Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1153/2025 13.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X* iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivi ünvanında yerləşən, 0.20 ha sahədən ibarət, **29 saylı bağ sahəsinə dair Bünyat-zadə Hicran Kazım oğlu ilə X2 və istismarı birliyi arasında bağlanmış *9.03.*998-ci il tarixli, 6874 nömrəli müqavilənin mərhum atası Bünyat-zadə İcran Kazım oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivi ünvanında yerləşən, 0.20 ha sahədən ibarət, **29 saylı bağ sahəsi *9.03.*998-ci il tarixli, 6874 nömrəli müqaviləyə əsasən, mərhum atası Bünyat-zadə Hicran Kazım oğluna icarəyə verilmişdir. Həmin müqavilədə atasının adı “Hicran”, ona məxsus şəxsiyyəti təsdiq edən sənəddə isə “İcran” kimi qeyd edilmişdir. Atası *6.02.*936-cı il tarixdə doğulmuş, xx.xx.2007-ci il tarixdə isə vəfat etmişdir. O, anası və bacısı atalarının vərəsələridir və ondan qalmış həmin bağ sahəsi üzrə miras əmlakını faktiki qəbul etməklə ondan istifadə edirlər. Həmin miras əmlakı rəsmiləşdirmək üçün ilk növbədə qeyd edilən bağ sahəsinin ilkin hüquqi qeydiyyata alınması zərurəti yaranmış və bununla bağlı Bakı şəhəri *0 saylı notariat ofisində vərəsəlik işi açılmış, müvafiq məktub verilmiş və beləliklə də, zəruri sənədlərlə birlikdə maraqlı şəxsə müraciət edilmişdir. Maraqlı şəxs isə verdiyi məktubla bağ sahəsinin dövlət reyestrində qeydə alınmasından imtina etmiş, imtina məktubundan imtinanın digər səbəbləri ilə yanaşı vərəsəlik məktubunda və icarə müqaviləsində mərhum atasının adının “Hicran”, ona məxsus şəxsiyyət vəsiqəsində isə atasının adının “İcran” kimi qeyd edilməsi göstərilmişdir. Qeyd olunan adlarda uyğunsuzluq eyni şəxslə bağlıdır. Yəni, Hicran adı ilə İcran adı eyni adama aiddir. Bu fakt müvafiq sənədlərlə öz təsdiqini tapır. Belə ki, **29 saylı bağın icarəyə verilməsi haqqında *9.03.*998-ci il tarixli müqavilədən görünür ki, bağ sahəsi Bünyat-zadə Hicran Kazım oğluna icarəyə verilmiş və icarə müqaviləsində ailə üzvləri kimi anasının, bacısının və onun adı qeyd edilmişdir. Həmçinin, vərəsəlik işinin açılması barədə Bakı şəhəri *0 saylı Notariat Ofisinin verdiyi məktubla mərhum atasının vərəsələri olmaları müəyyən edilmişdir. Bundan başqa, evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, Bünyat-zadə İcran Kazım oğlu ilə X4 02.03.*964-cü il tarixdə nikaha daxil olmuş və X3 Bünyat-zadə soyadı verilmişdir. Bütün bu qeyd olunan faktlar və onları təsdiq edən sübutlar onu deməyə əsas verir ki, Bünyat-zadə Hicran Kazım oğlu ilə Bünyat-zadə İcran Kazım oğlu eyni şəxsdir və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivi ünvanında yerləşən, 0.20 ha sahədən ibarət, **29 saylı bağ sahəsinə dair Bünyat-zadə Hicran Kazım oğlu ilə X2 və istismarı birliyi arasında bağlanmış *9.03.*998-ci il tarixli, 6874 nömrəli müqavilə Bünyat-zadə İcran Kazım oğluna məxsusdur. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar AA seriyalı, 3*2056 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Bunyat zadə İcran Kazım oğlu (atası Bunyatzadə Kazım, anası Əliyeva Kübra) *6.02.*936-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında həmin tarixdə 903 nömrə ilə qeyd edilmişdir. 02.05.*964-cü il tarixdə verilmiş AZ seriyalı, 005824 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Bunyat-zadə İcran Kazım oğlu və X4 arasında 02.05.*964-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə *60 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Bunyat-zadə, arvada Bunyat-zadə soyadı verilmişdir. Xİİ-JQ seriyalı, 264882 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi (atası Bunyat-zadə İcran Kazım oğlu, anası Bunyat-zadə Elmira Xəlil qızı) xx.xx.*973-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *4.09.*973-cü il tarixdə *066 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən *9.**.20*0-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 438464 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Bünyad-zadə Hicran Kazım oğlu xx.xx.2007-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında *9.**.20*0-cu il tarixdə *045 nömrə ilə qeyd edilmişdir. X2 və İstismarı Birliyi (Birlik) və Bunyat-zadə Hicran Kazım oğlu (İcarədar) arasında *9.03.*998-ci il tarixdə bağlanmış 6874 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilənin surətindən müəyyən olunur ki, “Birlik” Vişnyovka qəsəbəsində 0.20 ha bağ sahəsini, sahəsi *5.7 m2 olan * otaqdan ibarət binanı, yaradıcı binaları hər iki tərəfin imzaladığı və müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədar”a verir və “İcarədar” həmin bağ sahəsini təhvil alır. Bağ Bunyat-zadə Hicran Kazım oğlu və onun ailə üzvlərinə (Şükran, Elmira, Natəvan, Heyranxanım...) icarəyə verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 09.*2.20*6-cı il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən müəyyən olunur ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsində tarixi abidə yerləşməsi, elektron baza məlumatlarına əsasən, bağ sahəsinin yerləşməsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi, göstərilən sahənin bir hissəsinin “**26” saylı bağın ərazisinə düşməsi, təqdim olunmuş vərəsəlik məktubunda və icarə müqaviləsində mərhumun adı “Hicran”, ərizəçinin şəxsiyyət vəsiqəsində isə ata adı “İcran” kimi qeyd olunması bildirilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.*973-cü il tarixdə anadan olmuş Ərizəçi ata adı “İcran” kimi qeyd edilmişdir. 23.*2.2024-cü il tarixli, *667047052 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Ərizəçi atasının vəfatından sonra ondan miras qalan əmlak üzərində hüquqlarını rəsmiləşdirmək məqsədilə maraqlı şəxsə müraciət etmiş, lakin daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina edilmişdir. İmtina səbəbləri sırasında icarə müqaviləsində mərhumun adı ilə ərizəçinin şəxsiyyət vəsiqəsində olan ata adı ilə uyğunsuzluğun olması da qeyd edilmişdir. İş materiallarında olan X2 və İstismarı Birliyi ilə Bunyat-zadə Hicran Kazım oğlu arasında *9.03.*998-ci il tarixdə bağlanmış 6874 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilədə ərizəçinin atasının adı “Hicran” kimi qeyd edilmişdir. Belə olan halda da ərizəçinin şəxsiyyət vəsiqəsində olan ata adı ilə hüquqmüəyyənedici sənəd hesab edilən müqavilədə uyğunsuzluq yaranmışdır. Bu isə hazırda ərizəçinin daşınmaz əmlak üzərində hüquqularının dövlət qeydiyyatına alınmasına mane olur. Məhkəmə iclasında ərizəçinin izahatı və iş materialları ilə təsdiq olundu ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivi ünvanında yerləşən, 0.20 ha sahədən ibarət, **29 saylı bağ sahəsinə dair Bunyat-zadə Hicran Kazım oğlu və X2 və İstismarı Birliyi arasında bağlanmış *9.03.*998-ci il tarixli, 6874 nömrəli müqavilə Bunyat-zadə İcran Kazım oğlu ilə bağlanmışdır və həqiqətən də, müqavilənin digər tərəfidir. Nəzərə alınmalıdır ki, bu sənəd hüquq müəyyən edən sənəddir. Belə ki, bu sənəd əsasında ərizəçi bağ torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra bilər. Məhkəmə tərəfindən ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bu hüquqi əhəmiyyətli faktın təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Odur ki, ərizə təmin edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivi ünvanında yerləşən, 0.20 ha sahədən ibarət, **29 saylı bağ sahəsinə dair Bunyat-zadə Hicran Kazım oğlu və X2 və İstismarı Birliyi arasında bağlanmış *9.03.*998-ci il tarixli, 6874 nömrəli müqavilənin 02 mart 2007-ci ildə vəfat etmiş Bunyat-zadə İcran Kazım oğluna məxsus olması faktı təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivi ünvanında yerləşən 0.20 ha sahədən ibarət **29 saylı bağ sahəsinə dair Bünyat-zadə Hicran Kazım oğlu və X2 və istismarı birliyi arasında bağlanmış *9.03.*998-ci il tarixli, 6874 nömrəli müqavilənin 02 mart 2007-ci ildə vəfat etmiş Bunyat-zadə İcran Kazım oğluna məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva