Məhkəmə qərarları › İş №2(010)-1150/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1150/2023

16.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1150/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “təbii qaz istehlakına görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 2108,50 manat məbləğində borcun silinməsi. İddia tələbinin dəlilləri ünvan 1 ünvanında “Qazdan istifadə qaydaları"na uyğun olaraq “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh ilə aralarında AKX-04043 xx/xx-2022, xx.xx.2022-ci il tarixdə aralarında müqavilə bağlanmışdır. Müqavilənin predmetini “Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir” nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2-ci “tərəflərin hüquq və vəzifələri" bölməsinin 2.1.6-cı “paylayıcının vəzifələri” bəndində istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək), 2.1.7-ci bəndinə əsasən istehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə məlumat vermək nəzərdə tutulmuşdur. Tərəfindən yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödənilmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmayıb. Cavabdeh əməkdaşları tərəfindən yaşadığı ünvanda Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı AKT tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, “Qaz Sayğacı” F044 rejimində işləyir. M1-10827M215160 saylı qaz sayğacının klapanına müdaxilə ehtimalı var. Aktın tərtib edilməsi və sayğaca baxış zamanı iştirakım təmin olunmamış və həmin akt nə iddiaçıya, nədə ki, ailə üzvlərinə təqdim edilmişdir və istehlakçı tərəfindən imzalanmamışdır. Sonuncu dəfə 2023-cü ilin abonentin saldosu çıxarışında onun Qaz istehlakına görə Cavabdehnə 06.2022-cü il tarixinə 2108,50 manat borcunun olduğu qeyd edilmişdir. O, göstərilən borc məbləği ilə qəti razı deyil, belə ki, sayğacın çıxış plasmas borusunun deşilməsi səbəbi qazpaylayıcısı tərəfindən araşdırılmamış, bunun istehlakçı və ya təbii aşınma nəticəsində baş verməsi müəyyən edilməmiş və bu Cavabdeh Qaz sayğaçının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli № QSN - 29/1710-00329/1-61 AKT-da öz əksini tapmamışdır. “Qazdan istifadə Qaydalarf’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Odur ki, dövlət yoxlamasını həyata keçirən şəxslər bunu qərəzli şəkildə aparmış və bilərəkdən yalnış səbəblər göstərmişlər. Həmin borcun hansı əsasla yaranması barədə İdarəyə müraciət edib, aydınlaşdrmaq istədikdə idarə əməkdaşları borcun hansı əsasla yaranması səbəblərini iddiaçıya izah edə bilmədilər. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iş üzə iddiaçının **********00000 saylı istehlakçı hesabı üzrə saldosundan göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi sayğaca görə 2108.50 manat borc məbləği təşkil etmişdir. Həmin məbləğ xx.xx.2016 tarixdə quraşdırılmış 1402AZ114037344 nömrəli smart tipli qaz sayğacı üzrə istifadə edilmiş və sayğacın mexanikin hissəsi üzrə qeydiyyatı aparılmış qaz sərfiyyatına görə yaranmış borc məbləğidir. 2022-ci ilin may ayında sayğacın elektron hissəsi sönmüş olsa da, mexaniki hissə işlək vəziyyətdə olmuş və istifadə edilən sərfiyyatın qeydiyyatı aparılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktdan da görünür ki, 1402AZ114037344 saylı sayğac çıxarılan zaman mexaniki hissənin göstərisici 25798 m3 olmuşdur. Akt istehlakçının özü tərəfindən də imzalanmışdır. GASREP proqramı üzrə saldodan isə görünür ki, 1402AZ114037344 saylı sayğacın elektron hissəsinin ümumi göstərisici 15160 m3 olmuşdur. Yaranan fərq: (25798 m3 - 15160 m3 ) = 10638 m3. 10638 m3 = 2200 m3 x 0.10 manat + 2500 ( 1200 x 0.12 + 1300 x 0.20 ) + 5938 m3 x 0.25 (limiti kəcən tarif ) Bələliklə, ümumi borc (220 + 144 + 260 + 1484.50 ) = 2108.50 manat təşkil edir. Göründüyü kimi mübahisə edilən dövrdə ödəniş olmamışdır. Lakin iddiaçı iddia ərizəsində faktiki hallara toxunmadan formal şəkildə iddia qaldırmaqla faktiki istifadə etmiş olduğu təbii qazın qiymətinin ödənilməsindən yayınmaq niyyətini ifadə etmişdir. Bu isə həm tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə, həm də “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə ziddir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə Qətnamə qəbul etməsini xahiş etmişdir. İş materialları “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəççisi arasında qazın alqı-satqısı” barədə AKX-04043xx/xx-2022 saylı, xx.xx.2022-ci il tarixli müqavilə”dən görünür ki, bu müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə aktdan görünür ki, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin müştəri xidməti şöbəsi mühəndis X1 və abonent kodu **********00000 olan İddiaçı tərəflər arasında paylayıcı şəbəkənin balans məhdudiyyəti sərhədini aşağıdakı kimi müəyyən etmişdir: paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılan qaz sayğacı. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan görünür ki, qaz sayğacı F044 rejimdə işləyən M1-10827 M2:15160 qaz sayğacı klapanına müdaxilə ehtimalı var. Abonentin saldosundan görünür ki, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən ev üzrə İddiaçı 01.2023-cü il tarixə borcu 2048,50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

5. Qazın dəyərinin ödəmə şərtləri. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, yuxarıda da istinad edildiyi kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Hazırkı işdən görünür ki, tərəflər arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, bu müqaviləyə əsasən iddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə sərf etdiyi qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin o, müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və müqavilə üzrə 01.2023-cü ilə 2048,50 manat məbləğində borcu yaranmışdır.

Məhkəmənin gəldiyi nəticə İddiaçı Cavabdehnə qarşı “təbii qaz istehlakına görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı “təbii qaz istehlakına görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar