Məhkəmə qərarları › İş №2(009)-961/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-961/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-961/2021 30.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" KB ASC-yə (Sumqayıt şəhər İcra və Probasiya şöbəsi üçüncü şəxs kimi qeyd edilən) qarşı “X4 yekun protokolun, əmlakın qiymətləndrilməsi barədə hesabatın, hərracın nəticələrinin və onun əsasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" KB ASC-yə (Sumqayıt şəhər İcra və Probasiya şöbəsi üçüncü şəxs kimi qeyd edilən) qarşı “X4 yekun protokolun, əmlakın qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələrinin və onun əsasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanının qiymətləndirilməsinə dair cavabdeh "xxxx" MMC-nin 01 avqust 2019-cu il tarixli X4 Y-213 saylı protokolunun, əmlakın qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələrinin, onun əsasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və mənzilə dair verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 2616/2016 saylı, 13 may 2016-cı il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin ona və digər cavabdehlərə qarşı iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-41/2018 saylı, 24 may 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-41/2018 saylı, 24 may 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin 2(102)-688/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra vərəqəsi üzrə icraata başlanılmışdır. Sumqayıt şəhəri üzrə icra şöbəsinin sifarişli məktubuna əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən "xxxx" MMC tərəfindən ona məxsus mənzilin ilkin satış qiyməti 52000 manat məbləğində müəyyən olunmuş və ona məxsus mənzilin satılmış son qiyməti 33150 manat olmuşdur. Cavabdeh "xxxx" KB ASC ona məxsus mənzili 33150 manata almışdır. Bundan sonra cavabdeh "xxxx" KB ASC ona və digər cavabdehlərə qarşı Sumqayıt şəhər Məhkəməsində iddia qaldırmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6406/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin ona və digər cavabdehlərə qarşı iddia tələbi təmin edilmiş, onun və digər cavabdehlərin ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6406/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Cavabdeh "xxxx" MMC-nin 01 avqust 2019-cu il tarixli X4 yekun protokolunu tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, ona məxsus mənzilin hazırkı bazar qiyməti 70000 manatdan çoxdur. Belə olan halda cavabdeh tərəfindən ona məxsus mənzilin ilkin satış qiymətinin 52000 manat məbləğində müəyyən olunması və 33150 manata satılması tamamilə qanunsuzdur. Həmin qiymət mənzilin real bazar qiymətindən dəfələrlə aşağıdır. Hesabat həqiqəti əks etdirmədiyindən etibarsızdır. Ona görə də hesab edir ki, cavabdeh "xxxx" MMC-nin 01 avqust 2019-cu il tarixli X4 Y-213 saylı protokol, əmlakın qiymətləndirilməsi barədə hesabat, hərracın nəticələri və onun əsasında bağlanmış müqavilə etibarsız hesab edilməli və çıxarış ləğv olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X6 izahatında göstərmişdir ki, Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinin 10.05.2019-cu il tarixli sifarişinə əsasən "xxxx" MMC tərəfindən icra sənədi üzrə borclu İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mkr, 10A saylı evin, 22 saylı mənzilinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ilkin satış qiyməti 52000 manat olmaqla hərraca çıxarılmış, hərracın keçirilməsi barədə sifarişçiyə, Banka və borcluya bildiriş göndərilmiş və tərəflərin hərracın keçirilməsi barədə məlumatları olmuşdur. “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə qiyməti – 33150 manat müəyyən edilməklə ipoteka saxlayan "xxxx" KB ASC-yə satılmış və həmin protokol əsasında sözü gedən əmlakın "xxxx" KB ASC-yə satılmasına dair alqı-satqı Müqaviləsi bağlanmış və X4 Y-213 saylı protokol tərtib edilmişdir. Hərrac keçirilən zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Hazırda iddiaçının əmlakın ilkin satış qiymətini mübahisələndirməsi əsassızdır. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdeh "xxxx" MMC və üçüncü şəxs Sumqayıt şəhər İcra və Probasiya Şöbəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdeh "xxxx" MMC-nin və üçüncü şəxs Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbləri aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkməsinin 18.01.2019-cu il tarixli, 2(102)-688/2019 saylı qərarından görünür ki, cavabdeh Dadaşov Dadaş Həşim oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-41/2018 nömrəli iş üzrə 24 may 2018-ci il tarixli qətnaməsinin Sumqayıt Şəhər Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(060)-2616/2016 saylı qətnaməsinin dəyişdirilən hissəsində, yəni «cavabdehlər Dadaşov Dadaş Həşim oğlundan və İddiaçı müştərək qaydada 17-1/14SU saylı, 04.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə 100 (yüz) ABŞ dolları və 17-2/14SU saylı, 05.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 50 (əlli) ABŞ dolları cərimə borcları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin”, “05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit müqaviləsi üzrə Dadaşov Dadaş Həşim oğlunun borcunun ümumi məbləği 3.290,74 (üç min iki yüz doxsan manat 74 qəpik) manat müəyyən edilsin” hissələrində dəyişdirilmədən saxlanılması, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-41/2018 nömrəli iş üzrə 24 may 2018-cı il tarixli qətnaməsinin Sumqayıt şəhər Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(060)-2616/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılan, yəni “03.04.2014-cü il tarixli, 17/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 04.04.2014-cü il tarixli, 17-1/14SU saylı Əlavə kredit müqaviləsi üzrə 22.125,21 ABŞ dolları əsas kredit borcu, 1.718,89 ABŞ dolları məbləğində faiz borcu, 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2.999,70 manat, faiz borcu üzrə 291,04 manat, cəmi 3.290,74 manat, 05.12.2014-cü il tarixli, 17- 2/14SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 7.843,42 ABŞ dolları, faiz borcu üzrə 513,86 ABŞ solları kredit borcunun cavabdehlər Dadaşov Dadaş Həşim oğlundan və İddiaçı müştərək qaydada iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması, dövlət rüsumu kimi ödənilmiş məbləğin əvəzi olaraq 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehlər Dadaşov Dadaş Həşim oğlundan və İddiaçı müştərək qaydada tutularaq iddiaçı “Unibank" Kommersiya Bankı ASC-yə ödənilməsi, borcun ödənilməsi üçün tutmanın ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mkr ünvanında yerləşən 10A saylı evin 22 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına Dadaşov Dadaş Həşim oğlunun 04.04.2014-cü il tarixli, 17-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə 26,728,33 ABŞ dolları, 05.08.2014-cü il tarixli, 05.12.2014-cü il tarixli, 17- 2/14SU saylı əlavə kredit müqaviləsi üzrə 8.846,14 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 52000 manat məbləğində müəyyən edilməsi, cavabdehlər İddiaçı, Dadaşov Dadaş Həşim oğlunun, X3 və X5 Sumqayıt şəhəri, 13-cü mkr ünvanında yerləşən 10A saylı evin 22 saylı mənzilindən açıq hərracda satıldıqdan sonra 1 ay ərzində çıxarılmalarına dair” hissəsi apellyasiya baxışının predmeti olmadığı üçün ləğv edilməsi qərara alınmışdır. Həmin Qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(060)-1516/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 03.04.2014-cü il tarixli, 17/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 04.04.2014-cü il tarixli, 17-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə 22.125,21 ABŞ dolları əsas kredit borcu, 1.718,89 ABŞ dolları məbləğində faiz borcu, 2.884,23 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 26.728,33 ABŞ dolları məbləğində kredit borcu, 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2.999,70 manat, faiz borcu üzrə 291,04 manat, cəmi 3.290,74 manat, 05.12.2014-cü il tarixli, 17-2/14SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 7.843,42 ABŞ dolları, faiz borcu üzrə 513,86 ABŞ dolları, cərimə borcu üzrə 488,86 ABŞ dolları, cəmi 8.846,14 ABŞ dolları məbləğində kredit borcunun cavabdehlər Dadaşov Dadaş Həşim oğlundan və İddiaçı müştərək qaydada iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması, dövlət rüsumu kimi ödənilmiş məbləğin əvəzi olaraq 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehlər Dadaşov Dadaş Həşim oğlundan və İddiaçı müştərək qaydada tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi, borcun ödənilməsi uçun tutmanın ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mkr ünvanında yerləşən 10A saylı evin 22 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına Dadaşov Dadaş Həşim oğlunun 04.04.2014-cü il tarixli, 17-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə 26.728,33 ABŞ dolları, 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit müqaviləsi üzrə 3290,74 ABŞ dolları, 05.12.2014-cü il tarixli, 17-2/14SU saylı əlavə kredit müqaviləsi üzrə 8846,14 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 52000 manat müəyyən edilməsi, cavabdehlər İddiaçı, Dadaşov Dadaş Həşim oğlunun, X3 və X5 Sumqayıt şəhəri, 13-cü mkr ünvanında yerləşən 10A saylı evin 22 saylı mənzilindən açıq hərracda satıldıqdan sonra 1 ay ərzində çıxarılmaları qət edilmişdir. Həmin Qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)- 41/2018 nömrəli iş üzrə 24 may 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Dadaşov Dadaş Həşim oğlunun apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt şəhər Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(060)-2616/2016 saylı qətnaməsinə cavabdeh Dadaşov Dadaş Həşim oğlunun apellyasiya şikayəti üzrə qismən, cərimə borclarına və 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit müqaviləsi üzrə borcun ümumi məbləğinin valyutaya aid hissələrində dəyişiklik edilərək cavabdehlər Dadaşov Dadaş Həşim oğlundan və İddiaçı müştərək qaydada 17-1/14SU saylı, 04 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 100 (yüz) ABŞ dolları və 17-2/14SU saylı, 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 50 (əlli) ABŞ dolları cərimə borcları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi, 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit müqaviləsi üzrə Dadaşov Dadaş Həşim oğlunun borcunun ümumi məbləği 3290,74 (üç min iki yüz doxsan manat 74 qəpik) manat müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC əmlakın ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə 21.06.2019-cu il tarixdə sürətli poçt xidməti vasitəsilə İddiaçı, Dadaşov Dadaş Həşim oğlunun, X3 və X5 yaşadıqları ünvanlara bildirişlər göndərmişdir. İş materiallarında olan X4 01.08.2019-cu il tarixli, 213 saylı protokoldan görünür ki, Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinin 10.05.2019-cu il tarixli, 79/22 nömrəli sifarişinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mkr ünvanında yerləşən 10A saylı evin 22 saylı mənzili 52000 (əlli iki min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə qiyməti – 33150 (otuz üç min yüz əlli) manata ipoteka saxlayan "xxxx" KB ASC-yə satılmış və həmin protokol əsasında sözü gedən əmlakın "xxxx" KB ASC-yə satılmasına dair 01.08.2019-cu il tarixli alqı-satqı Müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Döalət Reyestri Xidmətindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mkr, 10A saylı evin 22 saylı mənzili "xxxx" KB ASC-nin adına xüsusi mülkiyyət kimi 23.01.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(060)-1516/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 03.04.2014-cü il tarixli, 17/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 04.04.2014-cü il tarixli, 17-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə 22.125,21 ABŞ dolları əsas kredit borcu, 1.718,89 ABŞ dolları məbləğində faiz borcu, 2.884,23 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 26.728,33 ABŞ dolları məbləğində kredit borcu, 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2.999,70 manat, faiz borcu üzrə 291,04 manat, cəmi 3.290,74 manat, 05.12.2014-cü il tarixli, 17- 2/14SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 7.843,42 ABŞ dolları, faiz borcu üzrə 513,86 ABŞ dolları, cərimə borcu üzrə 488,86 ABŞ dolları, cəmi 8.846,14 ABŞ dolları məbləğində kredit borcunun cavabdehlər Dadaşov Dadaş Həşim oğlundan və İddiaçı müştərək qaydada iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması, dövlət rüsumu kimi ödənilmiş məbləğin əvəzi olaraq 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehlər Dadaşov Dadaş Həşim oğlundan və İddiaçı müştərək qaydada tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi, borcun ödənilməsi uçun tutmanın ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 13cü mkr ünvanında yerləşən 10A saylı evin 22 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına Dadaşov Dadaş Həşim oğlunun 04.04.2014-cü il tarixli, 17-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə 26.728,33 ABŞ dolları, 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit müqaviləsi üzrə 3290,74 ABŞ dolları, 05.12.2014-cü il tarixli, 17-2/14SU saylı əlavə kredit müqaviləsi üzrə 8846,14 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 52000 manat müəyyən edilməsi, cavabdehlər İddiaçı, Dadaşov Dadaş Həşim oğlunun, X3 və X5 Sumqayıt şəhəri, 13-cü mkr ünvanında yerləşən 10A saylı evin 22 saylı mənzilindən açıq hərracda satıldıqdan sonra 1 ay ərzində çıxarılmaları qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)- 41/2018 nömrəli iş üzrə 24 may 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Dadaşov Dadaş Həşim oğlunun apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt şəhər Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(060)-2616/2016 saylı qətnaməsinə cavabdeh Dadaşov Dadaş Həşim oğlunun apellyasiya şikayəti üzrə qismən, cərimə borclarına və 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit müqaviləsi üzrə borcun ümumi məbləğinin valyutaya aid hissələrində dəyişiklik edilərək cavabdehlər Dadaşov Dadaş Həşim oğlundan və İddiaçı müştərək qaydada 17-1/14SU saylı, 04 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 100 (yüz) ABŞ dolları və 17-2/14SU saylı, 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 50 (əlli) ABŞ dolları cərimə borcları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi, 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit müqaviləsi üzrə Dadaşov Dadaş Həşim oğlunun borcunun ümumi məbləği 3290,74 (üç min iki yüz doxsan manat 74 qəpik) manat müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkməsinin 18.01.2019-cu il tarixli, 2(102)-688/2019 saylı qərarı ilə cavabdeh Dadaşov Dadaş Həşim oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-41/2018 nömrəli iş üzrə 24 may 2018-ci il tarixli qətnaməsinin Sumqayıt şəhər Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(060)-2616/2016 saylı qətnaməsinin dəyişdirilən hissəsində, yəni, «cavabdehlər Dadaşov Dadaş Həşim oğlundan və İddiaçı müştərək qaydada 17-1/14SU saylı, 04.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə 100 (yüz) ABŞ dolları və 17-2/14SU saylı, 05.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 50 (əlli) ABŞ dolları cərimə borcları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin”, “05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit müqaviləsi üzrə Dadaşov Dadaş Həşim oğlunun borcunun ümumi məbləği 3.290,74 (üç min iki yüz doxsan manat 74 qəpik) manat müəyyən edilsin” hissələrində dəyişdirilmədən saxlanılması, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-41/2018 nömrəli iş üzrə 24 may 2018-cı il tarixli qətnaməsi Sumqayıt şəhər Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(060)-2616/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılan, yəni “03.04.2014-cü il tarixli, 17/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 04.04.2014-cü il tarixli, 17-1/14SU saylı Əlavə kredit müqaviləsi üzrə 22.125,21 ABŞ dolları əsas kredit borcu, 1.718,89 ABŞ dolları məbləğində faiz borcu, 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2.999,70 manat, faiz borcu üzrə 291,04 manat, cəmi 3.290,74 manat, 05.12.2014-cü il tarixli, 17- 2/14SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 7.843,42 ABŞ dolları, faiz borcu üzrə 513,86 ABŞ solları kredit borcunun cavabdehlər Dadaşov Dadaş Həşim oğlundan və İddiaçı müştərək qaydada iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması, dövlət rüsumu kimi ödənilmiş məbləğin əvəzi olaraq 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi edənilmiş 30 manat məbləğində pulun cavabdehlər Dadaşov Dadaş Həşim oğlundan və İddiaçı müştərək qaydada tutularaq iddiaçı “Unibank" Kommersiya Bankı ASC-yə ödənilməsi, borcun ödənilməsi üçün tutmanın ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mkr ünvanında yerləşən 10 A saylı evin 22 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına Dadaşov Dadaş Həşim oğlunun 04.04.2014-cü il tarixli, 17-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə 26,728,33 ABŞ dolları, 05.08.2014-cü il tarixli, 05.12.2014-cü il tarixli, 17- 2/14SU saylı əlavə kredit müqaviləsi üzrə 8.846,14 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 52000 manat məbləğində müəyyən edilməsi, cavabdehlər İddiaçı, Dadaşov Dadaş Həşim oğlunun, X3 və X5 Sumqayıt şəhəri, 13-cü mkr ünvanında yerləşən 10 A saylı evin 22 saylı mənzilindən açıq hərracda satıldıqdan sonra 1 ay ərzində çıxarılmalarına dair” hissəsi apellyasiya baxışının predmeti olmadığı üçün ləğv edilməsi qərara alınmış, qətnamə qanuni qüvvəsini aldığından icra olunması üçün Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə yönəldilmiş, Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinin 10.05.2019-cu il tarixli, 79/22 nömrəli sifarişinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mkr ünvanında yerləşən 10A saylı evin 22 saylı mənzili 52000 (əlli iki min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə qiyməti – 33150 (otuz üç min yüz əlli) manata ipoteka saxlayan "xxxx" KB ASC-yə satılmış və həmin protokol əsasında sözü gedən əmlakın "xxxx" KB ASC-yə satılmasına dair 01.08.2019-cu il tarixli alqı-satqı Müqaviləsi bağlanmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ipoteka predmeti olan ona məxsus Sumqayıt şəhəri, 13-cü mkr ünvanında yerləşən 10A saylı evin 22 saylı mənzilinin ilkin satış qiymətinin, eləcə də hərracdakı satış qiymətinin aşağı olmasını əsas gətirərək, 01 avqust 2019-cu il tarixli, Y-213 nömrəli X4 protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da görünür ki, Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinin 10.05.2019-cu il tarixli, 79/22 nömrəli sifarişinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mkr ünvanında yerləşən 10A saylı evin 22 saylı mənzili qanuni qüvvəyə minmiş məkəmə qətnaməsinə əsasən müəyyən edilmiş 52000 (əlli iki min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə qiyməti – 33150 (otuz üç min yüz əlli) manata ipoteka saxlayan "xxxx" KB ASC-yə satılmış, X4 01 avqust 2019-cu il tarixli, Y-213 nömrəli protokol əsasında sözü gedən əmlakın "xxxx" KB ASC-yə satılmasına dair 01.08.2019-cu il tarixli alqı-satqı Müqaviləsi bağlanmışdır. Qeyd edilənlərlə müəyyən edilir ki, ipoteka predmeti olan Sumqayıt şəhəri, 13-cü mkr ünvanında yerləşən 10A saylı evin 22 saylı mənzil 52.000 (əlli iki min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, daha sonra təkrar hərrac keçirilmiş, ipoteka predmeti ilkin satış qiymətindən 15 faiz aşağı (52000x15/100=7800; 52000-7800) – 44200 manat qiymətlə təkrar hərraca çıxarılmış, təkrar hərrac da baş tutmadığından ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış (44200 manat) qiymətindən 25 faiz aşağı qiymətə (44200x25/100=11050; 44200-11050) – 33150 (otuz üç min yüz əlli) manata almışdır. Məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda hərracın keçirilməsi ilə bağlı tələbləri, hazırki işdə mübahisələndirilən hərracın keçirilmə qaydasını və ipoteka predmeti olan Sumqayıt şəhəri, 13-cü mkr ünvanında yerləşən 10A saylı evin 22 saylı mənzilin ipoteka saxlayana 33150 (otuz üç min yüz əlli) manata satılmasını nəzərə alaraq belə hesab edir ki, cavabdeh tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda hərracın keçirilməsi ilə bağlı tələbləri pozulmamışdır. Məhkəmə vurğulamağı vacib hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. “X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.02.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3-cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə Sumqayıt şəhəri, 13-cü mkr ünvanında yerləşən 10A saylı evin 22 saylı mənzilinin ilkin satış qiyməti qeyd edilən hissədə qanuni qüvvəyə minmiş Sumqayıt şəhər Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(060)-2616/2016 nömrəli qətnaməsi ilə müəyyən edildiyindən, həmin hissədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Belə olan halda həmin qətnamə ilə müəyyən edilmiş hal hazırkı işdə mübahisələndirilə bilməz və həmin halın təkrarən sübut edilməsinə heç bir əsas yoxdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" KB ASC-yə (Sumqayıt şəhər İcra və Probasiya şöbəsi üçüncü şəxs kimi qeyd edilən) qarşı “X4 yekun protokolun, əmlakın qiymətləndrilməsi barədə hesabatın, hərracın nəticələrinin və onun əsasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və s.” tələbi ilə əsassız olaraq məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" KB ASC-yə (Sumqayıt şəhər İcra və Probasiya şöbəsi üçüncü şəxs kimi qeyd edilən) qarşı “X4 yekun protokolun, əmlakın qiymətləndrilməsi barədə hesabatın, hərracın nəticələrinin və onun əsasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" KB ASC-yə (Sumqayıt şəhər İcra və Probasiya şöbəsi üçüncü şəxs kimi qeyd edilən) qarşı “X4 yekun protokolun, əmlakın qiymətləndrilməsi barədə hesabatın, hərracın nəticələrinin və onun əsasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar