Məhkəmə qərarları › İş №2(010)-1154/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1154/2023

22.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1154/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Üçüncü şəxs X* etibarnamə üzrə nümayəndəsi X3 və vəkili X4 iştirakları ilə, İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri. Bülbülə qəsəbəsi, M.Bəydəmirov (köhnə Pravda küçəsi) küçəsində yerləşən *9 saylı Yaşayış evinə dair *963-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportunun 2* dekabr *970-ci ildə ölmüş X2 (iddiaçının atası) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə hazırlıq iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək Reyestr Xidmətindən sorğu verilməsi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən 3-cü şəxs S.Bağırovanın nümayəndəsi X6 və vəkili X7 bildirdilər ki, tərəflər arasında mübahisə var, buna görə də hazırki iddia tələbi xüsusi icraat qaydasında deyil iddia icraatı qaydasında verilməlidir. Bu səbəbdən də mülki işin təxirə salınmamasını və mahiyyəti üzrə baxılmasını tələb etdilər. Təsvir olunanlara əsasən, məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 2(0*0)- 8559/20*7 saylı 04 oktyabr 20*7-ci tarixli qətnaməsi ilə ərizə təmin edilmiş və Bakı şəhəri, Bülbülə qəsəbəsi, M.Bəydəmirov (köhnə Pravda) küçəsində yerləşən *9 saylı yaşayış evinə dair *963-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportu”nun 2* dekabr *970-ci ildə ölmüş X2 məxsus olması faktı müəyyən edilmişdir. Həmin qətnamədən maraqlı şəxs X* qanuni nümayəndəsi X6 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə qarşısında qaldırılan məsələyə baxılarkən hüquq haqqında mübahisə olduğu müəyyən edilmiş və bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *0 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək Suraxanı Rayon Məhkəməsinin 2(0*0)- 8559/20*7 saylı 04 oktyabr 20*7-ci tarixli qətnaməsi ləğv edilmiş, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır. Ərizəçi ilə X5 arasında yaranmış hüquq haqqında mübahisə həll edilmədən, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə, yəni iddia ərizəsinin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət etməyərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, məhkəmədən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etmişdir. Həmçinin mülki işə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsini cavabdeh qismində cəlb etmişdir. İddia ərizəsinin nəticəvi hissəsində iddiaçının tələbi aydın deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.*2-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin *49-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin *50.*.2-ci və ya *50.*.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan *0 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar