Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-116/2021 09.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas kаtibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı SOCAR-ın İddiaçı (bundan sonra İdarə) Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən İdarənin istismarında olan Dübəndi-Böyükşor Dş-700 mm-lik magistral neft kəmərinin 24.5-ci km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İdarənin istismarında olan Dübəndi- Böyükşor Dş-700 mm-lik magistral neft kəmərinin 24.5-ci km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz tikinti aparılması faktı aşkar olunmuşdur. AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03.01.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərləinin istismarında texniki təhlükəsizlik qaydaları”na əsasən mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti-quraşdırma işləri; bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması qadağandır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək bildirdi ki, cavabdehin ev tikdiyi torpaq sahəsi İdarənin istismarındadır. Eyni zamanda, bu tikili neft kəmərlərinin mühafizə zonasında tikildiyindən cavabdeh və ailəsi üçün də təhlükəlidir. Ümumiyyətlə, bu ərazilərdə tikinti aparılması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalı, SOCAR-ın isə rəyi alınmalıdır. Hazırkı tikili isə icazəsiz tikilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, Maraqlı şəxs2 sərəncamına əsasən atasına mübahisəli ərazidə ev tikməyə icazə verilmiş, torpaq sahəsi ayrılmışdır. Hazırda əlində yalnız həmin sərəncamdan çıxarış mövcuddur. Bu sərəncam verilən vaxt icra hakimiyyətinin, nümayəndələri gələrək müvafiq ölçü işləri aparılmış, konkret olaraq tikinti aparılacaq ərazini onlara göstərmişlər. Onlar da buna güvənərək tikinti aparmışdır. Həmin sərəncamla bağlı digər sənədlərin arxivdən götürülməsi üçün Maraqlı şəxs2nə müraciət etsə də arxivdə təmir işləri getdiyini bildirərək sənədlərin verilməsindən imtina edilmişdir. O, 2000-ci ildə evi tikən zaman SOCAR-ın nümayəndələri yaxınlaşıb evin sənədi ilə maraqlanmışlar. O da məhz həmin sənədi gətirib onlara göstərmişdir. Həmin vaxt bələdiyyənin nümayəndəsi də orada olmuşdur. Danışıqlar sonunda razılıq əldə olunmuş, onlara ərazidə ev tikə biləcəkləri deyilmişdir. Əgər həmin vaxt ona deyilsə idi ki, bu ərazidə ev tikmək mümkün deyil, o da tikməzdi. Lakin ona bu ərazidə ev tikməyə icazə verilmiş, bununla bağlı sənəd verilmiş, həmin vaxt evin tikintisinə heç kimin etirazı olmamışdır. Ümumiyyətlə, həmin vaxt ətrafdakı hamıya ev tikintisi üçün bu sərəncamlardan verilmiş, başqa sənədləri olmamışdır. Hər bir halda artıq iyirmi ildir ki, ailəsi ilə birlikdə bu evdə yaşayır. Bu vaxta qədər nə SOCAR, nə də digər orqan evin tikintisinə heç bir etiraz etməmişdir. Yalnız son vaxtlarda SOCAR-ın əməkdaşları yaxınlaşaraq ondan “hörmət” tələb etmiş, bunun qarşılığını görmədikdə SOCAR hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki, onun ətrafında eyni ərazidə ev tikmiş başqa sakinlər də var və SOCAR onların heç birinə irad bildirmir. Onun himayəsində sağlamlıq imkanları məhdud uşağı var və ailəsi ilə birlikdə yaşayışlarını təmin edəcək başqa evi yoxdur. Ev sökülərsə, evsiz qalacaqlar. Halbuki, o, bu evi ona verilən sənəd əsasında, müvafiq dövlət orqanlarının heç bir etiraz etməməsinə güvənərək tikmişdir. Aradan keçən iyirmi ildən sonra iddiaçı İdarənin bu cür iddia ilə məhkəməyə müraciət etməsi əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş üçüncü şəxs qismində cəlb edilmiş və əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs1 izahatında bildirmişdir ki, onlar həmin evi 2000-ci ildə bu ərazidə tikmiş, həmin vaxt icra nümayəndəsi gəlib ölçmüş, özləri mübahisəli ərazini göstərərək tikintinin orada aparılmasını uyğun bilmişdir. Onlar bu evi özbaşına tikməmiş, İcra Hakimiyyətinin sərəncamına və aidiyyəti orqanların icazəsinə əsasən evi tikmişlər. Hazırda isə həmin iddiaçı İdarə bu evin sökülməsini tələb edir. Halbuki, onların bu evdən başqa evləri yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs2 və Maraqlı şəxs3nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə həmin orqanların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Təhlükəsizlik İdarəsinin 35 saylı komandası üzrə tərtib edilmiş 31.01.2020-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, 31.01.2020-ci il tarixdə, saat 22:40-da Dübəndi- Böyükşor neft kəmərinin 24.5 km-də, kəmərdən 40 metr aralıda həyətyanı sahədə, köhnə inşa edilmiş ev tikintisinin qarşısında eni 2 m, uzunu 6 m natamam çardaq tikintisinin tamamlanması aşkarlanmış, qeyd olunan çardaq tikintisinin sahibinə yazılı xəbərdarlıq verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27.05.2021-ci il tarixli, 10/1262 nömrəli ekspert rəyində qeyd edilir ki: “Tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilən zaman ölçü işləri aparılarkən Dübəndi- Böyükşor Dş-700 mm-lik magistral neft kəmərindən cavabdehin hasarına 22.0 metr, çardaq (kölgəlik) tikilisinə qədər 40.0 metr, evə qədər isə 42.60 metr olduğu müəyyən olunduğunu nəzərə aldıqda cavabdehin istifadəsində olan hasarın, çardaq (kölgəlik) tikilisinin və fərdi yaşayış evinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18.12.2002-ci il tarixli, 45 nömrəli əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində isə 03.01.2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndində göstərilən 50.0 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilir. Geodeziy işlərinin təşkili və geodeziya fəaliyyətinə nəzarət şöbəsinin məsləhətçisi S.Hümbətovun tərtib etdiyi mütəxəssis rəyində qeyd edilir ki, mübahisəli ərazi SOCAR-ın İddiaçı istismarındadır. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Maraqlı şəxs2 22.08.2000-ci il tarixli, 171 nömrəli sərəncamı, X4 həmkarlar komitəsinin 08.12.2000-ci il tarixli, 21 nömrəli protokoluna əsasən Abşeron rayon X4 üzrə 09.12.2000-ci il tarixli, 16 nömrəli əmrindən çıxarışdan görünür ki, Sovxozda işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan, fərdi yaşayış evi tikmək üçün ərizə ilə müraciət edən Maraqlı şəxs1 0.02 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Dübəndi-Böyükşor Dş-700 mm-lik magistral neft kəmərinin 24.5-ci km-də, kəmərin mühafizə zonasına düşən 50 metrlik məsafədə Cavabdeh tərəfindən hasar, çardaq və fərdi yaşayış evi tikilmişdir. Həmin ərazinin istismarında olduğunu bildirən iddiaçı İdarə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tikilinin icazə alınmadan istismarlarında olan ərazidə tikildiyini, eləcə də neft kəmərlərinin mühafizə zonasının gözlənilmədiyini əsas gətirərək həmin tikililərin sökülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə məhkəmə Maraqlı şəxs2 sərəncamı əsasında qəbul edilmiş əmrdən çıxarış təqdim edərək həmin torpaq sahəsi üzərində özbaşına tikinti aparmadığını, məhz bu sənəd əsasında tikintiyə başladığını bildirmiş və əlavə etmişdir ki, bu ərazidə yerləşən ev onun sağlamlıq imkanları məhdud uşağı da daxil olmaqla ailəsi ilə birlikdə yaşayışlarını təmin edən yeganə yerdir və əgər ev sökülərsə, evsiz qalacaqlar. Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs2 22.08.2000-ci il tarixli sərəncamına əsasən hazırkı iş üzrə cavabdehin atası Maraqlı şəxs1 fərdi yaşayış evi tikmək üçün 0.02 ha torpaq sahəsi ayrılmışdır. Məhz həmin sənədə istinad edən cavabdeh mübahisəli ərazidə ev tikmişdir. Beləliklə, cavabdehin həmin sənədə istinad etməklə mübahisəli torpaq sahəsində etdiyi sahiblik qanuni sahiblikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu, N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” 23.06.2021-ci il tarixli qərarında qeyd etmişdir ki: “Həmçinin S.Babayevanın qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxs, ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxs olması məhkəmələr tərəfindən müəyyən edilməmişdir”. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən məhkəmələr dövlət qeydiyyatına alınmamış mülkiyyətdən istifadənin qanuniliyinə qiymət verməlidir. Yuxarıda qeyd edilənləri hazırkı mülki işə tətbiq edən məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli ərazi üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi vardır. Onun bu gözləntisinin əsasını isə Maraqlı şəxs2 sərəncamı təşkil edir. Deməli, onun mübahisəli ərazidən istifadəsi qanuni əsasa – sərəncama söykənmişdir. Hansı ki, bu sərəncam Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Odur ki, əmlak üzərində qanuni gözləntisi olan şəxs kimi cavabdehin də mülkiyyət hüquqları qorunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mübahisəli ərazinin hazırda iddiaçının istismarında olması ilə bağlı məhkəmə qeyd edir ki, bu ərazi iddiaçının istismarına verilməzdən əvvəl cavabdehə ev tikmək üçün ayrılmışdı. Bu səbəbdən iddiaçı həmin ərazini istismara qəbul edərkən cavabdehə həmin torpaq sahəsinin istismara qəbuluna görə kompensasiya ödəməli idi. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun: 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. 7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; 7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); 7.3.4. torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxslər; 7.3.5. yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər. Son olaraq, məhkəmə mübahisəli ərazinin neft kəmərlərinin mühafizə zonasında yerləşməsi ilə bağlı qeyd edir ki, həmin neft kəmələrinin istismarçısı olan hazırkı iş üzrə iddiaçı SOCAR-ın İddiaçı Cavabdeh müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncamı mübahisələndirə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödəniləmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eləcə də, iş üzrə ekspertiza xərci (50 manat) də iddia təmin edilmədiyinə görə iddiaçı İdarədən tutulmalıdır. Mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərcin smetası təqdim edilmədiyindən məhkəmə mütəxəssis rəyinə görə tərəflərdən pul tutmur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair iddia təmin edilməsin. İş üzrə verilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün çəkilmiş xərc olan 50 (əlli) manat məbləğində pul iddiaçı SOCAR-ın İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-116/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-116/2021
09.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver