Məhkəmə qərarları › İş №2(010)-1003/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1003/2020

16.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1003/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı və İddiaçının vəkili X5 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh və maraqlı şəxs Bakı şəhəri Sabunçu rayonu 16 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh və maraqlı şəxs Bakı şəhəri, Sabunçu rayonu, 16 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh barədə Bakı şəhəri 16 saylı Notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə reyestrdə 2V-74 sayla qeydə alınmış K-1/35-39 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması və onun mərhum X4ndan miras qalmış ünvan 1 “a”-nın 1/2 hissəsinə, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə və mərhum qardaşı X12 verilmiş 11000 manat şəhidlik pulunun 1/2 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 “a” ünvanında yerləşən mülk mərhum X4na məxsusdur. Atasıns 1995-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən göstərilən evə FM seriyalı, 028009 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. Bundan əlavə mərhum atasına Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedən yolun sağ tərəfindəki yarımstansiyaya çatmamış yer ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi (paylı mülk) məxsusdur. X1 anası X25 ilə nikahdan 5 övladı olmuşdur. X3 1960-cı ildə dünyaya gəlmişdir, ölümü barədə məlumat yoxdur, digər qardaşı Cavabdeh xx.xx.1962-ci il təvəllüdlüdür, hazırda həmin evdə qeydiyyatdadır. Digər qardaşı Eyvazov Rövşən Ramiz oğlu xx.xx.1966-cı il təvəllüdlüdür, xx.xx.1992-ci il tarixdə vəfat etmişdir və ailəli olmamışdır. Özü xx.xx.1968-ci il təvəllüdlüdür və digər qardaşı X20 xx.xx.1973-cü il təvəllüdlüdür və xx.xx.1995-ci il tarixdə şəhid olmuşdur. X4 ilə anası X25 xx.xx.1975-ci il tarixdə boşanmışlar. Evlənmələri barədə məlumat yoxdur. X4 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Anası Eyvazova (Abdullayeva) Sona Kazım qızı xx.xx.1991-ci il tarixdə rəhmətə getmişdir. Cavabdeh onu vərəsələr dairəsindən kənarda qoyaraq öz adına, X1 vərəsəlik hüququ haqqında şəhadətnamə almış və pulu tək götürmüşdür. Hesab edir ki, Cavabdeh verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə qeyri qanuni olduğundan ləğv olunmalıdır. O, 16 saylı Notariat Ofisinə müraciət edib xx.xx.2008-ci il tarixdə rəhmətə getmiş X1 adına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmiş və notariat ofisindən ona bildirilmişdir ki, artıq vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh verilmişdir. Ona görə də imtina edilərək məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı İddiaçı məhkəməyə ərizə təqdim edərək mərhum X4ndan miras qalmış ünvan 1 “a”-nın 1/2 hissəsinə və Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, atası rəhmətə gedənə qədər və ondan sonra mübahisəli evdə yaşamışdır. Belə ki, onun oğlu cavabdehin qızı ilə evlənib birlikdə həmin evdə yaşayır. O da həmişə mübahisəli evdə yaşayıb və ona məxsus bütün əşyaları da indiyə kimi həmin evdədir. Atasının dəfn mərasimi o keçirtmiş, bütün dəfn xərclərini çəkmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaşının vəkili X10 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Ramiz oğlu əvvəlki məhkəmə iclasında izahat verərək iddianı qismən qəbul etdiyini bildirmiş, mübahisəli evin 2 otaqdan ibarət olduğunu, orada özünun yaşadığını bildirərək, digər miras qalmış Dədə Qorqud qəsəbəsində yerləşən torpaq sahəsində yerləşən evin iddiaçıya verilməsinə etiraz etmədiyini bildirmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maraqlı şəxs Bakı şəhəri, Sabunçu rayonu,13 saylı Notariat Ofisinin nümayəndəsi məhkəməyə məktub göndərib, məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X27 məhkəməyə iddia ərizəsinə etiraz göndərərək Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 300 m2 torpaq sahəsinin mərhum bacısı X14 məxsus hissəsi bacısından ona miras miras qalmışdır. Bu hissəsə torpaq sahəsinin mülkiyyətçisidir. Odur ki, məhkəmədən həmin hissədə iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs qismində işə cəlb edilmiş X21 məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə X17 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 bildirmişdir ki, iddiaçı onun xalası oğludur. İddiaçı 2008-ci ildən orada mübahisəli evdə yaşamışdır. Atalarının ölümündən sonra yola getmədikləri üçün iddiaçı özünə müvəqqəti kirayə tutsa da həmin evlə əlaqəni kəsməmiş və daima gedib-gəlmişdir. İddiaçı atası rəhmətə gedəndə o da dəfndə iştirak etmiş, bütün dəfn xərclərinin İddiaçı çəkdiyinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X22 bildirmişdir ki, iddiaçı onun qonşusudur və 2008-ci ildən orada qardaşı Raufla birlikdə mübahisəli evdə yaşayıb. Atalarının ölümündən sonra yola getmədikləri üçün iddiaçı özünə müvəqqəti kirayə tutsa da həmin evlə əlaqəni kəsməmiş və daima gedib-gəlmişdir. Ataları Ramiz kişi rəhmətə gedəndə o da qonşu kimi dəfndə iştirak etmiş. Bütün dəfn xərclərini İddiaçı çəkdiyini görmüşdür. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Əmircan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 164 saylı, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, mərhum X13 həqiqətən xx.xx.1964-cü il tarixdən vəfatına kimi (xx.xx.2008-ci il) Əmircan qəsəbəsi, Nəsrəddin Tusi (keçmiş Pravda ) döngəsi ev 2a ünvanda qeydiyyatda olmuşdur. Onunla birgə bu ünvanda keçmiş həyat yoldaşı X16 xx.xx.1964-cü il tarixdən xx.xx.1988-ci il tarixə kimi qeydiyyatda olmuş və xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Onların birgə nikahından olan övladları: 1.oğlu-X26 - xx.xx.1988-ci il tarixdə qeydiyyatdan çıxıb, 2.oğlu- Cavabdeh - xx.xx.1999-cu il tarixdən hal-hazıra kimi qeydiyyatdadır. 3.oğlu - Eyvazov Rövşən Ramiz oğlu xx.xx.1988-ci il tarixdə qeydiyyatdan çıxıb və xx.xx.1992-ci il tarixdə vəfat edib, 4. oğlu - İddiaçı xx.xx.2004-cü il tarixdə qeydiyyatdan çıxıb, 5.oğlu - X20xx.xx.1988-ci il tarixdə qeydiyyatdan çıxıb, xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. FM seriyalı, 028009 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nəsrəddin Tusi (keçmiş Pravda) döngəsi ev 2a mülkiyyət hüququ üzrə Eyvazov Ramiz Şiraslan oğluna məxsusdur. RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan qəsəbəsinə gedən yolun sağ tərəfindəki yarımstansiyaya çatmış yerdə yerləşən 0,03 ha torpaq sahəsi ümumi birgə pay hüququ əsasında X13 və X17 mülkiyyətindədir. AZ-T № 118267 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4, anası X18r. AZ № 380745 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4, anası X11r. AZ-İ seriyalı 987493 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. xx xxxxxx 2019-cu il tarixli 23-05/70 saylı arayışdan görünür ki, X13 ilə X25 arasında olan nikah xx.xx.1975-ci il tarixdə pozulmuşdur. Nikah pozulandan sonra ərə Eyvazov, arvada Abdullayeva soyadı verilmişdir. xx.xx.2018-ci il tarixli 2884 saylı arayışın surətindən görünür ki, X16 xx xxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində ölmüşdür. xx.xx.2018-ci il tarixli 2045-05/70 saylı arayışdan görünür ki, X23 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X4 anası X25 olmuşdur. X23 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. xx.xx.2019-cu il tarixli 2082-05/70 saylı arayışdan görünür ki, Eyvazov Rövşən Ramiz oğlu xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X4 anası X25 olmuşdur. Eyvazov Rövşən Ramiz oğlu xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqaviləşərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, iddiaçı və cavabdehin mərhum atasına məxsus miras əmlaklar Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nəsrəddin Tusi (keçmiş Pravda) döngəsi 2a saylı ev və Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsidir. X7 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İddiaçı və cavabdeh mərhum Ramiz Eyvazovun vərəsələridir. Digər vərəslərdən ikisi hələ miras əmlakı qəbul etməmişdən vəfat etmiş, Rakif Eyvazov isə ümumiyyətlə 1988-ci il tarixdən həmin evdə yaşamamışdır. Yəni miras əmlakı istər faktiki, istərsə də rəsmi olaraq qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul etməmişdir. Ona görə də mərhum Ramiz Eyvazovun iki vərəsəsi arasında miras əmlak bərabər paylara uyğun bölünməlidir. İddiaçı miras əmlakda özünün 1/2 payının tanınması tələbini onunla əsaslandırmışdır ki, mübahisəli sahə üzrə mirası faktiki olaraq vərəsə kimi o da qəbul etmişdir. İddiaçının tələbi aşağıdakılara əsasən əsaslıdır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinin tələblərinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1136-cı maddəsinə əsasən, nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə, müəyyən edilir ki, vərəsə İddiaçı mirası qəbul etmək üçün notariat orqanına ərizə ilə müraciət etməsə də mirasın bir hissəsinin faktiki qəbul etmiş, mahiyyətcə əmlakı idarə etdiyini və bununla da mirası faktiki qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Məhkəmə iclasında izahat verən şahidlər və cavabdeh özü də bu qeyd edilənləri təsdiq etmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən, o, mirası qəbul etmiş sayılmalıdır. Göstərilənlər onu deməyə əsas verir ki, İddiaçı atasından miras qalan əmlaklardan 1/2 payının tanınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mərhum X6 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə və Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 1/2 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiа təmin edilsin. İddiaçı mərhum X6 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin 1/2 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar