Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-842/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi maraqlı şəxs qismində cəlb edilməklə “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26 Bakı Komissarı rayonu X2 İcraiyyə Komitəsinin 80/6412 saylı xx.xx.1986-cı il tarixli qərarının və X2 26 Bakı Komissarı adına İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 257706 nömrəli Orderinin mənə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci ildə Siyəzən rayonunda anadan olmuşdur (bunu ərizəmə əlavə etdiyim şəxsiyyət vəsiqəmin notarial qaydada təsdiq edilmiş surəti ilə təsdiq edir). O, NQÇİ-nin quyuların əsaslı təmiri və yeraltı təmiri sexinin operatoru vəzifəsində çalışmışdır. Həmin dövrdə Patamdar şossesi, ev 198-də yerləşən idarə yataqxanasında yaşayırdı. 28 iyul 1975-ci il tarixdən mənzil növbəsi uçotunda olmuşdur. 16 avqust 1980-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Uzun müddət mənzil növbəsi uçotunda gözlədikdən sonra ailəli olmağını nəzərə alaraq Rayon X2 26 Bakı Komissarı adına İcraiyyə Komitəsinin 19 dekabr 1986-cı il tarixli, 80/6412 nömrəli Qərarına əsasən Eksperimental küçəsində yerləşən 88 nömrəli evdə 27 kv.m sahəsi olan 18 nömrəli bir otaqlı mənzilin orderinin ona verilməsi qərara alınmışdır. X2 26 Bakı Komissarı adına İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 257706 nömrəli Orderinə əsasən Eksperimental küçəsində yerləşən 88 nömrəli evdə 27 kv.m sahəsi olan 18 nömrəli birotaqlı mənzil ona təhvil verilmişdir. Həmin mənzil ona təhvil verildikdən sonra ailəsiylə köçüb həmin mənzildə vaşamışdır. 1986-cı ildən bu günə qədər ailəsiylə həmin mənzildə yaşayır. Həmin mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması ilə bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs rəis müavini Aidə Məmmədli 18 fevral 2025-ci il tarixli məktubla ərizəsinə cavab olaraq 26 Bakı Komissarı rayonu XDS İK-nın (İndiki Səbail RÍH) 80/6412 saylı xx.xx.1986-cı il tarixli qərarında hüquq sahibinin ata adı Ələkpər (Ərizəçi Ələkpər oğlu) qeyd olunduğundan sözügedən sənədlərin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi üçün müvafiq məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. 26 Bakı Komissarı rayonu XDS İK-nın (İndiki Səbail RİH) 80/6412 saylı xx.xx.1986-cı il tarixli qərarında və X2 26 Bakı Komissarı adına İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 257706 nömrəli Orderində onun ata adı “Ələskər” əvəzinə “Ələkpər” kimi qeyd olunmuşdur. Belə ki, ərizəyə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin və nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətində, oğlunun doğum haqqında şəhadətnaməsinin və əmək kitabçasının surətində onun ata adının “Ələskər” olduğu tam təsdiq olunur. Lakin, ona məlum olmayan səbəblərdən yuxarıda qeyd etdiyi təşkilat tərəfindən sözügedən Qərarda və Orderdə onun ata adı səhvən “Ələkpər” kimi qeyd olunmuşdur. Məhz bu səbəbdən də həmin ilkin hüquq müəyyənedici sənədlər əsasında o, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilmir. Həmin sənəddə olan yalnışlığın aradan qaldırılması isə yalnız məhkəmə qaydasında mümkündür. Qeyd etmək istəyir ki, yuxarıda qeyd edilən sənədin ona məxsus olması faktı ona həmin sənəd əsasında gələcəkdə daşınmaz əmlakın dövlət reyestri xidmətində əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazım olacaqdır. Hesab edir ki, sair yolla müəyyən edilməsi mümkün olmadığından 26 Bakı Komissarı rayonu X2 İcraiyyə Komitəsinin 80/6412 saylı xx.xx.1986-cı il tarixli qərarının və X2 26 Bakı Komissarı adına İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 257706 nömrəli Orderin ona məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-ə əsasən mülki işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Sübutlar: Belə ki, iş materiallarında olan X2 26 Bakı Komissarı adına İcraiyyə Komitəsinin 19 dekabr 1986-cı il tarixli, 80/6412 nömrəli Qərarına əsasən, ünvan 1 ünvanda yerləşən mənzilin orderinin Ərizəçi Ələkpər oğluna verilməsi qərara alınmışdır. - 09 yanvar 1987-ci il tarixli, 257706 nömrəli orderdən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil Ərizəçi Ələkpər oğluna verilmişdir. -ünvan 7833 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında yaşayır. -Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, aidiyyəti hüquqmüəyyənedici sənədləri rayon icra hakimiyyətinə təqdim etdikdən sonra müraciətə baxılıb müvafiq qərar verilə bilər. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 88 saylı evin, 18 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2025-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, 26 Bakı Komissarı rayonu XDS İK-nın (indiki Səbail RİH) 80/6412 saylı, xx.xx.1986-cı il tarixli qərarında hüquq sahibinin ata adı Ələkpər (Ərizəçi Ələkpər oğlu) qeyd olunmuşdur. Ata adı ilə bağlı uyğunsuzluq aradan qaldırıldıqdan sonra mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), razılıq ərizələri və mənzilə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə "ASAN xidmət” mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. -AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. -Dəvəçi rayonu Dağ quşçu kənd XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş İİ-ЖГ seriyalı, 379129 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və X1 arasında nikah 16 avqust 1980-ci il tarixdə bağlanmış, 6 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. -Şəxsiyyət vəsiqəsi, xarici pasport, səkkizinci təhsil haqqında şəhadətnamə, diplom, əmək kitabçası, dövlət sosial sığorta şəhadətnaməsindən görünür ki, həmin sənədlərdə şəxsin soyadı, adı və ata adı Ərizəçi kimi qeyd edilmişdir. Əsaslandırıcı hissə: İş materialları ilə yanaşı məhkəmə araşdırması zamanı da tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, o, xx.xx.1957-ci ildə Siyəzən rayonunda anadan olmuşdur. O, NQÇİ-nin quyuların əsaslı təmiri və yeraltı təmiri sexinin operatoru vəzifəsində çalışmışdır. Həmin dövrdə Patamdar şossesi, ev 198-də yerləşən idarə yataqxanasında yaşayırdı. 28 iyul 1975-ci il tarixdən mənzil növbəsi uçotunda olmuşdur. 16 avqust 1980-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rayon X2 26 Bakı Komissarı adına İcraiyyə Komitəsinin 19 dekabr 1986-cı il tarixli, 80/6412 nömrəli Qərarına əsasən Eksperimental küçəsində yerləşən 88 nömrəli evdə 27 kv.m sahəsi olan 18 nömrəli bir otaqlı mənzilin orderinin ona verilməsi qərara alınmışdır. X2 26 Bakı Komissarı adına İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 257706 nömrəli Orderinə əsasən Eksperimental küçəsində yerləşən 88 nömrəli evdə 27 kv.m sahəsi olan 18 nömrəli bir otaqlı mənzil ona təhvil verilmişdir. Həmin mənzil ona təhvil verildikdən sonra ailəsi ilə köçüb həmin mənzildə yaşamışdır. Hazıradək ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Həmçinin müəyyən edilmişdir ki, X2 26 Bakı Komissarı adına İcraiyyə Komitəsinin 19 dekabr 1986-cı il tarixli, 80/6412 nömrəli Qərarında və Komitənin xx.xx.1987-ci il tarixli, 257706 nömrəli Orderində Ərizəçi ata adı Ələkpər kimi qeyd edilmişdir. Qərardan o da görünür ki, Ərizəçi NQÇİ-nin quyuların əsaslı təmiri və yeraltı təmiri sexinin operatoru vəzifəsində çalışmışdır. Qeyd edilən xüsusatlar Ərizəçi məxsus şəxsiyyət vəsiqəsi, xarici pasport, səkkizinci təhsil haqqında şəhadətnamə, diplom, əmək kitabçası, dövlət sosial sığorta şəhadətnaməsinin təsdiq edilmiş surətləri ilə də öz təsdiqini tapır. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, Ərizəçi ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Qeyd edilən xüsusatlar ünvan 7833 nömrəli, xx.xx.2024-cü il tarixli arayış və AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayış və təqdim olunmuş digər sübutlarla öz təsdiqini tapır. Belə olan halda, məhkəmə hesab edir ki, 26 Bakı Komissarı rayonu X2 İcraiyyə Komitəsinin 80/6412 saylı, xx.xx.1986-cı il tarixli qərarının və X2 26 Bakı Komissarı adına İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 257706 nömrəli orderinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1 bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmə xüsusilə vurğulayır ki, ərizəçinin bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 26 Bakı Komissarı rayonu X2 İcraiyyə Komitəsinin 80/6412 saylı, xx.xx.1986-cı il tarixli qərarının və X2 26 Bakı Komissarı adına İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 257706 nömrəli orderinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26 Bakı Komissarı rayonu X2 İcraiyyə Komitəsinin 80/6412 saylı, xx.xx.1986-cı il tarixli Qərarının və X2 26 Bakı Komissarı adına İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 257706 nömrəli orderinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-842/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-842/2025
24.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver