Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-102/2025 02.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın sökülməsi, əvəzləşdirilməsi, fərdi yaşayış evindən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli 98 ünvanında yerləşən Cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin sökülməsi, cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin əvəzinə yeni tikiləcək binadan ümumi sahələri 116, 72.5, 61 kvadrat metr olan 3 ədəd mənzilin cavabdehin xüsusi mülkiyyətinə verilməsi, yeni mənzillər inşa edilənədək Bakı Çayçəkici ASC tərəfindən Cavabdeh hər ay 400 manat kirayə haqqının ödənilməsi və Cavabdeh və onunla birlikdə həmin ünvanda yaşayan şəxslərin 0.05 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən özbaşına tikilidən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin əvəzinə veriləcək mənzillər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Sakit Qocayev küçəsində tikilən binadan, ümumi sahəsi 116 kv.m olan mənzil - 5A blokunda yerləşməklə 3 otaqdan ibarət olması, 2-ci mərtəbədə yerləşməsi, ümumi sahəsi 72.5 kv.m olan mənzil - 5A blokunda yerləşməklə 2 otaqdan ibarət olması, 2-ci mərtəbədə yerləşməsi, ümumi sahəsi 61 kv.m olan mənzil 5A blokunda yerləşməklə 1 otaqdan ibarət olması, 2-ci mərtəbədə yerləşməsi qaydasında verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən "xxxx" ASC-nin xüsusi mülkiyyətində olan 3.36985 ha torpaq sahəsinə bitişik, yerquruluşu planında göstərilən koordinatlar daxilndəki 1.25 ha torpaq sahəsində aparılmış özbaşına tikilinin sökülməsi, Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin əvəzinə veriləcək mənzillər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Sakit Qocayev küçəsində tikilən binadan, ümumi sahəsi 116 kv.m olan mənzil-5A blokunda yerləşməklə 3 otaqdan ibarət olması, 2-ci mərtəbədə yerləşməsi, ümumi sahəsi 72.5 kv.m olan mənzil-5A blokunda yerləşməklə 2 otaqdan ibarət olması, 2-ci mərtəbədə yerləşməsi, ümumi sahəsi 61 kv.m olan mənzil 5A blokunda yerləşməklə 1 otaqdan ibarət olması, 2-ci mərtəbədə yerləşməsi qaydasında verilməsi, yeni mənzillər inşa edilənədək "xxxx" ASC tərəfindən Cavabdeh hər ay 400 manat kirayə haqqı ödənilməsi, Cavabdeh və onunla birlikdə həmin ünvanda yaşayan şəxslər 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən özbaşına tikilidən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 2 ünvanında aparılmış özbaşına tikilinin sökülməsi, Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin əvəzinə veriləcək mənzillər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Sakit Qocayev küçəsində tikilən binadan, ümumi sahəsi 116 kv.m olan mənzil-5A blokunda yerləşməklə 3 otaqdan ibarət olması, 2-ci mərtəbədə yerləşməsi, ümumi sahəsi 72.5 kv.m olan mənzil - 5A blokunda yerləşməklə 2 otaqdan ibarət olması, 2-ci mərtəbədə yerləşməsi, ümumi sahəsi 61 kv.m olan mənzil 5A blokunda yerləşməklə 1 otaqdan ibarət olması, 2-ci mərtəbədə yerləşməsi qaydasında verilməsi, yeni mənzillər inşa edilənədək "xxxx" ASC tərəfindən Cavabdeh hər ay 400 manat kirayə haqqı ödənilməsi, Cavabdeh və onunla birlikdə həmin ünvanda yaşayan şəxslərin 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən özbaşına tikilidən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin direktoru X1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə ərizəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın sökülməsi, əvəzləşdirilməsi, fərdi yaşayış evindən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, Suraxanı rayon məhkəməsinin 2(010)-102/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın sökülməsi, əvəzləşdirilməsi, fərdi yaşayış evindən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını nəzərə alıb məhkəmə hesab edir ki, məhkəmə qərardadı qanuni qüvvəsini almadan ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-yə büdcədən geri qaytarılması mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın sökülməsi, əvəzləşdirilməsi, fərdi yaşayış evindən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "xxxx" ASC-yə geri qaytarılsın. Ödənilmiş - 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, ********** №-li çek) dövlət büdcəsindən iddiaçı "xxxx" ASC-yə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-102/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-102/2025
02.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver