Məhkəmə qərarları › İş №2(010)-1127/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1127/2020

07.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1127/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cаvаbdeh «Cavabdeh» İstehsalat Birliyinə (bundan sonra “Cavabdeh” İB) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək “Cavabdeh” İB tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2019-cu il tarixli akt əsasında **********00001 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 486 manat borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ARDNŞ “Cavabdeh” İB əməkdaşları onun iştirakını təmin etmədən və ona rəsmi xəbərdarlıq etmədən yaşadığı evə quraşdırılmış G- 4 İtron qaz sayğacını sökmüş və yerinə G-4 İtron markalı yeni sayğac quraşdırmışlar. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Sonradan onlara məlum olmuşdur ki, sökülən qaz sayğacı ekspertizaya aparılmışdır və yararsız hesab olunmuşdur. Eyni zamanda, “Cavabdeh” İB tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. “Cavabdeh” İB-nin SOCAR**********30991710XO2032 saylı, xx.xx.2019-cu il tarixli məktubuna əsasən, Bakı RQÖQX X1 və X5 və məişət qaz sayğaclarını yoxlanması laboratoriyasına aparılmış nömrələri qeyd olunmuş qaz sayğacları xx.xx.2019-cu il tarixində dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. Onun cərimələnməsi qanunsuz və əsassızdır. Belə ki, ARDNŞ “Cavabdeh” İB-nin əməkdaşlarının sayğacı necə sökdükləri, köhnə sayğacla necə davrandıqları ona məlum deyil. Sayğacda deşiyin yaranması cavabdeh qurumun əməkdaşlarının sayğacı sökən zaman səliqəsiz və diqqətsiz davranması nəticəsində yarana bilər. Ümumiyyətlə, sayğac hamı üçün əlçatan yerdədir. Sayğacı yoldan keçən istənilən şəxs zədələyə bilər. Ən azından belə hal olsaydı bu barədə o, dərhal məlumatandırılmalı idi. Cavabdeh qurumun bu cür qanunsuz davranışından və onu cərimələməsindən belə çıxır ki, sayğac sökülən zaman sayğacı sökənlər ona istədiyi kimi davrana bilərlər, amma bunun məsuliyyəti abonentin üzərindədir? Eyni zamanda vaxtıvaxtında işlədilən qazın pulunun ödənilməsi, hətta işlədilən qazın pulundan əlavə balansa artıq pul ödəməsi də sübut edir ki, onun sayğaca müdaxilə etməsi gülüncdür. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Onun yaşadığı ünvana qaz təminatının dayandırılması qanunla qorunan hüquqlarını pozur. Eyni zamanda, vaxtı vaxtında işlədilən qazın pulunun ödənilməsi də sübut edir ki, onun sayğaca müdaxilə etməsi gülüncdür. Təbii qazdan da böyük həcmdə istifadə edilmir. İddia ərizəsinə əlavə edilmiş abonentin saldosu da buna sübutdur. Göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilməddiyi halda ona əlavə pul hesablanması yolverilməzdir. Hesab edir ki, onun tərəfindən qeyd olunan sayğaca hər hansı müdaxilənin edilməsi, onun tərəfindən sayğacdan, onun işləmə prinsipindən və s. anlayışı olan şəxsin tapılaraq, onun vasitəsilə sayğaca müdaxilə etməsi barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən və edilə bilməyəcəyindən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçıiddianı müdafiə edərək bildirdi ki, cavabdeh orqanın əməkdaşları tərəfindən əvvəlki sayğac sökülərək yerinə yeni sayğac quraşdırılmış, yeni sayğacın istismara qəbulu haqqında akt da tərtib olunmuşdur. Bundan sonra öyrənmişdir ki, əvvəlki qaz sayğacı ekspertizaya aparılmış, orada yararsız olduğu müəyyən edilmişdir. Onun isə heç nədən xəbəri yoxdur, kimin söküb apardığını bilmir. O evdə heç kim yaşamır. Evi tikdirmişdir ki, oğlu evlənəndən sonra köçsün. Evdə kartla işləyən sayğac olmuşdur. Ona hesablanmış cərimə tam əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil. Belə ki, iddiaçının evində mexaniki smartkartla işləyən sayğac quraşdırılmışdır. Həmin evdə qazdan istifadə olunmuş, buna uyğun borc hesablanmışdır. 2015-ci ilin bəzi aylarında iddiaçı tərəfindən ödəniş də edilmişdir. Lakin 2017-ci ildən bəri heç bir ödəniş edilmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli Aktın surətindən görünür ki, İddiaçı məxsus mənzildə təbii qazın uçotu və TQİQyə riayət olunması yoxlanılmış və müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli laboratoriyanın 29/1710-02032 saylı MSK-ya əsasən 1402AZ**********91 nömrəli sayğacda ALARM-1 rejimi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb kimi qoyulmuşdur. xx.xx.2019-cu il tarixli, MSK-29/1710-02032 nömrəli, “qaz sayğacının yoxlanılması barədə Aktın surətindən görünür ki, sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın klapanı işlək deyil. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Aktdan görünür ki, İddiaçı məxsus mənzildə yeni qaz sayğacı quraşdırılmışdır. xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 4860 m3 həcmində müəyyən edilmişdir. **********00001 kodlu abonentin saldosundan görünür ki, xx.xx.2019-cu il tarixinə 486 manat məbləğində qalıq borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “Cavabdeh” İstehsal Birliyinın əməkdaşları tərəfindən İddiaçı məxsus sayğaca baxış keçirilmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli Akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, xx.xx.2019-cu il tarixli laboratoriyanın 29/1710- 02032 saylı MSK-ya əsasən 1402AZ**********91 nömrəli sayğacda ALARM-1 rejimi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb kimi qoyulmuşdur. Daha sonra “Cavabdeh” İB tərəfindən 2019-cu ilin avqust ayı üçün İddiaçı 486 manat məbləğində qalıq borc hesablanmışdır. Bundan sonra İddiaçı cаvаbdeh “Cavabdeh” İB-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək “Cavabdeh” İB tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2019-cu il tarixli akt əsasında **********00001 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 486 manat borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmiş, əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın: 4.2-ci maddəsinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməmiş, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qaz sayğacın klapanında və hesablama mexanizminin qapağında zədə aşkarlansa da bunun sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinəəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı hər hansı təqsirli hərəkəri nəticəsində cavabdeh təşkilata məxsus sayğacın zədələnməsi və ziyan vurulması müəyyən edilmədiyindən, iddiaçının hər hansı təqsiri cavabdeh tərəfindən sübut edilmədiyindən iddiaçıya hər hansı cərimə hesablanması qanunsuzdur və silinməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 486 (dörd yüz səksən altı) manat borc onun hesabından silinsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar