Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-863/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən qanunsuz olaraq yazılmış 41.67 manat işıq pulu borcunun silinməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, İlyas Əfəndiyev küçəsi, ev 29-da yerləşən 1 nömrəli mənzil ona məxsusdur. Həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 sayiı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli mülkiyyət hüqunu təsdiq edən sənəd- çıxarış da vardır. "xxxx" ASC tərəfindən həmin mənzilə dair 2000-2005-ci illlər ərzində 41.67 manat məbləğində borc yazılmışdır. Lakin "xxxx" ASC tərəfindən Bakı şəhəri, Səbail rayonu, İlyas Əfəndiyev küçəsi, ev 29-da yerləşən 1 nömrəli mənzilə yazılan işıq pulu borcu əsassızdır. Həmin borc məbləğinin silinməsi üçün "xxxx" ASC-yə müraciət etsə də, bir nəticəsi olmadı və "xxxx" ASC tərəfinfən ona məhkəməyə müraciət etməli olduğu bildirildi. Çünki həmin borc məbləği köhnə sistemlə yazılmışdır və cavabdeh "xxxx" ASC yeni sistemə keçid etdiyindən yazılmış bu 41.67 manat məbləğində borc sistemdən silinmir. Bu səbəbdən o da cavabdeh "xxxx" ASC tərəfindən istehlakçı hüququnun pozulması və ona məxsus mənzilə dair əsassız olaraq yazılmış 41.67 manat məbləğində işıq pulu borcunun silinməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında dindirilmiş İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş cavabdehin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, cavabdehin borcu dondurulub, həin borc 2000-ci ildən yaranıb, tələb olunmayan borcların qrafasındadır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İlyas Əfəndiyev küçəsi, ev 29, 1 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abunə haqqında aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İlyas Əfəndiyev küçəsi, ev 29, 1 saylı mənzilə dair X1 adına elektrik sayğacı üzrə (abonent kodu:**********90001) hesablanmış 41,67 manat məbləğində borc yazılmışdır. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsi qəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə anadan olmuşdur. “Elektrik enerjisindən istifadə Qaydalan”nın 5.3.2-ci bəndinə əsasən cərəyan kabelə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. “Qaydalar”ın 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. “Qaydalar”ın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır. “Qaydalar”ın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. “Qaydalar”ın 8.32-ci “a” bəndinə əsaspn məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. “Qaydalar”ın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı sahibliyində olan Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi 29 saylı evin 1 saylı mənzilinə dair elektrik sayğacı üzrə hazırda "xxxx" ASC-nin elektron məlumat bazasında evin əvvəlki sahibi X1 adına qeydiyyatda olan **********90001 saylı kod üzrə 2021-ci ildən öncə yaranmış 41.67 manat borc abonentin məlumat vərəqində tələb edilməyən borclar qrafasına yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, silinməsi xahiş edilən borc cavabdeh tərəfindən tələb edilməyən borc kateqoriyasına aid edilsə də, abonentin hesabına daxil edildiyindən silinməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı sahibliyində olan Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi 29 saylı evin 1 saylı mənzilinə dair keçmiş sahibi X1 adına olan elektrik sayğacı üzrə (abonent kodu: **********90001) hesablanmış 41.67 manat borc silinməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, İ.Əfəndiyev küçəsi 29 saylı evin 1 saylı mənzilinə dair X1 adına olan elektrik sayğacı üzrə (abonent kodu:**********90001) hesablanmış 41,67 (qırx bir manat altmış yeddi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-863/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-863/2024
13.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver