Məhkəmə qərarları › İş №2(010)-115/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-115/2025

07.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-115/2025 07.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin tələbi. *. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, *5 iyul *97*-ci il təvəllüdlü X* fəaliyyət qabiliyyəti olmaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri.

2. bacısı X2 *5 iyul *97*-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 43 saylı şəhər poliklinikasının 22 noyabr 2023-cü il tarixli, ***4 №-li arayışına əsasən o, anadangəlmə xəstədir və “Şizofreniya - Paranoid forma” diaqnozu ilə psixiatriya kabinetində dispanser qeydiyyatındadır və müddətsiz 2-ci qrup əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Zona Tibbi Sosial Ekspertiza Komissiyasının arayışına əsasən bacısı ümumi xəstəlikdən müddətsiz ikinci qrup əlildir. Bacısı onun himayəsindədir, uzun illərdir ona o baxır və bütün qayğılarını o çəkir. O, Suraxanı Rayonu 43 saylı Şəhər Poliklinikasında qeydiyyatdadır, psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verib onun təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X7 hazırki ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi.

İş materialları.

5. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*960-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında Baxşıyev Seyfəddin, ana qrafasında X3 qeyd olunmuşdur.

6. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 *5.07.*97*-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında Baxşıyev Seyfəddin, ana qrafasında X3 qeyd olunmuşdur.

7. 43 nömrəli şəhər poliklinikasının *2.04.2024-cü il tarixli, 347 №-li arayışından görünür ki, *5.07.*97*-ci il təvəllüdlü X2 “Şizofreniya - Paranoid forma” diaqnozu ilə psixiatriya kabinetində xx.xx.2008-ci il tarixdən dispanser qeydiyyatındadır

8. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının Ərizəçi ünvanlanan 04.**.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi AR MPM-nin 3*7-ci və 32*-ci maddələrinə əsasən qəyyumun psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməsi və bu səbəbdən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olması bildirilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 27.*2.2024-cü il tarixli, 3799 №-li ekspert rəyində qeyd olunmuşdur ki, *5.07.*97*-ci il təvəllüdlü X* fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsaslar vardır. X2 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. X* psixi vəziyyəti məhkəmədə iştirak etməsinə imkan vermir.

İşin faktiki halları.

*0. Barəsində ərizə verilən *5.07.*97*-ci il təvəllüdlü X2 ərizəçinin bacısıdır. İş materiallarında olan sənədlərə və rəyə əsasən *5.07.*97*-ci il təvəllüdlü X* öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı işin mübahisəsiz hallarıdır. Bu hal iş üzrə təyin edilmiş ekspertiza ilə də öz təsdiqini tapır.

Tətbiq edilən hüquq.

**. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

*2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 3*7. Ərizənin verilməsi 3*7.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 32*. Məhkəmənin ərizə üzrə qətnaməsi 32*.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

*3. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. *4. Belə ki, proses iştirakçılarının izahatından və iş materiallarından müəyyən olunur ki, *5.07.*97*-ci il təvəllüdlü X2 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Qanunvericiliyin tələblərinə görə bu hal şəxsin fəaliyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasdır.

Məhkəmənin gəldiyi nəticə.

*5. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *5.07.*97*-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. *6. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi: Ərizə təmin edilsin. *5 iyul *97*-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar