərə əsasən iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli bildiriş-xəbərdarlıq arayışından görünür ki, ünvan 3 ünvanı üzrə abonent Vüsal Məmmədovun istilik borcu 264.43 manat təşkil edir. İş materiallarında olan abonentin saldosundan aydın olur ki, abonent Vüsal Məmmədov tərəfindən istilik üzrə 2012-ci ildən hal-hazıradək heç bir ödəniş olunmamışdır və onun borcu 293,68 manat təşkil edir. Tədim olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, məhəllə 4042-60, ev 3, 68 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2012-ci ildən 2017ci ilə kimi mənzilin istilik təchizatına görə iddiaçının istehlakçı hesabında 293,68 manat borc mövcuddur. İstehlakçı tərəfindən iddiaçıdan həmin borcun ödənilməsi tələb olunur və bu səbəbdən iddiaçı mövcud olan borcun silinməsi üçün məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mənzildə istifadə olunmuş istilik təchizatının dəyəri tam ödənilmədiyindən onun istehlakçı hesabında borc yaranmışdır və həmin borcun əsassız hesablanmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qanunun yuxarıda qeyd olunan tələblərinə zidd olaraq iddiaçı iddia tələbini təsdiq edən sübutları təqdim etməmişdir. Onun dəlilləri əsassızdır, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsassızdır və ona görə də, təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-840/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-840/2022
29.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver