Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1029/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh, həm də Cavabdeh2 nümayəndəsi Cavabdeh3 iştiraklarıı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Cavabdeh3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 44 saylı Notariat ofisi) qarşı “müqavilənin etibarsızlığı, qeydiyyatın ləğvi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa edilən (indiki Yusif Eyvazov küç. 195 ünvanı) çoxmənzilli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 205 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh2 Pay haqqının satılması barədə xx.xx.2022-ci il tarixli müqavilənin və bu əsasda aparılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********59-05301-083001 reyestr nömrəli, ********** nömrəli qeydin etibarsız hesab olunmaqla ləğv edilməsi, Cavabdeh3 Bakı şəhəri 44 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixli, 4Ə-297 reyastr qeydli bağışlanma müqaviləsinin etibarsız hesab olunması və bu əsasda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli, **********59-05301-083001 reyestr nömrəli, ********** nömrəli qeydin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi. İddia tələbinin dəlilləri İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa edilən (indiki Yusif Eyvazov küç. 195 ünvanı) çoxmənzilli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbəsində yerləşən 224 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini cavabdeh tikinti kooperativinə pay haqqını tam ödəməklə almışdır. Alqı-satqı müqaviləsi xx.xx.2013cü il tarixdə Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə imzalanmış müqavilə ilə rəsmiləşdirilmişdir. Müqavilə ilə iddiaçı tərəfindən kooperativin mühasibatlığına 268000 (iki yüz altmış səkkiz min səkkiz yüz) manat məbləğində pul ödənmişdir. Tikinti şirkəti tərəfindən son dövrlərdə əmlakına sahib çıxa bilməməsi üzündən məhkəmə mübahisəsi açmış və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa edilən (indiki Yusif Eyvazov küçəsi 195 ünvanı) çoxmənzilli yaşayış binasının 3-cü blok, 1ci mərtəbəsində yerləşən 224 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsi tam şəkildə İddiaçı təhvil verilməsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1919/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin olunaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa edilən (indiki Yusif Eyvazov küçəsi 195 ünvanı) çoxmənzilli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbəsində yerləşən 224 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi tam şəkildə İddiaçı təhvil verilməsi, əmlakın dəyərinin İddiaçı tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı və Mənzil Tikinti Kooperativindən pay almaqla payçılığa qəbul edilməsi barədə xx.xx.2013-cü il tarixli iclas protokolundan çıxarış Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və icra gedişində müəyyən olunmuşdur ki, cavadeh tikinti şirkəti qanunsuzluq edərək iddiaçının mülkiyyəti olan əmlakını 30 mart 2022-ci il tarixli müqavilə əsasında Cavabdeh2 satmış və sonuncu bu müqavilə əsasında əmlakı rəsmi qeydə aldıraraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********59-05301-083001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış da almışdır. Qeyd olunan müqavilə və onun əsasında aparılmış qeydiyyat etibarsızdır və ləğv edilməlidir. Ona görə də, Bakı şəhəri ünvan 1 ünvanı ) inşa edilən çoxmənzilli yaşayış binasının 3-cü blok , 1-ci mərtəbəsində yerləşən 224 kv.m sahənin tərkib hissəsi olan 205 kv.m ibarət qeyri yaşayış sahəsinin Cavabdeh2 satılması barədə xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə araşdırması müəyyən olunmuşdur ki, Cavabdeh2 qeyri yaşayış sahəsini bacısı Cavabdeh3 qızma bağışlamaqla özgəninkiləşdirmişdir. Həmin müqavilə Bakı şəhəri 44 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixdə, 4Ə-297 reyastr qeydli bağşlanma müaviləsi ilə rəsmiləşdirilmiş və bu əsasda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********59-05301-083001 reyestr nömrəli, ********** nömrəli qeydlə çıxarış verilmişdir. Cavabdeh sahəni iddiaçıya qaytarmır və iddiaçının əmlakı onun sərəncamındadır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən cavabdeh, həm də Cavabdeh2 nümayəndəsi Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, nə onun, nə də Cavabdeh2 hərəkətlərində heç bir qanunsuzluq olmamışdır. Əmlak satılıb, onlar da almışdır, hətta qeyri-yaşayış sahəsinə dair çıxarışı da var. O, "xxxx" MTK-nın rəhbərliyindən soruşanda, deyirlər sənədin var, heç yerə getmə. İddiaçı sübut etməlidir ki, həmin müqavilə üzrə ödəniş etmişdir. Cavabdeh1 Mənzil Tikinti Kooperativinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəməyə Nümayəndə (Cavabdeh1 MMC-nin direktoru) tərəfindən teleqram ünvanlanmış və həmi teleqramda bildirilmişdir ki, iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsinə heç bir aidiyyəti yoxdur. İddiaçının yeri tamam başqa yerdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Bakı şəhəri 44 saylı Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bununla belə maraqlı şəxs Bakı şəhəri 44 saylı Notariat ofisi məhkəməyə xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq, xx.xx.2024-cü il tarixdə və gələcəkdə də keçiriləcək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə cavabdehin və maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli 2(010)-1919/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 MTK-ya qarşı “qeyri- yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa edilən (indiki Yusif Eyvazov küçəsi, 195 ünvanı) çoxmənzilli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbəsində yerləşən 224 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsi tam şəkildə İddiaçı təhvil verilməsi, əmlakın dəyərinin İddiaçı tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı və Mənzil Tikinti Kooperativindən pay almaqla payçılığa qəbul edilməsi barədə xx.xx.2013-cü il tarixli iclas protokolundan çıxarış Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, «İcracı» Cavabdeh1 MTK-nin sədri Nümayəndə ilə Payçı İddiaçı arasında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 195 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə bağladıqları müqaviləyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 1-ci mənəbədə ümumi sahəsi 224 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət olub bir pay kimi verir. Müqavilə üzrə qeyri-yaşayış sahəsinin dəyəri bır kv.m sahəsi üçün 1200 AZN təyin edilir. Cəmi 224 kv.m sahəsi üçün 268800 AZN təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, qeyri-yaşayış sahəsinin qiymətinin bır hissəsi, müqavilə qiymətindən 100% miqdarında, yəni 268800 AZN məbləğində ödənilib. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küç. 4048-49 məhəllə, ev 195 (qeyri-yaşayış sahəsi) Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan çıxmışdır. xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, «İcracı» Cavabdeh1 MTK-nin sədri Nümayəndə ilə Payçı Cavabdeh2 arasında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov 195 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə bağladıqları müqaviləyə əsasən, ünvan 4 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 1-ci mənəbədə ümumi sahəsi 205 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət olub bir pay kimi verir. Müqavilə üzrə qeyri-yaşayış sahəsinin dəyəri bır kv.m sahəsi üçün 1600 AZN təyin edilir. Cəmi 205 kv.m sahəsi üçün 328000 (üç yüz iyirmi səkkiz min) AZN təşkil edir. Bu müqavilənin ödənişi yalnız kassa mədaxil qəbzi ilə əsas sayılır. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin qiymətinin bir hissəsi, müqavilə qiymətindən 100% miqdarında, yəni 328000 (üç yüz iyirmi səkkiz min) AZN məbləğində ödənilib. "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 həqiqətən "xxxx" MTK-nın ünvan 5 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbədən, ümumi sahəsi 205 kv.m. olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Texniki pasportdan görünür ki, ünvan 8B saylı qeyri-yaşayış sahəsinin texniki pasportu xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, «Hədiyyə verən» Cavabdeh2 Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 201,2 kv.m. olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə özünə məxsus hissəsini «Hədiyyə alan» Cavabdeh3 mülkiyyətinə vermişdir., X1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, X2 birgə nikah dövründə əldə edilmiş ƏMDK-nin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinin reyestr nömrəsi **********59-05301-083001, qeydiyyat nömrəsi ********** olan qeydiyyat reyestrindənçıxarışına əsasən əri Cavabdeh2 məxsus olan Bakı şəhəri, ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 201,20 k.v. olan qeyri-yaşayış sahəsinin satılmasına etiraz etmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 35.042024-cü il tarixli məktubundan görünür ki, ümumi sahəsi 201.2 kv.m təşkil edən ünvan 8 ünvanında yerləşən qeyri- yaşayış sahəsi Cavabdeh2 adına "xxxx" MTK üzvlərinin ümumi iclasının 278 saylı xx.xx.2022-ci il tarixli protokoluna, eyni tarixli maliyyə arayışına əsasən (müvafiq sənədlərdə qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 205 kv.m təşkil etməsi, 3-cü blok, 1-ci mərtəbədə yerləşməsi göstərilmişdir) ilkin qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 44 saylı NO-nun 4ə-297 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 452.1. Fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Maddə 752.2. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbi Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh2 Pay haqqının satılması barədə xx.xx.2022-ci il tarixli müqavilənin və bu əsasda aparılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********59-05301-083001 reyestr nömrəli, ********** nömrəli qeydin etibarsız hesab olunmaqla ləğv edilməsi, Cavabdeh3 Bakı şəhəri 44 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixli, 4Ə-297 reyastr qeydli bağışlanma müqaviləsinin etibarsız hesab olunması və bu əsasda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli, **********59-05301-083001 reyestr nömrəli, ********** nömrəli qeydin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsidir və iddiaçı tələbini onunla əsaslandırır ki, mübahisəli qeyriyaşayış sahəsini o, hələ 2013-cü il tarixdə almış və dəyərini tam şəkildə ödəmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh MTK tərəfindən həmin qeyri-yaşayış sahəsi sonradan Cavabdeh2 satılmış, sonuncu tərəfindən isə digər Cavabdeh3 bağışlanmışdır. Qeyri-yaşayış sahəsini ilk əldə edən o, olduğundan həmin qeyri-yaşayış sahəsinin sonradan satılması və bağışlanmasına dair müqavilələr etibarsız hesab edilməklə həmin müqavilələr əsasında aparılmış dövlət qeydiyyatı ləğv edilməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə qeyri-yaşayış sahəsini xx.xx.2022-ci il tarixli müqaviləyə, eyni tarixli maliyyə arayışına əsasən cavabdeh MTK-dan əldə etdiklərini, qeyri-yaşayış sahəsinin pay haqqı olan məbləği tam ödədiklərini və daha sonra həmin sahə ilə bağlı hüquqlarını rəsmi reyestrdə qeydə aldırmaqla müvafiq qaydada Çıxarış aldıqlarını və sahənin mübahisəli olmasından xəbərlərinin olmadığını bildirmişlər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli 195 saylı qeyriyaşayış sahəsi xx.xx.2013-cü il tarixli müqavilə əsasında MTK tərəfindən İddiaçı satılmış və sonuncu tərəfindən dəyəri tam ödənilmişdir. Bundan başqa mübahisəli mənzil xx.xx.2022-ci il tarixdə təkrarən MTK tərəfindən Cavabdeh2 satılmış, sonuncu tərəfindən isə xx.xx.2023-cü il tarixdə bacısı Cavabdeh3 bağışlanılmışdır. Sonuncular tərəfindən müvafiq hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə müəyyən edir ki, mübahisəli qeyri-yaşayış sahəsi ilk dəfə İddiaçı satılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. ” Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı məxsus olmuşdur və onunla bağlanmış müqavilə ləğv edilmədən MTK ilə digər şəxslər arasında onun iradə ifadəsi olmadan qeyd edilən müqavilə bağlana bilməzdi. Cavabdeh1 MTK faktiki olaraq mülkiyyətində olmayan əşya (qeyri-yaşayış sahəsi) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla Cavabdeh2 ilə etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqd bağlamışdır. Həmçinin hazırkı mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqinə dair məhkəmə qeyd edir ki, Cavabdeh2 münasibətdə həmin normanı tətbiq etməklə iddianı rədd etmək olmaz. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd olunan normadan göründüyü kimi, kreditorun fərdi-müəyyən əşyanı (hazırki halda mənzili) borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini o halda tələb edə bilməz ki, əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilmiş olsun. Yəni fərdi-müəyyən əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilmədiyi halda, həmin əşya ilə bağlı öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir. Hazırkı işin hallarından da müəyyən olunduğu kimi, dəyəri ödənilməklə mübahisəli qeyri-yaşayış sahəsi dair ilkin olaraq müqavilə İddiaçılə bağlanmış və həmin müqaviləyə əsasən MTK qeyri-yaşayış sahəsini sonuncuya təhvil verməyi öhdəsinə götürmüşdür. Bununla da müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1 və 752.2-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Qeyd olunan maddələrdən müəyyən olunur ki, podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alqısatqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bu kateqoriyadan olan işlərə baxılarkən Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe də nəzərə alınmalıdır, çünki həmin mövqe işə baxan məhkəmələr üçün məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 mart 2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Eyni zamanda, apelyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, M.Hüseynovun cavabdeh "xxxx" MTK ilə bağladığı müqavilə etibarlı sayıldığı halda da onun iddiası təmin edilə bilməz. Belə ki, mübahisə predmeti olan mənzil fərdi-müəyyən əşyadır. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Həmin maddəyə istinad edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı M.Hüseynovla cavabdeh "xxxx" MTK arasında mənzilə dair müqavilə daha əvvəl bağlanmışdır. Belə olan halda, fərdi-müəyyən əşya olan mənzil sonradan cavabdeh "xxxx" MTK ilə üçüncü şəxs E.Bağırlının arasında bağlanmış müqavilə əsasında ona təhvil verildiyindən iddiaçı M.Hüseynov mənzilin cavabdeh "xxxx" MTK-dan alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ mənzilin E.Bağırlıya təhvil verildiyi andan aradan qalxmışdır. Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətbiq edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları duzgün tətbiq edilməmişdir... Göründüyü kimi, satıcı "xxxx" MTK mənzilləri alıcıya təhvil verməyi, M.Hüseynov isə öz növbəsində mənzillərin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırkı iş üzrə M.Hüseynov tərəfindən 3 otaqlı mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, "xxxx" MTK mənzilləri alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir... Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, E.Bağırlı ilə "xxxx" MTK arasında bağlanmış 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK həmin binada dəyəri ödənilmiş üç otaqlı mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Bu baxımdan, sonrakı məhkəmə araşdırılmaları zamanı məhz "xxxx" MTKnın qanuna zidd hərəkətləri nəticəsində bağlanmış müqavilə üzrə E.Bağırlıya təhvil verilməli olan mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilən vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq onun tərəfindən irəli sürülə bilən tələb nəzərə alınmalıdır.” Göründüyü kimi, Konstitusiya baxışının predmeti olmuş mülki işdə də, hazırkı işdə olduğu kimi, söhbət MTK tərəfindən mənzil bir şəxsə satıldıqdan sonra başqa şəxsə də satılmasından gedir və Konstitusiya Məhkəməsi işə baxmış məhkəmələr tərəfindən Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqini qanuni hesab etməmişdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mənzilin dəyəri ilkin alıcı tərəfindən ödənildikdən sonra həmin alıcı əmlaka (mənzilə) sahiblik və istifadə etmək hüququnu əldə edir və belə olan halda, MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməsi, yəni sonradan mənzilə dair başqa şəxslə alqı-satqı müqaviləsi bağlaması mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olmamışdır. Göründüyü kimi, MTK tərəfindən mənzil artıq İddiaçı satıldığı üçün digər şəxslərə satıla bilməzdi, Mülki Məcəllənin 452.1-ci maddənin hazırki halda cavabdehə münasibətdə tətbiq edilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə Cavabdeh1 MTK-nın direktorunun məhkəməyə ünvanlandığı teleqrama münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh MTK tərəfindən mübahisəli ərazinin iddiaçıya məxsus olmaması, iddiaçı üçün nəzərdə tutulmuş ərazinin başqa ərazi olması bildirilsə də, bunu təsdiq edəcək məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmiş, bu zaman da cavabdeh MTK-nın nümayəndəsi tərəfindən qeyd edilən yanlışlıqla, yəni iddiaçıya məxsus sahənin başqa sahə olması ilə bağlı hər hansı bir izah verilməmiş, ümumiyyətlə MTK orada da nümayəndəsinin iştirakını təmin etməmişdir. MTK-nın işçiləri həmin ərazidə olmalarına baxmayaraq, yerli baxışda onlara ünvanlanan suallara cavab verməkdən dəqiq məlumatlarının olmaması əsası ilə yayınmışlar. Cavabdeh3 iddiaçının sözügedən müqavilə üzrə ödəniş etməsi ilə bağlı müvafiq sənədləri təqdim etməsini israr etsə də, məhkəmə iş materialları ilə müəyyən edir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli 2(010)-1919/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 MTK-ya qarşı “qeyri- yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa edilən (indiki Yusif Eyvazov küçəsi, 195 ünvanı) çoxmənzilli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbəsində yerləşən 224 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsi tam şəkildə İddiaçı təhvil verilməsi, əmlakın dəyərinin İddiaçı tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı və Mənzil Tikinti Kooperativindən pay almaqla payçılığa qəbul edilməsi barədə xx.xx.2013-cü il tarixli iclas protokolundan çıxarış Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı verilməsi qət edilmişdir. Göründüyü kimi Cavabdeh3 etirazının dəlilinə baxmayaraq məhkəmə vurğulayır ki, əmlakın dəyərinin İddiaçı tərəfindən tam ödənilməsi yuxarıda adı çəkilən məhkəmə qətnaməsi ilə işin preyudisial xarakter almış halıdır. Məhkəmə Cavabdeh3 münasibətdə də qeyd etməyi zəruri hesab edir ki, sonuncu tərəfindən qeyd edilən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ bağışlama müqaviləsi əsasında yaranmışdır və müəyyən olunduğu kimi müqavilə bağlanılan an bağışlayan şəxsin həmin əşya üzərində mülkiyyət hüququnun yaranması üçün əsaslar etibarsız hesab edildiyindən hazırkı bağışlama müqaviləsi də etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında vurğulanır: “....Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər...” Məhkəmənin gəldiyi nəticə İddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa edilən (indiki Yusif Eyvazov küç. 195 ünvanı) çoxmənzilli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 205 kv2 sahədən ibarət qeyri-yaşayış sahəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh2 Pay haqqının satılması barədə xx.xx.2022-ci il tarixli müqavilə etibarsız hesab edilməli və bu əsasda aparılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********59-05301-083001 reyestr nömrəli, ********** nömrəli qeydi ləğv edilməli, Cavabdeh2 tərəfindən Cavabdeh3 Bakı şəhəri 44 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixli, 4Ə-297 reyestr qeydli bağışlanma müqaviləsi etibarsız hesab olunmalı və bu əsasda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli, **********59-05301-083001 reyestr nömrəli, ********** nömrəli qeyd ləğv edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa edilən (indiki Yusif Eyvazov küç. 195 ünvanı) çoxmənzilli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 205 m2 sahədən ibarət qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilmlidir. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa edilən (indiki Yusif Eyvazov küç. 195 ünvanı) çoxmənzilli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 205 kv2 sahədən ibarət qeyri-yaşayış sahəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh2 Pay haqqının satılması barədə xx.xx.2022-ci il tarixli müqavilə etibarsız hesab edilsin və bu əsasda aparılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********59-05301-083001 reyestr nömrəli, ********** nömrəli qeydi ləğv edilsin. Cavabdeh2 tərəfindən Cavabdeh3 Bakı şəhəri 44 saylı Notariat ofisində xx.xx.2023cü il tarixli, 4Ə-297 reyastr qeydli bağışlanma müqaviləsi etibarsız hesab olunsun və bu əsasda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli, **********59-05301-083001 reyestr nömrəli, ********** nömrəli qeydi ləğv edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49-cu məhəllədə inşa edilən (indiki Yusif Eyvazov küç. 195 ünvanı) çoxmənzilli yaşayış binasının 3-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 205 kv2 sahədən ibarət qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilsin. Dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1029/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1029/2024
23.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver