Məhkəmə qərarları › İş №2(009)-981/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-981/2023

08.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-981/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, iddiaçılar X7 və İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3, onun nümayəndəsi və vəkili X17 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh3 və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, cıxarışın ləğv olunması, miras əmlakda payların müəyyən edilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh3 və Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 28 saylı notariat ofisində rəsmiləşdirilmiş, xx.xx.2022-ci il tarixli 2V-213 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik işinin təsdiq edilmiş surətinin 14-cü səhifəsindəki - Bakı şəhəri 2 saylı notariat kontorunda xx.xx.2006-cril tarixli, 2v/l-77 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik işinə aid X2 adından üzərində latın qrafikalı əlifba ilə “Mərhum atam 10 yanvar 2006-cı ildə vəfat etmişdir. Atamdan miras qalmış vərəsəlikdən imtina edirəm. Mənə düşən paya vərəsəliyi qəbul etməmişəm və etməyəcəm, müddətin bərpası üçün gələcəkdə məhkəməyə müraciət etməyəcəm” sözləri yazılmış xx.xx.2006-cı il tarixli ərizənin etibarsız hesab edilməsi, Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu tərəfindən Cavabdeh3 adına verilmiş 20 dekabr 2022-ci il tarixli 2V-213 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab olunması, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına qeydə alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********52-10301 olan, qeydiyyat tarixi xx.xx.2022 olan, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi, ev 8 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44.80 kv/m olan fərdi yaşayış evi və 0.008010 ha torpaq sahəsi üzərində miras qoyan X8 vərəsələri - Cavabdeh3, İddiaçı2 və İddiaçı1 1/3 hissələrlə miras payı müəyyən edilərək, Cavabdeh3 1/3 hissədə irs, İddiaçı2 1/3 hissədə irs və İddiaçı1 1/3 hissədə irs alması barədə yeni şəhadətnamələrin verilməsinin cavabdeh Bakı şəhəri 28 saylı Notariat ofisinə həvalə edilməsi, məhkəməyə tərəflərindən ödənilmiş ümumilikdə 200 manat dövlət rüsumunun Cavabdeh3 hər birinə 100 manat olmaqla tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 babası X18 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun vəfatından sonra ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 44.80 kv/m olan fərdi yaşayış evi və 0.008010 ha torpaq sahəsi miras qalmışdır. O, 1998-ci ildən hazıradək həmin evdə faktiki yaşayır (həmçinin daimi qeydiyyatdadır). Belə ki, anası ilə atası faktiki ayrıldıqdan sonra anası onu da götürüb babasının evinə qayıtmışdır və sonra da məhkəmə qaydasında atasından boşanmışdır. Həmin evdə anası, babası, nənəsi Alagöz Quliyeva və subay olan xalası Ruhiyyə Kazımova ilə yaşayırdı. Anası xx.xx.2001-ci ildə vəfat etdikdən sonra atası da ona sahib çıxmadığından Səbail rayon icra hakimiyyətinin xx.xx.2001-ci il tarixli sərəncamı ilə babası Şahmar Quliyev ona qəyyum təyin edilmişdir. Babasının vəfatından sonra isə nənəsi X15 xx.xx.2007-ci ildə ona qəyyum təyin edilmişdir. O, babasının, nənəsinin və ikinci anası olan xalası Ruhiyənin himayəsində sözu gedən evdə böyümüşdür. (MM-nin 27.2-ci maddəsinə əsasən qəyyumluq altında olan şəxsin yaşayış yeri qəyyumun yaşayış yeri sayılır.) Babası vəfat etdikdən sonra da həmin evdə yaşamağa davam edib, ondan istifadə edərək mirası faktiki qəbul etmişdir. Ümümiyyətlə onun başqa yaşayış yeri yoxdur. Nənəsi A.Quliyeva xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Babası vəfat etdikdən sonra onu nənəsi (rəsmi) və xalası İddiaçı2 (faktiki) himayə etmişdir. Babası dünyasını dəyişdikdə İddiaçı1 8 yaşı var idi. Nənəsi də yaşlı idi. Xalası Ruhiyyə ailə quranadək, yəni 2012-ci ilin dekabrın yayınadək bu evdə fasiləsiz yaşamış, ona analıq etmiş, əmlaka sahiblik etmiş və idarə etmişdir, ailə qurduqdan sonra da bir ana kimi ona himayə edərək daim ata yurduna gəlib getmiş, nənəsi yaşlı olduğundan ona baxmış, evin məişət problemlərini, yemək-içmək məsələlərini həll etmişdir, hətta xalası əşyalarının bəzilərini həmin evə gətirmişdir, həftənin bir neçə günü burada qalmış, əmlakın idarəsini davam etdirmişdir. Xalasının başqa evi yoxdur. Xalasının əri Şuşadan qaçqındır, Bilgəhdəki Qağayı pioner düşərgəsindəki qaçqın yataqxanasında bir otaqlı evdə qalır. Həmin ev darısqal və iş yerinə uzaq olduğundan xalası ata yurdunda qalmağa davam etmişdir. Buradan işə gedib gəlir, həftə sonu əri ilə birlikdə yaşadığı qaçqın düşərgəsinə gedib oradakı ev işlərini görüb, ərinin yeməyini bişirib, paltarlarını yuyub, evi təmizləyib ata yurduna qayıdır, yəni xalası həm mübahisəli evi, həm də əri ilə yaşadığı evi idarə edir. Cavabdeh olan dayısı Cavabdeh3 isə mübahisəli evdə qeydiyyatda olsa da, xx.xx.2021-ci ilədək, nənəsi vəfat edənədək ailəsi ilə başqa ünvanda (Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 12) yaşamışdır. Nənəsinin vəfatından sonra isə öz ailəsi ilə yaşadığı evə köçdülər, onu və xalasını çıxdaş etməyə başladılar, xalasının ayağını bu evdən kəsmək üçün əllərindən gələni etməyə başladılar. Cavabdeh3 və onun ailə üzvləri evi satmaq üçün onları evdən çıxartmaq istəyirdilər, aralarında münaqişələr olurdu, onlara müxtəlif məhdudiyyətlər yaratmağa, fiziki və psixi zorakılıqlar etməyə başladılar, ona görə də, o və xalası dəfələrlə DİN-nin qaynar xəttinə və 8-ci Polis bölməsinə yazılı və şifahi müraciətlər etmişlər. PB onaları münaqişəli ailə kimi qeydiyyata alsa da, hər dəfə cinayət işinin başlanmasını rədd edib, mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə edirdi. Ona görə də, o, cavabdehə və onun ailəsinə qarşı “yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin (məhdudiyyətlərin) aradan qaldırılması və s.” iddiası ilə məhkəməyə müraciət etmişdir. ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən və evin həyətyanı sahəsindən istifadəyə maneələrin yaradılmasını cavabdehlərə qadağan etdi. Ali Məhkəmə də xeyrinə qərar qəbul etdi. Bakı Apellyasiya Məhkəməsi də (ikinci icraat uzrə) rayon məhkəməsinin qətnaməsini xx.xx.2023-cü ildə dəyişdirmədən saxladı. Qeyd edilən ev və torpaq sahəsi mərhum babasına məxsus olsa da, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Onlar evi özbaşına tikili kimi bilirdilər. Evin hər hansı sənədinin olduğunu bilmirdilər. Hətta İddiaçı1 xx.xx.2023-cu il tarixədək etibarlı olan şəxsiyyət vəsiqəsində və cavabdehin şəxsiyyət vəsiqəsində də ünvan Ö/T (özbaşına tikili) kimi qeyd edilmişdir. Başqa sənədlərdə də, MKİS-nin arayışlarında da özbaşına tikili kimi qeyd edilir. Yuxarıda göstərdiyi iddia üzrə apellyasiya şikayətinə baxılan zaman isə Bakı Apellyasiya Məhkəməsində (ikinci icraat) xx.xx.2023-cü ildə keçirilən məhkəmə iclası zamanı Cavabdeh3 xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətini məhkəməyə təqdim edərkən onlara və məhkəməyə də məlum oldu ki, Cavabdeh3 evi və torpağı öz adına özəlləşdirərək çıxarış almışdır (çıxarışa əsasən həmin ünvana yeni qaydalarla ünvan 4mişdir). Məhkəməyə gözlənilmədən yeni dəlil təqdim olunduğu üçün məhkəmə iclası təxirə salındı. Bu səbəbdən 28 saylı notariat ofisinə sorğu verilərək vərəsəlik işinin təsdiq edilmiş surəti götürüldü və xx.xx.2023-cü ildə keçirilən məhkəmə iclasında da tədqiq olundu. Məlum oldu ki, cavabdeh Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarından sonra ondan və xalası Ruhiyyədən gizli olaraq Nesterov küçəsi ö\t 8 ünvandakı fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair hüquqları əvvəlcə DƏDKR-də babasının (miras qoyanın) adına dövlət qeydiyyatından keçirərək xx.xx.2022-ci il tarixli çıxarış almış, daha sonra 28 saylı notariat ofisinə müraciət edib qanun üzrə tam irs almaqla vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli 2V-213 reyestr nömrəli şəhadətnamə əldə etmiş və onun əsasında öz adına evi və torpağı özəlləşdirərək çıxarış əldə etmişdir. Bakı Apellyasiya Məhkəməsi də cavabdehin apelyasiya şikayətini rədd edərkən İddiaçı1 qanun üzrə vərəsə kimi miras əmlakdan bərabər pay almaq hüququnun olduğunu da nəzərə almış və bunu qərarın təsviri-əsaslandırıcı hissəsində ətraflı göstərmişdir. O, miras açılandan əvvəl və sonra da mübahisəli evdə yaşamışdır, hazırda da yaşamağa davam edərək miras qoyanın əmlakından faktiki istifadə edir ki, bununla da babasından qalmış miras əmlakı faktiki sahiblik etmək üsulu ilə qəbul etmiş və ümumiyyətlə bu hal işin mübahisəsiz, sübuta ehtiyacı olmayan halıdır. Azərbaycan Respublikası Mülki Məcələsinin 1159.1.3-cu maddəsinə əsasən... bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin maddənin tələbinə əsasən İddiaçı1 də qanun üzrə bərabər pay hüquqlu vərəsə kimi mərhum anası X3 çatası paydan bərabər miras payı almaq hüququm var. Digər İddiaçı2 mərhum X35ə məxsus olmuş mübahisəli evdə yaşayıb böyümüşdür. Bundan başqa evi yoxdur. Həmin evin “kupçası” yox idi. Şəxsiyyət vəsiqələrində, “jek”in arayışlarında həmişə Ö/T yazılırdı. Ona görə də, onlar evi özbaşına tikili kimi bilirdilər. İddiaçı2 atasına məxsus olmuş Vaz-2105 minik markalı avtomobilin isə sənədi (xx.xx.1998-ci il tarixli, AA 060876 nömrəli qeydiyyat şəhadətnaməsi) var idi. Yadındadır ki, qardaşı Cavabdeh3 avtomobili satmağa razılıq vermək adı ilə onu atasının ölümündən təxminən 6 il sonra onu və anasını notariat kontoruna aparmışdı. Orada ona hansısa sənədə imzalatmışdılar. Onun hüquqi savadı olmadığından, proseduru bilmədiyindən və ona açıqlama verilmədiyindən haqlı olaraq elə zənn edirdi ki, notariusdaki prosedur ancaq avtomobilin satılmasına razılıq verilməsi üçündür, elə bilirdi ki, avtomobilin satılması üçün razılıq verməlidir. Lakin xx.xx.2023-cu ildə yuxarıda qeyd edilən Bakı Apellyasiya Məhkəməsindəki iclasdan sonra vərəsəlik işi notariat ofisindən əldə edildikdən sonra bu ilin mart ayında bildi ki, vərəsəlik işinin 14-cü səhifəsində adından başqa şəxs tərəfindən üzərində latın qrafikalı əlifba ilə “Mərhum atam 10 yanvar 2006-cı ildə vəfat etmişdir. Atamdan miras qalmış vərəsəlikdən imtina edirəm. Mənə düşən paya vərəsəliyi qəbul etməmişəm və etməyəcəm, müddətin bərpası üçün gələcəkdə məhkəməyə müraciət etməyəcəm” sözləri yazılmış xx.xx.2006-cı il tarixli ərizənin surəti vardır. Bildirir ki, o, notariusa 2006-cı ildə deyil, təxminən 2012-ci ildə getmiş və bu məzmunda ərizə yazmamışdır, xətt onun deyildir, ərizənin köhnə tarixə saxtalaşdırıldığını ehtimal edir. Qeyd edir ki, vərəsəlik işində hansısa saxtalaşdırma olub-olmaması, xx.xx.2006-cı il tarixli ərizənin saxta olub-olmaması araşdırılmalı, ərizənin əsli məhkəmə tərəfindən götürülüb zəruri ekspertizalar təyin edilməlidir. Ərizədən görünür ki, onda kimin xeyrinə imtina göstərilməmişdir. O vaxt evin və torpağın sənədi olmadığından, avtomobilin satılmasına da etirazı yox idi deyə avtomobilin satılması üçün razılıq ərizəsi vermək uçun notariusa getmişdir. O, miras əmlakdan imtina ərizəsi yazmamışdır, uzun müddət keçdiyindən dəqiq xatırlamır, ola bilər ki, ərizəni yazıb ona imzaladıblar, ya da imzanı ərizənin üzərinə hansısa formada saxtalaşdırıb, düzəldiblər, o, bilir ki, avtomobildən və ya mirasdan imtina ilə bağlı deyil, avtomobilin satılmasına razılıq verməklə bağlı ərizəyə imza etmişdir. Hesab edir ki, vərəsəlik gec açıldığından ərizə köhnə tarixə tərtib edilmişdir. Reallığı bilsəydi, həmin vaxt miras payını tələb edərdi. Cavabdeh3 onu aldadaraq miras payına yiyələndiyini düşünür. Onun bu işləri gizli aparması, yuxarıda qeyd edilən məhkəmə proseslərində (birinci, apellyasiya və kassasiya instansiyalarında) bu barədə heç bir məlumat verməməsi də dəlalət edir ki, o, miras əmlakdan imtina etməmişdir. Bilərək miras əmlakdan imtina etmiş olsaydı, Cavabdeh3 rahatlıqla bu məlumatları məhkəmələrdə açıqlaya bilərdi və bu proseduru onlardan gizli aparmazdı. Cavabdeh gizli olaraq adına çıxarışı almışdır ki, onlar paylarını vaxtında tələb edə bilməsinlər. Lakin “şah qanun deyil, qanun şahdır” prinsipini unutmuşdur. Bakı şəhəri 28 saylı notariat ofisindən bu ilin mart ayında əldə edilmiş xx.xx.2022-ci il tarixli 2V-213 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik işindəki sənədlərdən (işin 6, 8, 10-cu səhifələrindəki vərəsəlik işinin üz qabığı, Cavabdeh3 xx.xx.2006-cı il tarixli ərizəsi, şəhadətnamə) də görünür ki, vərəsəlik işi miras qoyan X8 xx.xx.2006-cı il tarixdə ölümü ilə Bakı şəhəri 2 saylı notariat kontorunda 2v/l-77 reyestr nömrəsi ilə xx.xx.2006-cı ildə açılmış və ancaq miras kütləsinə daxil olan “Vaz 2105 minik markalı avtomobil” üçün Cavabdeh3 Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2006- cı il tarixli şəhadətnamə verilmişdir. Odur ki, yuxarıda göstərilən faktlara əsasən və MM-nin qeyd edilən maddələrinin tələblərindən çıxış edərək, xx.xx.2006-cı il tarixli ərizənin etibarsız sayılması üçün kifayət qədər əsaslar vardır. Notariat sənədlərindən görünür ki, vərəsəlik işi miras qoyanın vəfatından 7 ay sonra açılmışdır. Həmin vərəsəlik işində olan 6 nömrəli MTK-nın notariat kontoruna təqdim edilməsi üçün tərtib etdiyi yaşayış yerindən arayışdan (işin 11-ci səhifəsi) görünür ki, miras qoyan X8 ailə tərkibinə cavabdehlə yanaşı iddiaçılar da daxildir. Bu da miras qoyanın vəfatından sonra ən azı 7 ay keçənədək olan müddətdə orada yaşayaraq miras əmlakı faktiki sahiblənmək və faktiki idarə etmək yolu ilə qəbul etdiklərini bir daha bariz şəkildə sübut edir. İddiaçı2 atasının vəfatından əvvəl və atası vəfat edərkən də mübahisəli evdə yaşayırdı və atasının vəfatından sonra da, ailə quranadək, yəni 2012-ci ilin dckabr ayınadək faktiki olaraq orada daimi - fasiləsiz yaşamışdır, əmlaka sahiblik etmiş və əmlakı faktiki idarə etmişdir. Atası vəfat edəndə anası yaşlı, Ülkər isə azyaşlı (8 yaşı) olduğundan həmin evi o, faktiki idarə edirdi, anasına və Ülkərə o baxırdı, evin saxlanması və məişət məsələlərini həll edirdi. Birgə təsərrüfat aparırdılar. Qardaşı Emin isə ailəsi ilə başqa ünvanda (Abbasqulu Abbaszadə, ev 17, mənzil 12) yaşayırdılar. İddiaçı2 ailə qurduqdan sonra da və hazırda da əmlaka faktiki sahiblənir, idarə edir və ondan faktiki istifadə edir ki, bununla da atasından qalmış miras əmlakı faktiki sahiblik və onu faktiki idarə etmək üsulları ilə qəbul etmişdir. İddiaçı1 və onun cavabdehdən DİN-nə, Səbail RPİ-nin 8-ci PB-nə verdikləri şikayətlər, bu orqanların cavab məktubları və PB-də aparılan araşdırmalar zamanı toplanmış materiallarla və onların nəticələrinə dair qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarla və İddiaçı1 yuxarıda qeyd edilən mülki iddiası üzrə çıxarılan məhkəmə qərarlarında əks olunmuş cavabdehin və onun ailə üzvlərinin izahatları ilə də onun mübahisəli evdə yaşadığı təsdiq edilir. Cavabdeh3 və ailəsi isə anası vəfat etdikdən sonra həmin evə köçmüşlər. Evdən və torpaq sahəsindən imtina etmədiyindən, onları faktiki sahiblik və faktiki idarə etmək üsulu ilə qəbul etdiyindən, xx.xx.2006-eı il tarixli ərizə etibarsız sayılmalı ev və torpaq sahəsindən ibarət olan miras əmlak tərəfindən qəbul edilmiş sayılmalıdır. Vərəsəlik işindəki (2, 25-26 səhifələr) sənədlərdən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və müvafiq torpaq sahəsi üzərində xx.xx.2022-ci ildə miras qoyan X8 mülkiyyət hüquqları tanınaraq DƏDKR tərəfindən adına çıxarış verilmiş, bundan sonra Cavabdeh3 28 saylı notariat ofisinə ərizə ilə müraciəti əsasında ona həmin fərdi yaşayış evi və həyatyanı torpaq sahəsi ilə bağlı xx.xx.2022-ci ildə Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmçinin Cavabdeh3 iddiaçılardan gizli olaraq fərdi yaşayış evi və torpaq üzərində babasının mülkiyyət hüquqlarının 2022-ci ilin dekabrın 13-də DƏDKR-də qeydə alınmasına nail olub, daha sonra notariat ofisindən xx.xx.2022-cu ildə tam irs almasına dair şəhadətnamə alaraq onun əsasında miras əmlakı xx.xx.2022-cu ildə öz adına rəsmiləşdirib çıxarış almışdır. Beləliklə, göründüyü kimi digər cavabdeh 28 saylı notariat ofisi miras qalmış əmlaklara (fərdi yaşayış evi və torpaq sahəsi) dair tam hissədə vərəsə kimi Cavabdeh3 tanımaqla iddiaçıların vərəsəlik hüquqlarını pozmuş, miras əmlakdan onlara düşən payı açıq saxlamamaqla tam vərəsə kimi bütün əmlak payını Cavabdeh3 verməklə miras əmlakdan bərabər pay almaqdan onları məhrum etmişdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçılar mirası qəbul etdikləri andan əmlakın mülkiyyətçis hesab olunurlar. Cavabdeh3 2006-cı ildə miras-vərəsəlik işi açılan zaman və 2022-ci ilin dekabrında mübahisəli əmlakları öz adına keçirən zaman vicdanla və hüquqa uyğun hərəkət etməyərək, hüquqlarından sui-istifadə edərək, 2022-ci ildə miras əmlakı miras qoyanın adına özəlləşdirməsi barədə əvvəlcədən iddiaçılara məlumat verməmiş, bu proseduru onlardan xəbərsiz apararaq notariat ofisinə müraciət etmiş, onların vərəsəliyə gəlmələrini təmin etməmiş, onlara miras paylarından məhrum olmaları ilə nəticələnən ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və eləcə də, bildirmişdir ki, bacısı X9 1997-ci ildə ailə həyatı quraraq ər evinə köçdükdən sonra qısa müddətdə ərindən ayrılaraq ata evinə qayıtmış və bacısı qızı İddiaçı1 babasının evində doğulmuşdur. Yəni Ülkər doğulduğu vaxtdan babasının evində yaşamışdır və onun başqa yaşayış yeri yoxdur. O da, öz atasının 2006-cı ilin yanvar ayının 10-da vəfatından 2012-ci ildə ailə quranadək öz ata evində yaşamışdır. 2012-ci ildə ailə qurduqdan sonra da, o, daim anasının yanında olmuş, anası xəstə yatarkən anasına qulluq etmiş, onun dava dərmanını özü etmiş, iynələrini özü vurmuşdur. Atası vəfat edəndən sonra cavabdehin təzə avtomobili olduğundan, cavabdeh anasına atasına məxsus köhnə avtomobili satmaq istədiyini bildirmiş və anası da buna razılıq vermişdir. O vaxt atasının mülkiyyətində yalnız avtomobil olmuş, ev isə hər yerdə özbaşına tikili kimi qeyd edilmişdir. 2006-cı ildə notariusda açılan vərəsəlik işində də, həmin vərəsəlik işinin yalnız avtomobillə bağlı açıldığı yazılmışdır. O vaxt mənzil istismar sahəsindən verilən arayışda o və Ülkər də atasının ailə üzvləri kimi göstərilmiş və ev özbaşına tikili kimi qeyd edilmişdir. Ata evinin mülkiyyət kimi qeydiyyatdan keçmələri barədə yalnız Ülkərin cavabdehə qarşı mənzildən istifadəyə maneçiliyin aradan qaldırılması barədə iddiası üzrə apellyasiyada ikinci icraatda işə baxılarkən onlara məlum olmuşdur. Belə ki, atasının evinə dair cavabdeh onlardan gizli vərəsəlik işi açdırmış və yalnız özünü tək vərəsə kimi qeyd etmiş və əvvəl atasının adına , sonra öz adına çıxarış almışdır. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia tələbinin əsaslı olduğundan təmin olunmasını xahiş etmiş və eləcə də bildirmişdir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi tamamilə əsassızdır. Belə ki, iddiaçılar mübahisəli evin mülkiyyətçiləridirlər, çünki miras açılmazdan əvvəl də və sonra da və hazırda da həmin evdə yaşadıqlarından mirası faktiki üsulla qəbul etmişlər. Bu iş materialları ilə tam təsdiq olunur və iddia ərizələrində bu xüsusatları ətraflı əsaslandırmışlar və sübutları təqdim etmişlər. Cavabdeh3 iddia ərizəsinə yazılı etirazında göstərmişdir ki, iddiaçılara qarşı xx.xx.2023-cu il tarixdə “İddiaçı1 3600 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, İddiaçı1 və X1 əşyaları ilə birlikdə məcburi qaydada evdən çıxarılması” tələbi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir və həmin iddia ərizəsinin, həmçinin məhkəmə bildirişinin surətini hazirki mülki işə əlavə etmişdir. Bu faktın özü də iddiaçıların miras əmlak olan evdə yaşadıqlarını, miras əmlakə sahibləndiklərini və ondan faktiki istifadə etdiklərini və mirası faktiki qəbul üsulu ilə qəbul etdiklərini sübut edir. AR Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-nin 1322-ci maddəsinə əsasan vərəsəlik şəhadətnaməsi vərəsələrə bir qayda olaraq, mirasın açıldığı gündən 6 ay keçdikdən sonra istənilən vaxt verilə bilər. MM-nin 15.2-ci maddəsinə əsasən fiziki və huquqi şəxslərin özlərinə məxsus mulki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu huquqlara xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli qərarına əsasən vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn olmaması səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Beləliklə yuxarıda göstərilənlərə əsasən iddiaçılar mirası qəbul etdikləri andan əmlakın mülkiyyətçisi hesab olunurlar və vərəsəlik şəhadətnaməsini istənilən vaxt ala bilərlər. Bundan başqa, İddiaçı1 valideynlərinin nikahı 2000-ci ildə məhkəmə qaydasında pozulub, Ülkərin anası 2001-ci ildə vəfat etmişdir, atası da ona sahiblik etmədiyindən, 2001-ci ildə rəsmi olaraq babasının qəyyumluğuna verilmişdir, babası vəfat edən zaman (miras açılan zaman) Ülkər 8 yaşında olmaqla məhdud fəaliyyət qabiliyyətli olmuş və miras açılan zaman üzərində rəsmi olaraq qəyyumluq olmamışdır. Bundan əlavə onu da əlavə qeyd etmək olar ki, MM-nin 373.1 və 377.1-ci maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir və bu müddətin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Cavabdehə qarşı qaldırılan başqa iddia üzrə Bakı Apellyasiya Məhkəməsində (ikinci apellyasiya icraatı üzrə) xx.xx.2023-cu ildə keçirilən iclasadək iddiaçılar evi özbaşına tikili olaraq bilirdilər. Həmin iclasda cavabdeh evin çıxarışını təqdim edəndə iddiaçılara məlum oldu ki, özbaşına tikili olan ev cavabdeh tərəfindən xx.xx.2022-ci ildə özəlləşdirilib. Məhkəməyə gözlənilmədən yeni dəlil təqdim olunduğundan məhkəmə notariat ofisindən vərəsəlik işinin surətinin götürülməsi üçün iclası xx.xx.2023-cu il tarixə təxirə saldı. İddiaçıların vəkili kimi onun tərəfindən də xx.xx.2023-cu il tarixdə 28 saylı notariat ofisinə sorğu verilib vərəsəlik işindəki sənədlərin surətləri götürüldü. Götürülən sənədlərin surətləri xx.xx.2023-cü ildə məhkəmə iclasında tədqiq olundu. Onda iddiaçılara və məhkəməyə məlum oldu ki, Cavabdeh3 Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarından sonra gizlicə özbaşına tikili olan evi miras qoyanın adına qeydiyyatdan keçirib xx.xx.2022-ci ildə çıxarış almış və daha sonra 28 saylı notariat ofisinə müraciət edib, xx.xx.2022-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və daha sonra həmin şəhadətnamə əsasında öz adına xx.xx.2022-ci ildə çıxarış almışdır. Apellyasiya Məhkəməsi xx.xx.2023-cu ildə cavabdehin apellyasiya şikayətini rədd edib, Səbail rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxladı və qərarında iddiaçının mirasdan pay almaq hüququnun olmasını da təsbit etdi. Bundan sonra iddiaçılar “həmin vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, miras payların müəyyən edilməsi və s.” tələblərə dair iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etmişlər. Odur ki, yuxanda göstərilənlərə əsasən iddia müddətinin tətbiq edilməsindən imtina olunmasını və iddia tələblərinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələblərini qəbul etməyərək, onların təmin edilməməsini məhkəmədən xahiş etmiş və izahatında bildirmişdir ki, atası X18 10 yanvar 2006-cı ildə vəfat etdikdən sonra ailə üzvləri - anası və bacıları atasından qalmış miras əmlak paylarından 28 saylı Notariat ofisində rəsmi ərizə yazaraq imtina etmişlər. İddiaçı Ruhiyyə Kazımova 2012-ci ildə X21 ilə nikaha daxil olaraq həyat yoldaşına məxsus yaşayış evinə gəlin getmiş və həmin evə pasport qeydiyyatına düşmüşdür. İddiaçı Ruhiyyə Kazımova 2012-cı ildən həyat yoldaşına məxsus qeydiyyatda olduğu mənzildə yaşamışdır. Anası 2021-ci ildə vəfat etdikdən sonra iddiaçı Ruhiyyə Kazımova onun mülkiyyətində olan və ailəsi ilə birgə yaşadığı Səbail rayonu, Nesterov küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə qanunsuz daxil olaraq və ailə həyatına müdaxilələr edərək mülkiyyətində olan yaşadığı fərdi yaşayış evinə qəsd edərək onu yaşamaq hüququndan məhrum etmək niyyətindədir. Ruhiyyə Kazımova onun mülkiyyətində olan evinə qanunsuz daxil olmasından əlavə özbaşına hərəkətlər etməsi və uşaqlarına nalayiq söyüşlər edərək təhqir etməsi və qonşuların diqqətini cəlb etməsi onun ətrafda nüfuzuna xələl gətirdiyindən evində sərbəst yaşamağına maneəçiliklər yaradır. İddiaçı Ruhiyyə Kazımova miras əmlakdan imtina etmiş və gələcəkdə məhkəməyə müraciət etməyəcək barədə ərizəsi təqdim etmişdir. Ruhiyyə Kazımovanın 17 ildən sonra məhkəməyə müraciət edərək, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunmasına dair iddia tələbinə dair iddia ərizəsinin heç bir hüquqi əsası yoxdur və iddia müddətini ötürmüşdür. İddiaçı1 onun mülkiyyətində olan Səbail rayonu, Nesterov küçəsində yerləşən 8 saylı fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla yaşayır. İddiaçı1 anası vəfat etdikdən sonra atası Qüdrət İddiaçı1 himayəsinə qəbul etməmiş və bu səbəbdən də X35 ona qəyyum təyin olunmuşdur. X35 10 yanvar 2006-cı il tarixdə vəfat etdikdən sonra anası X28 qəyyum təyin edilmişdir. X32 16 noyabr 2021-ci il tarixdə vəfat etdikdən sonra digər iddiaçı Ruhiyyə Kazımova onun mülkiyyətində olan fərdi yaşayış evinə qanunsuz daxil olaraq ona qarşı hədə qorxu gələrək onun və ailəsinin evdə yaşamağına qanunsuz təsirlər göstərmişlər. İddiaçı1 nənəsi Alagöz Quliyeva vəfat etdiyi vaxt artıq 23 yaşı olduğu üçün yəni 18 yaşdan yuxarı olduğu üçün ona qəyyum təyin olunmasına zərurət yaranmamışdır. Çünki 2016-cı ildə Ülkərin 18 yaşı tamam olmuşdu və mülkiyyətində olan fərdi yaşayış evinin onun olmasını bilirdi, 2021-ci ildə nənəsi vəfat etdikdən sonra ona qarşı məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. İddiaçı1 2016-cı ildə 18 yaşı tamam olduğu vaxt vərəsəlik hüququnun tanınması barədə Notariat Ofisinə müraciət etməmiş və 2021-ci ildə ona qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etdiyi vaxtda da, o hazırki iddia tələbi ilə Notariat Ofisinə və məhkəməyə müraciət etməmiş, 2 ildən sonra hüquq mühafizə orqanlarında və məhkəmələrdə ev ilə bağlı mübahisələri apararaq bildiyi halda 2023-cü ildə müraciət etmişdir. İddiaçı1 vərəsə olmasını təsdiq edən hüquq müəyyənedici sənəd mövcud deyildir. İddiaçı1 onun mülkiyyətində olan fərdi yaşayış evindən heç bir pay hüqüqu və subyektiv hüququ yoxdur. İddiaçıların iddia ərizələrində qeyd etdikləri kimi özləri də etiraf edirlər ki, onun mülkiyyətində olan evdən onların məlumatları olmuşdur. Anası vəfat etdikdən sonra iddiaçılar onun mülkiyyətində olan fərdi yaşayış evində ona qanunsuz təsirlər göstərərək yaşamaq hüququna maneçiliklər yaratmışlar. Məhkəmənin nəzərinə çatdırır ki, o, iddiaçıların mülkiyyətində olan fərdi yaşayış evindən məcburi çıxarılmaları barədə iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etsə də, hal-hazırda iddia ərizəsini geri götürmüşdür. İddiaçı2 məhkəməyə yazdığı ərizədə dönə-dönə təkrar edir ki, ata evini o idarə etmişdir. İdarə eləmək deyəndə nəyi nəzərdə tutur? İşığı, qazı, suyu, zibil pullarını o özü ödəmişdir. Əlində də bütün çeklər və göstəricilər var. İkincisi, hər il o, evdə təmin edib. Atasından qalan təkcə o evin kubikləridir. Döşəməni, tavanı, tirlərini dəyişmişdir. Kürsüsüz ev olduğu üçün döşəməsi çürüyürdü, divarları da kiflənirdi. Ona görə də, evin suvağını qaşıtdırıb yenidən bərpa etmişdir. Təzə su xətti çəkmişdir, təzə qaz xətti çəkmişdir. İşığın kabeli mis aliminium calağıydı. Təzə işıq xətti çəkmişdir. Hamı şahiddir ki, o və yoldaşı hər gün evə bazarlıq etmişlər. Ülkəri 3 il 5 fənnən hazırlığa qoymuşdur ki, universitetə qəbul olsun. Hətta əlində yazılı blaknotu var ki, bütün bu dediklərini elədikcə qeyd etmişdir. Evdə olan subay bacısı İddiaçı2 o köçürmüşdür. Atası sağ olanda ərə verdiyi iki qıza heç onun verdiyi cehizi verməyib. Bu günki gün toya gələnlərin hamısı onu, Ruhiyəni yox, toylarına dəvət edir ki, əvəzini versin. Qaldı ki, Ruhiyənin imtina ərizəsi, onu müzakirə etmələrinə dəyməz. Notariat qaydada gedib imza edib, arxasında notariusun möhürü var. Ərizənin əsli notariusun arxivində durur. Notariusdan dəvət olunan hər hansı bir nümayəndə də təsdiq edə bilər ki, arxivdə saxta sənəd olmur. Evin pasportu olub. O, anası öləndən sonra Dövlət Reyestri Xidmətinə müraciət etmiş (həmin vaxtı aralarında ev mübahisəsi yox idi), ona dedilər ki, evin kök sənədi olmasa kupça ala bilməz. Arxivdən araşdırdılar və bildirdilər ki, evin möhürlü pasportu vardır. Onların evlə bağlı bir neçə sualları da oldu. O, Bakı İnzibati Məhkəməsinə müraciət etdi. Hakim araşdırdı və onun məsləhəti ilə İqtisadiyyat Nazirliyinə müracəit etdi. Ruhiyə iddia edir ki, onun imzası saxtalaşdırılıb. Məhkəmədə şahidlər dindirilsəydi əmin olunardı ki, o, düz danışır. Ruhiyə həmin vaxtı mirasdan imtina etmək üçün qaça-qaça getmişdir. Çünki bilirdi ki, ərə getmək üçün onun cehizləri onun tərəfindən alınacaq. Ülkər isə 2-ci dərəcəli vərəsədir. Qanun da onu göstərir ki, birinci dərəcəli vərəsələr sağkən, nəvə vərəsə ola bilməz, övladlıq deyil, qəyyum olması da onu vərəsə edə bilməz. Ülkərin hazırda 25 yaşı var, 18 yaşında gedib pay istəməyib, 7 il müddəti ötürüb. Ülkər iddia müddətini ötürüldüyündən onun tələbi rədd olunmalıdır. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh3 atası X18 10 yanvar 2006-cı ildə vəfat etdikdən sonra ailə uzvləri olan anası və iddiaçı Ruhiyyə Kazımova atasından qalmış miras əmlak paylarından 02 saylı Notariat ofisində rəsmi ərizə yazaraq imtina etmişlər, iddiaçı Ruhiyyə Kazımova miras əmlakdan imtina etmiş və gələcəkdə məhkəməyə müraciət etməyəcəyi barədə ərizə təqdim etmişdir. Ruhiyyə Kazımovanın 17 ildən sonra məhkəməyə müraciət edərək vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunmasına dair iddia tələbinə dair iddia ərizəsinin heç bir hüquqi əsası yoxdur və iddia müddətini ötürmüşdür. İddiaçı1 onun mülkiyyətində olan Səbail rayonu, Nesterov küçəsində yerləşən 8 saylı fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla yaşayır. İddiaçı1 anası vəfat etdikdən sonra babası Şahmar Quliyev ona qəyyum təyin olunmuşdur. Cavabdehin atası və İddiaçı1 isə babası X18 10 yanvar 2006-cı il tarixdə vəfat etdikdən sonra cavabdehin anası X28 qəyyum təyin edilmişdir. İddiaçı1 nənəsi Alagöz Quliyeva vəfat etdiyi vaxt Ülkərin 23 yaşı olduğu uçun yəni 18 yaşdan yuxan olduğu uçun ona qəyyum təyin olunmasına zərurət yaranmamışdır. Çünki 2016-cı ildə 18 yaşı tamam olmuşdur və cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin cavabdehə məxsus olmasını bilirdi. 2021-ci ildə Ülkərin nənəsi və cavabdehin isə X32 vəfat etdikdən sonra Ülkər cavabdehə qarşı məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. İddiaçı1 2016-cı ildə 18 yaşı tamam olduğu vaxt vərəsəlik hüququnun tanınması barədə Notariat Ofisinə müraciət etməmiş və 2021-cı ildə cavabdehə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etdiyi vaxtda da, o, hazirki iddia tələbi ilə Notariat Ofisinə və məhkəməyə müraciət etməmiş, 2 ildən sonra hüquq mühafizə orqanlarında və məhkəmələrdə ev ilə bağlı mübahisələr apararaq, bildiyi halda 2023-cu idə müraciət etmışdir. İddiaçı1 vərəsə olmasını təsdiq edən hüquqmuəyyənedici sənəd mövcud deyildir, İddiaçı1 cavabdehin mülkiyyətində oian fərdi yaşayış evində heç bir pay hüququ və subyektiv huququ yoxdur, yalnız yaşamaq hüququ vardır və yaşayış yeri üzrə də pasport qeydiyyatına düşmüşdur. Göstərilənlərə əsasən iddia tələbinin iddia müddəti ötürüldüyündən rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, ünvan 6 ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 28 saylı Notariat ofisinin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. İş materiallarında olan AZE 14466779 nömrəli, xx.xx.2014-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Qüdərt qızı xx.xx.1998-ci ildə ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-T 177709 nömrəli, xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X19, anası isə X4r. İş materiallarında olan AZE ******** nömrəli, xx.xx.2013-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1976-cı ildə ünvan 8 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 802411 nömrəli, xx.xx.2012-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 və X11 22 dekabr 2012-ci il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan AZ-İİ 242606 nömrəli, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 30 mart 2001-ci il tarixdə ölmüşdür və bu barədə 309 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan AZ-İ 178206 nömrəli, xx.xx.2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 10 yanvar 2006-cı il tarixdə öımüşdür və bu barədə 61 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan AZ-İİ 209114 nömrəli, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 16 noyabr 2021-ci il tarixdə ölmüşdür və bu barədə 746 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının Yetkinlik yaçına çatmayan İddiaçı1 himayə təyin edilməsi haqqında xx.xx.2001-ci il tarixli Sərəncamından görünür ki, Bakı şəhəri, 20-ci sahə, Nesterov küçəsi, ö/t 8-də yaşayan ər-arvad Quliyev Şahmar və onun həyat yoldaşı Quliyeva Alagöz, xx.xx.1998-ci ildə anadan olmuş qız nəvələri İddiaçı1 anası xx.xx.2001-ci ildə öldüyü, Səbail rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsinə əsasən uşağın atası X10 uşaq tələbinə dair iddiası rədd edildiyi və uşaq babasının və nənəsinin himayəsində qaldığı üçün xx.xx.1998-ci ildə anadan olmuş İddiaçı1 babası X8 himayə təyin edilməsinə razılıq verilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının İddiaçı1 qəyyum təyin edilməsi haqqında xx.xx.2007-ci il tarixli Sərəncamından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı1 qəyyum təyin edilmiş babası X18 xx.xx.2006-cı ildə vəfat etdiyi və yetkinlik yaşına çatmayan İddiaçı1 hal-hazırda nənəsinin himayəsində böyüyüb tərbiyə aldığı üçün X15 yetkinlik yaşına çatmayan nəvəsi İddiaçı1 qəyyum təyin edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi, ev 8 (Yeni qaydalarla: ünvan 1 xüsusi mülkiyyət hüququ ilə X8 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi, ev 8 (Yeni qaydalarla: ünvan 1 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Səbail RPİ-nin 8-ci PB-nin baş təhqiqatçısı M.Feyzullayevin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı1 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan Səbail RPİ-nin 8-ci PB-nin baş təhqiqatçısı M.Feyzullayevin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı2 Əahmar qızının, İddiaçı1, X5 və Cavabdeh3 qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə 2V-213 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10 yanvar 2006-cı il tarixdə vəfat etmiş X8 vərəsəsi - ünvan 9 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh3dur və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestrindən X12 verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi, ev 8 (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 44,80 kv.m. olan fərdi yaşayış evi və mülkiyyətində olan 0.008010 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Bakı şəhəri 2 saylı Dövlət notariat kontorunun 46/2006 nömrəli vərəsəlik işi üzrə xx.xx.2006-cı il tarixli 2v/1-77 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 01 yanvar 2006-cı il tarixdə vəfat etmiş X8 vərəsəsi Bakı şəhəri, Səbail rayonu, Nesterov küçəsi, ev 8-də yaşayan oğlu Cavabdeh3dur və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DİN DYPİ tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş qeydiyyat şəhadətnaməsinə əsasən irs qoyana məxsus olan VAZ-2105 minik markalı, buraxılış ili 1981 olan avtomaşındır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 2 saylı Dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 46/2006 nömrəli vərəsəlik işində olan 6 saylı MTK-nın 2006-cı il tarixli arayışından görünür ki, X18 həqiqətən də ünvan 10 ünvanda ölən günə kimi aşağıdakı ailə tərkibi ilə birlikdə yaşamışdır: həyat yoldaşı X15-1938-ci il təv., 1970-ci il təv. oğlu Cavabdeh3 - 1970-ci il təv., qızı X11- 1976-cı il təv., gəlini X13 -1979-cu il təv., nəvəsi X26- 2002-ci il təv., nəvəsi İddiaçı1 -1998-ci il təv. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 2 saylı Dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 46/2006 nömrəli vərəsəlik işində olan X11 tərəfindən ünvan 11 ünvanlanmış xx.xx.2006-cı il tarixli ərizədən görünür ki, onun mərhum atası 10 yanvar 2006-cı ildə vəfat etmişdir. Atasından miras qalmış vərəsəlikdən imtina edir. Ona düşən paya vərəsəliyi qəbul etməmişdir və etməyəcək. Müddətin bərpası üçün gələcəkdə məhkəməyə müraciət etməyəcək. İş materiallarında olan Bakı şəhəri 2 saylı Dövlət notariat kontorunun 46/2006 nömrəli vərəsəlik işi üzrə xx.xx.2012-ci il tarixli 2v-1-355 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 10 yanvar 2006-cı il tarixdə vəfat etmiş X8 vərəsəsi ünvan 10-də yaşayan oğlu Cavabdeh3dur. Şəhadətnamə verilən miras əmlak: Əmanət Bankın Bakı şəhəri Səbail rayon 3538/0348 nömrəli hesabda yerləşən məbləğdən və ona hesablanmış faizdən ibarətdir. İş materiallarında olan 1976-cı il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, ünvan 12 ünvanın sahibi X14r. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 470/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh3, X13 və X20 qarşı yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı1 qeydiyyatda olduğu ünvan 14 ünvanda yerləşən yaşayış sahəsindən və evin həyatyanı sahəsindən istifadəsinə maneələrin yaradılmasının cavabdehlər Cavabdeh3, X13 və X20 qadağan edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-4237/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh3, X13 və X20 qarşı yaçayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-470/2022 saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5888/2022 saylı qərarından görünür ki, iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4237/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1721/2023 saylı qətnaməsindən görünür ki, cavabdehlərin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-470/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Təqdim olunmuş Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 810/2023 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı1 və X6 qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə məcburi evdən çıxarılması tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. Təqdim olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2-749 2000 saylı, xx.xx.2000-ci il tarixli qətnaməsindən görünür ki, X19 ilə X9 arasında xx.xx.1997-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, X9 birgə yaşamanın qeyri-mümkün olması səbəbindən 1997-ci ilin sentyabrında ərinin evindən çıxıb getmiş və həmin vaxtdan ayrı-ayrılıqda yaşamışlar. Məhkəmə hesab edir ki, mübahisəli evə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış qeydiyyatın etibarsızlığı məsələsi həll edilərkən ilk növbədə tərəflərin (o cümlədən digər qanun üzrə vərəsələrin) Şahmar Quliyevdən qalmış miras əmlakı qəbul edib-etməmələri müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanunvericilik, mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Mirasın qəbulunun qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir, yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasın qeyri-formal (faktiki) qəbulunun özü də iki cür olur: miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakına faktiki sahib durur və ya faktiki cəhətdən onu ələ keçirir. Faktiki sahiblik müxtəlif usullarla həyata keçirilir: vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması, yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatının aparılması üçün etmiş olsun. (AR Konstutusiya Məhkəməsi Plenumunun G. Qəhrəmanovanın şikayəti üzrə xx.xx.2014-cu il tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə xx.xx.2022-ci il tarixli qərarı). Yuxarıda göstərildiyi kimi, mirasın faktiki qəbulu özündə miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulunu ehtiva edir. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyada təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 2 saylı Dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 46/2006 nömrəli vərəsəlik işində olan 6 saylı MTK-nın 2006-cı il tarixli arayışdan müəyyən olunur ki, mərhum X18 ünvan 10 ünvanda ölən günə, yəni xx.xx.2006-ci il tarixədək ailə üzvləri ilə birlikdə yaşamış və onun ailə tərkibinə cavabdehlə birlikdə iddiaçılar da daxil olmuşlar. Qeyd olunan vərəsəlik işi üzrə xx.xx.2006-cı il tarixli 2v/1-77 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 01 yanvar 2006-cı il tarixdə vəfat etmiş X8 miras əmlakı VAZ-2105 minik markalı, buraxılış ili 1981 olan avtomaşın olmuş və həmin əmlakdan onun vərəsəsi - oğlu Cavabdeh3 tam hissədə irs almışdır. xx.xx.2006-cı il tarixli, 46/2006 nömrəli vərəsəlik işində olan X2 01 avqust 2006-cı il tarixli ərizəsindən görünür ki, onun mərhum atası 10 yanvar 2006-cı ildə vəfat etmişdir. Atasından miras qalmış vərəsəlikdən imtina edir. Ona düşən paya vərəsəliyi qəbul etməmişdir və etməyəcək. Müddətin bərpası üçün gələcəkdə məhkəməyə müraciət etməyəcək. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında izah etmişdir ki, o da nəzərə alınmalıdır ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Qanunun qeyd olunan normasının tələbini və Konstutusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı X11 tərəfindən ünvan 11 ünvanlanmış mirasdan imtinaya dair ərizə xx.xx.2006-cı il tarixdə, yəni miras açıldıqdan 7 ay sonra verildiyi üçün öz-özlüyündə etibarsızdır və onun məhkəmə qaydasında etibarsız hesab edilməsinə lüzum yoxdur. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan xx.xx.2023cü il tarixli qərarında izah etmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Məhkəmə iclasında sübutlalrın tədqiqi ilə müəyyən olundu ki, İddiaçı1 doğulduğu vaxtdan babası miras qoyan X8 ailə üzvü kimi anası ilə birlikdə və 2001-ci ildə anasının ölümündən sonra da babasının və nənəsinin himayəsində mübahisəli evdə yaşamış və hal-hazırda da yaşamaqda davam edir. Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən...Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə hesab edir ki, İddiaçı1 mübahisəli evə münasibətdə mərhum babasının vərəsəsidir, belə ki, onun anası babasından əvvəl ölmüş, özü isə miras əmlakı ona faktiki sahiblik və onu faktiki idarə etmək üsulu ilə qəbul etmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, İddiaçı2 atasının vəfatından əvvəl və atası vəfat edərkən də, atasının vəfatından sonra da, ailə quranadək, yəni 2012-ci ilin dekabr ayınadək faktiki olaraq orada mübahisəli evdə daimi yaşamışdır, əmlaka sahiblik etmiş və əmlakı faktiki idarə etmişdir. Atası vəfat edəndə anası yaşlı, Ülkər isə azyaşlı (8 yaşı) olduğundan həmin evi o, faktiki idarə etmiş, anasına və Ülkərə o baxmış, evin saxlanması və məişət məsələlərini həll etmiş, birgə təsərrüfat aparmışlar. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlakın hansı usulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması yə təsərrüfatın aparılması uçun icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal usulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik huququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv huququn olmaması səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması huquqlarınm, bu isə öz növbəsində mülkiyyət huququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar (AR Konstutusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı). Bu baxımdan Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ailətəminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir AR Konstutusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarı). Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə xx.xx.2021-ci il tarixli Qərarı). Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh3 2006-cı ildə miras açılan zaman və 2022-ci ilin dekabrında mübahisəli əmlakları öz adına keçirən zaman hüquqlarından sui-istifadə edərək 2022-ci ildə miras əmlakı miras qoyanın adına özəlləşdirməsi barədə əvvəlcədən iddiaçılara məlumat verməmiş, bu proseduru iddiaçılardan xəbərsiz apararaq notariat ofisinə müraciət etmiş, vərəsəliyə gəlmələrini təmin etməmiş, iddiaçılara miras paylarından məhrum olunmaları ilə nəticələnən ziyan vurmuşdur. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı). Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edildi ki, notariat orqanı mirasın açıldığı yerdə olan və mirası faktiki qəbul etmiş iddiaçılar haqqında vərəsəlik işində məlumatlar (yaşayış yerindən arayış) olmasına baxmayaraq, iddiaçıların miras əmlakdan paylarının müəyyən edilməsi istiqamətində heç bir tədbir görməmiş, onların vərəsəliyə çağırılmalarını təmin etməmiş, miras qalmış əmlaklara (fərdi yaşayış evi və torpaq sahəsi) dair tam hissədə vərəsə kimi Cavabdeh3 tanımaqla iddiaçıların vərəsəlik hüquqlarını pozmuş, miras əmlakdan onlara düşən payı açıq saxlamamaqla, tam vərəsə kimi bütün əmlak payını Cavabdeh3 verməklə miras əmlakdan bərabər pay almaqdan iddiaçıları məhrum etmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-213 reyestr №-li Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən venlmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarış ləğv olunmalı, ünvan 15 ünvanda yerləşən, ümumi sahəsi 44,80 kv.m. olan fərdi yaşayış evi və 0,008010 ha torpaq sahəsi üzərində Cavabdeh3, İddiaçı2 və İddiaçı1 hər birinin 1/3 hissədə miras payı müəyyən edilməli, Cavabdeh3 1/3 hissədə miras payı, İddiaçı2 1/3 hissədə miras payı və İddiaçı1 1/3 hissədə miras payı olması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi Bakı şəhəri 28 saylı notariat ofisinə həvalə edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-213 reyestr №-li Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Həmin şəhadətnamə əsasında Cavabdeh3 adına İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən venlmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarış ləğv olunsun. ünvan 15 ünvanda yerləşən, ümumi sahəsi 44,80 kv.m. olan fərdi yaşayış evi və 0,008010 ha torpaq sahəsi üzərində Cavabdeh3, İddiaçı2 və İddiaçı1 hər birinin 1/3 hissədə miras payı müəyyən edilsin. Cavabdeh3 1/3 hissədə miras payı, İddiaçı2 1/3 hissədə miras payı və İddiaçı1 1/3 hissədə miras payı olması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi Bakı şəhəri 28 saylı notariat ofisinə həvalə edilsin. Cavabdeh3 ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun əvəzi tutularaq, hər birinə 100 (yüz) manat olmaqla iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar