Məhkəmə qərarları › İş №2(010)-1038/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1038/2024

14.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1038/2024 14.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh2nə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiаçı İddiaçı Cavabdeh2nə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh2 İB-nin X7 İdarəsinin tərtib etdiyi ******* seriyalı 25 avqust 2023cü il tarixli aktın ləğv edilməsi və *585 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Bülbülə qəsəbəsi, 29 saylı evdə yaşayır. 25 avqust 2023-cü il tarixdə bütün gün evdə olmuşdur, lakin həmin tarixdə qaz istismar idarəsinin əməkdaşları evinə gəlməmişlər. Buna baxmayaraq, qaz istismar idarəsinin işçilərinin əməkdaşları yuxarıda qeyd etdiyi tarixdə onun iştirakı olmadan akt tərtib edərək onu *585 manat cərimə etmişlər. Aktda qeyd olunmuşdur ki, sayğacın plombu qırılmışdır. Qaz istismar işçilərinin tərtib etdiyi aktda göstərilmiş fakt yalan və böhtandır. Sayğacın plombu qırılmışdırsa nə üçün sayğacın hansı vəziyyətdə olmasını sübut etmək üçün şəkili çəkilməmişdir. Saat neçədə aktın tərtib olunması göstərilməmiş, eləcə də istifadəsində olan sayğacın nöqsanları göstərilərkən onun iştirakı təmin olunmamışdır. Qaz istismar idarəsinin əməkdaşları onun evində və həyətində olmamış, aktı işlədikləri qaz istismar idarəsində tərtib etmişlər. Qaz istismar idarəsinin əməkdaşları akt tərtib edərkən onun adına qeyd etmiş, lakin akta imza etməməyi barədə heç bir imtina aktı tərtib etməmişlər. 25 avqust 2023-cü il tarixə kimi hər ay vaxtında qaz pulunu ödəmiş, onun heç vaxt borcu olmamışdır. Cavabdeh2 İB-nin X2 İdarəsi tərəfindən tərtib edilmiş ******* saylı, 25 avqust 2023-cü il tarixli akt ləğv edilməlidir. Onun istehlakçı hüquqları pozulduğu üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, heç bir qanunu pozmamış, lakin ona qarşı hörmətsizliyə yol vermişlər. Buna baxmayaraq, o, cavabdeh qurumdan maddi və mənəvi ziyan tələb etməmişdir. Cavabdehin etirazı Cavabdeh2 İB-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçı X* iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 İB tərəfindən abonent koduna *0*202*029000*0 hesablanmış *555.20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh2 İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus *0*202*029000*0 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış “Smart G4” markalı, *002AQ*0*00092033 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh2 İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-29/*7*0-04085-* saylı akta əsasən, “sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb. Qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır” şəkllində rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, 0380*64 saylı “Təbii X3nın pozulması haqqında” akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi *2960 m3 təşkil etmişdir. Hesablanmış (*2960 m3 x 0.*2) = *555.20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın dəqiq hesabatının düzgün aparılmasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağı ola bilməz. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının düzgün aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin *2 may 20**-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”-nın *.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndi istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. *0*202*029000*0 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh2 İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yanlış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə çalışır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi ilə bağlı heç bir əlavə və sübutunun olmadığını bildirmiş, məhkəmə iclasına gəlməkdə çətinlik çəkdiyi üçün növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Cavabdeh2 İB və İddiaçı arasında bağlanmış 26.*0.2022-ci il tarixli, *2-4290 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən müəyyən olunur ki, Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. “Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” 26.*0.2022-ci il tarixli aktdan müəyyən olunur ki, Cavabdeh2 İB-nin Bakı Regional Qazın Satışı Departamenti və abonent kodu *0*202*029000*0 olan istehlakçı İddiaçı tərəflər arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılan qaz sayğacına müvafiq olaraq müəyyən etmişlər. “Təbii X3nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, 0380*64 nömrəli aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Sabir küçəsi, ev 29, mənzil * ünvanında yerləşən sayğaca Cavabdeh2 İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və 06.*2.2023-cü il tarixli dövlət yoxlamasına əsasən, *0092033 saylı sayğacın klapanının üzərində kipləşdirici təbəqə aşkar edilmədiyi, LCD ekranın açılmadığı, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilərək kənar təsir izlərinin aşkar edilmədiyi, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. *0*202*029000*0 abonent kodlu İddiaçı abonent saldosundan müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Sabir küçəsi, ev 29, mənzil * ünvanında yerləşən mənzilin abonentinə 2023-cü ilin fevral ayından *2960 m3-a görə *555.20 manat borc hesablanmışdır. Ünvanda istifadə olunan cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(*/*), tutumlu adi kalonkalar (0/*), samovar (0/*), qızdrıcı radiator peçi (0/*). 28 fevral 2023-cü il tarixi dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 6 x 24 x 90 = *2960 m3 kimi hesablanmışdır. 08 fevral 2023-cü il tarixli, MSK – 29/*7*0-04085-* nömrəli “Qaz sayğacının yoxlanılması barədə” aktdan müəyyən olunur ki, *002AQ*0*0092033 zavod seriya nömrəli sayğaca baxış keçirildi, sayğacın klapanının üzərindəki kipləşdirici təbəqə aşkar olunmadı, sayğacın elementi bitib, müvəqqəti element quraşdırıldı, LCD ekran açılmadı, sayğacın yaddaş arxivinin oxunması mümkün deyil, xətalar təyin edilə bilmədi, sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyil, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi, sayğac istismara yararsızdır. xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı yaşadığı ünvanda “Zenner” G4 markalı, 0*892*0*9*392 nömrəli qaz sayğacı çıxarılmış və “Zenner” G4 markalı, 0*892205****8 nömrəli qaz sayğacı quraşdırılmış, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacının texniki qaydalara cavab verdiyi və qaz sayğacının abonentə təhvil verildiyi qeyd olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.*. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.* Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə *09*.*. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə *09*.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir Maddə *092.*. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: *092.*.*. bu Məcəllənin *57.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; *092.*.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. *096.* Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə *096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə *097.*. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 5.*. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların hüquqları Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ...öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə **. Qaz fəaliyyəti sahəsində müqavilələr *. Qaz nəqli xidmətlərinin təşkili, qaz paylayıcı şəbəkələrinin tikintisi və yeraltı qaz anbarlarının yaradılması, onların istismarı, yenidən qurulması energetika müqavilələri olmadan həyata keçirilə bilməz. Belə müqavilələr podratçı ilə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılır. Müqavilələr nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Müqavilənin təsdiq olunma tarixi onun qüvvəyə minmə tarixi hesab edilir. **.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə *3. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması

8. Bu Qanunun *3-cü maddəsinin 8-*-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın *0-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8-*. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun **-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin *2.05.20**-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X3”

4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq *5 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir.

“Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının qərarı Təbii qazın ölkədaxili tarifləri - Tariflər (ƏDV ilə, manat/min m3 ) 6.*. Əhali 6.*.2. illik istehlak həcminin *200 - 2500 m3 olan hissəsi üçün - 200,0

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.*.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar; Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsini, cavabdehin nümayəndəsinin iddiaya yazılı etirazını, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iş üzrə halların araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlaması keçirilməsi üçün göndərilmişdir. Ünvandan çıxarılan qaz sayğacının əvəzinə iddiaçının yaşadığı ünvana “Zenner” G4 markalı yeni sayğac quraşdırılmışdır. Çıxarılmış *002AQ*0*0092033 zavod seriya nömrəli sayğaca laboratoriya öz rəyini verərək, sayğacın klapanının üzərindəki kipləşdirici təbəqənin aşkar olunmadığı, sayğacın elementinin bitərək, müvəqqəti element quraşdırıldığı, LCD ekranın açılmadığı, sayğacın yaddaş arxivinin oxunmasının mümkün olmaması, xətaların təyin edilə bilməməsi, sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamağın mümkünsüzlüyü və kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilərək kənar təsir izlərinin aşkar edilmədiyi qeyd olunmuşdur. Cavabdeh yuxarıda qeyd edilmiş yoxlamanın nəticəsi olaraq *555.20 manat həcmində cərimə məbləğini iddiaçının abonent hesabına hesablamışdır. Hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə göstərilmiş həcmdə hesablanmış zərər istehlakçı tərəfindən ödənilməməlidir. Qanun normasının tələbinə görə fiziki şəxslərin evlərinə quraşdırımış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Cavabdeh2 İB tərəfindən İddiaçı qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində ona *555.20 manat məbləğində zərər vurulması, bu zərərlə iddiaçının ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, iddia tələbinə etirazın əsaslandırıldığı hallar hallar sübut olunmamışdır. Belə mötəbər sübutlar cavabdeh nümayəndəsinin iddiaya yazılı etirazında da göstərilməmiş və həmin etiraza əlavə olunmamışdır. Halbuki qanuna görə iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Bununla yanaşı qaz sayğacının zədələnməsinin müəyyən edilməsi təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Əksinə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İddiaçı iddia tələbində onun hesabına hesablanmış borcun *585 manat olduğunu bildirsə də iş materiallarına əlavə edilmiş abonent saldosundan müəyyən olunur ki, hazırki iş üzrə iddiaçının hesabına *2960 m3 həcmində qaz sərfiyyatına uyğun *555.20 manat məbləğində borc hesablanmışdır. Odur ki, iddia tələbi borcun silinməsinə dair hissədə qismən təmin edilməlidir. İş üzrə müəyyən edilmişdir ki, təhlükəsiz şəraitdə saxlanması üçün iddiaçı evinə gələn təbii qazın qeydiyyatını aparan qaz sayğacının işlək vəziyyətdə saxlanma vəzifəsi Cavabdeh2 İB-nin üzərinə düşməklə həmin təşkilat tərəfindən bununla bağlı müvafiq tədbirlər görülməli idi. Lakin Cavabdeh2 İB tərəfindən həmin sayğacın işlək vəziyyətdə saxlanması üçün müvafiq qanuni tədbirlər görülməmişdir. Bu işə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxiləni və ya təbii hadisələrin (zəlzələ, güclü külək, qasırğa nəticəsində və sair səbəblərdən kənar predmetlərin dəyməsi, qaz sayğacının dəyişdirilməsi və sair) təsiri nəticəsində müdaxilə olunmasını istisna etmir. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya *555.20 manat təbii qaz borcu əsassız hesablanmışdır və əsassız olaraq da həmin borc iddiaçının abonent hesabına daxil edilməklə ondan tələb edilir. Bu da qaz istehlakçısı kimi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də İddiaçı pozulmuş hüquqları bərpa olunmalı, onun barəsində tərtib olunmuş ******* seriyalı 25 avqust 2023-cü il tarixli akt ləğv edilməli və həmin akt əsasında hesablanmış *555.20 manat qaz borcu onun abonent hesabından silinməlidir.

Məhkəmə xərcləri "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.*.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin **9.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır İş materiallarından görünür ki, qanunvericiliyin tələbinə əsasən hazırki iddianın qaldırılması üçün iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə dövlət rüsumu ödəməmişdir. Ona görə məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyi və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh2 İB-dən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 35.55 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Azəriqaz İB-nin X7 İdarəsinin tərtib etdiyi ******* seriyalı, xx.xx.2023-cü il tarixli akt ləğv edilsin. İddiaçı məxsus *0*202*029000*0 saylı abonent koduna hesablanmış *555.20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 35.55 (otuz beş manat əlli beş qəpik) dövlət rüsumu Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar