Məhkəmə qərarları › İş №2(010)-117/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-117/2020

27.08.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-117/2020 27.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.1983-cü il təvəllüdlü, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, bina 19, mənzil 6 ünvanında yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o və həyat yoldaşı X2 birgə nikahından xx.xx.1983cü il təvəllüdlü X11 və xx.xx.1988-ci il təvəllüdlü X12 doğulmuşdur. X11 anadangəlmə xəstədir. Anadan olduğu ilk vaxtlarda səhhəti nisbətən normal olsa da zaman keçdikcə kəskinləşmişdir. Xəstənin vəziyyəti daimi müşahidə tələb etmiş və qulluğa ehtiyacı olmuşdur. 18 yaşınadək sağlamlıq imkanlaır məhdud olmuşdur. Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyinin 3 nömrəli zona TSEK-nin (Suraxanı) xx.xx.2001-ci il tarixli müayinə aktına (AR 302340) əsasən, TSEK-in “Uşaq serebral iflici, tetraplegik imbesillik” diaqnozu İ qrup əlillik dərəcəsi verilmişdir. Ona xx.xx.2012-ci il tarixdə verilmiş 064252 nömrəli əlilin vəsiqəsində onun İ qrup əlil olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsi 24 nömrəli Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2019-cu il tarixli 471 nömrəli xəstənin tibbi kartasından çıxarışdan görünür ki, X4 diaqnozu “uşaq serebral iflici, ietraplegik qıcolma tutmaları, ... sinirinin atrofiyası”dır. Həmin çıxarışın 7-ci qrafasında qeyd edilir ki, “uşaq anadan olandan xəstədir, uşaqlıqdan ... almış, 1999-cu ildən İ qrup əlildir, həmin vaxtdan “D” qeydiyyatındadır”. X4 xəstəliyi onun əqli inkişaf səviyyəsinə, psixi fəaliyyətinin normal inkişafına mane olmuş, nəticədə oğlunun öz hərəkətlərinin mənasını anlaya bilməməsinə, dərk edə bilməməsinə və öz hərəkətlərini idarə edə bilməməsinə gətirib çıxarmışdır. Bu da onu faktiki olaraq öz fəaliyyət qabiliyyətini həyata keçirmə imkanından məhrum etmişdir. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Saatlı rayon Krasnaselski kənd soveti tərəfindən verilmiş xx.xx.1983-cü il tarixdə verilmiş İX-JQ nömrəli, 349365 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 (ata X6, ana X3) xx.xx.1983-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1983-cü il tarixdə 80 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Baş Səhiyyə İdarəsi 24 nömrəli Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2019cu il tarixli 471 nömrəli xəstənin tibbi kartasından çıxarışdan görünür ki, X4 diaqnozu “uşaq serebral iflici, ietraplegik qıcolma tutmaları, ... sinirinin atrofiyası”dır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Ərizəçi xx.xx.1983-cü il təvəllüdlü övladı X11 üzərində qəyyum təyin edilməsi ilə bağlı Komissiyaya müraciət etmiş, ona şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyinin 3 nömrəli zona TSEK (Suraxanı) tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, AR 302340 nömrəli müayinə aktından çıxarışa əsasən, X7 TSEK-in “Uşaq serebral iflici, tetraplegik imbesillik” diaqnozu ilə ömürlük İ qrup əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 064252 nömrəli vəsiqəsnin surətindən görünür ki, X11 İ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 951 saylı rəydən görünür ki, aparılmış müayinə nəticəsində X5 uşaq serebral iflici nəticəsində dərin kəmağıllıq aşkar edilmişdir. X11 öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarına malik deyil. X8 hazırkı psixi vəziyyəti onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, X4 hər hansı psixi xəstəlikdən əziyyət çəkib-çəkməməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tərəfindən məhkəmə-psixiatrik ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 951 saylı rəydə göstərilmişdir ki, aparılmış müayinə nəticəsində X5 uşaq serebral iflici nəticəsində dərin kəmağıllıq aşkar edilmişdir. X11 öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarına malik deyil. X8 hazırkı psixi vəziyyəti onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas verir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmayan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onun anasının ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan, onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsinə dair müvafiq rəy verilmişdir. Ona görə də ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Odur ki, ərizə təmin edilməli, xx.xx.1983-cü il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1983-cü il tarixdə Saatlı rayonunda doğulmuş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, bina 19, mənzil 6-da yaşayan X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bundan başqa MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1983-cü il tarixdə Saatlı rayonunda doğulmuş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, bina 19, mənzil 6-da yaşayan X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə X11 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar