Məhkəmə qərarları › İş №2(010)-1110/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1110/2020

05.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1110/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi X6, üçüncü şəxs X3, onun müdafiəçisi X5 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı vərəsə kimi tanınma və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Şalbuz qızı Cavabdehnə qarşı vərəsə kimi tanınma və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edə-rək, İddiaçı1, İddiaçı2 və X7 X1 vərəsəsi olaraq tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini belə əsaslandırmışlarki, İddiaçı1 mərhum həyat yoldaşı X15 ilə Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D y/s, 24 saylı evin 19 saylı mənzilində yaşamışdır. X2 ilə birgə nikahdan İddiaçı2 anadan olmuşdur. X1 əvvəlki nikahdan Kərimov Rauf və Kərimova Leyla adlı övladları var. X16 onlarla bərabər Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D y/s, 24 saylı evin 19 saylı mənzildə yaşayır. Vərəsəlik haqqında şəhadətnamənin alınması üçün Cavabdehnə müraciət edilmişdir. Cavabdeh K-04/13 saylı xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D y/s, 24 saylı evin 19 saylı mənzilin X1 mülkiyyətində olmadığı üçün vərəsəlik haqqından şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” y/s, 24 saylı evin 19 saylı mənzil miras əmlak kimi tərəfindən faktik qəbul edilmişdir. Suraxanı Rayonu X13 Komitəsinin xx.xx.1990-cı il tarixli 7 saylı qərarına əsasən BGİ yanında MTK-179 ümumi yığıncağının Ş.Kərimovun sahəsi 50, 25 kv.m olan, Günəşli qəsəbəsi, “D” y/m, ev 24, mənzil 19 ünvanında yerləşən 4 otaqlı mənzildən ibarət olan payın və kooperativ mənzilin 4 nəfərdən ibarət tərkibdə X8 adına dəyişdirilməsi haqqında qərarı təsdiq edilmişdir. Hazırda həmin mənzilə dair mülkiyyət hüququnun müəyyən edilməsi üçün İddiaçı1, İddiaçı2 və X7 vərəsələr olaraq tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi zərurət yaranmışdır. Məhkəmə iclasında İddiaçı1 və onun nümayəndəsi X14iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, İddiaçı1, İddiaçı2 və X7 X1 vərəsəsi olaraq tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X10 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli ev mərhum anasının adına verildiyindən iddiaçılar göstərdikləri qaydada evin bölünməsinə etiraz edir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğuüçün rədd edilməlidir. Belə ki, iş materiallarında olan 4 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş ölum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2018-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş 37 saylı Notariat ofisinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 19 saylı 4 otaqlı mənzildən ibarət miras əmlak mərhum X9 mülkiyytində olmadığına görıə və xx.xx.1989-cu il tarixdə 025591 nömrəli order əsasında verildiyinə görə vərəsəlik hüququq haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Notariat Arxivinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X4 miras əmlakına dair Bakı şəhəri 24 saylı Dövlət notariat ofisində xx.xx.1990-cı il tarixdə H1/1-29 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.1989-cu ildə ölmüş X11 əmlakının vərəsələrinin biri –Bakı şəhəri, Günəşli qəsəbəsi, «D» yaşayş sahəsi, ev 24 mənzil 19 yaşayan həyat yoldaşı –X15, 1984-cü ildə anadan olmuş qızı X12 və 1968-ci ildə anadan olmuş X16 bərabər hissələrdə Bakı şəhər XDS İK-nin 179 №-li mənzil İstismar kooperativindəki 5700 manat məbləğində kooperativ pay haqqı almalıdılar. İş materiallarına əlavə olunmuş Suraxanı rayon X13 Komitəsinin xx xxxx 1990-cı il tarixli 7 saylə qərarından görünür ki, BGİ yanında MTK -179 üzvlərinin ümumi yığıncağının sahəsi 50,25 kv. Metr olan Bakı şəhəri, Günəşli qəsəbəsi, “D” yaşayış massivində yerləşən 24 saylı evin 19 saylı mənzildən ibarət payın və kooperativ mənzilin X8 adına rəsmləşdirilməsi təsdiq edilmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.1989-cu ildə vəfat etmiş X4 ölümü ilə vərəsəlik işi açılmış və əri X15, 1984-cü ildə anadan olmuş qızı X12 və 1986-cı ildə anadan olmuş X16 bərabər hissələrdə mərhumun adına olan Bakı şəhər XDS İK-nin 179 №-li mənzil İstismar kooperativindəki 5700 manat məbləğində kooperativ pay haqqından ibarət miras almışlar. Suraxanı rayon X13 Komitəsinin xx xxxx 1990-cı il tarixli 7 saylə qərarı ilə BGİ yanında MTK -179 üzvlərinin ümumi yığıncağının sahəsi 50,25 kv. Metr olan Bakı şəhəri, Günəşli qəsəbəsi, “D” yaşayış massivində yerləşən 24 saylı evin 19 saylı mənzildən ibarət payın və kooperativ mənzilin X8 adına rəsmləşdirilməsi qərara alınmışdır. X15 xx.xx.2018-ci ildə vəfat etmişdir. Mübahisəli mənzil daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alılnmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd olunan maddi normalarının məna və mahiyyətinə görə, mirasın kütləsinə o daşınmaz əmlak daxil ola bilər ki, həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yəni həmin əmlakın nədən ibarət olması barədə aydın təsəvvür olmalı, rəsmi sənədlərdə əksini tapmalı və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının miras aktivinin toplusuna daxil olmalıdır. Yalnız bundan sonra miras əmlakın istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbulundan bəhs edilə bilər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Günəşli qəsəbəsi, “D” yaşayış massivində yerləşən 24 saylı evin 19 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda həmin daşınmaz əmlaka iddiaçıların mülkiyyət hüquqlarının müəyyən edilməsi və vərəsəlik şəhadətnamənin verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı vərəsə kimi tanınma və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanui qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar