Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-89/2025 22.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, hal-hazırda Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi, ev 6 ünvanında olan fərdi yaşayış evində X1 ilə birlikdə yaşayır. Həmin ev əvvəl X1nun mülkiyyətində olmuşdur. Sonradan 2019-cu ildə X14 razılığı ilə qeyd olunan fərdi yaşayış evi onun mülkiyyətinə verilməklə adına keçirilmiş və ona bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan 12 fevral 2019-cu il qeydiyyat tarixli Seriya RX № ******* olan çıxarış verilmişdir. Onlarla qonşuluqda Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi 2V saylı evdə yaşayan Cavabdeh tərəfindən müvafiq icazə sənədləri olmadan qeyri-qanuni olaraq onların evin sanitar qovşağına bitişik yeni özbaşına tikili inşa edilmişdir. Həmin qanunsuz tikili ilə bağlı atası Fazil Abasov tərəfindən aidiyyəti orqanlara şikayət xarakterli müraciətlər olunmuşdur. X14 müraciətləri əsasında Bakı şəhəri Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyi iddiaçı qismində iddia ərizəsi ilə (X1 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən şəxs qismində tanınmışdır) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin Cavabdeh tərəfindən və onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-268/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək ünvan 2 ünvanında X8 məxsus fərdi yaşayış evinin sanitar qovşağına bitişik vəziyyətdə iki mərtəbə səviyyəsində inşa olunmuş (birinci mərtəbə səviyyəsində yerləşən tikilinin eni 4,25 m, uzunluğu 5,20 m, hündürlüyü isə 2,0 m, ikinci mərtəbə səviyyəsində inşa olunmuş tikilinin eni 4,25 m, uzunluğu 7,0 m, hündürlüyü 3,45 m) tikilinin sökülməsi vəzifəsi Cavabdeh üzərinə qoyulması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-268/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolllegiyasının xx.xx.2024-cü il tarixli. 2(103)-2314/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-268/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, Səbail rayon MKTB-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi üzrə icraata xitam verilmiş, həmçinin Səbail rayon MKTB-nə əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edə, müvafiq iddia tələbinin həmin qurum tərəfindən inzibati məhkəmədə irəli sürülməsini tələb etmək hüququnun, eləcə də X5 bilavasitə özünün Cavabdeh qarşı müvafiq iddia tələbini mülki mühakimə icraatı qaydasında irəli sürmək hüququna sahib olması izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 2314/2024 saylı qərardadında göstərilir ki, “....Səbail rayon MKTB-nin Əsasnaməsində onun, fiziki şəxslərin mənafelərinin müdafiəsi məqsədilə onların əvəzinə iddia qaldırmaq, eləcə də tikinti obyektlərinin sökülməsi barədə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Qanunvericilik müddəalarından görünür ki, müvafiq iddia tələbi irəli sürmək səlahiyyəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə verilmişdir və həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iddia tələbi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.3-cü maddəsinə əsasən iddiaçıya izah edir ki, o, əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edə, müvafiq iddia tələbinin həmin qurum tərəfindən inzibati məhkəmədə irəli sürülməsini tələb edə bilər. Kollegiya üçüncü şəxs X8 da izah edir ki, o, bilavasitə özü, cavabdehə qarşı müvafiq iddia tələbini mülki mühakimə icraatı qaydasında irəli sürmək hüququna sahibdir.” Göstərilənlərə əsasən tərəfindən ərizə ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət olunaraq onun pozulmuş mülkiyyət hüquqlarının bərpası və təhlükəsizliyinin təmin olunması məqsədilə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən şəxs kimi - onunla qonşuluqda Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi 2V saylı evdə yaşayan Cavabdeh tərəfindən müvafiq icazə sənədləri olmadan qeyri-qanuni olaraq evinə bitişik yeni özbaşına tikili inşa etməsi ilə bağlı həmin qanunsuz tikilinin sökülməsi tələbinə dair Cavabdeh qarşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçı kimi iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət olunması xahiş olunmuşdur. Lakin onun qeyd olunan müraciəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin olunmamış və pozulmuş hüquqlarının bərpası ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmasından imtina olunmuşdur. Ona görə də o, iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin Cavabdeh tərəfindən və onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri, 2-ci Bibi-Heybət döngəsi, 2V saylı evdə yaşayan Cavabdeh tərəfindən müvafiq icazə sənədləri olmadan qeyri-qanuni olaraq evinə bitişik yeni özbaşına tikili inşa etmişdir. Həmin tikili ilə əlaqədar cavabdehin qonşusu olan X1 tərəfindən müxtəlif orqanlara şikayət xarakterli müraciətlər edilmiş, bu tikili ilə bağlı qanunamüvafıq tədbirlərin görülməsi və nəticəsi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin MİHO/2.1.1-2-2022-395 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə məktub daxil olmuşdur. Həmin məktubda qeyd edilmişdir ki, hadisə yerinə baxış zamanı ünvan 11 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X7 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m2-ə yaxın sahədə 2 mərtəbəli əlavə tikinti işlərinin aparıldığı müşahidə olunmuşdur. Bununla əlaqədar olaraq, rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq akt tərtib edilmişdir. Həmçinin qeyd edilən özbaşına tikili ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin 10-A- 72/2-149/2 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda da qeyd edilmişdir ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 45 saylı Mənzil Kommunal İstismar Sahəsinin 71 saylı, xx.xx.2021-ci il tarixli arayışı əsasında məlumat verilmişdir ki, müraciətlərdə qeyd olunan ünvana yerində baxış keçirilmiş və sözügedən əlavə tikinti işlərinə dair fakt aşkar edilmişdir. Cavabdeh qanunsuz olaraq öz mövcud yaşadığı evinə bitişik əlavə olaraq qanunsuz tikili inşa etmiş, həmin əraziyə xidmət göstərən 45 saylı MKİS tərəfindən Cavabdeh xəbərdarlıq edilmişdir ki, rəsmi icazə sənədləri olmadan inşa etdiyi tikilini söksün və yaşadığı evi əvvəlki vəziyyətinə qaytarsın, lakin cavabdeh bu xəbərdarlığa heç bir məhəl qoymamış və qeyd olunan tikilini könüllü surətdə sökməkdən imtina etmiş, bu barədə 45 saylı MKİS tərəfindən müvafiq akt da tərtib edilmişdir. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin MİHO/2.1.1-2- 2022-395 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə məktubundan görünür ki, hadisə yerinə baxış zamanı ünvan 11 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X7 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m-ə yaxın sahədə 2 mərtəbəli əlavə tikinti işlərinin aparıldığı müşahidə olunmuşdur. Bununla əladədar olaraq, rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq akt tərtib edilmişdir. Özbaşına tikintinin olması faktı qeyd olunan məktubla təsdiq olunur. İddia ərizəsinə əlavə etdiyi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 10-A-72/2- 149/2 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 11 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X7 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m2-ə yaxın sahədə 2 mərtəbəli əlavə tikinti işlərinin aparıldığı müşahidə olunmuşdur və fakt təsdiqini tapmışdır, eyni zamanda Cavabdeh qanunsuz olaraq rəsmi icazə almadan özbaşına tikinti işlərini aparmışdır. İddia ərizəsinə əlavə etdiyi 45 saylı Mənzil-Kommunal İstismar Sahəsinin aktından görünür ki, ünvan 11 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X7 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m2-ə yaxın sahədə 2 mərtəbəli əlavə özbaşına tikinti işləri aparmışdır. İddia ərizəsinə əlavə etdiyi Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi, ev 6-da yaşayan Cavabdeh qonşusu X5 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə, Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə ünvanladığı ərizələrdən görünür ki, ünvan 11 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və onun yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m2-ə yaxın sahədə 2 mərtəbəli əlavə özbaşına tikinti işləri aparmışdır və bununla bağlı qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən görünür ki, həqiqətən Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi, ev 6 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X7 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m-ə yaxın sahədə 2 mərtəbəli əlavə özbaşına tikinti işləri aparmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin təyinatı əsasında tədqiqat aparan Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli 10/450 saylı rəyində göstərilmişdir ki, “ünvan 2 ünvanında X8 məxsus fərdi yaşayış evinin sanitar qovşağına bitişik vəziyyətdə iki mərtəbə səviyyəsində inşa olunmuş (birinci mərtəbə səviyyəsində yerləşən tikilinin eni 4,25 m, uzunluğu 5,20 m, hündürlüyü isə 2,0 m, ikinci mərtəbə səviyyəsində inşa olunmuş tikilinin eni 4,25 m, uzunluğu 7,0 m, hündürlüyü isə 3,45 m) olan tikililərin inşası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1- ci və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından norma və qaydalarına uyğun olmadığı müəyyən olunur”. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən X8 verilmiş Seriya FM 017354 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu 2-ci Bibiheybət döngəsi 6 saylı fərdi yaşayış evi X5 adına Xüsusi Mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 28 noyabr 2002-ci il tarixdə 247 saylı reyestr kitabında 17148 səhifədə 30 nömrə ilə qeydiyyat aparılmışdır. Eyni zamanda iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan 05 oktyabr 2016-cı il qeydiyyat tarixli Seriya RX № ******* olan çıxarışdan göründüyü kimi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi əvvəl atacs X8 məxsus olmuşdur. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi 1 ********* olan 12 fevral 2019-cu il qeydiyyat tarixli Seriya RX № ******* olan çıxarışdan göründüyü kimi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi hal-hazırda ona məxsusdur. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 11 ünvanında inşa edilmiş özbaşına tikilinin Cavabdeh tərəfindən və onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikili mülkiyyətçi kimi onun hüquqlarını pozur, həmin tikililər hava axınını qabağını alır, nəmişliyin və havasızlığın yaranmasını səbəb olur. Dəfələrlə cavabdehlə hansısa bir kompromis variantda mübahisəni həll etmək istəsə də, bu mümkün olmamışdır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, 1994-cü ildə hamı kimi torpaq sahəsini hasara almış, kanalizasiya xəttini çəkmiş, ağaclar əkmişdir. Çox sonra tikinti işlərinə başlamışdır. Hazırda torpağa və tikiliyə dair heç bir sənədi yoxdur, lakin tikintini başa çatdırdıqdan sonra sənədləşdirmə işi ilə məşğul olmağa planlaşdırırdı. Tikdiyi tikili iddiaçının hüququnu pozmur, hava çəkmək üçün qurğu da qoyulmuşdur. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələb təmin edilməlidir. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 017354 nömrəli, xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi ünvanında yerləşən yaşayış sahəsi 119,5 kv.m., ümumi sahəsi 180,26 kv.m. olan 4 otaqlı 6 saylı evi tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət-2 döngəsi ünvanında yerləşən 6 saylı evi tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət-2 döngəsi ünvanında yerləşən 6 saylı evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı evinin sanitar qovşağına bitişik sahədə qonşu tərəfindən aparılan əlavə tikinti işləri barədə Bakı şəhər İcra Hakimiyyətindən Səbail rayon İcra Hakimiyyətinə ünvanlanmış A-217-151, xx.xx.2021-ci il tarixli müraciətə baxılmışdır. Qaldırılan məsələnin araşdırılması məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir. Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 45 saylı Mənzil Kommunal İstismar Sahəsinin 71 saylı xx.xx.2021-ci il tarixli arayışı əsasında məlumat verirlər ki, müraciətdə qeyd olunan ünvana yerində baxış keçirilmiş və sözügedən əlavə tikinti işlərinə dair fakt tərəflərindən aşkar edilmişdir. Məlumat üçün qeyd edirlər ki, tərəflərdən görülmüş təcili tədbirlər nəticəsində qonşusu Cavabdeh məxsus evin dam örtüyü və əlavə tikinti işləri qismən sökülərək tikili əvvəlki vəziyyətə qaytarılmış və sanitar qovşağına məxsus iki ədəd pəncərəsinin qarşısı açılmışdır. Ünvan Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən nəzarətdə saxlanılır. İş üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə, məlumat üçün X8 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi, ev 6 ünvanında X3 qonşusu Vüqar Müstafayev tərəfindən ara məsafəsi gözlənilmədən aparılan tikinti işləri barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətinə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Əməkdaşları tərəfindən yerində baxış zamanı Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi, ev 6 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X7 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 kv.m-ə yaxın sahədə 2 mərtəbəli əlavuə tikinti işlərinin aparıldığı müşahidə olunmuşdur. Bununla əlaqədar olaraq rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq akt tərtib edilmişdir. İş üzrə ünvan 10 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, 2-ci Bibi- Heybət döngəsi ev 6-da yaşayan X2 şikayət etdiyi qonşusu Cavabdeh yaşadığı 2-ci Bibi-Heybət döngəsi 2v saylı ev özü-tikillidir. Cavabdeh ailəsi ilə birlikdə həmin özü-tikili evdə 2006-cı ildən qeydiyyatdadırlar. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-268/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Səbail rayon MKTB-nin Cavabdeh (3-cü şəxs qismində X10) qarşı qanunsuz ttikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsi, ünvan 11 ünvanında X8 məxsus fərdi yaşayış evinin sanitar qovşağına bitişik vəziyyətdə iki mərtəbə səviyyəsində inşa olunmuş (birinci mərtəbə səviyyəsində yerləşən tikilinin eni 4,25 m, uzunluğu 5,20 m, hündürlüyü isə 2,0 m, ikinci mərtəbə səviyyəsində inşa olunmuş tikilinin eni 4,25 m, uzunluğu 7,0 m, hündürlüyü isə 3.45 m) tikilinin sökülməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2314/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadın surətindən görünür ki, apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(005)-268/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, Səbail rayon MKTB-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi üzrə icraata xitam verilməsi, Səbail rayon MKTB-nə izah olunsun ki, onun əldə etmə istədiyi hüquqi nəticələrlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edə, müvafiq iddia tələbinin həmin qurum tərəfindən inzibati məhkəmədə irəli sürülməsini tələb edə bilməsi, X6 izah olunsun ki, onun bilavasitə özünün Cavabdeh qarşı müvafiq iddia tələbini mülki mühakimə icraatı qaydasında irəli sürmək hüququna sahib olması, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləğinin apellyatorun özünə aid edilməsi qərara alınmışdır. İş üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, qonşusu X9 tərəfindən evinin sanitar qovşağına bitişik 2 mərtəbəli ev inşa etməsindən narazılığı barədə xx.xx.2024-cü il tarixli müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinə əsasən yeri səviyyədə dövlət şəhərsalma nəzarəti müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində mütəmadi olaraq keçirilməklə ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunması, habelə özbaşına tikililərin qarşısının alınması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir. Sözügedən evin tikintisi barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti tərəfindən Agentliyə müraciət daxil olmamışdır və Agentlikdə qonşusu Cavabdeh tərəfindən aparılmış tikinti-quraşdırma işləri barədə məlumat mövcud deyil. İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/5947 saylı rəyinə əsasən: -1-ci sual üzrə: İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət 2 döngəsi, 6 saylı evin yerləşdiyi 0.05 ha torpaq sahəsində tikilmiş hamam və sanitar qovşağına bitişik Cavabdeh tərəfindən tikili inşa edilmişdir. Həmin tikilinin iddiaçının hüquqlarını məhdudlaşdırıbməhdudlaşdırılmamasının müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyildir. - 2-ci sual üzrə: Cavabdeh tərəfindən inşa edilmiş tikilinin İddiaçı mülkiyyətində olan evin həyətində tikilmiş hamam və sanitar qovşağının təbii işıqlama və təbii hava axımının qarşısını alıbalmamasının müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyildir. - 3-cü sual üzrə: cavabdeh tərəfindən inşa edilmiş tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2.1-ci bəndinin tələblərinə riayət edilmədiyi və bununla da tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət-2 döngəsi ünvanında yerləşən 6 saylı ev iddiaçının atasının X2 mülkiyyətində olmuş, hazırda həmin ev iddiaçının mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan mübahisəli evin yerləşdiyi torpaq sahəsində tikilmiş hamam və sanitar qovşağına bitişik qonşuluqla yaşayan Cavabdeh tərəfindən özbaşına tikili inşa edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, hal-hazırda Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi, ev 6 ünvanında olan fərdi yaşayış evində X1 ilə birlikdə yaşayır. Həmin ev əvvəl X1nun mülkiyyətində olmuşdur. Sonradan 2019-cu ildə X14 razılığı ilə qeyd olunan fərdi yaşayış evi onun mülkiyyətinə verilməklə adına keçirilmişdir. Onlarla qonşuluqda Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi 2V saylı evdə yaşayan Cavabdeh tərəfindən müvafiq icazə sənədləri olmadan qeyri-qanuni olaraq onların evin sanitar qovşağına bitişik yeni özbaşına tikili inşa edilmişdir. Həmin qanunsuz tikili ilə bağlı atası Fazil Abasov tərəfindən aidiyyəti orqanlara şikayət xarakterli müraciətlər olunmuşdur. X14 müraciətləri əsasında Bakı şəhəri Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyi iddiaçı qismində iddia ərizəsi ilə (X1 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən şəxs qismində tanınmışdır) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin Cavabdeh tərəfindən və onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-268/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək ünvan 2 ünvanında X8 məxsus fərdi yaşayış evinin sanitar qovşağına bitişik vəziyyətdə iki mərtəbə səviyyəsində inşa olunmuş (birinci mərtəbə səviyyəsində yerləşən tikilinin eni 4,25 m, uzunluğu 5,20 m, hündürlüyü isə 2,0 m, ikinci mərtəbə səviyyəsində inşa olunmuş tikilinin eni 4,25 m, uzunluğu 7,0 m, hündürlüyü 3,45 m) tikilinin sökülməsi vəzifəsi Cavabdeh üzərinə qoyulması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-268/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolllegiyasının xx.xx.2024-cü il tarixli. 2(103)-2314/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-268/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, Səbail rayon MKTB-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi üzrə icraata xitam verilmiş, həmçinin Səbail rayon MKTB-nə əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edə, müvafiq iddia tələbinin həmin qurum tərəfindən inzibati məhkəmədə irəli sürülməsini tələb etmək hüququnun, eləcə də X5 bilavasitə özünün Cavabdeh qarşı müvafiq iddia tələbini mülki mühakimə icraatı qaydasında irəli sürmək hüququna sahib olması izah edilmişdir. Göstərilənlərə əsasən tərəfindən ərizə ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət olunaraq onun pozulmuş mülkiyyət hüquqlarının bərpası və təhlükəsizliyinin təmin olunması məqsədilə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən şəxs kimi - onunla qonşuluqda Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi 2V saylı evdə yaşayan Cavabdeh tərəfindən müvafiq icazə sənədləri olmadan qeyri-qanuni olaraq evinə bitişik yeni özbaşına tikili inşa etməsi ilə bağlı həmin qanunsuz tikilinin sökülməsi tələbinə dair Cavabdeh qarşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçı kimi iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət olunması xahiş olunmuşdur. Lakin onun qeyd olunan müraciəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin olunmamış və pozulmuş hüquqlarının bərpası ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmasından imtina olunmuşdur. Bu səbəbdən iddiaçı ünvan 11 ünvanında inşa edilmiş özbaşına tikilinin Cavabdeh tərəfindən və onun hesabına sökülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Şəhərsalmanın Əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan özbaşına bina və qurğular tikildikdə (Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən tanındığı hallar istisna olmaqla), mövcud tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma və yenidənqurma işləri aparıldıqda, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulma və dəyişikliklər edildikdə onlar inzibati və mülki məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında aparılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 64.1-ci maddəsinə əsasən tikinti obyektinin təhlükəsiz istismarını təmin etmək üçün obyektin layihələndirilməsi mərhələsində aşağıdakılar nəzərə alınmalıdır: 64.1.1. tikinti obyektinin təyinatına görə istismar şəraiti; 64.1.2. ətraf mühitin tikinti obyektinə ehtimal olunan təsiri; 64.1.3. tikintidə istifadə olunması nəzərdə tutulan tikinti materiallarının xassələri, tikinti materiallarının xassələrinin dəyişmə ehtimalı və onların təbiətin zərərli təsirlərindən mühafizəsinin mümkünlüyü. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. Eyni Məcəllənin 69.5-ci maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi. AR MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə qaldırılan tələb üzrə zəruri biliyə malik olan ekspertin müvafiq rəyinin alınması zəruriliyini nəzərə alaraq həmin mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertlə mübahisəli evlərə baxış keçirilmiş və müvafiq rəy verilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət-2 döngəsi, 6 saylı evin yerləşdiyi 0,05 ha torpaq sahəsində tikilmiş hamam və sanitar qovşağına bitişik Cavabdeh tərəfindən tikili inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin hündürlüyü 5,40 m. təşkil edir. Tikili iddiaçıya məxsus fəadi yaşayış evinin divarından 0,20 m aralıda yerləşir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2.1-ci bəndinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən inşa edilmiş tikili ilə iddiaçının fərdi yaşayış evinin arxa divarı arasında olan məsafə 1.56 m (5.20 x 0.3) təşkil etməlidir. Belə olan halda cavabdeh tərəfindən inşa edilmiş tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2.1-ci bəndinin tələblərinə riayət edilmədiyi və bununla da tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon MKTB tərəfindən qaldırılan iddia üzrə keçirilmiş ekspertiza rəyi ilə də müəyyən edilmişdir ki, ünvan 1 ünvanında X6 məxsus (hazırda İddiaçı mülkiyyətində olan) fərdi yaşayış evinin sanitar qovşağına bitişik vəziyyətdə iki mərtə səviyyəsində inşa olunmuş (Cavabdeh tərəfindən) (birinci mərtəbədə səviyyəsində yerləşən tikilinin eni 4,25m, uzunluğu 5,20m, hündürlüyü isə 2,0 m, ikinci mərtəbə səviyyəsində inşa olunmuş tikilinin eni 4,25m, uzunluğu 7,0 m, hündürlüyü isə 3,45ıfı,) olan tikillərin inşaası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yen| obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud; şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmamışdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən inşa olunmuş mübahisəli tikili iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət-2 döngəsi, 6 saylı evin yerləşdiyi 0.05 ha torpaq sahəsində tikilmiş hamam və sanitar qovşağına bitişik inşa edildiyindən, həmçinin həmin tikili iddiaçının mülkiyyətində olan tikiliyə münasibətdə (qanunda nəzərdə tutulmuş ara məsafə riayət edilmədən) tikinti norma və qaydalarına uyğun olmayaraq inşa edildiyindən, bununla da iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməklə bağlı subyektiv hüququ mövcud olduğundan, bu hal isə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olduğundan inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi barədə iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. AR MPM-nin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Həmin Məcələlnin 223.2-ci maddəsinə əsasən cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər. Qeyd edilən Məcəllənin 223.3-cü maddəsinə əsasən həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilmə müddətini qətnamədə göstərir. Məhkəmə həmçinin hesаb edir ki, mübahisəli özbaşına tikili qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehin vəsaiti hesabına 2 ay ərzində sökülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğundan, iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət-2 döngəsi ünvanında yerləşən 6 saylı evin yerləşdiyi 0.05 ha torpaq sahəsində tikilmiş hamam və sanitar qovşağına bitişik inşa edilmiş özbaşına tikili Cavabdeh vəsaiti hesabına qətnamə qanuni qüvvəsini aldıqdan sonra 2 (iki) ay ərzində sökülsün. Cavabdeh müəyyən edilmiş iki ay müddət ərzində qətnaməni icra etməsə, İddiaçı cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməsi haqlı hesab edilsin. Cavabdeh keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza xərci – 50 (əlli) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-89/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-89/2025
22.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver