Məhkəmə qərarları › İş №2(009)-93/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-93/2022

15.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-93/2022 15.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Socarın İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Socarın İddiaçı cavabdeh X4 qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Socarın İddiaçı cavabdeh X4 qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistiral neft kəmərinə birləşən Bibiheybət Dş- 300 mm-lik yeraltı neft kəmərinin 2.8-ci km-də kəmərdən təxminən 25 metr aralıda, kəmərə paralel, 2-ci sırada, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 6-cı döngə ünvanında, cavabdeh X5 tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikililəri cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistiral neft kəmərinə birləşən Bibiheybət Dş- 300 mm-lik yeraltı neft kəmərinin 2.8-ci km-də kəmərdən təxminən 25 metr aralıda, kəmərə paralel, 2-ci sırada, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 6-cı döngə ünvanında cavabdeh X5 tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikililəri aşkar olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03.01.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri, bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması, boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması, torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 15.04.2002-cı il tarixli 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Socarın İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh X5 məhkəmə iclasında iştirak təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Socar”ın Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X13, atıcılar X14 və X10 tərəfindən tərtib edilmiş 22.06.2021-ci il tarixli Aktdan görünür ki, 22.06.2021-ci il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 14:30-da, 4-5 saylı postların (NKİ Şirvan-Böyükşor neft kəməri 92-115.2 km və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 6-cı döngə ünvanında, Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistiral neft kəmərinə birləşən Bibiheybet Dş-300 mm-lik yeraltı neft kəmərinin 2.8-ci km-də kəmərdən təxminən 25 metr aralıda, kəmərə paralel, 2-ci sırada, vətəndaş X4 məxsus hasarlı, içərisində yaşayış olan fərdi yaşayış evinin dam örtüyünü yenisi ilə əvəz edərkən əməkdaşlar tərəfindən aşkar edilmişdir. Sözügedən fərdi yaşayış evinin sahibi vətəndaş X6 dam örtüyü yararsız olduğundan bəzi hissələrini yenisi ilə əvəz edəcəyini bildirmişdir. Vətəndaş Cavabdeh mühafizə zonasında tikinti işlərinin aparılması qanunazidd olduğu izah edilmiş və yeni işlərin görülməməsi uçün yazılı xəbərdarlıq verilmişdir. Bu barədə NKİ GİB-nə və Tİ-nin növbə rəisinə məlumat verilmişdir. Faktla bağlı foto şəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş SOCAR-ın İddiaçı tərəfindən X4 ünvanlanmış 22.06.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, X1-Böyükşor Dş-500 mm-lik yerüstü magistiral neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik yeraltı neft kəmərinin 2.8-ci km-də kəmərdən təxminən 25 metr aralı məsafədə tikinti işlərinin aparılmasının yolverilməzliyi ilə bağlı xəbərdar olunmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 09 dekabr 2021-ci il tarixli 10/6068 saylı ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilən tədqiqat obyektinə baxış zamanı, Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mmlik magistal neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik neft kəməri ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 6-cı döngə ünvanında yerləşən cavabdeh X8 tərəfindən inşa edilməsi iddia edilən fərdi yaşayış evi və hasar tikililəri arasında olan məsafənin 28 metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 6-cı döngə ünvanında cavabdeh X5 tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikililərinin neft kəmərindən 28 metr məsafədə yerləşdiyini nəzərə aldıqda, həmin tikililərin “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndinə əsasən Dş-300 mm-lik magistral neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın tələblərinə əsasən texniki qurğuların dayanması yaxud nasazlığı, texnoloji rejim proseslərindən kənara çıxma, eləcə də istehsal obyektlərində işlərin görülməsi qaydalarının aparılmasını müəyyənləşdirən normativ-texniki sənədlərin tələblərinin pozulması nəticəsində yarana biləcək hadisələr magistral neft kəmərinin mühafizə zonasında bədbəxt hadisələrin baş verməsinə gətirib çıxara bilər. Məhkəmə araşdırması zamanı, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistiral neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik yeraltı neft kəmərinin 2.8-ci km-də kəmərdən təxminən 28 metr aralıda, kəmərə paralel 2-ci sırada, ünvan 2 ünvanında cavabdeh X3 (və ailə üzvlərinin) yaşadığı fərdi yaşayış evi və ətrafında inşa edilmiş hasar tikililəri aşkar olunmuş, həmin tikililərin neft kəmərindən 28 metr məsafədə yerləşdiyi və həmin tikililərin “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndinə əsasən Dş-300 mm-lik magistral neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Göstərilən hallar Məhkəmə Ekspertiza Mərkəzinin 09 dekabr 2021-ci il tarixli 10/6068 saylı ekspertiza rəyi ilə də təsdiq olunmuşdur. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə və Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edildiyindən cavabdehdən 10 (on) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsinin də əks olunmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə məsrəfi cavabdehə aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdeh X2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinə birləşən Bibiyehbət Dş-300 mm-lik yeraltı neft kəmərinin 2.8-ci km-də kəmərdən təxminən 28 metr aralıda, kəmərə paralel, 2-ci sırada, ünvan 2 ünvanında qanunsuz inşa edilmiş və cavabdeh X3 (ailə üzvləri ilə birlikdə) yaşadığı fərdi yaşayış evi və hasar tikililəri cavabdeh X3 hesabına sökülməli və ərazidən çıxarılmalı, cavabdeh X2 10 (on) manat dövlət rüsumu tutularaq iddiaçı Socar-ın İddiaçınə ödənilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdeh X2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinə birləşən Bibiyehbət Dş-300 mm-lik yeraltı neft kəmərinin 2.8-ci km-də kəmərdən təxminən 28 metr aralıda, kəmərə paralel, 2-ci sırada, ünvan 2 ünvanında qanunsuz inşa edilmiş və cavabdeh X3 (ailə üzvləri ilə birlikdə) yaşadığı fərdi yaşayış evi və hasar tikililəri cavabdeh X3 hesabına sökülsün və ərazidən çıxarılsın. Cavabdeh X2 10 (on) manat dövlət rüsumu tutularaq iddiaçı Socar-ın İddiaçınə ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə mühəndis-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat cavabdeh X11 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X7, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar