Məhkəmə qərarları › İş №2(009)-872/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-872/2021

19.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-872/2021 19.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı «Cavabdeh» İstehsalat Birliyinə qarşı «31.10.2018-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi» tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı oğlu cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Cavabdeh» İB qanunazidd hərəkətlərinin dayandırılması, ünvan 1 ünvanında yerləşən mənzilində quraşdırılmış sayğac üzrə tətbiq edilən qeyriqanuni maliyyə-pul sanksiyaların ləğv edilməsi, «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı, 31.10.2018-ci il tarixli aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 05.01.2018-ci il tarixində “Azərqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun evində köhnə qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz etmişlər. Köhnə qaz sayğacını yenisi ilə əvəz etdikdən bir müddət sonra onun hesabında 400 manat borc məbləği yarandı. Daha sonra, onun heç bir günahı olmadığı halda hesabında olan borcu ödədi. Bildirir ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.10.2018-ci il tarixli ******* nömrəli akta əsasən ona 734.40 manat yenidən borc yaranmışdır. O isə bununla bağlı cavabdeh “Azərqaz” İB-ə müraciət etsə də, qanuni müraciətinə müsbət cavab ala bilməmişdir. O isə ona yazılan cərimə ilə razı deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plomblann qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Bundan başqa, hesab edir ki, “Azərqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən köhnə qaz sayğacı yenisi ilə əvəz edilərkən, köhnə qaz sayğacı xüsusi qablaşdırılaraq, möhürlənərək, kənar, yad müdaxilələrdən mühafizə edilərək, sözü gedən sayğacın labaratoriyaya qədər hər hansı bir zədə almadan çatdırılmasını təmin etməlidirlər. Bu zaman yenisi ilə əvəz edilən köhnə qaz sayğacı abonentin ünvanındakı kimi, yəni qaz sayğacının əvəz edilərək dəyişdirilməsinə qədərki vəziyyətdə saxlanılacaqdır. Bundan başqa, köhnə qaz sayğacı xüsusi qablaşdırılaraq, möhürlənərkən sonrakı mərhələdə, yəni labaratoriyada onun möhürü şəffaflıq nöqteyi nəzərdən abonentin ora dəvət edilməsi yolu ilə onun yanında və onun iştirakı ilə açılmalıdır. Halbuki, nədənsə belə hallara rast gəlinmir. Bundan başqa, hazırkı iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş “Azərqaz” İstehsalat Birliyi yuxarıda qeyd edilən ünvanda yerləşən mənzilində quraşdırılmış yeni qaz sayğacının pulunu da ondan tələb edir ki, bu da yolverilməzdir. 03 may 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddianın dəqiqləşdirmə barədə ərizə təqdim edərək bildirmişdir ki, ünvan 1 ünvana quraşdırılmış sayğac üzrə tətbiq edilən qeyri-qanuni maliyə-pul sanksiyasının ləğv edilməsi, «Cavabdeh» İB əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı, 31.10.2018-ci il tarixli aktın etibarsız hesab edilməsi və hesablanmış 734,4 manat borcun silinməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə dəqiqləşdirmə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddianı tam müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izahat verərək bildirdi ki, məhkəməyə etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı uzun müddət təbii qazdan sayğaca müdaxilə edərək istifadə etməklə “Cavabdeh” İsatehsalat Birliyinə ziyan vurmuşdur. Bununla əlaqədar əməkdaşları tərəfindən qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, həmçinin müdaxilə faktını təsdiq edən sayğaca müdaxilə edilməsi haqqında rəy verilmişdir. İddiaçı təbii qazdan sayğaca müdaxilə edərək istifadə etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (İstehlakçının təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qazın dəyəri müəyyən edilərək ümumilikdə 734,40 manat məbləğində dəymiş ziyan hesablanmış və iddiaçının 1006Q780240003Q saylı kod hesabına qeyd edilmişdir. Faktla bağlı əməkdaşları tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” 31.10.2018-ci il tarixli ******* saylı akt, akt əsasında 31.10.2018-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, həmçinin sayğaca müdaxilə faktını təsdiq edən rəy verilmişdir. Sayğac dövlət yoxlamasına göndərildikdən sonra QSN-29/1710-00039 saylı akt əsasında sayğacın çıxış plastmass borusunun deşildiyi rəyi verilmişdir. Dəymiş ziyan hesabatına görə istehlakçının qaz işlədiçilərindən PQ-2-nin (iki gözlü qaz plitəsi) maksimal saatlıq sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSQ-nin (qənaətli su qızdırıcısının) maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır: 0.6 x 6 x 180=648 m3,1.5 x 8 x 180=2160 m3,1.4x 18 x 180=4536 m3,648 m3+ 2160m3 + 4536 m3 = 7344 m3 7344 m3 x 0,10 manat = 734,40 manat. Məlumat üçün bildirir ki, GAS-REP proqramından çıxarışa əsasən müəyyən olunur ki, istehlakçının (iddiaçının) dəymiş ziyan məbləği, yəni 734,40 manat 3 E proqramına salınmışdır. 3 E proqramına əsasən 734,40 manat məbləğdən məbləğ tutulmuş, qalıq borc 705,10 manat borc qalığı qalmışdır. Hal-hazırda istehlakçının mövcud borcu 705,10 manat təşkil edir. “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman, qaz sayğacının çıxış plastmas borşunun deşildiyi müəyyən edilmişdir. Bununla da sayğaca müdaxilə faktı öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı dəymiş ziyan hesablanaraq ümumilikdə 486 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra Qaydalar) 4.1 bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfi deyil ki, ‘‘Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X3"nin Tədbirlər Planının 4.1.4.-cü bəndində ‘‘Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. İddia tələbinin əsassız olduğ undan təmin olunmamasını xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə qaz sayğaclarının çıxarımlası, quraşdırılması və istismara qəbulu haqqında 05.01.2018-ci il tarixli ******* saylı akta əsasən abonent İddiaçıl oğluna aid olan qaz sayğacda plasmas borusunda deşik aşkarlandığı üçün həmin sayğac yenisi ilə əvəz edilmişdir. İş üzrə “Cavabdeh” İstehsalat Birliyi Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən verilmiş 31 oktyabr 2018-ci il tarixli qərara əsasən İddiaçı 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 7344 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan «Cavabdeh» İB-nin əməkdaşları tərəfindən 31.10.2018-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, «G-4 markalı GPG-13109713 №-li sayğacın çıxış plastmas borusu dagılıb. Bu səbəbdən istehlakçıya itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanması tələb edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı barəsində cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı akt onun iştirakı olmadan tərtib edilmişdir. Ttərtib edilmiş aktdan görünür ki, iddaçı barəsində tərtib edilmiş 05.01.2018-ci il tarixli ******* saylı akt “Cavabdeh” X1 Sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsi tərəfindən təsdiq edilmişdir. Həmin akt əsasında “Cavabdeh” İstehsalat Birliyi Bakı Regional qazın Satışı Dapertamentinin 31.10.2018-ci il tarixli qərarı ilə iddiaçıya 7344 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. «Qazdan istifadə Qaydadarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 №-li Qərarırın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsiən əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaların»ın 1.3-cü bəndinin ikinci və ücüncü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Qaz paylayıcısı olan «Cavabdeh» İB ilə iddiaçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanılmışdır və həmin müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Digər tərəfdən istehlakçı barəsində cərimə sanksiyasının tətbiq edilməsi qanunla nəzərdə tutulmamışdır. Cərimənin tətbiq edilməsi yuxarıda göstərilən qanuna əsasən tətbiq edilə bilər və bu səlahiyyət yalnız müvafiq icra hakimiyyəti orqanına aid olan məsələdir. “Qaz təchizatı haqqında” AR Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. «Qaz istifadə Qaydaların»ın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat alqı-satqı müqaviləsinə əsasən qazın alqısatqı ilə məşğul olan təşkilat kimi müqavilənin digər tərəfi haqqında hər hansı məsuliyyət saknsiyasını (məcburetmə tədbirlərini) tətbiq etməkdə səlahiyyətli olmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması halında onun barəsində cərimə sanksiyasının tətbiq edilməsi və ya itirilmiş qazın bərpası üçün əlavə hesabatın hesablanmasına dair cavabdeh orqanın qərar qəbul etmək səlahiyyəti qanunla müəyyən edilməmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X2 Reyestrinə (bundan sonra – X2 Reyestri) daxil edilməlidir. Məhkəmə ******* saylı akta hüquqi qiymət verərək qeyd edir ki, həmin akt da qanuni hesab edilə bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, həmin akt istehlakçının iştirakı olmadan tərtib edilmiş və aktda abonentin aktı imzalamaqdan imtina edilməsi barədə qeyd olsa da, bu imtina hər hansı hal şahidinin iştirakı ilə təsdiq olunmur. Məkəmə qeyd edir ki, iddiaçıya aid olan köhnə qaz sayğacı yenisi ilə əvəz edildikdən sonra, köhnə sayğacın müvafiq tələblərə uyğun olaraq laboratoriyaya göndərilməsi təmin edilməmişdir. Yəni həmin sayğacın xüsusi şəkildə qablaşdırılması, laboratoriyaya təhvil verilərkən sayğaca baxışın keçirilməsində istehlakçının iştirakının təmin edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda sayğacda aşkar edilmiş nöqsanların mötəbərliyi şübhəli olduğu üçün, həmin nöqsanlara görə istehlakçı barəsində tərtib edilmiş akt da mötəbər ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin aktın etibarsız hesab olunması hissəsində də əsaslıdır və təmin edilməlidir. AR MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə məhkəmə göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı barəsində cavabdeh təşkilat tərəfindən tərtib edilmiş ******* nömrəli akt etibarsız hesab edilməli və itirilmiş qazın bərpası üçün hesablanmış 734,4 manat əlavə hesabat ləğv edilməli və iddiaçının abunə hesabından silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvana «Cavabdeh» İB əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı, 31.10.2018-ci il tarixli akt etibarsız hesab edilsin və itirilmiş qazın bərpası üçün hesablanmış, 734,4 (yeddi yüz otuz dörd manat 04 qəpik) manat əlavə hesabat ləğv edilsin və iddiaçının abunə hesabından silinsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar