Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1043/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 Baloğlan qızı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 və 4 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisi olmaqla miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və miras əmlaka dair pay hüququnun tanınması tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 və 4 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisi olmaqla miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında Cavabdeh1 Baloğlan qızının adına verilmiş çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlaklara vərəsəlik qaydasında ½ hissədə pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia tələbinin dəlilləri.
2. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı, onun bacısı Cavabdeh1 Balaoğan qızı və qardaşı X7 miras qoyan anaları X4 birinci dərəcəli qanuni vərəsələridirlər. X1 16 yanvar 1994-cü il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra ünvan 1 ünvanında yerləşən 0,1217 ha torpaq sahəsi, həmin ünvanda yerləşən 0,0153 ha sahəsi və 0,113 ha torpaq sahələri - cəmi 0,25 ha torpaq sahəsi miras qalmışdır. Anasından miras qalmış bu əmlak hər üçü tərəfindən faktiki olaraq qəbul edilmiş, istifadə və sahibliyində olmuşdur. Miras qalmış torpaq sahəsinin ona düşən pay hissəsini rəsmiləşdirmək qərarına gəlmiş, bu məqsədlə də ünvan 2 ünvanında yerləşən 0, 1217 ha torpaq sahəsi, həmin ünvanda yerləşən 0,0153 ha sahəsi və 0,113 ha torpaq sahələrinin ona çatası hissəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün xx.xx.2023-cü il tarixdə ərizə ilə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət etmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən ona verilmiş 1736 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, mirasın faktiki qəbulu halı müəyyənləşdirilmədiyi üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Eyni zamanda bildirilmişdir ki, həmin torpaq sahəsinə dair tam payda Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu bacısı Cavabdeh1 və qardaşı X2 onun haqqında hər hansı məlumat almamış, ona xəbər verməmiş və mətbuatda məlumat dərc edilməsi yolu ilə onu çağıra biləcəyi halda bunları etməmişdir. Sonradan həmin əmlak başqa şəxslərə satılmışdır.
Tərəflərin izahatları.
3. İddiaçı məhkəməyə müraciət edərək iddia ərizəsində göstərdiklərini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh1 iddia ərizəsinə etiraz edərək X1 16 yanvar 1994-cü il tarixdə öldükdən sonra miras qalmış sözügedən əmlakın yalnız onun tərəfindən faktiki qəbul edildiyini, qardaşı X3 notariat ofisinə ərizə ilə müraciət edərək mirası qəbul etməməsini və mirasdan imtina etdiyini qeyd etdiyini, digər qardaşı hazırki iş üzrə İddiaçı mirası faktiki qəbul etmədiyini, mirasın onun tərəfindən qəbul edilməsi, idarə edilməsi və mirasın onun adına rəsmiləşdirilməsinə mane olmadığını bildirmiş, mirasın açıdığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh2 məhkəməyə müraciət edərək İddiaçı çıxarışın və alqı-satqının etibarsız hesab edilməsi tələbinə dair iddiasına etiraz etdiyini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir.
6. Cavabdeh4 məhkəməyə müraciət edərək İddiaçı çıxarışın və alqı-satqının etibarsız hesab edilməsi tələbinə dair iddiasına etiraz etdiyini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir.
7. Cavabdeh3 məhkəməyə müraciət edərək İddiaçı çıxarışın və alqı-satqının etibarsız hesab edilməsi tələbinə dair iddiasına etiraz etdiyini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir.
Üçüncü şəxsin izahatı.
8. Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsa-zadə İradə Nəsrulla qızı vicdanlı alıcı olduğunu əsas gətirərək İddiaçı çıxarışın və alqı-satqının etibarsız hesab edilməsi tələbinə dair iddiasına etiraz etdiyini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir.
İşin materialları.
9. 22 yanvar 1994-cü il tarixli 427881 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X9 16 yanvar 1994-cü il tarixdə ölmüşdür.
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədlərinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,1217 ha olan torpaq sahəsi və həmin ünvanda yerləşən 0,0153 ha torpaq sahəsi üzrə X9 xx.xx.2019-cu il tarixdə reyestrdə mülkiyyətçi kimi qeydə alınmışdır.
11. Bakı şəhəri, ASAN xidmət mərkəzində yerləşən notariat ofisindən verilmiş 21 dekabr 2019-cu il tarixli 2V-1105 və 2V-1106 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,1217 ha olan torpaq sahəsi və həmin ünvanda yerləşən 0,0153 ha torpaq sahəsi üzrə Cavabdeh1 1/1 hissədə irs alması müəyyən edilmişdir.
12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,1217 ha olan torpaq sahəsi üzrə Cavabdeh1 30 iyul 2020-ci il tarixdə mülkiyyətçi kimi qeydə alınmışdır.
13. Bakı şəhəri, ASAN xidmət mərkəzində yerləşən notariat ofisindən verilmiş 11 aprel 2022-ci il tarixli 2V-317 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin miras qoyan X5 məxsus 0,113 ha olan hissəsinə Cavabdeh1 1/1 hissədə irs alması müəyyən edilmişdir.
14. 20 iyul 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi Cavabdeh1 tərəfindən İsa-zadə İradə Nəsrulla qızına 74000 manata satılmışdır.
15. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi üzrə İsa-zadə İradə Nəsrulla qızı 08 avqust 2023-cü il tarixdə mülkiyyətçi kimi qeydə alınmışdır.
16. 30 sentyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin 0,05 ha hissəsi İsa-zadə İradə Nəsrulla qızı tərəfindən Cavabdeh2 21250 manata satılmışdır.
17. 30 sentyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin 0,0836 ha hissəsi İsa-zadə İradə Nəsrulla qızı tərəfindən Cavabdeh3 32800 manata satılmışdır.
18. 01 dekabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq hissəsi İsa-zadə İradə Nəsrulla qızı tərəfindən Cavabdeh4 25000 manata satılmışdır.
İşin faktiki halları.
19. ünvan 3 ünvanında yerləşən 0,1217 ha torpaq sahəsi, həmin ünvanda yerləşən 0,0153 ha sahəsi və 0,113 ha torpaq sahələri - cəmi 0,25 ha torpaq sahəsinin İddiaçı və Cavabdeh1 anası, mərhum X4 mülkiyyətində olmuşdur və o, 16 yanvar 1994-cü il tarixdə vəfat etmişdir. 21 dekabr 2019-cu ildə yuxarıda qeyd edilən torpaq sahəsi ilə bağlı Cavabdeh1 adına 0.0153 ha, (2V-1106 reyestr nömrəsi) və 0.1217 ha (2V-1105 resyestr nömrəsi) hissələrə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir, həmin vərəsəlik işi çərçivəsində mərhumun digər övladı X7 miras əmlakı qəbul etməkdən imtina etmişdir. 10 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən isə, yuxarıda qeyd edilən torpaq sahəsinin mərhuma məxsus 0.113 ha hissəsi Cavabdeh1 Baloğlan qızına verilmiş, beləliklə, mərhuma məxsus 0.25 ha torpaq sahəsi tam olaraq Cavabdeh1 miras əmlak kimi keçmişdir. Sonradan, Cavabdeh1 həmin torpaq sahəsini tam olaraq iş üzrə 3-cü şəxs İsa-zadə İradə Nəsrulla qızına satmış, İradə İsa-zadə də həmin torpaq sahəsini hissələrlə digər cavabdehlərə satmışdır. İddiaçı tələbində ona istinad edir ki, anasından qalmış miras əmlakdan pay almaq üçün, xx.xx.2023-cü ildə notariusa müraciət etmiş, məlum olmuşdur ki, onun bacısı miras əmlaka tam payda vərəsəlik hüququ almışdır. Tələbin faktiki əsaslandırılması ondan ibarətdir ki, anasının birinci dərəcəli vərəsəsi olmasına baxmayaraq, o biras bölgüsünə dəvət edilməmiş, onu çağıra bildikləri halda miras bölgüsünə çağırmamışlar. Tələbin hüquqi əsasını Mülki Məcəllənin vərəsəlik fəslini təşkil edən normaları təşkil edir. Cavabdeh tərəf iddianı qəbul etmir və etirazını onunla əsaslandır ki, iddiaçı mirasın qəbul edilmə vaxtını ötürmüş və heç bir əsas olmadan uzun müddət keçəndən sonra hazırkı iddianı irəli sürmüşdür. Tələbin alqı-satqı müqaviləsin etibarsız hesab edilməsi hissəsinə münasibətdə isə cavabdeh tərəf və 3-cü şəxs etirazını onunla əsaslandırır ki, onlar vicdanlı alıcırdırlar və bu əsasla müqavilənin etibarsızlığına dəlalət edən hallar yoxdur.
Tətbiq edilən hüquq.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148. Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
21. (Azərbaycan SSR Ali Soveti tərəfindən 1964-cü il sentyabrın 11-də qəbul edilmiş və 1965-ci il martın 1-də qüvvəyə minmişdir) Azərbaycan SSR Mülki Məcəlləsi. ( AR Mülki Məcəlləsinin 01 sentyabr 2000-ci il tarixdə qüvəyyə minməsilə qüvvədən düşmüşdür.) Maddə 527. Vərəsəliyin əsasları Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməmişsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum edilmişlərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Maddə 528. Vərəsəliyin açılması Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilmiş gün hesab olunur. Maddə 529. Vərəsəliyin açıldığı yer Vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Maddə 552. Mirası qəbul Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki olaraq idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açıldığı gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlara mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
22. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı. Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Məhkəmənin mövqeyi.
Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Hazırkı mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edilməlidir ki, qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbinə 1964-cü il 11 sentyabr tarixli qüvvədən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsi tətbiq edilməlidir. Belə ki, miras qoyan 1994-cü ildə vəfat etmişdir və vərəslik hüquq münasibəti də həmin dövrdə yaranmışdır. Mülki Məcəllənin 7-ci maddəsinə görə mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmçinin Mülki-Prosessual Məcəllənin 217-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
24. Deməli, tələbin vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi hissəsinə həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları əsasında qiymət verilməlidir.Tələbə yuxarıda qeyd edilmiş formada qiymət verdikdə müəyyən edilir ki, tələb bu hissədə əsaslı deyildir.
25. Belə ki, 16 yanvar 1994-cü il tarixdə X4 ölməsi ilə mirasın açılması İddiaçı aşkar olsa da o, mirası əldə etməklə bağlı həmin tarixdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş 6 ay müddət ərzində iradəsini ifadə etməmiş, yəni sözügedən torpaq sahəsini faktiki olaraq idarə etməyə başlamamış, ona yiyələnməmiş, nə də həmin dövrdə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə vermişdir. Həmçinin, məhkəmə araşdırması zamanı da İddiaçı miras açıldıqdan sonra mirasın onun tərəfindən faktiki olaraq qəbul olunmasını göstərən heç bir sübut təqdim etməmişdir. İddiaçının tələbində və sonrakı izahatlarında mirasın açılmasından xəbərdar olmaması, qanuni vərəsə kimi dəvət edilmədən miras əmlakın cavabdehin adına rəsmiləşdirildiyi barədə dəlilləri ilə məhkəmə razılaşmır. Ona görə ki, tərəflərin, elə iddiaçının öz izahatından da müəyyən edilir ki, o miras əmlak barədə kifayət qədər məlumatlı olmuş, lakin bununla belə artıq qeyd edildiyi kimi, müəyyən edilmiş müddət ərzində mirasa dair hüquqlarını irəli sürməmişdir.
26. Beləliklə, İddiaçı miras açılan gündən 6 ay müddətində miras əmlakı qəbul etmədiyi üçün miras payı əldə etmək hüququnu itirdiyindən ünvan 1 ünvanında yerləşən 0,1217 ha torpaq sahəsi, həmin ünvanda yerləşən 0,0153 ha sahəsi və 0,113 ha torpaq sahələri - cəmi 0,25 ha torpaq sahəsi üzərində onun 1/2 hissədə mülkiyyət hüququ tanına bilməz.
27. İddia tələbinin ünvan 3 ünvanında yerləşən 0,25 ha torpaq sahəsi ilə bağlı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tələb bu hissədə də, əsassızdır. Əvvəla ona görə ki, tələbin cavabdehin adına verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi hissəsi əsassız hesab edilmiş, iddiaçının mübahisəli əmlaka vərəsəlik hüququ tanınmamışdır. Bundan əlavə, Cavabdeh1 mübahisə obyekti olan əmlaklara mülkiyyət hüququnu qanun üzrə vərəsəlik hüququ əsasında əldə etmiş və çıxarış almışdır. Həmin hüquq əsasında da, torpaq sahəsi üçüncü şəxsə mübahisələndirilən müqavilə vasitəsi ilə satılmışdır. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi Mülki Məcəllənin daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı əməl edilməli olan qaydalarına uyğun aparılmış, satıcı öz mülkiyyətini qanunauyğun formada özgəninkiləşdirmiş və alıcı İsa-zadə İradə isə vicdanlı alıcı kimi mübahisəli əmlaka mülkiyyət hüququ əldə etmiş, hansı ki sonradan o da, həmin torpaq sahəsini hissələrlə alqı-satqı müqavilələri ilə digər şəxslərə satmışdır. Beləliklə, müəyyən edilir ki, iddia tələbi maddi hüquq normalarının tələbləri baxımından əsassızdır və təmin edilə bilməz.
Məhkəmə xərcləri.
28. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
29. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin.
Məhkəmənin gəldiyi nəticə.
30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 və 4 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisi olmaqla miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və miras əmlaka pay hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin.
31. Şərh olunanlara əsasən və MPM-in sadalanan mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı Məmmədov Tofı̇ q Baloğlan oğlunun cavabdehlər Cavabdeh1, Səlı̇ mov Ağasəlı̇ m Eldar oğlu, Zeynallı Cəvahı̇ r Məhərrəm qızı və Cavabdeh4 İbrahı̇ m oğluna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 və 4 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisi olmaqla miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və miras əmlaka pay hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı Məmmədov Tofı̇ q Baloğlan oğlunun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov