Məhkəmə qərarları › İş №2(010)-108/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-108/2021

02.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-108/2021 02.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səxavət oğluna və Cavabdeh4 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səxavət oğluna və Cavabdeh4 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə alınmış və onun razılığı olmadan Cavabdeh2 28.12.2018-ci il tarixində satılmış Mercedes Benz C220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair müqavilənin, Cavabdeh2 ilə həmin avtomobilin alqı-satqısına dair 27.05.2019-cu il tarixdə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh3 ilə Cavabdeh4 arasında həmin avtomobilin alqı-satqısına dair 11.06.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 1977-ci il tarixində nikah qeydiyyatından keçib ailə qurmuşdur. Birgə nikahından 4 övladı olmuşdur. Tərəflər əvvəllər yaxşı yaşamış, lakin sonradan aralarında münasibətlər pozulmağa başlamışdır. Nəticədə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 18.04.2019-cu il tarixli qətnaməsilə aralarındakı nikah ləğv edilmişdir. Birgə nikah dövründə cavabdehlə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, ev 30/2-ni və 18.07.2013-cü il tarixində Mercedes Benz C220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdırlar. Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin qətnaməsilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsindəki evin 1/2 hissəsinə mülkiyyət hüququ tanınmışdır. Mercedes Benz C220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil onun razılığı olmadan Cavabdeh1 tərəfindən qardaşı Cavabdeh2 28.12.2018-ci il tarixində satılmışdır. 27.05.2019-cu il tarixində Cavabdeh2 tərəfindən Cavabdeh3, 11.06.2019-cu il tarixində isə Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmışdır. Avtomobil birgə nikah dövründə alınsa da, alqı-satqı zamanı iddiaçının razılığı olmamışdır. Avtomobil birgə nikah dövründə alındığından alqı-satqı zamanı onun razılığı alınmalı idi. Bu səbəbdən də Cavabdeh1 ilə Cavabdeh2 arasında 28.12.2018-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında 27.05.2019-cu il tarixində bağlanmış alqı-satqı müqaviləsi və Cavabdeh3 ilə Cavabdeh4 Zülfuqar oğlu arasında 11.06.2019-cu il tarixində bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməlidir. Bununla əlaqədar olaraq, Cavabdeh1 ilə birgə nikah dövründə alınmış və onun razılığı olmadan Cavabdeh2 28.12.2018-ci il tarixində satılmış Mercedes Benz C220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair müqavilənin, Cavabdeh2 ilə həmin avtomobilin alqı-satqısına dair 27.05.2019-cu il tarixdə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh3 ilə Cavabdeh4 arasında həmin avtomobilin alqısatqısına dair 11.06.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 19.06.2020-ci il tarixində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia ərizəsinin dəqiqləşləşməsinə dair ərizə verərək, Cavabdeh1 ilə birgə nikah dövründə alınmış və onun razılığı olmadan Cavabdeh2 28.12.2018-ci il tarixində satılmış Mercedes Benz C220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair müqavilənin, Cavabdeh2 ilə həmin avtomobilin alqı-satqısına dair 27.05.2019-cu il tarixdə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh3 ilə Cavabdeh4 arasında həmin avtomobilin alqısatqısına dair 11.06.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməklə,avtomobilin birgə niah dövründə əldə edilmiş əmlak kimi Cavabdeh1 məxsus olaraq ½ hissədə avtomobilə mülkiyyət hüququnun tanınması, avtomobilin bazar qiyməti nəzərə alınmaqla payına uyğun digər paylı mülkiyyətçi kimi Cavabdeh1 oğul tərəfindən iddiaçıya kompensasiya ödənilməsi, ödəməyə razı olmadığı təqdirdə avtomobilin açıq hərracdan satılaraq əldə edilmiş pul vəsaitinin paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 26.08.2020-ci il tarixində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia ərizəsinin dəqiqləşləşməsinə dair ərizə verərək, o, Cavabdeh1 ilə 1977-ci il tarixində nikah qeydiyyatından keçib ailə qurmuşdur. Birgə nikahlarından 4 övladı olmuşdur. Onlar əvvəllər yaxşı yaşamış, lakin sonradan aralarındakı münasibətlər pozulmağa başlamışdır. Nəticədə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 18.04.2019-cu il tarixli qətnaməsilə nikah ləğv edilmişdir. Birgə nikah dövründə cavabdehlə birlikdə 18.07.2013-cü il tarixində Mercedes Benz C220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdırlar. Mercedes Benz C220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil onun razılığı olmadan Cavabdeh1 tərəfindən qardaşı Cavabdeh2 28.12.2018-ci il tarixində satılmışdır. 27.05.2019-cu il tarixində avtomobil Cavabdeh2 tərəfindən Cavabdeh3, 11.06.2019-cu il tarixində isə Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmışdır. Avtomobil birgə nikah dövründə alınsa da, alqı-satqı zamanı iddiaçının razılığı olmamışdır. Məhkəmə prosesində Cavabdeh4 bildirmişdir ki, Mercedes Benz C220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanh avtomobili 13700 manata almışdır. Avtomobil birgə nikah dövründə alındığından alqı-satqı həticəsində əldə edilmiş 13700 manatın 1/2 hissəsi, yəni 6850 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Odur ki, Cavabdeh1 ilə birgə nikah dövründə aldığı Mercedes Benz C220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 13700 manatın 1/2 hissəsinin, yəni 6850 manat pulun Cavabdeh1 alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16 mart 2020-ci il tarixli məhkəmə iclas protokoluna əsasən Cavabdeh1 məhkəmə iclasında öz izahatında iddianı qəbul etmədiyini, qızı xəstələndiyi üçün onu Türkiyəyə yolladığını, qızı ilə anası X7 birlikdə getdiyini, ordan iddiaçı onu zəng edərək, pul istədiyini, müalicə üçün o da 2.700 ABŞ dolları pul göndərdiyini, daha sonra bildirdilər ki, bu qıza rahatçılıq, istirahət və kökəlmək lazımdır, bu səbəbdən ona nə qədər pul xərclədiyini bildirmişdir. Eyni zamanda sədrlik edən suallarına cavab olaraq, iddiaçı ilə 10 ildir ki, münasibətlərinin normal olmadığını, tatar qızla evləndiyini və bu nikahdan oğlu olduğunu, oğlunun ona göndərdiyi məktubları iddiaçının gizlətdiyini, oğlunu daha sonra internet əlaqəsi ilə tapdığını, iddiaçı ilə münasibətləri bundan sonra daha da zəiflədiyini, maşını satıb, qızına xərclədiyini bildirmişdir. Onlar ayrılmamışdan əvvəl maşın satılıb və pulu qızının müalicəsi üçün Türkiyəyə göndərilib. Türkiyəyə 2.700 ABŞ dolları pul göndərmiş, həmin pulu qardaşından borca aldığını, bildirmişdir ki, maşını satanda pulunu verəcəkdir. Daha sonra isə pul əvəzinə maşını ona verdiyini bildirmiş, iddiaçının vəkilinin sualına cavabında isə qardaşına maşını 8000 manatın əvəzinə vermiş, ucuz verməyinin səbəbi, maşının ilinin köhnə olması idi. O, 8000 manat almış, ailəsini Türkiyəyə yola salmış, sonra da 3000 manat istəmişlər, o böyük qızı və oğlu ilə getmiş, 2700 ABŞ dolları pul göndərmişdir. 06 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı verdiyi izahatında yoldaşı Cavabdeh1 mübahisəli avtomobilin dəyərindən ona düşən payın verməmək məqsədi ilə həmin maşını öz qardaşına satmış və artıq 2 aydan sonra boşanmağa dair iddia ərizəsini vermişdir. Hətta o bildirdi ki, özü 2019-cu ilin fevral ayında Bakı Asan Xidmət Mərkəzinə nikahın pozulması ilə əlaqədar ərizə ilə müraciət etmiş, lakin cavabdeh gəlmədiyinə görə həmin vaxt nikah pozulmamış və artıq mart ayında Cavabdeh1 özü nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəfindən sadalanan hallar onu göstərir ki, cavabdehin əsas məqsədi həmin avtomobili yaxud da onun alqı-satqısından alınmış pulunu iddiaçıdan gizlətmək idi. Sorğu ilə alınmış alqı-satqı müqaviləsinə əsasən maşının satış dəyəri 13.700 manat idi. Bununla əlaqədar İddiaçı Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsini dəqiqləşdirərək Cavabdeh1 ilə birgə nikah dövründə aldıqları Mercedes Benz C220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 13.700 manatın ½ hissəsinin, yəni 6850 manat pulun Cavabdeh1 alınıb iddiaçıya verilməsini xahiş edir. 06 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, atası Cavabdeh1 mübahisəli avtomobili 2013-cü ildə almış anasının bu barədə xəbəri yox idi, onlar bir evdə yaşasalar da evə girişləri ayrı idi və axır vaxtlar bazarlığı atası özü-özünə edirdi. Bacısı da ona yemək bişirib gətirirdi. Maşına münasibətdə göstərmişdir ki, bacısı onkoloji xəstə olduğuna görə onun Türkiyədə müalicə alinması üçün atası hər iki qardaşdan ayrı-ayrılıqda 8000 manat borc götürmüşdür və bütün bu pulu bacısının müalicəsi üçün Türkiyəyə pul ödəmə sistemi vasitəsi ilə göndərmişdir. Həmin pulu atası öz qardaşından digər cavabdehdən borc kimi götürdüyünə və bir il ərzində qaytara bilmədiyinə görə atası məcbur olub maşını qardaşına vermişdir və bunun rəsmiləşdirilməsi üçün alqı-satqı müqaviləsini bağlamışdır. Maşının verilməsi sırf bacısının müalicə olunması üçün verilmiş borcun tam olaraq ödənilməsi ilə əlaqədar idi. Həmçinin qeyd edir ki, vaxtilə həmin maşının alınması üçün anası heç bir zəhmət çəkməmiş, evdar qadın idi, maşın yalnız atasının puluna alınmışdır. 06 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsinin izahatını təsdiqləyərək, iddianı və iddianın dəqiqləşdirilməsinə dairə ərizəni qəbul etməmişdir. Həmçinin də həmin maşının yalnız özünün puluna alındığını iddiaçının həmin maşının alınmasında heç bir zəhməti olmadığını qeyd etmişdir. Yekun məhkəmə iclasında İddiaçı öz izahatına əsasən, Cavabdeh1 iddiaçıdan xəbərsiz maşını satdığını, cavabdeh qızının xəstəliyinə pul xərcləmədiyini, qızını özü müalicə etdiyini, birgə nikah dövründə olan payın dəyərinin verilməsini xahiş etmişdir. Yekun məhkəmə iclasında Cavabdeh1 öz izahatına əsasən, uşaqlara baxdığını, Türkiyəyə gedəndə qızının müalicəsi üçün borc pul tapıb onları göndərdiyini, qızının müalicəsi üçün maşını satdığını bildirmiş, iddianın rədd edilməsi xahiş etmişdir Yekun məhkəmə iclasında Cavabdeh2 öz izahatına əsasən, qardaşı Telmanın öz qızını müalicəyə aparması üçün pul verdiyini, maşını satdığını, ev də qardaşının olduğunu bildirmişdir. Yekun məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X5 iddiaya etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. 19 iyun 2020-ci il tarixli məhkəmə iclas protokoluna əsasən, Cavabdeh4 izahatında iddianı qəbul etmədiyini, maşını rəsmi şəkildə 13.700 manata öz adına almışdır. Əvvəl maşın hansı qiymətə olub, kimdən alınıb o barədə bilmədiyini, o, maşını Badamdar bazarından İlqar adlı şəxsdən aldığını bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh3 Səxavət oğlu və Cavabdeh4 yekun məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının, cavabdehlərin, cavabdehin nümayəndəsinin izahatlarını və çıxışlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: 19 iyun 2020-ci il tarixli məhkəmə iclas protokoluna əsasən, şahid X8 öz ifadəsində o, iddiaçı ilə cavabdehin övladı olduğunu, bacısının müalicəsi üçün pul lazım olduğunu, gedərkən, pul verib yola saldığını, daha sonra Türkiyədə olarkən, pul istədiklərini, atasının göndərdiyini bildirmiş, atası əmisindən borc aldığı üçün maşını ona satdığını eşitdiyini, balaca bacısının atasını əsəbləşdirdiyi üçün atası xəstəxanalıq olduğunu, daha sonra anası ilə, bacısının gəlini ilə yola getmədiyi üçün qardaşının yoldaşını götürüb evdən getdiyini, əsgərlik vaxtı atasının bir övladı olduğunu, əmioğlusu onu axtarmağa başladığın bildirmişdir. O, təxmin edir ki, maşının əmisinə verilməsindən anasının xəbəri var idi. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 21.07.2020-ci il tarixli 63004/220 saylı məktuba əsasən, “Mercedes Benz C220 CDİ” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş alqı-satqı müqavilələrinin, əlavə olaraq digər sənədlərin sürət və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışları göndərilmişdir. 28 dekabr 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 **-EO-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz C220 CDİ minik markalı avtomobili 2000 (iki min) manata Cavabdeh2oviçə satmışdır. 27 may 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh2oviç **-EO-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz C220 CDİ minik markalı avtomobili 14500 (on dörd min beş yüz) manata Cavabdeh3 satmışdır. 11 iyun 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh3 **-DN-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz C220 CDİ minik markalı avtomobili 8000 (səkkiz min) manata Cavabdeh4 satmışdır. Mülki iş üzrə Cavabdeh4 tərəfindən verilmiş 19.06.2020-ci il tarixli yazılı izahata əsasən, o, maşını 1 il bundan qabaq Badamdar maşın bazarından Cavabdeh3 Səxavət oğlundan almışdır (13700 manata). O, bu maşını əvvəli mülkiyyətçiləri Cavabdeh1 və Cavabdeh2 olması barədə heçnə bilməmişdir və onlar tanımır. O, vicdanlı alıcı olduğunu və bu işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin 25.09.2019-cu il tarixli 2(010)-3650/2019 saylı qətnaməsi ilə iddiaçı X6 ilə Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, ev 30/2 nömrəli mənzilin 1/2 hissəsinə İddiaçı payı müəyyən edilmiş, iddia tələbi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə ev 30/2 ünvanında olan 0,55 ha torpaq sahəsinin 1/2 hissəsinə payın müəyyən edilməsi hissəsində və birgə nikah dövründə, yəni 18.07.2013cü il tarixində əldə edilmiş və 28.12.2018-ci il tarixində satılmış "Mercedes-Benz CDİ220" markalı avtomobilin satışına dair alqı-satqı müqaviləsinin ləğv edilməsi, avtomobilin əvvəlki vəziyyətə gətirilməsi və həmin avtomobilə 1/2 hissədə payın müəyyən edilməsi, avtomobilin hazırki bazar qiymətinə satılaraq payına düşən hissənin Cavabdeh1 alınıb iddiaçı X4 verilməsi hissəsində təmin edilməmiş və Cavabdeh1 ödənilmiş dövlət rüsumun 10,2 hissəsi tutularaq iddiaçı X4 ödənilməsi, 10,2 hissəsi isə iddiaçı X2 özünə aid edilməsi qət edilmişdir. Suraxanı rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli 2(010)-1631/2020 saylı qərardadı ilə hazırki mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 27.10.2020-ci il tarixli 01/569 saylı ekspert rəyinə əsasən, qiymətləndirmə zamanı aparılan hesablamalarda mütəxəssislər tərəfindən xüsusi olaraq illər üzrə əldə edilmiş əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, bu tipli əmlaka olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış informasiyalardan istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınaraq, aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Mercedes Benz C220 CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 27.10.2020-ci il tarixə olan bazar dəyəri: 13 800 (on üç min səkkiz yüz) manat, likvid dəyəri isə 12 400 (on iki min dörd yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər- arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər- arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər- arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən ər- arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər- arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1 və 213.2-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə hesab edir ki, iddiaçı təqdim etdiyi sənədlərlə, şahid ifadələri, məhəkəmə araşdırılması zamanı müəyyən edilmiş işin faktiki halları ilə təsdiq olunur ki, mübahisə predmeti olan avtomobil tərəflərin paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.6-cı maddələrində qeyd olunmuşdur ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırılması qamanı müəyyən edilmişdir ki, Cavabdeh1 birgi nikah dövründə - 18 iyul 2013-cü il tarixdə alınmış **-EO-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz C220 minik markalı avtomobili 28 dekabr 2018-ci il tarixdə 2000 (iki min) manata Cavabdeh2oviçə satmışdır. Cavabdeh2oviç 27 may 2019-cu il tarixdə **-EO-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz C220 CDİ minik markalı avtomobili 14500 (on dörd min beş yüz) manata Cavabdeh3 satmışdır. Cavabdeh3 11 iyun 2019-cu il tarixdə **-EO-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz C220 CDİ minik markalı avtomobili 8000 (səkkiz min) manata Cavabdeh4 satmışdır. Sonuncu məhkəmə iclasında həm şifahi, həmçinin də yazılı izahatına əsasən maşını 1 il bundan qabaq Badamdar maşın bazarından Cavabdeh3 Səxavət oğlundan 13700 manata almışdır. O, bu maşını əvvəlki mülkiyyətçiləri Cavabdeh1 və Cavabdeh2 olması barədə heçnə bilməmişdir və onları tanımır. O, vicdanlı alıcı olduğunu qeyd etmişdir. Mübahisəli predmeti – avtomobilə dair bağlanmış alqı-satqı müqavilələrində avtomobili qiyməti müxtəlif məbləğlər olduğuna görə mübahisə redmetinə dair əmtəə-şünaslıq ekspertizası keçirilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 27.10.2020-ci il tarixli 01/569 saylı ekspert rəyinə əsasən, Mercedes Benz C220 CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 27.10.2020ci il tarixə olan bazar dəyəri: 13 800 (on üç min səkkiz yüz) manat, likvid dəyəri isə 12 400 (on iki min dörd yüz) manat müəyyən edilmişdir. Məhkəmə ailə qanunvericiliyinin normalarına əsaslaranaraq hesab edir ki, mübahisələndirilən avtomobil alınarkən tərəflər birgə nikah münasibətlərində olması, nikahları pozulanadək isə onların artıq 42 ildən artıq birgə təsərrüfat aparmaları nəzərə alınmaqla, əldə etdikləri avtomobilin birgə təsərrüfat zamanı qazandıqları pul vəsaiti hesabına alınması kimi qiymətləndirilməlidir. Mübahisə predmeti olan avtomobil satıldığı vaxt tərəflər artıq bir evdə yaşasa da, birgə təsərrüfat aparmamış, həmin hal da cavabdehin nümayəndəsinin izahatında öz təsdiqini tapmışdır. Həmin vaxt tərəflər nikahın pozulması barədə fikrə gəlmiş, əvvəl cavabdeh qeydiyyat şöbəsinə müraciət etmiş, sonradan da cavabdeh bu barədə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarına, işin faktiki hallarına əsaslanaraq məhkəmə qeyd edir ki, nə qədər ki, sözügedən avtomobil birgə nikah dövründə alınıb və satılıb, deməli onun satışından əldə edilən gəlir də, tərəflər arasında bərabər payda bölünməlidir. Çünki, qanunvericiliyin tələbinə görə həmin avtomobil tərəflərin birgə mülkiyyəti hesab olunur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikah dövründə alınmış satılmış “Mercedes Benz C220CDİ” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ekspertiza rəyinə əsasən satılmış əmlakın likvid dəyəri olan 12400 manat pul vəsaitinin yarısı 6200 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessal Məcəlləsinin 119-cu maddəsinə əsasən Cavabdeh1 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 300 manat məbləğində məhkəmə xərci cavabdeh X1 tutularaq İddiaçı Kəim qızına ödənilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikah dövründə alınmış “Mercedes Benz C220CDİ” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri olan 12400 manat pul vəsaitinin yarısı - 6200 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı verilsin. Cavabdeh1 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 300 manat məbləğində məhkəmə xərci cavabdeh X1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar