Məhkəmə qərarları › İş №2(010)-1186/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1186/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1186/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.01.2015-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********21544 olan Samsung Galaxy A3 markalı telefon üçün 113.80 (yüz on üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) ümumilikdə 113.80 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 133.80 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-in etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxx” MMC ilə 30.01.2015-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********21544 olan Samsung Galaxy A3 markalı telefon almış və nəticədə 113.80 (yüz on üç manat səksən qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30.01.2015-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 546 (beş yüz qırx altı) manat (12 ay x 45.5 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********21544 olan Samsung Galaxy A3 markalı telefon üçün 113.80 (yüz on üç manat səksən qəpik) manat ödənilməmiş borc yaranmışdır. Cavadehin cəmi ödədiyi məbləğ 432.2 manat manat təşkil edir. Cavabdehdin sonuncu ödənişi 20.11.2019-cu il tarixdə olmuşdur. Ödəniş müqavilə şərtlərinə uyğun olaraq Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun həyata keçirilməli olsa da, müştəriyə güzəşt edilmiş şəkild qalıq borcu 1 ABŞ dolları = 1,05 manat məzənnəsi ilə hesablanır. Bununla əlaqədar iddiaçı “xxxx” MMC 30.01.2015-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********21544 olan Samsung Galaxy A3 markalı telefon üçün 113.80 (yüz on üç manat səksən qəpik) manat, 0 (sıfır) ümumilikdə 113.80 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 113.80 (yüz on üç manat səksən qəpik) manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan 30.01.2015-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən alqı-satqı qiyməti 546 (beş yüz qırx altı) manat (12 ay x 45.50 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********21544 olan Samsung Galaxy A3 markalı telefon almış və həmin əşyanı alınmasına görə 546 manat pulu ilkin ödənişsiz, hər ay 45.50 manat ödəməklə 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 18 dekabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh “xxxx” ASC-yə 30.01.2015-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 546 (beş yüz qırx altı) manat (12 ay x 45.50 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********21544 olan Samsung Galaxy A3 markalı telefon üçün ümumilikdə 113.80 manat ödənilməmiş əsas borc, 0 manat cərimə borcu yaranmışdır. Mülki işin materiallarında olan 30 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, “xxxx” ASC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 30.01.2015-ci il tarixli alqı-satqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh 30.01.2015-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********21544 olan Samsung Galaxy A3 markalı telefon üçün 546 manat pulu ilkin ödənişsiz, hər ay 45.50 manat ödəməklə 12 ay ərzində ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə öh öhdəlilklərini yetinə yetirməmiş, nəticə də həmin müqavilə üzrə 113.80 (yüz on üç manat səksən qəpik) manat ödənilməmiş hissə, ümumilikdə 113.80 manat ödənilməmiş əsas borc, 0 cərimə borcu borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, 113.80 manat məbləğində əsas borc Cavabdeh tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 113.80 (yüz on üç manat səksən qəpik) manat məbləğində əsas borc iddiaçı Cavabdeh tutularaq cavabdeh “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxx” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh 113.80 (yüz on üç manat səksən qəpik) manat məbləğində əsas borc manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar