Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-103/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının xx.xx.1997-ci il tarixli, 2 saylı protokolunda bağ sahəsinin daimi istifadəyə verildiyi şəxsin “Gözəlov Ədalət Hidayət oğlu” kimi qeyd edilməsinin texniki səhv hesab edilməsi, xx.xx.1997-ci il tarixli, 02 saylı protokolun qərara alındı hissəsində “Gözəlov Əsalət Hidayət oğlu” qeydinin “Ərizəçi” kimi qeyd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının xx.xx.1997-ci il tarixli, 2 saylı protokoluna əsasən “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatında ümumi sahəsi 500 m2 olan blok “B”, 10 saylı torpaq sahəsi daimi istifadə üçün Ərizəçi verilmişdir. Qeyd edilən torpaq sahəsinə dair eskiz tərtib edilmişdir. xx.xx.2007-ci ildə isə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Sonradan bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin İdarə xx.xx.2019-cu il tarixli bildirişdə qeyd etmişdir ki, təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar edilməmişdir. Bundan başqa, eyni nömrəli protokoldan çıxarış ilə blok “B”, 10 saylı bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən sözügedən bağ sahəsi faktiki yerləşməsi ilə təqdim edilmiş ölçü sxemi arasında uyğunsuzluq təşkil edir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Qum adası” NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin birgə iclasının xx.xx.1997-ci il tarixli, 2 saylı protokolunda texniki səhv getmişdir. Belə ki, protokolun dinlənildi hissəsində Ərizəçi bağçılıq cəmiyyətinə üzv olması və “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatından istifadə edilməsi üçün 500 m2 torpaq sahəsinin ayrılması qeyd edilsə də qərara alındı hissəsindən Gözəlov Ədalət Hidayət oğlunun xahişi nəzərə alınsın və ona blok “B”, 10 saylı torpaq sahəsinin daimi istifadə üçün verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 024036 saylı torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin Ərizəçi verildiyi qeyd edilsə də texniki səhv nəticəsində “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının xx.xx.1997-ci il tarixli, 2 saylı protokolunda kimliyini bilmədiyi Gözəlov Ədalət Hdidayət oğlunun adı qeyd edilmişdir. Məhz bu səbəbdən “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının xx.xx.1997-ci il tarixli, 2 saylı protokolunda bağ sahəsinin ümumi istifadəyə verildiyi şəxsin “Gözəlov Ədalət Hidayət oğlu” kimi qeyd edilməsinin texniki səhv hesab edilməsi, xx.xx.1997-ci il tarixli, 02 saylı protokolun qərara alındı hissəsində “Gözəlov Ədalət Hidayət oğlu” qeydinin “Ərizəçi” kimi qeyd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə verərək ərizəsini dəqiqləşdirib məhkəmədən “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının xx.xx.1997-ci il tarixli, 02 nömrəli protokolundan çıxarışın Ərizəçi məxsus olmasının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********65 saylı bildirişdən görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında Ərizəçi adı aşkar edilməmişdir. Bundan başqa, eyni nömrəli protokoldan çıxarış ilə blok “B”, 10 saylı bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən sözügedən bağ sahəsi faktiki yerləşməsi ilə təqdim edilmiş ölçü sxemi arasında uyğunsuzluq təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 024036 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri XDS İK-nin xx.xx.1987-ci il tarixli, 20/396 saylı Qərarı və “Bahar” b/y-nin xx.xx.1997-ci il tarixli 02 saylı protokoluna əsasən Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən 500 m2 torpaq sahəsi blok “B”, 10 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı Ərizəçi adına tərtib edilmişir. “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının xx.xx.1997-ci il tarixli, 02 nömrəli protokolundan çıxarışdan görünür ki, Ərizəçi Ə.qızının bağçılıq cəmiyyətinə üzv olması və “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatında ona istifadəsi üçün 500 m2 torpaq sahəsi ayrılması barədə verdiyi ərizəsi dinlənilmiş, Gözəlov Ədalət Hidayət oğlunun xahişinin nəzərə alınması, ona 500 m2 torpaq sahəsi olan blok “B”, 10 saylı bağ sahəsi daimi istifadə etmək üçün verilməsi qərara alınmışdır. “Qum adası” NQÇİ tərəfindən verilmiş arayışdan görünür ki, “Qum adası” NQÇİ-nin Bağçılıq-yoldaşlıq cəmiyyətinin sahəsi olan xx.xx.1997-ci il tarixli prokoldan çıxarış Ərizəçi Ə.qızına verilmiş bağ evinin tikintisi üçün 500 m2 torpaq sahəsində həbs, qadağa və məhdudiyyət yoxdur. “Qum adası” NQÇİ tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Ə.qızına 1997-ci il 03 oktyabr tarixli, 02 saylı protokola əsasən onun daimi istifadəsi üçün verilmiş 500 m2 torpaq sahəsinin DTXK-nin Bakı şəhər şöbəsində özəlləşdirilməsinə etiraz etmir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Ziğ qəsəbəsi, Blok “B”, 10 saylı bağ sahəsini xx.xx.2008-ci ildə Gözəlov Ədalət Hidayət oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssiz rəyindən görünür ki, Bakı şəhəri, Zığ qəsəbəsi, “Bahar bağları”, Blok “B”, 10 saylı, 500 m2 sahənin Gözəlov Ədalət Hidayət oğlunun (X1) mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşmə halı yoxdur. Sözügedən bağçılıq-yoldaşlığın bağların bölgüsünə dair sxemi olmadığı üçün xx.xx.1997-ci il tarixli, 02 sayl protokol üzrə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Bahar bağları”, blok “B”, 10 saylı, 500 m2 sahənin adı qeyd olunan Gözəlov Ədalət Hidayət oğluna məxsus torpaq sahəsinin Ərizəçi məxsus torpaq sahəsinin sərhədləri daxilində olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X6 izahat verərək bildirmişdir ki, o, ərizəçi Kifayətlə atası Ələddini 20 ildən çoxdur ki tanıyır. Sözügedən ev isə düz onların evinin qarşısında tikilmişdir. Bu torpaq həmişə ərizəçi və atasının isifadə və sahibliyində olmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş X7 izahat verərək bildirmişdir ki, Kifayəti və onun atası Ələddini qonşu kimi uzun illərdir ki tanıyır. Belə ki, ərizəçinin torpaq sahəsi ilə onun torpaq sahəsi bir sırada yerləşir. Evləri isə eyni vaxtda tikmişlər. Bu torpaqda həmişə ərizəçi və atası yaşayıb. Məhkəmə iclasında şahid kimi dindirilmiş X4 izahat verərək bildirmişdir ki, ərizəçi Kifayəti və onun atası Ələddini 20 ildən çoxdur ki tanıyır. Onların bir-birlərinin evinə gediş-gəlişi olmuşdur. Bu evin Ələddin kişi tərəfindən tikilməsinə şahiddir. Evlə bağlı mübahisə eşitməmişdir. Bu ev Kifayətə məxsus olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının xx.xx.1997-ci il tarixli iclasında Ərizəçi bağçılıq cəmiyyətinə üzv olması və “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatından istifadəsi üçün ona 500 m2 torpaq sahəsi ayrılması barədə ərizəsi dinlənilmiş, yekunda Gözəlov Ədalət Hidayət oğlunun xahişinin nəzərə alınması, ona 500 m2 torpaq sahəsi olan blok “B”, 10 saylı bağ sahəsi daimi istifadə etmək üçün verilməsi qərara alınmışdır. Göründüyü kimi, müvafiq sənəddə “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı hesabından 500 m2 ayrılmasının xahiş edən Vəliyev Kifayət olsa da qərara aldı hissəsində xahişi nəzərə alınan şəxs kimi Gözəlov Ədalət Hidayət oğlunun adı qeyd edilmiş, torpaq sahəsi də bu şəxsə verilmişdir. Lakin torpaq sahəsinin plan və ölçü sənədi Ərizəçi adına tərtib edilmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi bu uyğunsuzluğa görə torpaq sahəsini qeydiyyata almaqdan imtina etmişdir. Maraqlı şəxs verdiyi ilk bildirişdə həmin torpaq sahəsinin digər fiziki şəxsin adına dövlət reyestrindən qeydiyyatdan keçməsindən bəhs etmiş, lakin sonradan verdiyi xx.xx.2019-cu il tarixli məktubda isə göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Ziğ qəsəbəsi, Blok “B”, 10 saylı bağ sahəsini xx.xx.2008-ci ildə Gözəlov Ədalət Hidayət oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən məhkəmə tərəfindən həmin torpaq sahəsinin protokolda adı qeyd edilən Gözəlov Ədalət Hidayət adına verilmiş torpaq sahəsi ilə üstüstə düşüb–düşməməsini müəyyən etmək məqsədilə ekspertiza təyin edilmiş, mütəxəssis tərəfindən müəyyən edilmişdir ki, Gözəlov Ədalət Hidayət oğlunun (X1) mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Bundan başqa, məhkəmə iclasında dindirilmiş şahidlərin hər biri ərizədə qeyd edilənləri təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslıdır. İlk növbədə ona görə ki, müvafiq protokoldan çıxarışda təsərrüfatdan torpaq sahəsi istəyən, bu barədə ərizə ilə müraciət edən şəxs kimi Ərizəçi adı açıq şəkildə qeyd edilsə də yekunda başqa şəxsin – Gözəlov Ədalət Hidayət oğlunun xahişindən bəhs edilmiş, torpaq sahəsinin də onun adına verildiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, iclasda dinlənilən məsələnin subyekti ilə qərara alınan məsələnin subyektinin fərqli olması protokolda texniki yanlışlığa yol verildiyini hesab etməyə əsas verir. Bu zaman xüsusi nəzərə alınmalıdır ki, torpaq sahəsinin plan və ölçüsü (Blok “B”, 10 saylı bağ evi tikintisi üçün) Gözəlov Ədalət Hidayət oğlunun adına deyil, Ərizəçi adına verilmişdir. Həmçinin, iş materiallarında “Qum adası” NQÇİ tərəfindən verilmiş iki ədəd arayış mövcuddur ki, bu sənədlərdə də müvafiq torpaq sahəsinin Ərizəçi qızına verilməsindən bəhs edilmişdir. Bundan başqa, işdən görünür ki, maraqlı şəxs 1 saylı Bakı Ərazi İdarəsi ərizəçiyə verdiyi ilk bildirişdə Blok “B”, 10 saylı bağ sahəsinin ilk növbədə başqa fiziki şəxsin adına qeydiyyatda olmasını bildirsə də sonradan məhkəməyə verdiyi və iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli məktubda Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, blok “B”, 10 saylı bağ sahəsinin xx.xx.2008-ci il tarixdə Gözəlov Ədalət Hidayət oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını, xx.xx.2008-ci il tarixdə özgəninkiləşdirildiyini bildirilmişdir. Göründüyü kimi maraqlı şəxs müvafiq torpaq sahəsinin kimin mülkiyyətində olması ilə bağlı qeyri-müəyyən mövqe sərgiləmişdir. Bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə iş üzrə ekspertiza təyin edildikdən və mütəxəssis cəlb edildikdən sonra bu torpaq sahəsinin Gözəlov Ədalət Hidayət oğlunun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halının olmadığı müəyyən edilmişdir. İş üzrə dindirilmiş şahidlər də bu torpaq sahəsinin ərizəçinin mülkiyyətində olduğunu təsdiq etmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci mаddəsinə əsаsən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi bаrədə də işlərə bаxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təsdiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəyə ekspertiza xərcləri barədə smeta əlavə edilmiş, ümumi smeta dəyəri 91.50 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırkı iddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, ekspertiza xərci maraqlı şəxsə aid edilməlidir. Bütün yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, müvafiq torpaq sahəsinin Gözəlov Ədalət Hidayət oğlunun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edildiyindən, torpaq sahəsinin plan və ölçü sənədi ərizəçinin adına olduğundan və mübahisəli protokolun dinlənildi və qərara alındı hissələrində görünən aşkar uyğunsuzluq protokolda texniki səhvə yol verildiyi nəticəsinə gəlməyə əsas verdiyindən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 312-316, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının xx.xx.1997-ci il tarixli, 02 nömrəli protokolundan çıxarışın Ərizəçi məxsus olması faktı təsdiq edilsin. Ekspertiza xərci maraqlı şəxsə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-103/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-103/2020
16.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver