Məhkəmə qərarları › İş №2(009)-883/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-883/2024

25.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-883/2024 25.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndə və vəkili Nümayəndə2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə3 ştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz borcun silinməsi” tələbinə dair iddiası, Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana olan 5000 (beş min) manat borcun silinməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ev onun xüsusi mülkiyyətidədir. Cavabdeh İB-nin nümayəndələri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 2018, 2019, 2020 və 2021-ci il tarixlərdə aktlar tərtib olunmuşdur. Aktda bildirilir ki, guya o, təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Lakin bu tam yalandır. Akt tərtib olunarkən onun xəbəri olmayıb və o dəvət olunmamışdır, qanunsuz olaraq guya o, təbii qazdan qeyri-qanuni istifadə etmiş və akta da imza etməkdən imtina etmişdir. O, elektrik cihazlarından istifadə etmişdir. O, bu barədə cavabdehə bildirəndə, ona məhkəməyə müraciət etməsini bildirmişlər. O heç bir kənar xəttən istifadə etməmişdir, akt onun iştirakı olmadan tərtib olunub. Cavabdeh İB cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 8461,40 manat məbləğində zərərin və 104,62 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 8566,02 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən ünvan 1 qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli gələn hal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2018-ci il tarixli 580836 saylı akt əsasında 777,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 95 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 403,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 324 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, cəmi 8461,40 manat məbləğində “Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 8461,40 manat təşkil edir. Yuxarıda qeyd edilmiş sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kbinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsiri hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndə və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ünvanlayaraq, X2 tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 8461,40 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili Nümayəndə2 qarşılıqlı iddianı qəbul etməyərək, ilkin iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində 2018-2021-ci illərdə təbii qazdan istifadə qaydalarının pozulması barədə 40 akt tərtib edilmişdir. Həmin aktara əsasən, guya mənzildə təbii qazdan qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin aktlar əsasında dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin iddiaçı həmin aktlarla razı deyil. Çünki həmin aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2018-2021-ci illlərdə təbii qazdan qaz xəttindən qeyriqanuni istifadə halını aşkar elmişdirsə, niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Çünki “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu aktlar məhz qeyri-qanuni təbii qazdan istifadə edilməyini bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdehin təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktların bir surəti təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Əgər həqiqətən qanunusuz qoşulma halı aşkar edilmişdirsə, deməli cavabdeh bilərəkdən qaz xəttini davandırmamaqla, qanunsuzluğun davam etdirilməsinə rəvac vermişdir. Dəymiş ziyanın bərpasına dair qəbul olunmuş tələbnamələrdə aparılmış hesablamalar 24 saat, 12 saat müddətinə olmaqla 180, 90, 60, 30 gün müddətləri üçün hesablanmışdır. 24 saat müddətinə hesablamaların aparılmış olması o deməkdir ki, o, işdə olarkən (8 saat iş saatı) və eləcə də gecə yatarkən də (8 saat yuxu rejimi) evində məişət qaz qurğusu daimi açıq olmuş və təbii qaz istehlak edilmişdir. 180, 90, 60, 30 gün müddəti üçün isə təbii qazdan qanunsuz istifadə edilmiş olunmasına dair tələbnamənin qəbul edilməsi hər hansı bir normativ hüquqi akta əsaslanmır. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şurasının xx.xx.2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qavdaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Yuxarıda qeyd olunan aktlar tərtib olunarkən iddiaçının xəbəri olmayıb və o dəvət olunmamışdır, guya o, təbii qazdan qeyri-qanuni istifadə etmiş və akta da imza etməkdən imtina etmişdir. İddiaçı 2018-2021-ci illərdə öz evində elektrik cihazlarından istifadə etmişdir. Bütün bu halları nəzərə alaraq iddianın təmin, qarşılıqlı iddianın isə əsassız olduğu və iddia müddətinin keçdiyi üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini, qarşılıqlı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmiş, qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək eləcə də bildirmişdir ki, iddiaçının ünvanında qaz sayğacı xx.xx.2024-cü il tarixdə quraşdırılmışdır. Abonentin saldosundan göründüyü kimi, iddiaçı 2018-2024-cü illərdən qadan qeyri-qanuni yolla istifadə etsə də, heç bir ödəniş etməmişdir. Cavabdeh İB tərəfindən Səbail rayon ərazisində yaşayan istehlakçılar, o cümlədən iddiaçı tərəfindən sayğacdan kənar qaz xətti vasitəs ilə qazdan qeydi-qanuni istifadə, oğurluq nəticəsində Cavabdeh İB-nə ziyan dəyməsi və bununla bağlı qeyd olunan istehlakçılara qarşı təsirli tədbirlərin görülməsi barədə Səbail rayon İcra Hakimiyyətinə və Səbail rayon Polis İdarəsinə 2021-ci ildə dəfələrlə müraciətlər edilmişdir. Daha sonra bildirir ki, hazırki iş üzrə ekspert qarşısında qoyulan sualda ünvan 3 ünvanında yerləşən evə aid qaz xəttində, sayğaca qədər olan hissəsində qanunsuz qoşulmaya xarakterik qaynaq işlərinin olub olmaması sualı qoyulsa da, ekspert rəyindən görünür ki, tədqiqata yalnız boz rəngli sayğac və boru təqdim edilmişdir (rəyə əlavə edilmiş şəkildə sayğacın nömrəsi də görünmür) və nəticədə cavabdeh tərəfindən təqdim edilən fotoşəkillərdən görünən qanunsuz qoşulmanın olduğu ana xəttə baxış keçirilməmişdir. Bundan əlavə olaraq, hazırda Birliyin əməkdaşları ünvana qaz sayğacı və qaz xəttinə baxış keçirilməsi üçün dəfələrlə getmiş, qanunsuz qoşulmanın hazırda da mövcud olduğu aşkar edilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülməsinə, o cümlədən qazın verilməsinin dayandırılmasına İddiaçı tərəfindən hədə-qorxulala, fiziki təsirlər göstərməklə, özünə xəsarət yetirməklə mane olunmuşdur. Göstərilənlərə əsasən iddianın əsassız olduğu üçün rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia və qarşılıqlı iddia tələblərinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş iddiaçıya məxsus ünvan 3 ünvanında təbii qazdan qeyri-qanuni istifadə edilməsi səbəbi ilə müxtəlif vaxtlarda tərtib edilən aktlar: xx.xx.2018-ci il tarixli 580836 saylı akt əsasında 777,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 95 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 403,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 324 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, cəmi 8461,40 manat məbləğində “Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh İB tərəfindən verilmiş ünvan 3 ünvan üzrə **********00310 nömrəli abonentin saldosundan görünür ki, ünvanda abonent tərəfindən qazdan istifadə olunsa da, 2018-ci ilin mart ayından 2021-cü ilin dekabr ayına qədər ödəniş edilməmiş və 8461,40 manat məbləğində borc yaranmışdır. İş üzrə təyin olunmuş məhkəmə-trosoloji ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2 3/1014 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. "Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yuxarıda qeyd olunan Qaydaların 6.5-ci yarımbəndinin tələblərini pozaraq, özbaşına olaraq qaz xəttinə qoşularaq qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən, Səbail rayonu, Gülbala Əliyev küçəsində x/ev 31-də qeydiyyatda olan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi faktı aşkar olunmuş və qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə etməsi halı öz təsdiqini tapdığından, İddiaçı buna görə mülki məsuliyyət daşımalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-yə dəymiş zərərin məbləğinin müəyyən edilməsinə gəldikdə, məhkəmə qeyd edilən aktlar üzrə ziyanın hesablanmasını 24 saatla aparılmasını ağlabatan hesab etmir. Məhkəmə ziyanın məbləğinin 3 qat aşağı saatla, yəni 8 saatla aparılmasını ağlabatan hesab edir. Qarşılıqlı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı məhkəmə bildirir ki, həmin tələb üzrə iddia müddəti ötürülməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia və qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-yə dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2820,46 (8461,40 manat :3) manat tutularaq Cavabdeh hesabına köçürülməli, qalan hissədə iddia və qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia və qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğundan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə 2820,46 (iki min səkkiz yüz iyirmi manat qırx altı qəpik) manat məbləğində zərər və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu tutularaq Cavabdeh hesabına köçürülsün. Qalan hissədə iddia və qarşılıqlı iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat İddiaçı oğundan və Cavabdehndən bərabər hissələrdə tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT: BİK CTREAZ22, MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar