Məhkəmə qərarları › İş №2(009)-897/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-897/2021

06.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-897/2021 06.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh4 və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı - cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 MMC, Cavabdeh1 və "xxxx" QSC-yə qarşı “ziyan və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 MMC, Cavabdeh1 və "xxxx" QSC-yə qarşı “ziyan və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akt əsasında mülkiyyət hüququ ilə iddiaçının sahibliyinə və istifadəsinə verilmiş, Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəlləsindəki yaşayış binasında yerləşən iki mərtəbəli “Ticarət Mərkəzi” nin 1-ci mərtəbəsində Cavabdeh4 və Cavabdeh5 ilə Cavabdeh2 MMC arasında bağlanmış 3 ədəd, 18.02.2013-cü il tarixli 50 №li, 51 №li və 52 №li müqavilələrə əsasən, A2 korpusunda hər birinin sahəsi 39 kv.m olan və 22.01.2013-cü il tarixli 48 №li müqaviləyə əsasən A2 korpusunda sahəsi 200 kv.m olan qeyri-yaşayış sahələrinin, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış 23.11.2005-ci il 11 №li, 23.11.2005-ci il 12 №li, 30.01.2006-cı il tarixli 19 №li, 22.02.2006-cı il tarixli 21 №li, 23.02.2006-cı il tarixli 22 №li və 23.11.2005-ci il tarixli 25 №li müqavilələrə əsasən C korpusu: 1,4,6,8,K-M-N-N1 oxları arsında, hündürlüyü 5 metr, sahəsi 194,84 kv.m olan, E korpusu 21,23,24,25,27,4-Q, P-N, M-K oxları arasında, hündürlüyü 5 metr, sahəsi 175 kv.m olan, C korpusu:K-N hərf oxları və 8-10 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.m olan, A2 korpusu M:P hərf oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kv.m olan, A2 korpusu K:N hərf oxu ilə 10:12 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.m olan, A2 korpusu PK hərf oxu ilə 14-17 və 18-21 rəqəm oxları arasında, hündürlüyü 5 metr,sahəsi 194 kv.m olan qeyri-yaşayış sahələrinin, "xxxx" QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış 30 №li, 27 iyul 2011-ci il tarixli, 31 №li və 27 iyul 2011-ci il tarixli 32 №li müqavilələrə əsasən E korpusu Q-İ hərf oxları arasında ümumi sahəsi 97 kv.m və E korpusu İ-X hərf oxları arasında ümumi sahəsi 95 kv.m olan qeyri-yaşayış sahələrinin faktiki inşa olunmuş sahələrə (koordinatlar, hərf və rəqəm oxları əsasında) uyğun olmadığının müəyyən edilməsi və faktiki inşa olunmuş qeyri-yaşayış sahələrinin miqdarı nəzərə alınmaqla, müqavilələrdə göstərilən qeyri-yaşayış sahələrinin miqdarının müqavilələrdə qəbul edilmiş şərtlər daxilində müəyyən edilməsinin mümkün hesab edilməməsi, həmin müqavilələrdə göstərilən qeyri-yaşayış sahələrinin ölçülərinin İddiaçılə Cavabdeh2 MMC arasında bağlanmış 03.04.2006-cı il tarixli 23 saylı müqavilə üzrə Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akt əsasında iddiaçının sahibliyinə və istifadəsinə verilmiş qeyri-yaşayış sahələrinin ölçülərinə nisbətdə fərqli olduğunun müəyyən edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış 23.11.2005-ci il 11 №li, 23.11.2005-ci il 12 №li, 30.01.2006-cı il tarixli 19 №li, 22.02.2006-cı il tarixli 21 №li, 23.02.2006-cı il tarixli 22 №li və 23.11.2005-ci il tarixli 25 №li müqavilələrdə qəbul edilmiş şərtlərə uyğun qeyri-yaşayış sahələri faktiki olaraq inşa edilmədiyinə və müqavilələrdə qeyd olunan qeyri-yaşayış sahələrinin miqdarını faktiki inşa olunmuş sahələr üzrə müəyyən edilməsi mümkünsüz olduğundan həmin hissədə müqavilələrin etibarsız hesab edilməsi, cavabdehlərin hər birindən ayrı-ayrılıqda 10.000 manat mənəvi zərərin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, Cavabdeh2 MMC ilə iddiaçı arasında 03.04.2006-cı il tarixdə 23 saylı müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə görə, müqavilənin razılaşdırılmış dəyəri 600 000 ABŞ dolları miqdarında pul vəsaiti İddiaçı tərəfindən MMC-nin kassasına ödənilməli və MMC tərəfindən Atatürk prospekti 3078 «a» məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci və 2ci mərtəbəsində yerləşən «Ticarət Mərkəzi» bütünlükdə, yəni cəmi sahəsi 4564 kv.m. təşkil edən obyektlər iddiaçıya təhvil verilməli idi.İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam icra olunmuş, yəni razılaşdırılmış 600 000 ABŞ dolları miqdarında pul vəsaiti MMC-nin kassasına ödənilmiş və hüquqi şəxsin adından Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blaklarının tərtibi və tətbiqi Qaydaları”nın tələblərinə cavab verən FGB seriyalı, 014101 №-li, 03.04.2006-cı il tarixli kassa mədaxil orderi təqdim edilmişdir. Təqribən 2012-ci il tarixdən Cavabdeh2 MMC-nin və onun bəzi vəzifəli şəxsləri tərəfindən ona qarşı edilən bilə-bilə qanunsuz hərəkətlərə məruz qaldığı üçün və müqavilədə nəzərdə tutulmuş obyektlər müqavilədə müəyyən olunmuş şərtlər daxilində iddiaçıya təhvil verilmədiyindən, 2012-ci ilin iyun ayında Cavabdeh2 MMC-yə qarşı 12.06.2012-ci il tarixdə iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Eləcə də, həmin dövrdən hal-hazıradək, ona satılmış və 14.08.2014-cü il tarixdən qanuni əsaslarla mülkiyyət hüquqi ilə iddiaçının sahibliyinə və istifadəsinə verilmiş, müqavilə üzrə nəzərdə tutulmuş ümumi sahəsi sahəsi 4564 kv.m. təşkil edən 2 mərtəbəli «Ticarət Mərkəzi»nin bəzi otaqlarının digər şəxslərə də satıldığına görə, həmin şəxslər tərəfindən Cavabdeh2 MMC-yə və iddiaçıya qarşı, o cümlədən bəzi hallarda iddiaçını tərəf kimi işə cəlb etmədən (yəni ondan gizli) bir sıra uzun çəkən müxtəlif məhkəmə mübahisələri yaradılmış və iddiaçıya məxsus əmlakların ələ keçirilməsi üçün əsassız və qanunsuz cəhdlər edilmişdir. Belə ki, iddiaçıya məxsus əmlakları ələ keçirmək istəyən şəxslər müxtəlif məhkəmələrdə süni surətdə iddia tələbləri qaldırmaqla və müxtəlif dövrlərdə Cavabdeh2 MMC-nin rəhbərləri olan vəzifəli şəxsləri ilə əvvəlcədən düşünülmüş və razılaşdırılmış şəkildə birgə hərəkət edərək, yəni Cavabdeh2 MMC-nin rəhbərləri olan vəzifəli şəxslər demək olar ki, iştirak etdikləri bütün məhkəmə iclaslarında, mülkiyyət hüququ ilə iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilmiş iki mərtəbəli «Ticarət Mərkəzi»nin guya qanunsuz yolla iddiaçı tərəfindən əldə edilməsini bildirərək, həmin şəxslərin məhkəmələrdə irəli sürdükləri iddia tələblərini araşdırılmadan qəbul edilməsi və iddia tələblərinin təmin edilməsi barədə müvafiq məhkəmə qərarlarının çıxarılması barədə məhkəmələrə təqdim etdiyi yazılı ərizələri və izahatları açıq-aşkar sübut edir ki, həmin şəxslərin İddiaçı əmlak hüquqlarına qarşı olan iddiaları israrlı şəkildə davam edəcəkdir. Bəzi məhkəmələr üzrə işlər hələ də davam edir.Bundan başqa, Cavabdeh1 iddiası üzrə Binəqədi rayon Məhkəməsində davam edən məhkəmənin 10.02.2021-ci il tarixli iclasında Cavabdeh1 nümayəndəsinin məhkəməyə verdiyi izahatından sonra və 11.02.2021-ci il tarixdə davam edən iclas zamanı aparılan araşdırmalardan müəyyən olunmuşdur ki, iddia predmetinin obyektləri olan 4 ədəd, yəni «A2» korpusunda yerləşən hər biri 39 kv.m. olan 3 ədəd, həmin korpusda yerləşən sahəsi 200 kv.m. olan qeyri-yaşayış sahələri, 2013-cü ildən başlayaraq Cavabdeh4 və qeyrilərinin iddiası üzrə məhkəmə mübahisəsinin obyektləri olmuş və 2013-cü ildə həmin sahələr həmin şəxslərin istifadəsinə təhvil verilmişdir. Sonra isə İddiaçı iddiası üzrə çıxarılmış qətnamə qanuni qüvvəyə mindikdən sonra, həmin qətnamənin icrası ilə bağlı Bakı şəhəri Binəqədi rayon İcra və Probarsiya şöbəsinin 14.08.2014-cü il tarxli aktı əsasında həmin əmlaklar qeyd olunan şəxslərdən alınaraq İddiaçı qeyd-şərtsiz təhvil verilmişdir. Bundan əlavə, yenə də başqa məhkəmə mübahisəsi üzrə - "xxxx" Lizinq Şirkəti QSC - Cavabdeh2 MMC-yə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2MMC-nin Bakı şəhəri, Atatürk prospekti 3078 «a» məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 3 mərtəbəli ticarət mərkəzinin “E" korpusu, Q- İ hərf oxlan arasında, ümumi sahəsi 97 kv.m və "E"korpusu, İ-X hərf oxları arasında, ümumi sahəsi 95 kv.m. və başqa sahələr məhkəmə mübahisəsinin obyektləri olmuşdur. Qeyd olunan məhkəmə mübahisəsindən öncə, hələ 2011-ci ildə həmin sahələr bir başqa məhkəmə qərarı əsasında həmin QSC-nin istifadəsinə təhvil verilmişdir. Sonra isə İddiaçı iddiası üzrə çıxarılmış qətnamə qanuni qüvvəyə mindikdən sonra, həmin qətnamənin icrası ilə bağılı Bakı şəhəri Binəqədi rayon İcra və Probarsiya şöbəsinin 14.08.2014-cü il tarxli aktı əsasında həmin əmlaklar qeyd olunan şəxslərdən alınaraq İddiaçı qeyd-şərtsiz təhvil verilmişdir.Həmçinin, Cavabdeh1 iddiası üzrə Binəqədi rayon Məhkəməsində davam edən məhkəmənin 11.02.2021-ci il tarixli iclasında müəyyən olunmuşdur ki, hazırda iddiaçı Cavabdeh1 hər hansı bir sübut təqdim edə bilmir ki, onunla MMC arasında bağlanmış müqavilələrdə göstərilən obyektlərin ölçüləri inşa olunmuş qeyriyaşayış sahələrinin faktiki ölçülərinə uyğun olsun və ya inşa olunmuş obyektlərin faktiki ölçüləri barədə müqavilə formasına uyğun olaraq müqaviləyə hər hansı bir dəyişikliklərin və ya əlavələrin edilməsinə görə MMC ilə razılaşma əldə edilmişdir. Qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı Aqarəhimoviçlə Cavabdeh2 MMC-arasında bağlanmış 03.04.2006-cı il tarixli, 23 saylı müqavilənin girov müqaviləsi olmaması; həmin müqavilənin etibarlı olması və qanuni əsaslarla bağlanması; eləcə də müqavilədə göstərilən həmin qeyriyaşayış sahələrinə görə İddiaçı tərəfindən 600 000 ABŞ dollarının Xudafərin»MMC-yə ödənilməsi və MTK tərəfindən həmin pulun İddiaçı geri qaytarılmaması; həmin obyektlərin İddiaçı qanuni əsaslarla təhvil verilməsi; qeyri-yaşayış sahələri üzərində İddiaçı mülkiyyət hüququ üzrə sahiblik və istifadə hüququnun qanuni əsaslarla yaranması müəyyən edilmişdir. Bir daha qeyd edilir ki, Cavabdeh2 MMC-nin rəhbər vəzifəli şəxsləri uzun müddətdir ki, İddiaçı 7 ilə yaxın müddət ərzində mülkiyyətində olan əmlakların ondan alınıb cavabdehlərə təhvil verilməsi üçün hər vasitələrə əl atırlar. Xüsusi olaraq qeyd edilir ki, iddiaçı tərəfindən həmin obyektlərin pəncərələri və qapıları –quraşdırılarkən, eləcə də daxili kommunikasiya xətləri çəkilərkən, obyektlərdə təmir və tamamlama işləri görülərkən və sair bu kimi tikinti işləri yerinə yetirilərkən “Xudafərin» MMC-nin vəzifəli şəxsləri başda olmaqla cavabdehlər tərəfindən mütəmadi müqavimətlər göstərilmiş və hüquq mühafizə orqalarına şikayətlər edildikdən sonra, onlar öz qanunsuz əməllərindən çəkinmişlər.Göstərilənləri nəzərə alaraq iddiaçı iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək, Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akt əsasında mülkiyyət hüququ ilə iddiaçının sahibliyinə və istifadəsinə verilmiş, Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəlləsindəki yaşayış binasında yerləşən iki mərtəbəli “Ticarət Mərkəzi” nin 1-ci mərtəbəsində Cavabdeh4 və Cavabdeh5 ilə Cavabdeh2 MMC arasında bağlanmış 3 ədəd, 18.02.2013-cü il tarixli 50 №li, 51 №li və 52 №li müqavilələrə əsasən, A2 korpusunda hər birinin sahəsi 39 kv.m olan və 22.01.2013-cü il tarixli 48 №li müqaviləyə əsasən A2 korpusunda sahəsi 200 kv.m olan qeyri-yaşayış sahələrinin, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış 23.11.2005-ci il 11 №li, 23.11.2005-ci il 12 №li, 30.01.2006-cı il tarixli 19 №li, 22.02.2006-cı il tarixli 21 №li, 23.02.2006-cı il tarixli 22 №li və 23.11.2005-ci il tarixli 25 №li müqavilələrə əsasən C korpusu: 1,4,6,8,K-M-N-N1 oxları arsında, hündürlüyü 5 metr, sahəsi 194,84 kv.m olan, E korpusu 21,23,24,25,27,4-Q, P-N, M-K oxları arasında, hündürlüyü 5 metr, sahəsi 175 kv.m olan, C korpusu:K-N hərf oxları və 8-10 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.m olan, A2 korpusu M:P hərf oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kv.m olan, A2 korpusu K:N hərf oxu ilə 10:12 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.m olan, A2 korpusu PK hərf oxu ilə 14-17 və 18-21 rəqəm oxları arasında, hündürlüyü 5 metr,sahəsi 194 kv.m olan qeyri-yaşayış sahələrinin, "xxxx" QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış 30 №li, 27 iyul 2011-ci il tarixli, 31 №li və 27 iyul 2011-ci il tarixli 32 №li müqavilələrə əsasən E korpusu Q-İ hərf oxları arasında ümumi sahəsi 97 kv.m və E korpusu İ-X hərf oxları arasında ümumi sahəsi 95 kv.m olan qeyri-yaşayış sahələrinin faktiki inşa olunmuş sahələrə (koordinatlar, hərf və rəqəm oxları əsasında) uyğun olmadığının müəyyən edilməsi və faktiki inşa olunmuş qeyri-yaşayış sahələrinin miqdarı nəzərə alınmaqla, müqavilələrdə göstərilən qeyri-yaşayış sahələrinin miqdarının müqavilələrdə qəbul edilmiş şərtlər daxilində müəyyən edilməsinin mümkün hesab edilməməsi, həmin müqavilələrdə göstərilən qeyri-yaşayış sahələrinin ölçülərinin İddiaçılə Cavabdeh2 MMC arasında bağlanmış 03.04.2006-cı il tarixli 23 saylı müqavilə üzrə Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akt əsasında iddiaçının sahibliyinə və istifadəsinə verilmiş qeyri-yaşayış sahələrinin ölçülərinə nisbətdə fərqli olduğunun müəyyən edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış 23.11.2005-ci il 11 №li, 23.11.2005-ci il 12 №li, 30.01.2006-cı il tarixli 19 №li, 22.02.2006-cı il tarixli 21 №li, 23.02.2006-cı il tarixli 22 №li və 23.11.2005-ci il tarixli 25 №li müqavilələrdə qəbul edilmiş şərtlərə uyğun qeyri-yaşayış sahələri faktiki olaraq inşa edilmədiyinə və müqavilələrdə qeyd olunan qeyri-yaşayış sahələrinin miqdarını faktiki inşa olunmuş sahələr üzrə müəyyən edilməsi mümkünsüz olduğundan mülkiyyət hüququ ilə iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilmiş qeyri-yaşayış sahələri üzərində cavabdehlər tərəfindən edilən hüquq pozan hərəkətlərin və müdaxilələrin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması və cavabdehlərin hər birindən ayrı-ayrılıqda 10.000 manat mənəvi zərərin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələblərini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qismən qəbul edərək, mənəvi ziyan hissəsində təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili iddia tələbini qismən qəbul edərək, mənəvi ziyan hissəsində təmin olunmamasını xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə cavabdehlər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə bunun üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyun 2015-ci il tarixli Qərarının surətindən görünür ki, İddiaçı Binəqədi rayon İcra Şöbəsinə qarşı “cavabdehin hərəkətinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və bunlara son qoyulması, icra işinin yerinə yetirilməsində qanunsuz müdaxilələrin aradan qaldırılması, maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçının rəsmi ərizəsinə cavab verilməsində göstərilən hərəkətsizlik qanunsuz hesab edilmiş, bu cür hərəkətsizliyə son qoyulması, icra işinin yerinə yetirilməsində iddiaçıya məxsus əmlaklar üzərində hüquqları pozan qanunsuz müdaxilələrin aradan qaldırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli Qərarının surətindən görünür ki, "xxxx" QSC-nin Cavabdeh2 MMC-yə qarşı “qeyri-yaşayış sahələrinin alıcıya təhvil verilməsi və s” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli Qərarının surətindən görünür ki, X6 və X1 Cavabdeh2 MMC və İddiaçı qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddiası təmin edilərək, qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 03 aprel 2006-cı il tarixli 23 saylı müqavilənin qismən, yəni Bakı şəhəri, Atatürk prospekti 3078 A saylı məhəllənin şimal hissəsində inşa edilmiş 2 mərtəbəli, ticarət mərkəzinin A 4 korpusunun 1-ci mərtəbəsində A-C hərf oxları ilə 16-19 rəqəm oxları arasında, hündürlüyü 2,8 metr sahəsi 93 kv.m olan qeyri-yaşayış sahəsinə dair hissədə, həmçinin həmin ticarət mərkəzinin A 5 korpusunun 1-ci mərtəbəsində 13-15 rəqəm oxları və A-C hərf oxları arasında hündürlüyü 2,8 metr sahəsi 99 kv.m olan qeyri-yaşayış sahəsinə dair hissədə etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış sahələrindən iddiaçıların istifadə etmələrinə yaradılan maneələrin cavabdehlər tərəfindən aradan qaldırılması qərara alınmışdır. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 03 aprel 2006-cı il tarixli 23 nömrəli Müqavilənin surətindən görünür ki, Cavabdeh2 MMC ticarət mərkəzinin C korpusu 1-ci və 2-ci mərtəbələr 1-10 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 602,4 kv.m, A2 korpusu 1-ci və 2-ci mərtəbələr 10-17 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 518,4 kv.m E korpusu 1-ci və 2-ci mərtəbələr 18-27-L-İ oxları ilə K-P oxları arasında738 kv.m, A3 korpusu İ-Ğ oxları arasında sahəsi 518,4 kv.m, B korpusu Ğ-D-35-26 oxları arasında sahəsi 654 kv.m, A4 korpusu 16-26 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m, A5 korpusu 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m, D korpusu 1-9 rəqəm oxları ilə A- Ç hərf oxları arasında sahəsi 496 kv.m olmaqla cəmi sahəsi 4564 kv.m təkil edən obyektləri 600.000 ABŞ dolları müqabilində İddiaçı satmağı öhdəsinə götürmüşdür. Cavabdeh2 MMC-nin FĞB seriyalı, 014101 nömrəli X4 Qəbzinin surətindən görünür ki, 600.000 ABŞ dolları məbləğində pul vəsaiti 23 saylı Müqaviləyə əsasən kassaya mədaxil edilmişdir. Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış 23.11.2005-ci il tarixli 25 nömrəli Müqavilənin surətindən görünür ki, Cavabdeh2 MMC ticarət mərkəzinin A2 korpusu 14-17 və 18-21 rəqəm oxları və PK hərf oxları arasında hündürlüyü 5 metr, sahəsi 194 kv.m olan obyekti 58,200 ABŞ dolları müqabilində Cavabdeh1 satmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış 23.02.2006-cı il tarixli 22 nömrəli Müqavilənin surətindən görünür ki, Cavabdeh2 MMC ticarət mərkəzinin A2 korpusu K:N hərf oxu ilə 10:12 rəqəm oxları arasında hündürlüyü 5 metr, sahəsi 99 kv.m olan obyekti 29,700 ABŞ dolları müqabilində Cavabdeh1 satmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış 22.02.2006-cı il tarixli 21 nömrəli Müqavilənin surətindən görünür ki, Cavabdeh2 MMC ticarət mərkəzinin A2 korpusu M:P hərf oxları və 12-14 rəqəm oxları arasında hündürlüyü 5 metr, sahəsi 61,2 kv.m olan obyekti 18,360 ABŞ dolları müqabilində Cavabdeh1 satmağı öhdəsinə götürmüşdür Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış 30.01.2006-cı il tarixli 19 nömrəli Müqavilənin surətindən görünür ki, Cavabdeh2 MMC ticarət mərkəzinin C korpusu K:N hərf oxları və 8-10 rəqəm oxları arasında hündürlüyü 5 metr, sahəsi 99 kv.m olan obyekti 29,700 ABŞ dolları müqabilində Cavabdeh1 satmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış 23.11.2005-ci il tarixli 12 nömrəli Müqavilənin surətindən görünür ki, Cavabdeh2 MMC ticarət mərkəzinin E korpusu 21,23,24,25,27,4-Q, P-N, M-K oxları rəqəm oxları arasında hündürlüyü 5 metr, sahəsi 175 kv.m olan obyekti 52,500 ABŞ dolları müqabilində Cavabdeh1 satmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış 2005-ci il tarixli 11 nömrəli Müqavilənin surətindən görünür ki, Cavabdeh2 MMC ticarət mərkəzinin C korpusu 1,4,6,8 rəqəm oxları və K-M-N-N oxları arasında hündürlüyü 5 metr, sahəsi 192,84 kv.m olan obyekti 57,852 ABŞ dolları müqabilində Cavabdeh1 satmağı öhdəsinə götürmüşdür. 08 iyul 2021-ci il tarixli 10/1612 nömrəli ekspert rəyində qeyd edilmişdir ki: cavabdehlər Cavabdeh4 və Cavabdeh5 ilə Cavabdeh2 MMC arasında imzalanmış 22.01.2013-cü il tarixli 48№li, 18.02.2013-cü il tarixli 50 №li, 51 №li və 52 №li müqavilələrə əsasən, Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunan ikimərtəbəli ticarət mərkəzinin layihəsində A korpusunun inşa olunması nəzərdə tutulmamış və ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən A2 korpusunda hər birinin sahəsi 39 kv.m olan 3 ədəd və 200 kv.m olan 1 ədəd qeyri-yaşayış sahələrinin ölçülərinə uyğun qeyri-yaşayış sahələri faktiki inşa olunmamışdır. Faktiki inşa olunmuş qeyri-yaşayış sahələrini texniki cəhətdən, müqavilələrdə göstərilən ölçülərə uyğunlaşdırılması və uyğunsuzluğu texniki üsulla aradan qaldırmaq mümkün deyildir; Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış 6 ədəd 23.11.2005-ci il 11 №li, 23.11.2005-ci il 12 №li, 30.01.2006-cı il tarixli 19 №li, 22.02.2006cı il tarixli 21 №li, 23.02.2006-cı il tarixli 22 №li və 23.11.2005-ci il tarixli 25 №li müqavilələrə əsasən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunan ikimərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən C korpusu 1,4,6,8,K-M-N-N1 oxları arasında, hündürlüyü 5 metr, sahəsi 192,84 kv.m qeyri-yaşayış sahəsi göstərilsə də, həmin sahə layihəyə görə 180,6 kv.m hündürlüyü 2,8 m və faktiki olaraq 142,56 kv.m hündürlüyü 3 m. təşkil edir və layihədə nəzərdə tutulmuş ölçülər ilə və hazırda faktiki yerləşmə (naturada sərhəd boyu) ölçüləri ilə eyni deyildir, sahə üzrə 38,04 kv.m və hündürlük üzrə 2 m az, E korpusu 21,23,24,25,27,4-Q, P-N,M-K oxları arasında hündürlüyü 5 metr sahəsi 175 kv.m qeyri-yaşayış sahəsi göstərilsə də, həmin sahə layihəyə görə 168,7 kv.m hündürlüyü 2,8 m və faktiki olaraq 83,12 kv.m, hündürlüyü 3 m təşkil edir və layihədə nəzərdə tutulmuş ölçülər ilə və hazırda faktiki yerləşmə ölçüləri ilə eyni deyildir, sahə üzrə 91,88 kv.m və hündürlük üzrə 2 m az, C korpusu K-N hərf oxları və 8-10 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.m qeyri-yaşayış sahəsi göstərilsə də, həmin sahə layihəyə görə 59,4 kv.m, hündürlüyü 2,8 m və faktiki olaraq 59,4 kv.m, hündürlüyü 3 m təşkil edir və layihədə nəzərdə tutulmuş ölçülər ilə və hazırda faktiki yerləşmə ölçüləri ilə eyni deyildir, sahə üzrə 39,6 kv.m və hündürlük üzrə 2 m az, A2 korpusu M:P hərf oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kv.m qeyri-yaşayış sahəsi göstərilsə də, həmin sahə layihəyə görə 61,2 kv.m, hündürlüyü 2,8 metr və faktiki olaraq 52,48 kv.m, hündürlüyü 3 metr təşkil edir və layihədə nəzərdə tutulmuş ölçülər ilə və hazırda faktiki yerləşmə ölçüləri ilə eyni deyildir, sahə üzrə 8,72 kv.m və hündürlük üzrə 2 m az, A2 korpusu K:N hərf oxu ilə 10:12 rəqəm oxları arasında hündürlüyü 5 metr, sahəsi 99 kv.m qeyri-yaşayış sahəsi göstərilsə də, həmin sahə layihəyə görə 59,4 kv.m, hündürlüyü 2,8 m və faktiki olaraq 50,84 kv.m, hündürlüyü 3 m təşkil edir və layihədə nəzərdə tutulmuş ölçülər ilə və hazırda faktiki yerləşmə ölçüləri ilə eyni deyildir,sahə üzrə 48,16 kv.m və hündürlün üzrə 2 m az, A2 korpusu PK hərf oxu ilə 14-17 və 18-21 rəqəm oxları arasında hündürlüyü 5 metr sahəsi 194 kv.m qeyri-yaşayış sahəsi göstərilsə də, həmin sahə layihəyə görə 99,5 kv.m hündürlüyü 2,8 m və faktiki olaraq 179,8 kv.m hündürlüyü 3 m təşkil edir və layihədə nəzərdə tutulmuş ölçülər ilə və hazırda faktiki yerləşmə ölçüləri ilə eyni deyildir, sahə üzrə 14,2 kv.m və hündürlük 2 m azdır. Faktiki inşa olunmuş qeyri-yaşayış sahələrini texniki cəhətdən, müqavilələrdə göstərilən ölçülərə uyğunlaşdırılması və uyğunsuzluğu texniki üsulla aradan qaldırmaq mümkün deyildir; "xxxx" QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış 30 №li, 27 iyul 2011-ci il tarixli, 31 №li və 27 iyul 2011-ci il tarixli 32 №li müqavilələrə əsasən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunan ikimərtəbəli “Ticarət Mərkəzi”nin 1-ci mərtəbəsində yerləşən E korpusu Q-İ hərf oxları arasında ümumi sahəsi 97 kv.m qeyri-yaşayış sahəsi göstərilsə də, həmin sahə layihəyə görə 85,5 kv.m, hündürlüyü 2,8 m və faktiki olaraq 70,8 kv.m hündürlüyü 3 m təşkil edir və layihədə nəzərdə tutulmuş ölçülər ilə və hazırda faktiki yerləşmə ölçüləri ilə eyni deyildir, sahə üzrə 14,7 kv.m az və hündürlük üzrə 0,2 m artıq, E korpusu İ-X hərf oxları arasında ümumi sahəsi 95 kv.m göstərilsə də həmin sahə layihəyə görə 82,7 kv.m hündürlüyü 2,8 m və faktiki olaraq 68,8 kv.m hündürlüyü 3 m təşkil edir və layihədə nəzərdə tutulmuş ölçülər ilə və hazırda faktiki yerləşmə ölçüləri ilə eyni deyildir, sahə üzrə 13,9 kv.m az və hündürlük üzrə 0,2 m artıqdır. Faktiki inşa olunmuş qeyriyaşayış sahələrini texniki cəhətdən, müqavilələrdə göstərilən ölçülərə uyğunlaşdırılması və uyğunsuzluğu texniki üsulla aradan qaldırmaq mümkün deyildir. Cavabdehlər arasında bağlanmış müqavilələrdə göstərilən qeyri-yaşayış sahələrinin ölçüləri İddiaçı təhvil verilmiş qeyri-yaşayış sahələrinin ölçüləri ilə eynilik təşkil etmir və İddiaçıiçə təvil verilmiş qeyri-yaşayış sahələrinin ölçülərini texniki cəhətdən cavabdehlər arasında bağlanmış müqavilələrdə göstərilən qeyri-yaşayış sahələrinin ölçülərinə uyğunlaşdırılması mümkün deyildir. "xxxx" ASC tərəfindən verilmiş 21.06.2017-ci il tarixli texniki şərtlərə, su təchizatı ilə təmin edilməsi üçün "xxxx" ASC ilə bağlanmış 27.01.2018-ci il tarixli müqaviləyə və qaz təchizatı ilə təmin olunması üçün “Azəriqaz” İB-nin 13.01.2020-ci il tarixli razılığa əsasən, Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa olunmuş və Binəqədi rayon İcra və probasiya şöbəsinin 14.08.2014-cü il tarixli aktı ilə İddiaçı təhvil verilmiş ikimərtəbəli ticarət mərkəzinin qeyri-yaşayış sahələrində qapı və pəncərə quraşdırılmış, elektrik, qaz, su və s. xətlər çəkilməklə, tamamlama işləri aparılmış, ona təhvil verilmiş ikimərtəbəli ticarət mərkəzindəki qeyri-yaşayış sahələrinin bir hissəsi hal-hazırda müxtəlif şəxslər tərəfindən müxtəlif təyinat üzrə istifadə olunur. Mülki-Prosessual Məcəllənin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə göstərilənlərə istinad edərək iddia tələbinin Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəlləsindəki yaşayış binasında yerləşən iki mərtəbəli “Ticarət Mərkəzi” nin 1-ci mərtəbəsində Cavabdeh4 və Cavabdeh5 ilə Cavabdeh2 MMC arasında bağlanmış 3 ədəd, 18.02.2013-cü il tarixli 50 №li, 51 №li və 52 №li müqavilələrə əsasən, A2 korpusunda hər birinin sahəsi 39 kv.m olan və 22.01.2013-cü il tarixli 48 №li müqaviləyə əsasən A2 korpusunda sahəsi 200 kv.m olan qeyri-yaşayış sahələrinin, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış 23.11.2005-ci il 11 №li, 23.11.2005-ci il 12 №li, 30.01.2006-cı il tarixli 19 №li, 22.02.2006-cı il tarixli 21 №li, 23.02.2006-cı il tarixli 22 №li və 23.11.2005-ci il tarixli 25 №li müqavilələrə əsasən C korpusu: 1,4,6,8,K-M-N-N1 oxları arsında, hündürlüyü 5 metr, sahəsi 194,84 kv.m olan, E korpusu 21,23,24,25,27,4-Q, P-N, M-K oxları arasında, hündürlüyü 5 metr, sahəsi 175 kv.m olan, C korpusu:K-N hərf oxları və 8-10 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.m olan, A2 korpusu M:P hərf oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kv.m olan, A2 korpusu K:N hərf oxu ilə 10:12 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.m olan, A2 korpusu PK hərf oxu ilə 14-17 və 18-21 rəqəm oxları arasında, hündürlüyü 5 metr,sahəsi 194 kv.m olan qeyri-yaşayış sahələrinin, "xxxx" QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış 30 №li, 27 iyul 2011-ci il tarixli, 31 №li və 27 iyul 2011-ci il tarixli 32 №li müqavilələrə əsasən E korpusu Q-İ hərf oxları arasında ümumi sahəsi 97 kv.m və E korpusu İ-X hərf oxları arasında ümumi sahəsi 95 kv.m olan qeyri-yaşayış sahələrinin faktiki inşa olunmuş sahələrə (koordinatlar, hərf və rəqəm oxları əsasında) uyğun olmadığının müəyyən edilməsi və faktiki inşa olunmuş qeyri-yaşayış sahələrinin miqdarı nəzərə alınmaqla, müqavilələrdə göstərilən qeyri-yaşayış sahələrinin miqdarının müqavilələrdə qəbul edilmiş şərtlər daxilində müəyyən edilməsinin mümkün hesab edilməməsi, həmin müqavilələrdə göstərilən qeyri-yaşayış sahələrinin ölçülərinin İddiaçılə Cavabdeh2 MMC arasında bağlanmış 03.04.2006-cı il tarixli 23 saylı müqavilə üzrə Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akt əsasında iddiaçının sahibliyinə və istifadəsinə verilmiş qeyri-yaşayış sahələrinin ölçülərinə nisbətdə fərqli olduğunun müəyyən edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış 23.11.2005-ci il 11 №li, 23.11.2005-ci il 12 №li, 30.01.2006-cı il tarixli 19 №li, 22.02.2006-cı il tarixli 21 №li, 23.02.2006-cı il tarixli 22 №li və 23.11.2005-ci il tarixli 25 №li müqavilələrdə qəbul edilmiş şərtlərə uyğun qeyri-yaşayış sahələri faktiki olaraq inşa edilmədiyinə və müqavilələrdə qeyd olunan qeyri-yaşayış sahələrinin miqdarını faktiki inşa olunmuş sahələr üzrə müəyyən edilməsi mümkünsüz olduğundan mülkiyyət hüququ ilə iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilmiş qeyri-yaşayış sahələri üzərində cavabdehlər tərəfindən edilən hüquq pozan hərəkətlərin və müdaxilələrin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı sayılmaqla təmin edilməlidir. Belə ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 03.04.2006-cı il tarixli müqavilə ilə razılaşdırıldığı kimi Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəlləsindəki yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində yerləşən iki mərtəbəli “Ticarət Mərkəzi” nin cəmi sahəsi 4,564 kv m. təşkil edən hissəsinin iddiaçının qanuni sahibliyində və istifadəsində olması, habelə həmin qeyri-yaşayış sahələrinin cavabdehlər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuş qeyri-yaşayış sahələrinin faktiki yerləşmə ölçüləri ilə eyni olmadığı iş materialları və ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilən normalara istinadən məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilmiş qeyri-yaşayış sahələri üzərində cavabdehlər tərəfindən edilən hüquq pozan hərəkətlər və müdaxilələr qanunsuz hesab edilməli və bu cür hərəkətlərə son qoyulmalıdır. Məhkəmə iddiaçının mənəvi ziyana görə cavabdehlərin hər birindən ayrı-ayrılıqda 10.000 manat manat tələb etməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən aldadılmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi qismən təmin olunduğundan hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akt əsasında iddiaçının sahibliyinə və istifadəsinə verilmiş, Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəlləsindəki yaşayış binasında yerləşən iki mərtəbəli “Ticarət Mərkəzi” nin 1-ci mərtəbəsində Cavabdeh4 və Cavabdeh5 ilə Cavabdeh2 MMC arasında bağlanmış 3 ədəd, 18.02.2013-cü il tarixli 50 №li, 51 №li və 52 №li müqavilələrə əsasən, A2 korpusunda hər birinin sahəsi 39 kv.m olan və 22.01.2013-cü il tarixli 48 №li müqaviləyə əsasən A2 korpusunda sahəsi 200 kv.m olan qeyri-yaşayış sahələrinin, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış 23.11.2005-ci il 11 №li, 23.11.2005-ci il 12 №li, 30.01.2006-cı il tarixli 19 №li, 22.02.2006-cı il tarixli 21 №li, 23.02.2006-cı il tarixli 22 №li və 23.11.2005-ci il tarixli 25 №li müqavilələrə əsasən C korpusu: 1,4,6,8,K-M-N-N1 oxları arsında, hündürlüyü 5 metr, sahəsi 194,84 kv.m olan, E korpusu 21,23,24,25,27,4-Q, P-N, M-K oxları arasında, hündürlüyü 5 metr, sahəsi 175 kv.m olan, C korpusu:K-N hərf oxları və 8-10 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.m olan, A2 korpusu M:P hərf oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kv.m olan, A2 korpusu K:N hərf oxu ilə 10:12 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.m olan, A2 korpusu PK hərf oxu ilə 14-17 və 18-21 rəqəm oxları arasında, hündürlüyü 5 metr,sahəsi 194 kv.m olan qeyri-yaşayış sahələrinin, "xxxx" QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış 30 №li, 27 iyul 2011-ci il tarixli, 31 №li və 27 iyul 2011-ci il tarixli 32 №li müqavilələrə əsasən E korpusu Q-İ hərf oxları arasında ümumi sahəsi 97 kv.m və E korpusu İ-X hərf oxları arasında ümumi sahəsi 95 kv.m olan qeyri-yaşayış sahələrinin faktiki inşa olunmuş sahələrə (koordinatlar, hərf və rəqəm oxları əsasında) uyğun olmadığı (fərqli olduğu) müəyyən edilsin və faktiki inşa olunmuş qeyri-yaşayış sahələrinin miqdarı nəzərə alınmaqla, müqavilələrdə göstərilən qeyri-yaşayış sahələrinin miqdarının müqavilələrdə qəbul edilmiş şərtlər daxilində müəyyən edilməsi mümkün hesab edilməsin. Həmin müqavilələrdə göstərilən qeyri-yaşayış sahələrinin ölçülərinin İddiaçılə Cavabdeh2 MMC arasında bağlanmış 03.04.2006-cı il tarixli 23 saylı müqavilə üzrə Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akt əsasında iddiaçının sahibliyinə və istifadəsinə verilmiş qeyri-yaşayış sahələrinin ölçülərinə nisbətdə fərqli olduğu müəyyən edilsin. Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış 23.11.2005-ci il 11 №li, 23.11.2005ci il 12 №li, 30.01.2006-cı il tarixli 19 №li, 22.02.2006-cı il tarixli 21 №li, 23.02.2006-cı il tarixli 22 №li və 23.11.2005-ci il tarixli 25 №li müqavilələrdə qəbul edilmiş şərtlərə uyğun qeyriyaşayış sahələri faktiki olaraq inşa edilmədiyinə və müqavilələrdə qeyd olunan qeyri-yaşayış sahələrinin miqdarının faktiki inşa olunmuş sahələr üzrə müəyyən edilməsi mümkünsüz olduğundan iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilmiş qeyri-yaşayış sahələri üzərində cavabdehlər tərəfindən edilən hüquq pozan hərəkətlər və müdaxilələr qanunsuz hesab edilsin və bu cür hərəkətlərə son qoyulsun. Ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi iddiaçıdan, 50 manat hissəsi isə cavabdehlərdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar