Məhkəmə qərarları › İş №2(010)-1028/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1028/2024

07.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1028/2024 07.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilərək mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaçı iştirak etmiş, cavabdehin nümayəndəsi gəlmədiyinə görə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 11:20yə təxirə salınmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasına iş üzrə tərəflər gəlmədiyinə görə məhkəmə hazırlıq iclası 24 aprel 2024-cü il tarixə saat 11:30-a təxirə salınmışdır. 24 aprel 2024-cü il tarixli məhkəmə hazırlıq iclasın tərəflərin iştirakı ilə keçirilmiş və mülki işin məhkəmə iclasında baxılmasının 15 may 2024-cü il tarixə saat 12:10-a təyin edilməsi barədə qərardadı elan edilmişdir. 15 may 2024-cü il tarixli məhkəmə iclası tərəflərin iştirakı ilə keçirilmiş və mülki iş 31 may 2024-cü il tarixə saat 11:20-yə təxirə salınmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasına tərəflər gəlmədiyinə görə məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. İş üzrə tərəflər üzrlü səbəb göstərmədən xx.xx.2024-cü il tarixdə, saat 10:05-də keçirilən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar