Məhkəmə qərarları › İş №2(010)-1060/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1060/2021

22.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1060/2021 22.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.07.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********28057 Samsung J2 markalı telefon üçün 113 (yüz on üç) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə pulu, cəmi 124 manat, 14.02.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı tozsoran üçün 112 (yüz on iki) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, cəmi 123 manat,15.04.2019-cu il tarixli müqaviləsinə əsasən, Foriella-Dnepr yataq dəsti, Matras üçün 944 (doqquz yüz qırx dörd) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat cərimə pulu, cəmi 1038 manat, 11.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Venetsiya üçün 356 (üç yüz əlli altı) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə pulu, cəmi 391 manat, 31.05.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN mini soba üçün 175 (yüz yetmiş beş) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə pulu, cəmi 192 manat, ümumilikdə 1868 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1898 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 475 (dörd yüz yetmiş beş) manat (19 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********28057 Samsung J2 markalı telefon üçün 124 (yüz iyirmi dörd) manat olmaqla ondan, 113 (yüz on üç) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə pulu; 14.02.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 288 (iki yüz səksən səkkiz) manat (12 ay x 24 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı tozsoran üçün 123 (yüz iyrmi üç) manat olmaqla ondan, 112 (yüz on iki) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə pulu; 15.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1288 (min iki yüz səksən səkkiz) manat (23 ay x 56 manat + 0 manat ilkin ödəniş) olan Foriella-Dnepr yataq dəsti, Matras üçün 1038 (min otuz səkkiz) manat olmaqla ondan 944 (doqquz yüz qırx dörd) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat cərimə pulu; 11.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 520 (beş yüz iyirmi) manat (20 ay x 26 manat + 0 manat ilkin ödəniş) olan Venetsiya üçün 391 (üç yüz doxsan bir) manat olmaqla ondan 356 (üç yüz əlli altı) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə; 31.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 253 (iki yüz əlli üç) manat (11 ay x 23 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN mini soba üçün 192 (yüz doxsan iki) manat olmaqla ondan 175 (yüz yetmiş beş) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1124 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ cavabdehə müvafiq qaydada izah olunmuşdur. Lakin, Cavabdeh tərəfindən məhkəməyə hər hansı bir etiraz göndərilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30.07.2018-ci tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh– “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh İMEİ kodu **********28057 olan Samsung J2 markalı üçün ilkin ödəniş 0 manat, hər ay 25 manat ödəmək şərti ilə 19 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 14.02.2019-cu tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh Samsung markalı tozsoran üçün ilkin ödəniş 0 manat olmaqla, hər ay 24 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 15.04.2019-cu tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Quliyeva X2-Dnepr yataq dəsti, Matras üçün ilkin ödəniş 0 manat olmaqla, hər ay 56 manat ödəmək şərti ilə 23 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 11.05.2019-cu tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Quliyeva X1 üçün ilkin ödəniş 0 manat olmaqla, hər ay 26 manat ödəmək şərti ilə 20 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 31.05.2019-cu tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, “xxxx” MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh HOFFMANN mini soba üçün ilkin ödəniş 0 manat olmaqla, hər ay 23 manat ödəmək şərti ilə 11 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş 07 dekabr 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 30.07.2018-ci il tarixə Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh “xxxx” MMC-yə 113 (bir yüz on üç) manat məbləğində ödənilməmiş əsas borc, 11 (on bir) manat məbləğində cərimə, ümumilikdə ödənilməmiş məbləğ 124 (bir yüz iyirmi dörd) manat borcu vardır. 14.02.2019-cu il tarixə Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh “xxxx” MMC-yə 112 (bir yüz on iki) manat məbləğində ödənilməmiş əsas borc, 11 (on bir) manat məbləğində cərimə, ümumilikdə ödənilməmiş məbləğ 123 (bir yüz iyirmi üç) manat borcu vardır. 15.04.2019-cu il tarixə Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh “xxxx” MMC-yə 944 (doqquz yüz qırx dörd) manat məbləğində ödənilməmiş əsas borc, 94 (doxsan dörd) manat məbləğində cərimə, ümumilikdə ödənilməmiş məbləğ 1038 (bir min otuz səkkiz) manat borcu vardır. 11.05.2019-cu il tarixə Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh “xxxx” MMC-yə 356 (üç yüz əlli altı) manat məbləğində ödənilməmiş əsas borc, 35 (otuz beş) manat məbləğində cərimə, ümumilikdə ödənilməmiş məbləğ 391 (üç yüz doxsan bir) manat borcu vardır. 31.05.2019-cu il tarixə Müddətli (Nisyə) Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh “xxxx” MMC-yə 175 (bir yüz yetmiş beş) manat məbləğində ödənilməmiş əsas borc, 17 (on yeddi) manat məbləğində cərimə, ümumilikdə ödənilməmiş məbləğ 192 (bir yüz doxsan iki) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə də, 30.07.2018-ci il, 14.02.2019-cu il, 15.04.2019-cu il, 11.05.2019-cu il, 31.05.2019-cu il tarixli Müddətli (Nisyə) Alqı-Satqı müqavilələrinə əsasən satıcı “xxxx” MMC tərəfindən alıcı Cavabdeh müvafiq olaraq İMEİ kodu **********28057 olan Samsung J2 markalı telefon üçün ilkin ödəniş 0 manat, hər ay 25 manat ödəmək şərti ilə 19 ay müddətinə nisyə satılmış, lakin Cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və onun satıcıya ödənilməmiş 113 manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə pulu, cəmi 124 (yüz iyirmi dörd) manat, Samsung markalı tozsoran üçün ilkin ödəniş 0 manat olmaqla, hər ay 24 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmış, lakin alıcı Cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və onun satıcıya ödənilməmiş 112 (yüz on iki) manat əsas borc, 11 (on bir) manat cərimə, cəmi 123 (yüz iyirmi üç) manat ödənilməmiş borc, Foriella-Dnepr yataq dəsti, Matras üçün ilkin ödəniş 0 manat olmaqla, hər ay 56 manat ödəmək şərti ilə 23 ay müddətinə nisyə satılmış, lakin alıcı Cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və onun satıcıya ödənilməmiş 944 (doqquz yüz qırx dörd) manat ödənilməmiş əsas borc, 94 (doxsan dörd) manat cərimə pulu, cəmi 1038 (bir min otuz səkkiz) manat, Venetsiya üçün ilkin ödəniş 0 manat olmaqla, hər ay 56 manat ödəmək şərti ilə 20 ay müddətinə nisyə satılmış, lakin alıcı Cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və onun satıcıya ödənilməmiş 356 (üç yüz əlli altı) manat əsas borc, 35 (otuz beş) manat cərimə pulu, cəmi 391 (üç yü doxsan bir) manat, HOFFMANN mini soba üçün ilkin ödəniş 0 manat olmaqla, hər ay 23 manat ödəmək şərti ilə 11 ay müddətinə nisyə satılmış olsa da, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və onun satıcıya ödənilməmiş 175 (bir yüz yetmiş beş) manat əsas borc, 17 (on yeddi) manat cərimə pulu, cəmi 192 (bir yüz doxsan iki) manat, ümumilkdə 1868 (bir min səkkiz altmış səkkiz) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 1700 (bir min yeddi yüz) manat əsas borc, 168 (bir yüz altmış səkkiz) manat cərimə, ümumilikdə 1868 (bir min səkkiz altmış səkkiz) manat məbləğində borc “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 1868 (bir min səkkiz yüz altmış səkkiz ) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar