Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-937/2022 10.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkili Vəkil və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı - cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə ( Sumqayıt şəhər İcra İdarəsi 3cü şəxs qismində) qarşı «hərracın nəticələri haqqında yekun protokolun və müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə 10 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə (Sumqayıt şəhər İcra İdarəsi 3cü şəxs qismində) qarşı «hərracın nəticələri haqqında yekun protokolun və müqavilənin etibarsız hesab edilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 noyabr 2019-cu il tarixli hərracın nəticələri haqqında yekun protokolun və onun əsasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin 22 iyul 2019cu il tarixli, 2(013)-1011/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə "xxxx" İKB ASC arasında bağlanmış 01,06.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı 17666,7 ABŞ dolları əsas, 5561.44 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, cəmi 23428.14 ABŞ dollarının, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı məxsus Sumqayıt şəhəri Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yerləşən, 4 otaqlı, 188,18 kv.m ümumi, 45,36 kv.m yaşayış, 142,81 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına cavabdeh İddiaçı "xxxx" İKB ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 75000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, İddiaçı məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yerləşən, 4 otaqlı, 188,18 kv.m ümumi, 45.36 kv.m yaşayış. 142,81 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra İddiaçı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yerləşən, 4 otaqlı, 188,18 kv.m ümumi, 45,36 kv.m yaşayış, 142,81 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, İddiaçı həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi, iddianın cərimə borcuna görə 5353,06 ABŞ dolları, kredit müqaviləsi üzrə 01,06.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış faydaya görə 1728,55 ABŞ dolları tələbinə dair hissəsinin əsassız olduğundan rədd edilməsi qət olunmuşdur.O qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - Şəfiqə Əliyevasədrlik edən və məruzəçi, Rəhman Muradov, Ədil Məmmədov) 20 iyul 2020-ci il tarixli, 2(104)-634/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Ağdam Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(013)-1011/2019 saylı qətnaməsinin qismən - iddianın təmin olunmuş - İddiaçı məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yerləşən 4 otaqlı, 188.18 kv.m ümumi, 45.36 kv.m yaşayış, 142.81 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay soAra İddiaçı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yerləşən 4 otaqlı, 188.18 kv.m ümumi, 45.36 kv.m yaşayış, 142.81 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, İddiaçı həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi, qətnamənin iddia tələbinin İddiaçı 17666.7 ABŞ dolları əsas, 5561.44 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə - cəmi 23428.14 ABŞ dolan kredit borcunun ancaq ABŞ dolları ilə tutulması hissəsində dəyişdirilərək İddiaçı 17666.7 ABŞ dolları əsas, 5561.44 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə - cəmi 23428.14 ABŞ dolları məbləğində kredit borcunun qətnamə icra olunduğu günü Azərbaycan manatı məzənnəsi ilə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. O kasasiya şikayəti verərək apelıyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.. Ali məhkəmənin qərarı ilə kasasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-634/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra vərəqəsi üzrə icraata başlanılmışdır. Sumqayıt şəhəri üzrə icra şöbəsinin sifarişli məktubuna əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən "xxxx" MMC tərəfindən mənə məxsus mənzil 47813 manata cavabdeh "xxxx" ASC-yə satılmışdır. Qeyd edir ki, onun hərracın keçirilməsindən xəbəri olmayıb. Ona heç bir bildiriş göndərilməyib. Cavabdeh "xxxx" MMC-nin 27 noyabr 2019-cu il tarixli hərracın nəticələri haqqında yekun protokolu (№Y-244/1) tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, ona məxsus mənzilin qiyməti öz dəyərindən kifayət qədər aşağı qiymətə satılmışdır. Həmin qiymət əmlakların real bazar qiymətindən dəfələrlə aşağıdır. Hesabat həqiqəti əks etdirmədiyindən etibarsızdır. Hərracın nəticələri haqqında protokollardan görünür ki, iki hərrac keçirilib və hər iki hərrac baş tutmayıb. Lakin bu hərracların keçirilməsi barədə ona heç bir bildiriş göndərilməyib. O həmin hərracların keçirilməsindən xəbərsiz olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edib və iddia ərizəsinə uyğun məzmunda izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddianı müdafiə edib və iddia ərizəsinə uyğun məzmunda izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı qəbul etməyib, iddia iddia müddətinin tətbiqi barədə ərizə verərək, ərizələrini belə əsaslandırmışdır ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş 1 illik müddəti buraxmışdır. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə tələbin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehə və 3-cü şəxsə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Az. Resp. MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını öyrənib, təqdim edilmiş sübutları araşdırıb, tərəflərin izahatlarını, mülahizələrini və dəlillərini dinləyərək hesab edir ki, aşağıdakılara görə iddia tələbləri əsassız olduğundan iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 27 noyabr 2019-cu il tarixli hərracın nəticələri haqqında Y-244/1 saylı Protokolunun surətindən görünür ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yerləşən 60 saylı fərdi yaşayış evi 47,813 manat qiymətə Cavabdeh3 ASC-yə satılmışdır. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk növbədə cavabdehin hazırkı münasibətə iddia müddətinin tətbiq olunması və bununla əlaqədar iddianın rədd edilməsi ilə barədə yazılı ərizəsinə münasibət bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qeyd edilən Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə əlaqədar iddia müddəti ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəlləinn 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göstərilən Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). Qeyd edilən Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İş materiallarından görünür ki, mübahisələndirilən hərracın yekunları barədə müqavilə xx.xx.2019-cu il tarixdə bağlanılmış, iddiaçı tərəfindən həmin əqdin etibarsızlığı ilə bağlı iddia isə xx.xx.2022-ci il tarixdə, 1 illik iddia müddəti ötürülməklə məhkəmədə qaldırmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı həmin əqdin etibarsızlığı ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür. Şərh olunanlara əsasən və Azərb. Resp. Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə ( Sumqayıt şəhər İcra İdarəsi 3cü şəxs qismində) qarşı «hərracın nəticələri haqqında yekun protokolun və müqavilənin etibarsız hesab edilməsi» barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-937/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-937/2022
10.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver