Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-943/2023 31.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi Nümayəndə, onun nümayəndə və vəkili Vəkil2, Cavabdeh2, onun nümayəndə və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh5 dövlət notariusu X5, Cavabdeh2, Cavabdeh3, 2 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X19 və Bakı şəhəri 48 saylı notariat ofisinin xüsusi notariusu X23 qarşı “etibarnamənin, bağışlama müqavilələrinin, alğı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh5 dövlət notariusu X5, Cavabdeh2, Cavabdeh3, 2 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X19 və Bakı şəhəri 48 saylı notariat ofisinin xüsusi notariusu X23 qarşı “etibarnamənin, bağışlama müqavilələrinin, alğı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, 06 iyul 2021-ci il tarixdə etibar edən İddiaçı tərəfindən etibar edilən Nümayəndə verilmiş, AR-İİ seriyalı, 139548 nömrəli, reyestrdə 7E-1648 nömrəsi ilə qeyd edilmiş etibarnamənin, 14 iyul 2022ci il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, AN-İ seriyalı, ******* nömrəli, reyestrdə 4Ə-24 nömrəsi ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, X24 ilə Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin, 26 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, 26 dekabr 2022-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış, AN-İ seriyalı, ******* nömrəli, reyestrdə 4Ə-2650 nömrəsi ilə qeyd edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 1-ci yaşayış massivində yerləşən 27 a nömrəli ev və 0,06 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə 1/5 hissədə X9, 1/5 hissədə X4, 1/5 hissədə X20, 2/5 hissədə İddiaçı adına xüsusi mülkiyyət olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarış verilmişdir. İddiaçı illərdir ki, psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Bununla bağlı ona ömürlük 1ci qrup əlillik dərəcəsi verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 1286/2022 nömrəli qətnaməsi ilə xx.xx.1979-cu il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon İcra hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli, 128 nömrəli sərəncamı ilə İddiaçı üzərində həyat yoldaşı Nümayəndə qəyyum təyin edilmişdir. İddiaçı 17 iyul 2017-ci il tarixdə üçüncü övladını “Nord Star” şirkətinə daxil olan Leyla Şıxlinskayanın klinikasında qeysəriyyə əməliyyatı ilə dünyaya gətirmişdir. Əməliyyat zamanı həkimin səhvi ucbatından o, komaya düşmüş, komada olan zaman hər iki ayağı dərin yandırılmış, yanıq dərin olduğundan ayağın sümüyü görünmüşdür. Xəstəliyin gedişatı mənfiyə doğru irəliləmiş17 iyul 2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Leyla Şıxlinskayanın klinikasında qalmışdır. xx.xx.2017ci il tarixdə isə, Respublika Yanıq Mərkəzinə köçürülmüşdür. Nəticə etibarilə onda: “sağ ponusda və hər iki talanusda işemik insult, ekstrapiramid və hərəki pozğunluqlar, orbikulyar və oromandibulyar diskineziya, postinsult demensiya, sistem qırmızı qureşənəyi, autoimmun tireoidit diaqnozu qoyulmuş, ona birinci qrup əlillik təyin edilmişdir. Bu hadisələrdən sonra İddiaçı bütün ailə üzvləri- böyük sarsıntı keçirmişlər. Bu gün də, həyat yoldaşı və iki böyük yaşlı övladları daima baş verənlərin təsirindən çıxa bilməyərək, olanlarla barışa bilmirlər. 2017-ci il təvəllüdlü övladları isə yaşı az olduğundan, baş verənləri tam anlamır. Ailə üzvləri bu uşağın da, gələcəkdə olanları tam dərk etdiyi zaman hansı sarsıntılar keçircəyini düşünüb, mənəvi cəhətdən daha da, sarsılırlar. Həyat yoldaşı sağalmaz xəstəliyə düçar olduqdan sonra, Nümayəndə, onun adından gələcəkdə bütün sənədləşmə və.s işlərin görülməsi üçün, 06 iyul 2021-ci il tarixdə öz adına baş etibarnamə almışdır. Etibarnaməni alan zaman bilməmişdir ki, fəaliyyət qabiliyyəti olmayan şəxs etibarnamə verə bilməz. Maraqlı budur ki, İddiaçı vəziyyətini görən notarius da, buna əhəmiyyət verməmişdir. Cavabdeh2 iddiaçının doğma bacısıdır. Münasibətləri həmişə normal olmuş, mütəmadi olaraq, bacısı və ailəsi ilə maraqlanmışdır. 2022-ci ilin iyun-iyul aylarında Cavabdeh2 bacısının həyat yoldaşı Nümayəndəa müraciət edərək, Kəmalənin də, 2/5 payı olan evi satmaq istədiyini, alğı satqıdan sonra onların payına düşən pulu da, verəcəyini bildirmişdir. Nümayəndə evin bütün maddi qayğılarını təkbaşına ödədiyi üçün, həmçinin birinci qrup əlil həyat yoldaşının daima müalicəyə, dərmanlara, xəstə baxıcısına ehtiyacını və həmin tələbatların ödənilməsi üçün, böyük maliyyə vəsaitinə ehtiyacın olmasını nəzərə alaraq, aralarında evin və həyətyanı torpaq sahəsinin satılmasına razılaşmışlar. Cavabdeh2 demişdir ki, müştəri tapan kimi evi satacaq, lakin evin sənədlərini qaydasına salmaq lazımdır. Sənədlər qaydasına düşsə, müştəri tapan kimi asanlıqla evi satacaq və Kəmalənin 2 payının dəyərini verəcək. Nümayəndə və ailə üzvləri Cavabdeh2 inandıqları üçün, ağıllarına gəlməzdi ki, o, xəstə bacısının payını, pulunu mənimsəyə bilər. Ona görə də, Nümayəndə onda olan etibarnamə əsasında həyat yoldaşının adından bütün sənədləşmə işlərinin aparılmasına razılıq vermişdir. Onlar birlikdə, Bakı şəhərində yerləşən bir-neçə notariat kontoruna getsələr də, hansısa səbəbdən notariuslar sənədləşmədən imtina etmişlər. Cavabdeh2 həmişə ona bayırda gözləməsini bildirdiyinə görə, o notariat kontoruna daxil olmamış və notariusların hansı səbəbdən sənədləşmə işlərini aparmaqdan imtina etmələrinin səbəbini bilməmişdir. Bundan bir-neçə gün sonra Cavabdeh2 Nümayəndə zəng vurub bildirmişdir ki, tanış notarisu var, onunla danışıb, sənədləri ora verib, yalnız gedib imza çəkmək lazımdır. Nümayəndə də, inamı olduğuna görə, Arzunun dediyi, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin yaxınlığında yerləşən Bakı şəhəri 48 saylı notariat ofisinə getmiş, orada qarşısına qoyulmuş sənədə imza çəkmişdir. Həmçinin notariat kontorunun əməkdaşı onun şəklini çəkmişdir. Cavabdeh2 onu bir daha əmin etmişdir ki, narahat olmasın, qısa müddətdə evi satıb, onların payını verəcək. Hətta ona, vəziyyətlərini başa düşdüyünü, nə dərəcədə pula ehtiyacları olduğunu, bacısının vəziyyətinə görə çox pis olduğunu bildirərək, özünə qarşı heç bir şübhə yaratmamışdır. Hətta həmin gün Nümayəndə arxayın olmaları üçün 3000 manat pul vermişdir. Nümayəndə də, həqiqətdə bağışlama müqaviləsinə imza çəkərək, həyat yoldaşına məxsus payın artıq Cavabdeh2 bağışlandığından xəbərsiz şəkildə çıxıb getmişdir. Bir neçə ay keçdikdən sonra, eşitmişdir ki, ev, həyətyani torpaq sahəsi ilə birlikdə 520000 (beş yüz iyirmi min) manata satılmışdır. O, bunu bilən kimi Cavabdeh2 ilə əlaqə saxlamış, Arzu ona bildirmişdir ki, evi satıb, hələ ki, beh alıb, narahat olmasınlar qısa müddətdə pulu bütöv şəkildə verəcək. Hətta həmin vaxt Nümayəndə 15000 manat pul da vermişdir. Cavabdeh2 iki dəfə olmaqla, cəmi 18000 manat pulu Nümayəndə vermiş, digər məbləği isə verməmişdir. Bir-neçə ay müxtəlif bəhanələr gətirmiş, sonda isə onlara heç bir pul verməyəcəyini, evi şəxsi mülkiyyəti olaraq satdığını, daha heç bir məbləğ verməyəcəyini bildirmişdir. Bundan sonra, Nümayəndə araşdırma aparmış və məlum olmuşdur ki, Cavabdeh2 evi Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru X10 qızı Cavabdeh3 satmışdır. Hansısa səbəbdən, hansısa mənafeyə görə evin dəyərini 280000 manat qeyd etmişlər. Lakin reallıqda ev 520000 manata satılmışdır. Belə ki, ev satılan günədək evin hansı qiymətə satılması ilə bağlı kifayət qədər elan və videogörüntülər mövcuddur. Həmçinin sorğu əsasında əldə edilmiş, alğı-satqıya dair notariat işi ilə tanış olarkən məlum olmuşdur ki, satılmış evdə bu gün də, qeydiyyatda olan İddiaçı tərəfindən alğı-satqıya razılıq ərizəsi mövcud deyildir. Həmçinin həmin işdə olan, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan da görünür ki, həmin ünvanda qeydiyyatda olan şəxslər siyahısında İddiaçı adı qeyd edilməmişdir. Notariat işinin içində olan arayışlarda evdə yalnız Cavabdeh2 və yetkinlik yaşına çatmayan X32 və X11 qeydiyyatda olmaları göstərilir. 11 mart 2023-cü il tarixdə ASAN 3-dən alınmış yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda isə açıq- aydın görünür ki, satılmış evdə İddiaçı, onun övladları, həmçinin xeyli sayda digər şəxslər qeydiyyatdadırlar. Bütün bunlar bir daha onu göstərir ki, Cavabdeh2 əvvəlcədən düşünülmüş və planlı şəkildə addımlar ataraq, evin satışını təşkil etmişdir. Həyatda böyük travma almış, hazırda da fəsadları ilə yaşayan Atakişiyevlər ailəsi baş verənlərdən sonra 2-ci dəfə böyük sarsıntı keçirirlər. Heç cür inana bilmirlər ki, doğma bacı öz birinci qrup əlil olan bacısına qarşı belə hərəkət edə bilər. Axı Cavabdeh2 hamıdan yaxşı bilir ki, bacısı nə vəziyyətdədir, onun müalicə və dərmanlarına nə qədər aylıq pul vəsaiti tələb olunur. İş üzrə müəyyən olunur ki, 06 iyul 2021-ci il tarixdə İddiaçı tərəfindən Atakişiyev Azə‘r İdris oğluna verilmiş və Füzuli rayonu, dövlət notariat ofisinin dövlət notariusu X5 tərəfindən təsdiq edilmiş etibarnamə fəaliyyət qabiliyyəti olmayan, birinci qrup əlil tərəfindən verildiyindən, verildiyi vaxtdan etibarsız olmuşdur. Həmçinin həmin etibarnamə əsasında, etibar edilən Nümayəndə tərəfindən edilmiş bütün notariat əməliyyatları da, etibarsız hesab olunur. Belə olan halda, İddiaçı hazırda da, qeydiyyatda olduğu, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Badamdar şossesi, ev 27A (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 320) ünvanında yerləşən evə dair 2/5 payı da, onun özünə məxsus olması müəyyən edilməlidir. Nümayəndə Bakı şəhəri 48 saylı notariat ofisində olarkən ona əslində nəyə imza çəkməyi, sənədin mahiyyəti, hüquq və vəzifələri izah olunmadı. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidif: Hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Göründüyü kimi notarius qanunun tələbini kobud surətdə pozaraq 14 iyul 2022-cı il tarixdə aparılan notariat hərəkəti ilə bağlı Nümayəndəa hüquq və vəzifələri izah edilməmiş, aparılmış notariat hərəkətinin nəticələri barədə onu xəbərdar etməmişdir. Həmçinin iş üzrə mübahisə olunmayan haldır ki, mübahisəli evin payçısı olmuş X24 öz payını Cavabdeh2 bağışlamışdır. Lakin həmin bağışlama zamanı, digər payçı və evdə qeydiyyatda olan İddiaçı razılığı alınmamışdır. Bu səbəbdən, həmin bağışlama müqaviləsi də, etibarsız hesab edilməlidir. Müqavilə iradə ifadəsidir. Lakin Nümayəndə, Bakışəhəri 48 saylı notariat ofisində nə özünün, nə də ki, İddiaçı iradəsini ifadə etməmişdir. Həmçinin Nümayəndə həmin vaxt fəaliyyət qabiliyyəti olmayan İddiaçı adından bağışlama müqaviləsi bağlamağa da səlahiyyəti olmamışdır. Nümayəndə sənədləşmə işlərinin aparılması adı altında Cavabdeh2 tərəfindən aldadılaraq oxumadan, mahiyyətini bilmədən reallıqda bağışlama müqaviləsinə imza çəkdirilmişdir. Məntiqlə də düşünsək, hazır 2 payı ola-ola, nə zərurət var idi ki, pay bağışlansın. Belə ki, evin alğısatqısı zamanı hər bir halda razılaşdırılacaq məbləğdən İddiaçı qanunla nəzərdə tutulmuş 2 payı veriləcəkdi. Deməli bu da onu göstərir ki, burada da əslində Cavabdeh2 niyyəti evin pulunu tam şəkildə ələ keçirmək olmuşdu. xx.xx.2023-cü il tarixdə Füzuli rayon notariat ofisinin notariusu Fəxrəddin İbadullayev iddia ərizəsinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, qeyd olunan notariat hərəkətini təsdiq edərkən o “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın tələblərinə tam riayət etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsində göstərilir ki, notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Notariat hərəkəti onun otağında etibar edən İddiaçı, etibar edilən (əri) Nümayəndə və əvəzindən imza edən şəxs X12 iştirakı ilə aparılmışdır. İddiaçı şəxsiyyəti tərəfindən müəyyən olunmuş, fəaliyyət qabiliyyəti yoxlanılmışdır. O, suallarına aydın və adekvat cavab vermişdir. Notariat ofisinə nədən ötrü gəldiyindən və nəyə imza atmasından xəbəri olmuşdur. Tərəfindən onun ümumi xəstəlik üzrə İ qrup əlil olması və notariat hərəkəti aparılarkən fəaliyyət qabiliyyətli olması müəyyən olunmuşdur. Etibarnamənin hər iki nüsxəsinə və reyestr kitabına İddiaçı müstəqil surətdə özü imza etmişdi. Lakin əllərindəki problemlə bağlı öz dəsti-xətti ilə ad və soyadın yaza bilmədiyinə görə etibarnamə onun iştirakı və razılığı ilə onunla birlikdə gələn X25 tərəfindən imza olunaraq ad və soyad yazılmışdır. X12 şəxsiyyəti tərəfindən müəyyən olunmuşdur. Əlavə olaraq bildirir ki, İddiaçı iştirakı ilə xx.xx.2018-ci il tarixdə iki dəfə, xx.xx.2021-ci il tarixdə isə bir dəfə ayrı-ayrı notariat ofislərində notariat hərəkətləri aparılmış və notariat sənədlərinə müstəqil surətdə özü imza etmişdir. Odur ki, iddiaçının iddiası əsassızdır və təmin edilə bilməz. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 iddia ərizəsinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, məhkəmənin sorğusuna Ədliyyə Nazirliyinin Notariat idarəsi tərəfindən verilmiş xx.xx.2023 tarixli 3-16-5/2-11-4400/23 saylı cavab məktubunda göstərilmişdir ki, İddiaçı adından xx.xx.2017-ci il tarixindən xx.xx.2023 tarixinədək olan dövrdə 7 dəfə-Bakı şəhəri 19, 28, 45, 48 saylı notariat ofisində, Fizuli rayon notariat ofisində, Beyləqan rayon 1 saylı notariat ofisində və 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat hərəkətləri aparılmışdır. İddiaçının qəyyumu Nümayəndə hazırki iddia ilə nəinki bağışlanma müqaviləsini, hətta özünə verilmiş AR-İİ seriyalı, 139548 nömrəli, reyestrdə 7E-1648 nömrəsi ilə qeyd edilmiş etibarnamənin də etibarsızlığı məsələsini qoymuşdur. Bu etibarnamənin ləğvi isə avtomatik olaraq iddiaçının qəyyumunun həyata keçirdiyi yuxarıda göstərilən 7 ədəd digər notariat hərəkətlərinin də etibarsızlığı deməkdir. İddia ərizəsində iddiaçının qəyyumu da tələb edir ki, onun iddiaçının adından həyata keçirdiyi bütün notariat əməliyyatları etibarsız hesab edilməlidir. İddiaçının qəyyumunun müxtəlif hüquqi və ya fiziki şəxslərlə aparmış olduğu 7 ədəd notariat hərəkətlərinin mənasını başa düşməyərək həyata keçirməsini bildirməsi məntiqdən uzaqdır və bu mülki dövriyyənin iştirakşısı olmuş vicdanlı şəxslərin hüquqlarının pozulması ilə bərabər mülki dövriyyə iştirakçıları arasında xaos yaradar. Digər tərəfdən iddiaçının qəyyumu 06 iyul 2021-ci il tarixində ona verilmiş etibarnamənin etibarsızlığı məsələsini qaldırır, lakin məhkəmə sorğusu ilə Azərbaycan Beynəlxalq Bankından alınmış sorğuya cavabdan görünür ki, bu tarixdən sonra o xx.xx.2023 tarixinə kimi ******************** nömrəli hesab üzrə yüzə yaxın bank əməliyyatı aparılmışdır, belə çıxır ki, iddiaçının qəyyumunun bu əməliyyatları da etibarsız hesab edilməlidir yalnız o səbəbdən ki, iddiaçı guya həmin dövrdə anlaqsız olmuşdur və belə əməliyyatlar apara bilməzdi və onun qəyyumu da etdiyi hərəkətlərin mənasını başa düşməyərək etmişdir. Belə bir fikrin tam mənasız və əsassız olduğu aydındır. İddiaçının qəyyumu Nümayəndə iddia ərizəsində notariusu günahlandırır ki, ona hüquq və vəzifələri izah edilməmişdir. Lakin mübahisə edilən xx.xx.2022-ci il tarixli notarial bağışlanma müqaviləsinin 5-ci bəndində tərəflərə müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələrinin, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələrin notarius tərəfindən tərəflərə izah edilməsi öz əksini tapmışdır. İddiaçının qəyyumu Nümayəndə iddia edir ki, bağışlama müqaviləsinə imza edərkən nəyə imza etdiyinin mənasını anlamamışdır. Bu iddia tamamilə əsassızdır. Belə ki, həmin bağışlama müqaviləsində iddiaçının qəyyumunun iki imzası vardır, həm öz adından iddiaçının ləyat yoldaşı kimi razılıq üçün, həm də qəyyumu olduğu iddiaçı adından. Digər tərəfdən xx.xx.2022 -ci il tarixində cavabdehin satıcı kimi tərəf olduğu alğı-satqı müqaviləsi notarial qaydada bağlanan zaman iddiaçının qəyyumu Nümayəndə 051-207-2145 nömrəli telefondan cavabdehin saat 14:24 də yazdığı «notariusdayam, bitirib gəlirəm evə» mesajına çox şükür allaha» cavab mesajı yazması, alğı-satqıdan 15 gün sonra, yəni 12 yanvar 2023-cü il tarixində 3 saylı Asan xidmətə gedərək cavabdehi və onun oğlu Salehi öz evinə qeydiyyata salması, 13 yanvar 2023-cü ildə də evin bir çox əşyalarını - divan və kreslolar, həyətdəki skamya, hətta hamamdakı unitazı belə çıxarıb öz evinə aparması bir daha sübut edir ki, o bağışlama müqaviləsinin də, alğı-satqı müqaviləsinin də mənasını başa düşmüş və onun hüquqi nəticələrini dərk etmişdir. Digər tərəfdən iddiaçının qəyyumu Nümayəndə keçmiş polis işçisi olması və 5 ildir "xxxx" MMC (VÖEN **********) lizinq şirkətinə rəhbərlik etməsi bir daha sübut edir ki, o imzaladığı sənədlərin mənasını anlamaya bilməzdi. İddiaçının qəyyumu Nümayəndə iddia edir ki, cavabdeh evi notarial alğı-satqı müqaviləsində göstərilən 280.000 manata deyil, 520.000 manata satmış və oradan ona qəyyum kimi müəyyən miqdarda pul verməyi vəd etmiş, lakin vədini yerinə yetirməmişdir. Nəzərə alsaq ki, alğı-satqı xx.xx.2022-ci ildə baş tutmuşdur və ödəniş notariusun depozit hesabı vasitəsilə aparılmışdır, onda 520.000 manata əmlak satışı söhbəti həqiqətdən çox uzaq olduğu aydındır. Digər tərəfdən cavabdehin borclu olduğunu bildirən iddiaçının qəyyumu Nümayəndə cavabdehə xx.xx.2023 və xx.xx.2023 tarixlərində yazdığı «oldu 305m borcum sənə», «oldu 390m aramızda borc mənim sənə verəcəyim», «Səni hamıdan çox istəyirəm həmişə mənə dayaq olmusan Mən onu danmaram» və «Sənnən ötrü hər şeyi edərəm biləsən» mesajlarında cavabdehin ona yox, özünün cavabdehə borclu olduğunu təsdiqləmişdir. İddiaçının qəyyumu Nümayəndə iddia edir ki, cavabdeh evi satıb ona müəyyən məbləğdə pul verməsini öhdəsinə götürmüş, lakin öz vədini yerinə yetirməmişdir. Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Belə olan halda bağışlama müqaviləsini imzalamamışdan əvvəl iddiaçının qəyyumu Nümayəndə bağışlama üçün cavabdehin hansı öhdəlikləri üzərinə götürdüyünü müqavilədə göstərə bilərdi, lakin müqavilədə cavabdehin öhdəliyi ilə bağlı heç bir müddəa yoxdur. İddiaçının qəyyumu Nümayəndə bildirir ki, cavabdeh öz evini satılarkən iddiaçı onun mənzilində qeydiyyatda olduğu üçün onun razılığını almalı idi, lakin belə razılıq olmamışdır. Bildirirəm ki, iddiaçı satdığı evdə qeydiyyatda olmamışdır. Bunu sübut edən fakt iddia ərizəsinə əlavə edilən sənəd sübut edir. Bu sənədə görə iddiaçının qeydiyyat ünvanı ünvan 2eydiyyatdadır), satılan evin ünvanı isə Bakı Şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yasayis massivi, Badamdar sossesi, ev 27A olmuşdur. Bu ünvanda isə yalnız cavabdeh və onun oğlu qeydiyyatda olmuşlar. İddiaçının qəyyumu Nümayəndə iddia ərizəsində həmçinin X24 ilə Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin də etibarsızlığı məsələsini qoysa da bu tələb qanunsuz tələbdir. Belə ki, birgə nikah dövründə alınmış daşınmaz əmlakın və ya hüquqların bağışlanması zamanı ərin (arvadın) razılığı tələb olunur, iddiaçı isə bu kateqoriyaya aid deyildir. İddiaçının fəaliyyət qabiliyyəti olmamasına görə verdiyi etibarnamənin etibarsızlığına dair iddialar həmçinin bu sübutlarla təkzib olunur. İddiaçı 2018 ci ildə sahibkar kimi fəaliyyət göstərib. 2018 iyun ayına kimi vergi və sosial ödənişlər edib. 2017-2018 ci ildə X42 prospektində yerləşən Yasamal filialına (3 dəfə şəxsən cavabdehlə gedib) gedərək onun hesabına fərdi sahibkar kimi gələn vəsaiti çıxarıb. Aydındır ki, özünü idarə edə bilməyən adama Beynəlxalq Bank xidmət göstərməz və kassadan pul verməz. Belə ki, 2017 ci ilin oktyabr ayından (yəni iddiaçı xəstəxanadan çıxdıqdan 1 ay sonra) 2018 ci ilin iyul ayına qədər onun Beynəlxalq Bankda olan sahibkar hesabına ayrı-ayrı vaxtlarda 84000 manat pul gəlib. 15 dəfə iddiaçı Bankdan nəğd pul çıxarıb. (Bu faktlar məhkəmənin sorğusuna bankdan verilən cavablarda öz əksini tapmışdır). Çünki o vaxt iddiaçının sağlamlıq durumunda müsbət irəliləyişlər var idi. Hətta hamı onun tamamilə normal həyata qayıdacağına inanırdı. Etibarnaməni də onun qəyyumu Nümayəndə iddiaçının sağlamlıq durumunun yaxşı vaxtlarında almışdır. İddiaçının qəyyumu Nümayəndə hərəkətlərinə diqqət yetirdikdə açıq aydın görünür ki, o, iddiaçının xəstəliyi ilə manipulyasiya edir. Hansı təşkilatda bir problem yaranan kimi, iddiaçını ora aparır. O iddiaçının adına olan Beyləqan rayonundakı fermanı və torpaq sahəsini həmin etibarnamə ilə satıb. Sonra da iddiaçının xəstəliyinin ağırlaşmasından istifadə edərək, bu məhkəmədə qaldırdığı iddia ilə həmin əməliyyatları da ləğv etmək istəyir. Bir növ iddiaçının xəstəliyini özünə sipər kimi istifadə edir. 1 -ci qrup xəstəyə qəyyumluq etmək pərdəsi ilə, iddiaçıdan əldə etdiyi etibarnamə ilə dəfələrlə əməliyyatlar etsə də dövlətin 3 notariusuna da şər-böhtan atır. İddiaçının qəyyumu Nümayəndə xarakterizə edən hallardan biri də odur ki, bu şəxs hətta öz doğma bacıları ilə məhkəmədə ev davası edir. Öz doğma 4 bacısını ata evindən çıxarmaq tələbi ilə Qaradağ rayon Məhkəməsində iddia qaldırmış və məhkəmədə bu barədə 2(002)-1406/2022 saylı iş olmuşdur. İddiaçının qəyyumu Nümayəndə Badamdarda 3 mərtəbəli evi olduğu halda kasıb, evsiz bacılarını 45,73 kv.m. ata evindən çıxartmaq uğrunda mübarizə aparır. xx.xx.2022 tarixində Qaradağ rayon məhkəməsi onun iddiasını rədd etmiş, Bakı Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayəti də 2(103)-7150/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamə ilə təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Nümayəndə izahatında bilıdirmişdir ki, İddiaçı sözügedən evdə qeydiyyatdadır. Notarius onu aldadıb. O, bağışlama müqailəsinə heç vaxt imza çəkməmişdir. Məhkəmə iclasında iştirak edən Nümayəndə və vəkili Vəkil2 izahatında buildirmişdir ki, barəsində mübahisə gedən evin keçmiş çıxarışı var, hansı ki, orda qeyd edilib, Badamdar qəsəbəsi, Badamdar şossesi, birinci yaşayış massivi ev 27A. Pasport şöbəsi orada “Badamdar şossesi, 1-ci yaşayş massivi” sözünü yazmayıbsa, ev 27 yazıbsa, bu o demək deyil ki, onlar fərqli ünvanlardır. Mübahisəli olan evdə şəxslər qeydiyyatda olublar. İş materiallarında Forma 2 arayış var ki, neçə nəfər həmin evdə qeydiyyatdadır, eyni zamanda da iddiaçı və onun övladları da o siyahıda var. Notarius tərəfindən çıxarışda olan ünvanla bağlı sorğu verilib, hansısa səbəbdən orada yalnız cavabdeh və onun övladlarının qeydiyyatda olduğu göstərilib. Həmin vaxt iddia edirlər ki, iddiaçı şüurlu şəkildə olub. İddiaçı xəstəxanadan çıxdıqdan sonra birinci qrup əlillik dərəcəsi alıb. Həmin o sənədlər də iş materiallarına əlavə olunub. Diaqnozda göstərilən xəstəliklərin birbaşa psixi pozuntu ilə əlaqəsi var. Həmin xəstəlikləri araşdırsaq şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs olmasını görərik. Bir neçə dəfə notariusa müraciət olunub, iddiaçının vəziyyətini görüb etibarnamə verməyiblər. Qarşı tərəf deyir ki, iddiaçı əvvəl yaxşı olub, təfəkkürü yerində olub, öz baxıcısı təsdiqlədi ki, şəxs eyni vəziyyətdə olub. Yəni diaqnozda heç bir dəyişiklik yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı 2017-ci ildə xəstə olanda 28 saylı notariusda müxtəlif əməliyyatlar edib. Heç sağlam olanda bu qədər əməliyyatlar etməyib. Badamdar yolu ümumi yoldur, həmin yolda 3 yaşayış massivi var. Onlardan biri də birinci yaşayış massividr. Onlar Badamdar yolunda qeydiyyatdadılar. Bağışlanan ev 1-ci yaşayış massivindədir. Amma Kəmalənin qeydiyyatda olduğu Badamdar yoludur. Həmin yolda da 3 massiv var. Bütün çıxarışlarda 1-ci yaşayış massivi yazılıb. Onlar fərqli ünvanlardır. DİN-nin 5 arayışı var. Heç birində Kəmalənin adı yoxdur. Ümumiyyətlə tərəf başdan ayağa yalan danışır. Nümayəndə Kəmalənin adından danışmağa mənəvi haqqı yoxdur. Bakı Apellyasiya Məhkəməsi Xəstəxanadan 114 min manat pul kəsdi ki, alınıb Kəmaləyə verilsin. Azər o puldan bir manat da Kəmaləyə xərcləmədi. O puldan 80 min manata Şıxovda torpaq aldı. Bacısı xəstədir deyə dillənməmişdir. Yalandan Türkiyəyə səhər apardı, axşam qaytardı ki, müalicəsi yoxdur. Dövlətin ona ayırdığı pulu belə o qıza xərcləməmişdir. Bunlar evlənəndə nə evləri var idi, nə də maşınları. Onlara Badamdarda 3 sot torpaq alıb vermişdi. Həmin torpaqda ev tikmişlər. Səs yazıları var ki, alğı-satqı olan günü gəlib pul alıb. Hər şeydən xəbərdardır, sadəcə Kəmalənin vəziyyətindən sui-istifadə edir. Əslində ona pul düşmürdü, sadəcə xəstəsi olduğu üçün Azərə 30 min manat pul vermişdir. Qəyyum təyin olunandan sonra vəziyyətdən sui-istifadə etməyə başlamışdır. Ona pul verəndən sonra dəfələrlə pul istəməyə başladı. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndə və vəkili Vəkil1 izahatında bildirmişdir ki, məhkəmənin sorğusu əsasında notariusdan daxil olmuş sənədlərdən bəlli olur ki, anlaqsız dedikləri şəxs 7 dəfə notariat hərəkətləri aparıb, iddiaçının o zaman həyat yoldaşı olan şəxs də bağışlama müqaviləsinə imza atıb. Deyir ki, ev satışından xəbəri olmayıb, amma ev satılandan sonra oğlu aparıb Arzu xanımı evə qeydiyyata salıb. Nümayəndə keçmiş polis işçisidir, o cümlədən Aqro Lizinq şirkətinə rəhbərlik edir, o boyda şirkəti idarə edən şəxs necə ola bilər ki, nəyə imza atdığını bilmir?! Danışırlar, ancaq heç bir sübut gətirmirlər. İddiaçının atası X24 ilə Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsızlığı qanunsuz tələbdir. Belə ki, birgə nikah dövründə alınmış daşınmaz əmlakın və ya hüquqların bağışlanması zamanı ərin, arvadın razılığı tələb olunur. İddiaçı isə bu kateqoriyaya aid deyildir. Şahidlərdən biri iddiaçının qızıdır, digəri də baxıcısı. Baxıcı özünün də dediyi kimi orda pul müqabilində işləyir. Hər ikisi maraqlı şəxslərdir. Məhkəmə iclasında şahid X26 ifadəsində bildirmişdir ki, anası xəstəxanadan çıxan gündən bu günə qədər özünü idarə edə bilmir. Xalası anasının payını verməsinə söz vermişdi. Xalasının atasına birinci 3 min manat, sonra isə 15 min manat pul verdiyini eşitmişdir. Məhkəmə iclasında şahid X25 ifadəsində bildirmişdir ki, 2019-cu ilin dekabrın 4-dən iddiaçıya pul müqabilində qulluq edir. Kəmalə özü yeriyə bilmir, yemək yeyə bilmir, danışa bilmir. Kəmalənin ata evində iki payı olduğunu eşitmişdir. Azərlə Arzunun aralarındakı söhbəti eşitmişdir. Söhbət zamanı Arzu pul verəcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AR-İİ 139548 nömrəli, 06 iyul 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Nümayəndə bütün əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi, bütün müqavilələri bağlamağa dair 15 il müddətinə etibarnamə verilmişdir. Əllərin əsməsi səbəbindən İddiaçı tapşırığı ilə X1 Kəmalə Dilqəm qızının iştirakı ilə imzalanıb. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 1-ci yaşayış massivi, ev 27 a xx.xx.2013-cü il tarixdə 1/5 hissədə X4, 1/5 hissədə X20, 2/5 hissədə İddiaçı, 1/5 hissədə X9 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X44, X27, X38, X13, X24, X45, X33, X53, X39, X21, X46, X16, X61, X47, X40, X48, X30, X3, X41, X52, X34, X35, X28, X6, X14 ünvan 4 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan 011847 nömrəli, xx.xx.2018-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı müddətsiz birinci qrup əlildir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 2(103)-10942/2018-ci il tarixli qətnaməsindən görünür ki, “Nord Star” şirkətindən maddi zərərə görə 59000 manat çəkilmiş xərclər və 15808.05 manat itirilmiş qazanc, mənəvi zərərə görə 40000 manat pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-1286/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 128 nömrəli, xx.xx.2022-ci il tarixli Sərəncamından görünür ki, İddiaçı üzərində həyat yoldaşı Nümayəndə qəyyum təyin edilmişdir. İş materiallarında olan AN-İ ******* nömrəli 14 iyul 2022-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə 2/5 hissəsini Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Badamdar şossesi, ev 27A, yeni qaydalarla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi, 320 xüsusi mülkiyyət kimi Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçib. İş materiallarında olan AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Badamdar şossesi, ev 27A, yeni qaydalarla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi, 320 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini Cavabdeh3 280000 manata satmışdır. İş materiallarında olan 27.12.222-ci il tarixli kassa mədaxil orderindən görünür ki, X7 ******************** hesabına 280559.92 mant köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 320 ünvanında X29, X32 qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 320 ünvanında X29, X32, Cavabdeh2 qeydiyyatdadır. İş materiallarında olan "xxxx" ASC-nin məhkəmə qərardadı əsasında xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı məktubdan görünür ki, İddiaçı "xxxx" ASC-nin Şərifzads filialının müştərisidir və onun adına xx.xx.2017-ci il tarixdə ********** saylı VÖEN ile AZ65İBAZ******************** saylı sahibkar hesabı açılmışdır. İddiaçır adına Bankın əməliyyat sistemində həmçinin xx.xx.2021 -ci il tarixdə açılmış AZ15İBAZ******************** saylı pensiya hesabı da aşkar edilmişdir. Qeyd olunan hesablar üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə aparılmış əməliyyatlara dair çıxarışlar məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı adından Bakı şəhəri 19, 28, 45, 48 saylı notariat ofislərində, Füzuli rayon notariat ofisində, Beyləqan rayon 1 saylı notariat ofisində və 3 saylı “Bakı” “ASAN Xidmət” mərkəzində notariat ofisində notariat hərəkətləri aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. İş materiallarında olan etibarnamədən görünür ki, İddiaçı əllərinin əsməsi ilə bağlı öz dəsti-xətti ilə ad və soyadını yaza bilmədiyinə görə etibarnamə onun iştirakı və razılığı ilə onunla birlikdə gələn X25 tərəfindən imza olunaraq ad və soyad yazılmışdır. Məhkəmənin sorğusu əsasında bankdan və notariusdan daxil olmuş sənədlərdən bəlli olur ki, etibarnamə verilən zaman İddiaçı tərəfindən bankda və notariat orqanında birneçə əməliyyatlar edildiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının etibarnamənin etibarsız hesab edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Məcəllənin 667.1-ci maddəsinin tələbləri ilə bağlı qeyd edir ki, həmin maddəyə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Mübahisəli ev birgə nikah dövründə əldə olunan əmlak olmamışdır. Belə olan halda mübahisəli evdəki payını X2 Arzu Dilqəm qızına Mülki Məcəllənin 667.1-ci maddəsinin tələbləri pozulmamışdır. İddiaçı iddia tələbində bağışlama müqaviləsinin etibarsızlığının əsası kimi həmin müqavilənin iradəsinə zidd olaraq, müqavilə bağlamağa inzibati orqanının aldatmasını göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əqdin – bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı gətirdiyi dəlillərin heç birinin hüquqi əsası olmadığından iddia tələbi bağlanılmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-943/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-943/2023
31.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver