Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1068/2024 19.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçı Məmmədov İsbəndıyar Yolçu oğlu və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı Məmmədov İsbəndıyar Yolçu oğlunun cavabdeh "Azərişıq" Açıq Səhmdar Cəmıyyətınə qarşı "borcun silinməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Məmmədov İsbəndıyar Yolçu oğlunun cavabdeh "Azərişıq" Açıq Səhmdar Cəmıyyətınə qarşı "borcun silinməsi" tələbinə dair ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir.
Tərəflərin izahatları
2. İş üzrə məhkəmə hazırlıq iclası 19 fevral 2024-cü il tarixə, saat 12:00-a təyin edilmişdir.
3. Cavabdeh "Azərişıq" Açıq Səhmdar Cəmıyyətınə məhkəmə iclasının vaxtı və yeri haqqında elektron kabinet vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmadan saxlanılması və sənədlərin əsllərinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmənin mövqeyi
6. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, iddiaçı Məmmədov İsbəndıyar Yolçu oğlunun cavabdeh "Azərişıq" Açıq Səhmdar Cəmıyyətınə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi baxılmadan sənədlər iddiaçıya geri qaytarılmalıdır.
7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Məmmədov İsbəndıyar Yolçu oğlunun cavabdeh "Azərişıq" Açıq Səhmdar Cəmıyyətınə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi baxılmadan sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.